Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-128/2025 27.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,703 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımışdır. 2025-ci il noyabrın 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 04:40 dəqiqədə Salyan şəhəri Y.Zərgərli küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yaşadığı evinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək fadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri, Şəhriyar küçəsi ev 9-da yaşayır o, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. Salyan RPŞ-nın əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 2-3 gün əvvəl yaşadığı evının yaxınlığından keçən Kür çayının sahili ilə piyada hərəkət edən zaman yerdə sellofan buküm görmüşdür. Sellofan bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, bükümün çərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. O həmin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olan sellofan bükumu stifadə etmək məqsədilə götürüb yaşadığı evə aparmışdır. O, evə getdikdən sonra şüşə kmi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmiş, qalanını da sonra ıstifadə etmək üçün üzərində saxlamışdır. 2025-ci il noyabrın 22-də saat 04 radələrində o, Salyan şəhəri, Y.Zərgərli küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yaşadığı evin yaxınlığında o arkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamağa başlamışlar. Həmin anda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğu 01 ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılmış, lakin onun üzərindən əlavə olaraq cnayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyı 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmiş ki, həmin kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin kütləni 2-3 gün əvvəl yaşadığı evinin yaxınlığından keçən Kur çayının sahili ilə piyada hərəkət edən zaman yerdən tapdığını, üzərindən istifadə etdiyini qalanını da sonra istifadə etmək üçün üzərində saxladığını demişdir. O, həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Həmçinin, həmin kütləni üzərində saxlayarkən Satiş məqsədi olmamışdır. Polis əməkdaşı tərəfindən onun üzərindən aşkar edilmiş içində Şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0.83 qram olması müəyyən olunmuşdur. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 noyabr 2025-ci il tarıxdə Salyan şəhər şəhriyar küçəsındə yaşayan Təqsirləndirilən şəxs Pılağa oğlunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması üzərində saxlaması barədə Salyan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması uçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur Həmçinin əməliyyat-axtarış təbirinin həyata keçirilməsi üçün onun, RPŞ-nın CAB-nın əməliyyat müvəkkili, Şahid2, RPŞ-nin CAB-nin rəisi, Şahid3 iştırak ilə əməliyyat qrupu yaradılmışdır. 22 noyabr 2025-ci il saat 04:40 dəqiqədə onlar birlikdə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Zərgərli küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yaşadığı evin yaxınlığında olan zaman yaxınlaşıb özlərini təqdım etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsini bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda sellofan bükümün içərisində psıxotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində nə olduğunu soruşmuşlar. Baxtıyar Yaqubov sellofan bükümdə “şüşə” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütləni haradan əldə etdiyini, istifadə edib-etmədiyini və kiməsə satıb-satmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin kütləni təxminən 2-3 gün bundan əvvəl yaşadığı evin yaxınlığından keçən Kür çayının sahildən tapdığını, üzərindən istifadə etdiyini, qalanını da sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetamınə bənzər kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0.83 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə 01 ədəd boş zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış və tərəfindən götürülmüşdür. Bundan sonra birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə aidiyyəti üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 2025-ci il noyabrın 22-də Salyan RPŞ-nin X3 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. 2025-ci il noyabrın 22-də tərtib edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 04:40-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 22 noyabr 2025-ci il tarixli 18/795 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,703 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 0,703 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,653 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 22 noyabr 2025-ci il tarixli 18/795 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir. İş materiallarında olan 2025-ci il noyabrın 23-də tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Salyan rayon Məhkəməsinin 4(057)-53/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Həbs etmənin əvvəli 22 noyabr 2025-ci il tarixi saat 04:40-dan hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,653 qram psxiotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərtı olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-73/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək həbsdə saxlanılmasını nəzərə alaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin 7(057)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan rayon İHB-nin Salyan şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin 04 dekabr 2025-ci il tarixli, 5-71-6/2-341/2025 nömrəli məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində az yaşlı uşağı yoxdur. "Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 05 dekabr 2025-cı il tarıxlı, 18-1-68/2-1863/2025 nömrəli arayışından görünür, ki, Salyan şəhəri, Şəhriyar küçəsi ev 9da qeydiyyatda olan və yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 1999-cu ildən “Opioidlərin birgə qəbulu nəticəsində aslılıq” diaqnozu ilə narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sındromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən "Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş islah olunmuş,qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci noyabrın 23-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş itiham dəyişdirilmədən qüvvəsində saxlanılmış,qərarın təsviri hissəsində güstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusal üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, qərarın tesviri hissəsində göslərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsi könüllü təqdim etməsi kimi qiymətləndirilməmişdir.Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir.Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,653 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır.Məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2025-ci il tarixli, 18/795 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2025-ci il tarixli, 591 nömrəli rəyləri, ifadələr, protokollar, “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış verilməsini” və "Təqdim olunan əşyaya baxış keçirilməsini və götürməni” əks etdirən DVD isklər iş üzrə sübut növü kimi qiymətləndirilməli və cinayət işinə əlavə olunmuşdur.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan ayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,703 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımışdır. 2025-ci il noyabrın 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 04:40 dəqiqədə Salyan şəhəri Y.Zərgərli küçəsi ilə Şəhriyar küçəsinin kəsişməsində yaşadığı evinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv var. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-73/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin vaxtdan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, cinayətlərin residivi yaranır, ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını və cinayət işinin materiallarında olan həyat yoldaşının ərizəsinə əsasən onlara narahatlıq yaratması səbəbindən mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sındromu (polinarkomaniya xəstəliyi) aşkar olunmuş, ərazi narkoloji xəstəxanasında 2023cü ildən "polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur, onun məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab edilmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sındromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən "Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durması alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,653 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 67.30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməldir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində “polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,653 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 67.30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-128/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-128/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver