Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-129/2025 05.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.2007-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, nəqliyyat vasitəsini İdarə etmə hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 2025-ci il sentyabrın 03-də saat 23 radələrində Salyan rayonu, Qaraçala qəsəbəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən atası Şahid1 Qılicxan oğluna məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz 180” markalı, 10-XL. 780 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinın tələblərinə riayət etməklə nəqliyyat vasıtəsıni yaşayış məntəqələri daxilində 60 km/saat-dan çox olmayan sürətlə idarə etməli, nəmin Qanunun 86-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol nərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət ştırakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini dar dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib, avtomobili qeyd olunan yol şəraitındə 70 km/saat sürətlə idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməklə və idarə etməni itirməklə avtomobili yolun hərəkət hissəsindən çıxararaq avtomobilin qabaq tərəfi ilə yolun sol tərəfində yerləşən Şahid2 məxsus olan ərzaq mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 və manov Fərid Əvəz oğlunu vurmuş, bununla da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 “sağ topuq sümüyünün sınığı, əzələ nahiyəsinin üstünün kəsilmiş yarası” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə “açıq ağır kəllə beyin travması, baş beyinin əzilməsi, sol təpə və sağ təpə gicgah nahiyəsinin epidural hematoması, alın sümüyünün iki tərəfli kəsilmiş qəlpəli sınığı, sağ almacıq qövsünün xətti sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə nəqliyyat vasitəsini idarə etmə hüququ olma yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxsin sağlamlığına öyə digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, psixi durumunda problem olduğu üçün Salyan rayonu, Şorsulu kəndində yerləşən ruhi-əsəb dispanserində müalicə almışdır. Atası Şahid1 Mercedes Benz 180 markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nışanlı avtomobili vardır. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur 2025-ci il sentyabrın 03-də saat 22 radələrində atası toyda olduğundan avtomobili həyətdən çıxarıb küçədə idarə etməyə başlamış, bir müddət küçədə avtomobili idarə etdikdən sonra atasının toydan piyada gələcəyini düşünüb atasını gətirmək üçün qabağına getmişdir. O, təxminən evdən 1 kilometr uzaqlıqda atasını görmüş və atası avtomobilə əyləşdikdən sonra geri qayıtmışdır. Geri qayıdan zaman yolun kənarında yerləşən Camalxanın marketinin qarşısında həmkəndlisi Anar avtomobili saxlatdırmışdır. Bu zaman marketin qarşısında Anardan başqa Fərid, Təbriz və bir neçə digər tanımadığı şəxslər olmuşlar. Anar avtomobili təhlükəli idarə etdiyini deyərək özü onu evə aparacağını bildirmişdir. O, keçib arxa oturacaqda əyləşmiş, Anar avtomobili idarə etməyə başlamışdır. Yaşadığı evə az qalmış atası Naməddin Anara avtomobili hansı səbəbdən sürdüyünü soruşmuş, Anar da bundan sonra avtomobildən düşüb getmişdir. O, atasının içkili olduğunu görüb avtomobili yenidən özü idarə etməyə başlamışdır. Atasının içkili olduğundan və özündə olmadığından istifadə edib avtomobili bir müddətdə idarə etmək üçün geriyə döndərmişdir. O, yenidən Camalxanın marketinin qarşısından keçib getmişdir. Bir neçə dəqiqə sonra isə atası evə getməli olduqlarını bildirmiş, o da evə qayıtmaq üçün avtomobili geri döndərmiş, marketə çatmamış döngə olduğundan və küçəyə çay daşları töküldüyündən o, avtomobili döngədə eyni sürətlə idarə etdiyi üçün idarə etməni itirmiş və avtomobili dayandıra bilmədiyindən mağazanın qarşısında dayanmış iki şəxsi vurduqdan sonra avtomobil marketin divarına çırpılaraq dayanmışdır. Sonradan marketin yanında dayanan şəxslərdən Anar və Fəridin xəsarətlər aldığını öyrənmişdir. Bundan sonra orada olan şəxslərlə birlikdə Anar və Fəridi söküntülər altından çıxarmışdır. Əmisi Namiq avtomobili onların yaşadığı evə apardıqdan sonra onlar birlikdə Şirvan rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada bir neçə saat qaldıqdan sonra Anar və Fəridin qohumlarının onu döymələrindən qorxub həmçinin özünü yaxşı hiss etmədiyi üçün yaşadığı evə qayıtmışdır. Bundan sonra 04 sentyabr 2025-ci il tarixdə, saat 04:30 radələrində Salyan RPŞ-nin əməkdaşları zəng edib Polis Şöbəsinə dəvət etdikləri üçün izahat verməyə gəlmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, hadisə gecə vaxtı baş vermiş, hava yağışsız, yol örtüyü çınqıl daşlı və quru olmuşdur. Avtomobilin qabaq fara işıqlarının yanmasına görə yolu aydın görmüşdür. Avtomobilin əyləc sistemində nasazlıq olmamış, hadisə anidən baş verdiyi üçün tormozdan istifadə edə bilməmişdir. O, hadisə vaxtı avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə yük olmamış, sərnişin qismində atası Naməddin olmuş, lakin heç bir xəsarət almamışdır. O, spirtli içki və narkotik vasitə qəbul etməmiş, hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsini kimlərin görməsini dəqiq xatırlamır. Yol-nəqliyyat hadisəsi onun təqsiri nəticəsində baş vermişdir. Belə ki, avtomobillə hərəkətdə olan zaman anidən idarə etməni itirdiyindən avtomobil yolun hərəkət hissəsindən çıxıb yolun sol tərəfində olan marketin qarşısına tərəf hərəkət etmiş, buna görə də avtomobillə marketin qarşısında dayanmış Anar və Fərid adlı şəxsləri ehtiyatsızlıqdan vuraraq xəsarət yetirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 onun qohumu, Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir, həmin şəxslərin heç biri ilə ədavət və ya düşmənçilik münasibətləri yoxdur, əvvəllər aralarında heç bir mübahisə və münaqişə olmamışdır. İdarə etdiyi avtomobillə hərəkətdə olan zaman anidən idarə etməni itirdiyindən avtomobil yolun kənarında yerləşən Camalxanın mağazasına doğru hərəkət etmiş, avtomobili dayandıra bilmədiyindən mağazanın qarşısında dayanmış Anar və Fəridi ehtiyatsızlıqdan vurmaqla onların xəsarət almasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı ödədiyi üçün məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, məhkəmə-tibbi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər istintaq materialları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğu ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. O, Salyan ayon İHB-nin Qaraçala qəsəbə inzibati ərazi üzrə nümayəndəliyinin baş məsləhətçi baş mühasibi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həm qohumu, həm də qonşusudur, aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamış. münasibətləri həm qohum kimi, həm də qonşu kimi yaxşı olmuşdur. 2025-ci il sentyabrın 03-də saat 23 radələrində o, dostları Anar və Təbrizlə toy məclisindən çıxaraq yaşadıqları evin yaxınlığında yerləşən Camalxanın marketinin qarşısında dayanaraq söhbət etməyə başlamışlar. Onlar orada olduqları zaman Tural atasına məxsus olan Mercedes benz markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək marketin qarşısına tərəf hərəkət etmişdir. O, Anarla birgə marketin qarşısında dayanmışdır. Tural onları ehtiyatsızlıqdan vuraraq xəsarət yetirmişdir. Hadisə nəticəsində o və Anar müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisədən sonra olanlar yadında qalmamışdır. O, özünə gəldikdə xəstəxanada olduğunu və ağır xəsarətlər aldığını görmüşdür. Xəstəxanadan çıxsa da, ev şəraitində müalicəsini davam etdirir. Təqsirləndirilən şəxslə barışmış, hadisə nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. O, Salyan Rayon DYMHnin 117 nömrəli YMB-nin böyük yanğın söndürəni vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həm qohumu, həm də qonşusudur. Onların arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmamış, münasibətləri həm qohum kimi, həm də qonşu kimi yaxşı olmuşdur. 