Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-131/2024 05.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinib 03 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri T.Davudzadə küçəsi ev 10 mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o təqsirləndirilir ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 11 iyun 2024-cü il tarixdə saat 07:30 radələrində Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram, 0,047 qram, 0,048 qram olmaqla ümumi təmiz çəkisi 0,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, təxminən 2-3 ay bundan əvvəl Salyan şəhəri T.Davudzadə küçəsində yaşadığı evin yaxınlığında yerləşən pambıq zavodun yanından keçən zaman yolda içərisində heroin və metamfetamin olan bükulu görmüş, istifadə etmək üçün götürüb saxlamışdır. 11 iyun 2024-cü il tarixdə saat 07:30 radələrində Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında polis əməkdaşları onu tutub polisə aparmışlar və polis şöbəsində həmin maddələr onda aşkar olunmuşdur.Müstiəntiq həmin maddələri qablaşdırıb götürmüş və bu barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki,10 iyun 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək Salyan şəhəri T.Davudzadə küçəsi ev 10 mənzil 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. 11 iyun 2024-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı binanın yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan 5 ədəd bükümdə kütlələrin olduğu müəyyən olunmuşdur. Həmin bükümlərə baxış zamanı 4 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar, 1 ədəd bükümdə isə ağ rəngli, kristalik şəkildə ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin maddələri təxminən 2-3 ay bundan əvvəl Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığından keçən dəmir yolu ərazisində yerdən tapmış və özü qəbul etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa şəxsə satmamış və ya satmaq niyyəti olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 5 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar kütlələr ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 11 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu, sol yan cibindən isə 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Kağız bükümün içərisinə baxış zamanı oradan 3 ədəd kağız bükümlərdə və 2 ədəd sellofan bükümdə kütlələrin olduğu müəyyən olunmuşdur. Həmin bükümlərə baxış zamanı 2 ədəd kağız bükümdə və 2 ədəd sellofan bükümdə olmaqla ümumilikdə 4 ədəd bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlələrin, 1 ədəd kağız bükümdə isə ağ rəngli, kristalik şəkildə olan, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması barədə soruşulduqda, o, bildirmişdir ki, 4 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə “patı” və ya “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddələri təxminən 2-3 ay bundan əvvəl Salyan şəhəri T.Davudzadə küçəsində yaşadığı evin yaxınlığında yerləşən pambıq zavodun yanından keçən dəmir yolu ərazisində yerdən tapmış, həmin maddələrin istifadəçisi olduğu üçün tapdığı maddələri özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə 4 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlələrin çəkisinin 0,56 qram, 0,14 qram, 0,09 qram, 0,09 qram, psixotrop maddə metamfetaminə oxşar kütlənin çəkisinin 0,12 qram olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2024-cü il tarixli 18/584 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,437 qram, 0,047 qram, 0,048 qram, ümumi çəkisi – 0,532 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi – 0,061 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd polietilen bükümün içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric – mikroçəki) iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli, 523 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyatda durmur. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 04 iyul 2024-cü il tarixli, 18-1-68/2-1330/2024 nömrəli məktubundan görünür ki, Salyan şəhəri T.Davudzadə küçəsi ev 10, mənzil 9-da qeydiyyatda olan, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2005-ci il tarixdən “Heroin” ilə narkoloji qeydiyyatda olsa da, psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinib 03 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,472 qram narkotik vasitə heroin və 0,031 qram psixotrop maddə metamfetamin iş üzrə 20 iyun 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və qısa müddət keçməmiş yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,472 qram narkotik vasitə heroin və 0,031 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,472 qram narkotik vasitə heroin və 0,031 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-131/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-131/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver