Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-129/2023 15.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Salyan rayonunun Şatrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, işsiz, Salyan rayonunun Şatrovka kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan 14 aprel 2023-cü ildə, saat 09 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 65-70 km/saat sürətlə idarə edərək Fəhlə qəsəbəsi-Çadırlı- Şirvan avtomobil yolunun Salyan rayonu, Kolanı kəndi ərazisindən keçən 19-cu kilometrində Salyan rayonu istiqamətində hərəkətdə olarkən, hərəkəti üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda sağ köməkçi yoldan baş yola daxil olan Zərərçəkmiş şəxs 10-15 km/saat sürətlə idarə etdiyi “BMW 320” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “BMW 320” minik markalı avtomobil yoldan çıxaraq yolun sağ kənarında dayanmış vəziyyətdə olan Şahid2 məxsus “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığını uzun müddətə pozulmasına səbəb olan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin küt travması, sol İX-X qabırğaların, sağ Xİ-Xİİ qabırğaların minimal yerdəyişmiş sınıqları və bədənin səthi sıyrılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixinədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 14 aprel 2023-cü ildə Salyan şəhərinə getməli olduğundan əmisi oğlu Nahid Ağarzazadədən ona məxsus “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürmüş və həmin gün saat 08:30 radələrində Salyan şəhərinə yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla sərnişin və yük olmamışdır. Saat 09 radələrində Fəhlə qəsəbəsi- Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Kolanlı kəndi ərazisindən keçən hissəsi ilə 65-70 km/saat sürətlə Salyan istiqamətinə hərəkətdə olarkən qarşıda ağ rəngli “VAZ- 21074” minik markalı avtomobil hərəkət etmişdir. Bu vaxt yolun sağ ikinci dərəcəli yolda göy rəngli “BMW” minik markalı avtomobil baş yola daxil olmaq üçün dayanmışdır. “VAZ- 21074” minik markalı avtomobil ötüb keçdikdən sonra həmin “BMW” minik markalı avtomobil onun hərəkətini gözləmədən baş yola daxil olmuşdur. Həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə etmişdir. Lakin məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi “BMW” minik markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobillər firlanaraq yolun sol kənarına çıxıb dayanmışlar. Hadisə nəticəsində özü heç bir xəsarət almamış və avtomobildən düşdükdə görmüşdür ki, “BMW” minik markalı avtomobilin sürücüsü Salyan rayonu, Qaraçala qəsəbə sakini Zərərçəkmiş şəxs və onun yanında olan sərnişin Şahid1 əzilib xəsarət alıblar. Az sonra hadisə yerinə gələn əmisi Fikrət Ağarzayev idarə etdiyi “Mercedes Benz” minik markalı avtomobillə onları Şirvan Şəhər Xəstəxanasına aparmışdır. Toqquşmadan sonra “BMW” minik markalı avtomobil fırlanıb yoldan çıxdıqda yolun sol kənarında dayanmış vəziyyətdə olan “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəymişdir. Sonradan xəstələrin vəziyyəti ilə maraqlanmaq üçün Şirvan Şəhər Xəstəxanasına getmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobil əzilərək özünə də maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışaraq ona dəymiş zərəri tam ödədiyini, həmin şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 14 aprel 2023-cü il tarixdə, saat 09 radələrində Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Kolanı kəndi ərazisindən keçən 19-cu kilometrində yolun sağ kənarındakı köməkçi yoldan baş yola 10-15 km/saat sürətlə idarə etdiyi “BMW 320” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə daxil olmuş bu anda baş yolla Salyan rayonu istiqamətində hərəkətdə olan “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə özü xəsarət almış və avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə aradan qaldırılmış, onlar barışmışlar və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2023-cü ildə saat 09 radələrində dayısı oğlu Zərərçəkmiş şəxsla birlikdə onun idarə etdiyi “BMW” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yas mərasiminə ət almaq məqsədilə Salyan rayonu, Kolanı kəndindən çıxıb Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolu istiqamətinə yola düşmüşlər. Kəndin torpaq örtüklü hissəsi ilə hərəkətdə olub kənd yolunun Fəhlə qəsəbəsi-ÇadırlıŞirvan avtomobil yolu ilə kəsişdiyi hissəyə çatdıqda Sakin avtomobili saxlayıb baş yolla hərəkətdə olan avtomobillərin hərəkətini gözləmişdir. Salyan istiqamətinə hərəkətdə olan VAZ-21074 və Şirvan istiqamətinə hərəkətdə olan Niva markalı minik avtomobillərinin ötüb keçmələrini gözlədikdən sonra dayandığı yerdən hərəkətə başlayaraq yolun əks tərəfinə keçməyə başlamışdır. Bu vaxt baş yolla yüksək sürətlə Salyan istiqamətinə hərəkətdə olan “Mercedes Benz C230” minik markalı avtomobil sərnişini olduğu avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra Sakinin idarə etdiyi avtomobil fırlanaraq yoldan çıxıb yolun kənarında dayanmış vəziyyətə olan “VAZ-21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə çırpılıb dayanmışdır. Hadisə nəticəsində özü və dayısı oğlu Zərərçəkmiş şəxs xəsarətlər aldığından orada olan kənd sakinləri avtomobillə onları Şirvan Şəhər Xəstəxanasına aparmışlar. Sonradan məlum olmuşdur ki, “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nışanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla baş etibarnamə əsasında “VAZ-21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 14 aprel 2023-cü ildə səhər saatlarında idarə etdiyi avtomobili Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı marketin qarşısında saxlayıb başqa avtomobillə Hacıqabul rayonuna getmişdir. Həmin gün saat 09 radələrində qohumları zəng edərək ona bildirmişlər ki, avtomobili saxladığı ərazidə yol nəqliyyat hadisəsi baş verib və avtomobillərdən biri yoldan çıxaraq ona məxsus avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə yerinə gəlib görmüşdür ki, həqiqətən yolun sağ ikinci dərəcəli yoldan baş yola daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, baş yolla Salyan istiqamətinə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən “BMW” minik markalı avtomobil yoldan çıxaraq ona məxsus avtomobilin arxa sol hissəsinə çırpılmışdır. Hadisə nəticəsində avtomobil əzilərək ona maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 5-11-ci vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, hal şahidlərinin iştirakı ilə Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun 19-cu km keçən ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib olunmuşdur. Cinayət işinin 40-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 51-53-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli 203 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin küt travması, sol İX-X qabırğaların, sağ Xİ-Xİİ qabırğaların minimal yerdəyişmiş sınıqları və bədənin səthi sıyrılmış yaraları küt əşya (əşyalar) təsirindən xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 54-55-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 8/1242 saylı məktubuna əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Cinayət işinin 56-58-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın xx.xx.2023-cü il il tarixli, 8/1242 N-li rəyi rəyindən görünür ki;
1. “Mercedes Benz C230” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 65-70 km/saat sürətlə idarə etdiyindən hərəkətlərində “X7 Azaybaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 61-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 Qeydiyyat-İmtahan Şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, 3-13-16/2- 62084/2023 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AC 806640 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 62-ci vərəqində olan “Maddi sübutun tanınması haqqında” 21 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 320” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut hesab edilsin, avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işinin 63-64-cü vərəqlərində olan şahidin dindirmə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Cinayət işinin 91-92-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 102-103-cü vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları, şahid ifadəsi, ekspert rəyi və təqsirləndirilən şəxsin etirafı ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 15 avqust 2023-cü il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan müvafiq materiallar Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4 və 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs barışdığından və sonuncuya dəymiş ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə, Həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C230” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 320” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384 və 385-ci maddələrini, həmçinin CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 320” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Ənnağı Məmmədli