2025-ci il sentyabrın 03-də saat 23 radələrində o, dostları Fərid və Təbriz ilə toy məclisindən çıxaraq yaşadıqları evin yaxınlığında yerləşən Camalxanın marketinin qarşısında dayanaraq söhbət etməyə başlamışlar. Onlardan başqa marketin Qarşısında 2- 3 nəfər şəxs dayanıb söhbət etmişlər. Onlar orada olduqları zaman Tural atasına məxsus olan Mercedes benz markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək marketin qarşısına tərəf hərəkət etmişdir. O, Fəridlə birgə marketin qarşısında dayanmışdır. Tural onları ehtiyatsızlıqdan vuraraq xəsarət yetirmişdir. Hadisə nəticəsində o və Anar müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Təqsirləndirilən şəxslə barışmış, hadisə nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. X17 180 markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və avtomobil idarə etmək üçün 8 kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2025-ci il sentyabr 03-də saat 17 radələrində o, avtomobili həyətdə saxlayıb piyada kənd ərazisində yerləşən restoranda keçirilən toy məclisinə getmişdir. Həmin tarixdə saat 23 radələrində o, toydan çıxıb piyada evə qayıdan zaman psixi durumu yerində olmayan oğlu Turalın avtomobili idarə etməsini görmüşdür. Tural avtomobili saxlamış o, avtomobilə əyləşmişdir. O, içkili oldüğufidan avtomobilə əyləşdikdən sonra yatmışdır. Bundan bir neçə dəqiqə sonra oyandıqda avtomobili Anarın idarə etdiyini görmüş və Anardan avtomobili niyə onun sürdüyünü soruşmuşdur. Anar da bundan sonra avtomobildən düşüb getmiş və oğlu sükan arxasına keçmişdir. Həmin vaxtı o, həddindən artıq içkili olmuşdur. Tural avtomobili idarə edən zaman o, yenidən yatmışdır. Təxminən 5 dəqiqə sonra Tural döngədə idarə etməni itirdiyindən qışqırmış, o, Turalın səsinə oyanmışdır. Tural idarə etməni itirmiş və avtomobil marketin divarına çırpılmışdır. Sonradan marketin yanında dayanan şəxslərdən Anar və Fəridin xəsarətlər aldığını öyrənmişdir. Bundan sonra orada olan şəxslərlə birlikdə Anar və Fəridi söküntülər altından çıxarmışlar. Qardaşı Namiq avtomobili onların yaşadığı evə apardıqdan sonra onlar birlikdə Şirvan rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada bir neçə saat qaldıqdan sonra Anar və Fərid qohumlarının onu və Turalı döymələrindən qorxub həmçinin özünü yaxşı hiss etmədiyi üçün yaşadığı evə qayıtmışdır. Bundan sonra 04 sentyabr 2025-ci il tarixdə saat 04:30 radələrində Salyan RPŞ-nin əməkdaşları zəng edib Polis Şöbəsinə dəvət etdikləri üçün izahat verməyə gəlmişdir. Turalın avtomobil idarə idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Söstərmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. 2025-ci il sentyabrın 03-də saat 23 radələrində o, dostları Fərid və Anarla toy məclisindən çıxaraq yaşadıqları evin əxınlığında yerləşən Camalxanın marketinin qarşısında dayanaraq söhbət etməyə aşlamışlar. Onlardan əlavə marketin qarşısında Rövşən və Hafis olmuşlar. Bu zaman Turalın asına məxsus olan Mercedes benz 180 markalı, **-XL-*** dövlət qeydiyyat nömrə nışanlı domobili idarə etdiyini görmüşdür. Tural psixi xəstə olduğu üçun avtomobil idarə edə , mədiyini və avtomobili təhlükəli vəziyyətdə idarə etdiyini görmüşdür. Anar Turalın avtomobil arə edə bilmədiyini görüb saxlatdırmış, Turalı sükan arxasından düşürüb arxa oturacaqda ələşdirmiş və avtomobili özü idarə edərək evlərinə aparmışdır. Sonra Anar onların yanınlarına şeri qayıtmış, təxminən 5-6 dəqiqə sonra onlar avtomobilin forsai səsini eşidib geriyə baxdıqları zaman avtomobilin sürətlə üzərilərinə gəldiyini görmüşdür. O, qaçaraq kənara q lanmış, lakin avtomobil Anar və Fəridi vuraraq marketin divarına çırpmışdır. O və ətrafda əfan şəxslər köməklik edərək Anar və Fəridi oradan çıxardıb avtomobilə qoyaraq Şirvan şəhər xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. 2025-ci il sentyabrın 03-də saat 23 radələrində o, özünə məxsus olan avtomobil ilə evə gedən zaman Camalxanın marketinin qarşısından keçmiş, bu zaman marketin qarşısında dayanmış qardaşı Fərid, dostları Anar, Təbriz və Hafisə gəlib avtomobilə əyləşmələrini demişdir. Lakin onlar təmiz hava aldıqlarını və özləri gələcəklərini bildirmişlər, o da evə getmişdir. Bir müddət sonra Rövşən mobil telefon vasitəsilə ona zəng edərək Turalın idarə etdiyi avtomobil ilə qəza törətdiyini, Fərid və Anarın xəsarətlər aldığını bildirmişdir. O, dərhal evdən çıxaraq marketin qarşısına gəlmiş o, marketin qarşısına çatan zaman Anarı çıxardıqlarını görmüş, sonra Fəridi söküntülərin altından çıxarmışlar. O, ətrafda olan şəxslər ilə birlikdə Anar və Fəridi avtomobilə qoyaraq Şirvan şəhər xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2025-ci il sentyabrın 03-də saat 23 radələrində yaşadığı evdə olan zaman ona zəng edib qardaşı oğlu Turalın avtomobillə Camalxanın ərzaq mağazasının qarşısında adam vurduğunu bildirmişdilər. Budan sonra o, tez Camalxanın ərzaq mağazasını qarşısına getmişdir. Onun evi Camalxanın ərzaq mağazasının yaxınlığında yerləşir. Orada ona məlum olmuş ki, Tural qardaşı Naməddinə məxsus olan Mercedes Benz 180 markalı, **- XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət olan zaman idarə etməni itirərək yol kənarına çıxılb Camalxanın ərzaq mağazasına çırpılması nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt orada olan şəxslərlə birlikdə Fərid və Anarı Şirvan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, avtomobili Naməğdin evinə qoyduqdan sonra Naməddin və Tural ilə birlikdə Şirvan rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada bir neçə saat qaldıqdan sonra Anar və Fəridin qohumlarının Naməddin və Turalı döymələrindən qorxub həmçinin özünü yaxşı hiss etmədiyi üçün yaşadığı evə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 04 sentyabr 2025-ci il və 08 sentyabr 2025-ci il tarixli “ yol-nəqliyyat hadisə yerinə baxış protokolu, ona əlavə iş sxem və fotocədvəldən görünür ki, hadisə yeri Salyan rayonu, Qaraçala qəsəbəsində edln an Həsənovun ərzaq mağazasının qarşısında yerləşir. Hadisə yerində yolun hərəkət “am sinin eni 8 metrdir. Hadisə baş verən yerdə yol döngəli, quru, çınqıl daş örtüklüdür. nəsə yerinə baxış zamanı Mercedes benz 180 markalı, **-XL- *** dövlət qeydiyyat nışanlı “qtomobilə məxsus çırpılma yerindən geridə tormoz izi aşkar olunmamışdır. Salyan RPŞ-nin DYPB-nin 04 sentyabr 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolun təsiri altında olmamışdır. 09 sentyabr 2025-ci il tarixli “diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 03 sentyabr 2025-ci il saat 23 radələrində marketin qarşısında şəxsiyyəti istintaqa məlum olan 4 nəfər şəxs hərəkətdədir. Mercedes markalı, qara rəngli avtomobil idarə etməni itirmiş şəkildə, yüksək sürətlə marketin qarşısında hərəkətdə olan 2 nəfər şəxsi vuraraq marketin daş divarına çırpılır. Avtomobilin marketə çırpılması nəticəsində marketin ön hissəsində olan şiferlər vurulan şəxslərin üzərinə tökülmüşdür. Məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2025-ci il tarixli, 437 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətləraçıq ağır kəllə beyin travması, baş beyinin əzilməsi, sol təpə və sağ təpə-gicgah nahiyyəsinin epidural hematomiyası, alın sümüyünün iki tərəfli kəsilmiş qəlpəli sınığı, sağ almacıq qövsünün xətti sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlər avtoqəza nəticəsində əmələ gələ bilərdi. 25 sentyabr 2025-ci il tarixli “materiallın aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan rayon Polis Şöbəsinin İB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X6 X16n 26 sentyabr 2025-ci il tarixli, 3303 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik (kəmağıllıq) qeyd olunur. Təqsirləndirilən şəxs qeyd olunan “yüngül dərəcəli gerilik” onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yüngül dərəcəli əqli gerilik qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan yüngül dərəcəli əqli gerilik kəmağıllıq) əlamətləri onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında məhrum etməmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs olan yüngül dərəcəli əqli gerilik kəmağıllıq) onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında məhrum etmişdir. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu təqdirdə anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nın 22.1-ci maddəsinin təsiri altına düşəcək, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs səthilik, əsəbilik, hövsələsizlik, məsuliyyətsizlik, tez qıcıqlanmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətindədir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar söylədiklərində, təlqinə qapılmaq, başqalarının təsiri altında hərəkət etmək və ya özündən uydurma əlamətləri aşkar edilməmişdir. 01 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Salyan RMX-nın xx.xx.2025-ci il tarixli 151 №-li göndərişi əsasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Yüngül dərəcəli əqli gerilirik“ diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Salyan Rayon Mərkəzi Xəstəxanası Publik nüquqi şəxsin 06 oktyabr 2025-ci il tarixli, 18-1-68/2-1563/2025 nömrəli cavab məktubundarı şörünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən "Yüngül dərəcəli əqli şerilik” diaqnozu ilə psixonevroloji qeydiyyatdadır. Narkoloji qeydiyyatda yoxdur. Məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2025-ci il tarixli, 438 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlərsağ topuq sümüyünün sınığı, əzələ na ryəsının us unun əsilimiş yarası İlə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlər avtoqəza nəticəsində əmələ gələ bilərdi. X10-İmtahan və texniki baxış şöbəsinin 07 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mülkiyyətində hər-hansı nəqliyyat vasitəsi yoxdur. 09 oktyabr 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. 10 oktyabr 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. 10 oktyabr 2025-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş “Əmlakın olub-olmaması barədə” məktubdan görünür ki, xx.xx.2007-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş Təqsirləndirilən şəxs adına hər hansı daşınmaz əmlak haqqında məlumat daşınmaz əmlakın elektron məlumat bazasında aşkar edilməmişdir. Şahid2 24 oktyabr 2025-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 8/2386 nömrəli rəyindən görünür ki, istintaq ərəfəsində təqdim edilmiş məlumatlara əsasən Mercedes Benz 180 markalı **-XL-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası “anununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunzuluq olmuşdur. s rücü T.Kaziımov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü naddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli, 8/2386 nömrəli bildirişindən görünür ki, aparılmış tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X6 X16 tərəfindən verilmiş məhkəmə-psixiatrik və məhkəmə-psixoloji rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyini və məhkəmə-tibbi ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. 21 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. 30 noyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 03 sentyabr 2025-ci il saat 23 radələrində marketin qarşısında şəxsiyyəti istintaqa məlum olan 4 nəfər şəxs hərəkətdədir. Mercedes markalı, qara rəngli avtomobil idarə etməni itirmiş şəkildə, yüksək sürətlə marketin qarşısında hərəkətdə olan 2 nəfər şəxsi vuraraq marketin daş divarına çırpılır. Avtomobilin marketə çırpılması nəticəsində marketin ön hissəsində olan şiferlər vurulan şəxslərin üzərinə tökülmüşdür. 01 dekabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madəddə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 01 dekabr 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Salyan rayon İHB-nin Salyan rayon, Qaraçala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 dekabr 2025-ci il tarixli, 5-71-7/2-952 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Onun ailə tərkibi 1976-ci il təvəllüdlü Şahid1, anası 1980-ci il təvəllüdlü X5, qardaşı 2008-ci il təvəllüdlü X2 və 1974-cü il təvəllüdlü bibisi X1 ibarətdir. İbtidai istintaq orqanının 16 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmiş; Təqsirləndirilən şəxs 2025-ci il dekabrın 01-də Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış; Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126, 127, 264 və 187-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü qərarın surəti Salyan RPŞ-nin DYPB-nə göndərilmiş; bəzi ilkin araşdırma və istintaq sənədlərində Şahid2 adı “Camal” kimi yazılsa da şəxsiyyətini təsdiq edən sənədə əsasən bütün istintaq sənədlərində “Camalxan” kimi oxunmuş; bundan başqa, bəzi ilkin araşdırma və istintaq sənədlərində Şahid1 atasının adı "Qılıncxan” kimi yazılsa da şəxsiyyətini təsdiq edən sənədə əsasən bütün istintaq sənədlərində “Qılıcxan” kimi oxunmuş; bundan başqa, bəzi ilkin araşdırma və istintaq sənədlərində Şahid7 adı “Hafiz” kimi yazılsa da şəxsiyyətini təsdiq edən sənədə əsasən bütün istintaq sənədlərində “Hafis” kimi oxunmuş; cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmətibbi ekspertizasının 22 sentyabr 2025-ci il tarixli, 437 nömrəli və 07 oktyabr 2025-ci il tarixli, 438 nömrəli rəyləri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 8/2386 nömrəli rəyi kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 26 sentyabr 2025-ci il tarixli, 3303 nömrəli rəyi, CD diskə baxış keçirilməsi barədə tərtib olunmuş Protokol və həmin protokola əlavə olunmuş CD disk, eləcə də işdə olan digər rəsmi sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2025-ci il sentyabrın 03-də saat 23 radələrində Salyan rayonu, Qaraçala qəsəbəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən atası Şahid1 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz 180” markalı, 10-XL780 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinın tələblərinə riayət etməklə nəqliyyat vasıtəsıni yaşayış məntəqələri daxilində 60 km/saat-dan çox olmayan sürətlə idarə etməli, nəmin Qanunun 86-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol nərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət ştırakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini dar dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib, avtomobili qeyd olunan yol şəraitındə 70 km saat sürətlə idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməklə və idarə etməni itirməklə avtomobili yolun hərəkət hissəsindən çıxararaq avtomobilin qabaq tərəfi ilə yolun sol tərəfində yerləşən Şahid2 məxsus olan ərzaq mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 və manov Fərid Əvəz oğlunu vurmuş, bununla da zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 “sağ topuq sümüyünün sınığı, əzələ nahiyəsinin üstünün kəsilmiş yarası” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə “açıq ağır kəllə beyin travması, baş beyinin əzilməsi, sol təpə və sağ təpə gicgah nahiyəsinin epidural hematoması, alın sümüyünün iki tərəfli kəsilmiş qəlpəli sınığı, sağ almacıq qövsünün xətti sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə nəqliyyat vasitəsini idarə etmə hüququ olma yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxsin sağlamlığına öyə digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Həmin qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə şəxsin bu maddələrlə təqsirli bilinməsi məsələsi həll edilərkən onun nəqliyyat vasitəsini özbaşına və ya icazə ilə idarə etməsi heç bir əhəmiyyət kəsb etmir. Həmin qərarın 22-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. CM-nin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tam ödəməsini və anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X7 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X7 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-129/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-129/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver