Məhkəmə qərarları › İş №1(057)-134/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-134/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-134/2024 15.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 170.1, 177.2.1,177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 19 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, hər iki hökm üzrə məhkumluğu olan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla Salyan rayonu Kərimbəyli kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və yerdən qanunsuz olaraq soyuq silahı əldə edib, üzərində saxlayaraq gəzdirmiş, 2024-cü il iyulun 08-də saat 20:15 dəqiqədə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri Ə.Hüseynov küçəsində saxlanılmış, həmin vaxt özünü şübhəli apardığı üçün ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərindən 01 ədəd kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itirmiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü il iyulun 08-də saat 21 radələrində o əlindəki bıçaqla Salyan şəhəri Ə.Hüseynzadə küçəsində özünə məxsus olan avtomobilin nömrəsini bağlayan zaman polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Polis əməkdaşları əlində olan bıçağı alaraq onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq soyuq silah əldə etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Bundan sonra polis əməkdaşı saxlanılan zaman əlindən alınmış 01 ədəd soyuq silaha bənzər predmeti təqdim etmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. O da üzərində cinayət xarakterli əşya və ya predmet olmadığını deyərək əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən “Viceroy” markalı siqareti və sağ yan cibindən 89 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən “Viceroy” markalı siqaret, 80 qəpik pul aşkar olunmuş, əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar olunmuş 01 ədəd soyuq silaha bənzər predmetə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı gümüşü rəngli, ələ keçmə yeri olan, ümumilikdə uzunluğunun 26,5 sm olması, kəsici hissəsinin isə 12 sm olan 01 ədəd soyuq silaha bənzər predmet olması müəyyən edilmişdir. O şifahi olaraq bildirmişdir ki, təxminən 10 ay bundan əvvəl avotomobil alan zaman avtomobilin yük yerindən aşkar etdiyini, həmin vaxtdan avtomobilin yük yerində saxladığını, avtomobildə iş görən zaman istifadə etdiyini demişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman əlində olduğunu və avtomobilin nömrəsini bağladığını demişdir. Şəxsi axtarışın sonunda ondan aşkar edilmiş 01 ədəd soyuq silaha bənzər predmet müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa şəxsi axtarışın sonunda onun üzərindən aşkar olunmuş 02 ədəd “Viceroy” markalı siqaret, 89 manat və 80 qəpik pul özünə qaytarılmışdır. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu da imzalamışdır. Qeyd olunan bıçağı təxminən 10 ay bundan əvvəl avotomobil alan zaman avtomobilin yük yerindən aşkar edib götürmüşdür. Avtomobildə hər hansısa bir iş görən zaman istifadə edirmiş. Bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Həmin bıçağı təhqiqata təqdim etdiyi formada tapmışdır. Həmin bıçaq üzərində hər hansı bir dəyişiklik etməmişdir. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunduğunu etiraf etmişdir. Məhkəmədən subay olmasını, peşman və təqsirini boynuna almasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və cinayət işinin digər rəsmi sənədləri, həmçinin işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 2024-cü il iyulun 08-də saat 20:15 dəqiqədə Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman Salyan şəhəri Ə.Hüseynov küçəsində 1 nəfər şəxsin əlində bıçaq olmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin əlində olan 01 ədəd cinayət xarakterli predmeti alaraq həmin şəxsi gətirib Növbətçi Hissəyə təhvil vermişlər. RPŞ-nin Növbətçi Hissəsində məlum olmuşdur ki, həmin şəxs Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bununla bağlı olaraq o raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət edərək məlumat vermişdir. Raport əsasında Təqsirləndirilən şəxs polis şöbəsində müstəntiq tərəfindən qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman onun əlindən alınmış 01 ədəd soyuq silaha bənzər predmeti təqdim edərək masanın üzərinə qoymuşdur. Müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya və ya predmet olmadığını deyərək əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən “Viceroy” markalı siqareti və sağ yan cibindən 89 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən “Viceroy” markalı siqaret, 80 qəpik pul aşkar olunmuş, əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunmuş 01 ədəd soyuq silaha bənzər predmetə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı gümüşü rəngli, ələ keçmə yeri olan 01 ədəd soyuq silaha bənzər predmet olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin soyuq silaha bənzər predmeti təxminən 10 ay bundan əvvəl avotomobil alan zaman yük yerindən aşkar etdiyini, həmin vaxtdan avtomobilin yük yerində saxladığını, avtomobildə iş görən zaman istifadə etdiyini bildirmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxsdən aşkar edilmiş 01 ədəd soyuq silaha bənzər predmet müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 02 ədəd “Viceroy” markalı siqareti, 89 manat və 80 qəpik pul özünə qaytarılmışdır. O Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə xidmətdə olan zaman sonradan şəxsiyyətini bildiyi Təqsirləndirilən şəxsin Salyan şəhəri Ə.Hüseynov küçəsində iti addımlarla oradan uzaqlaşdığını və əlində 01 ədəd açılıb bağlanan beş barmaq formasında bıçaq olduğunu görmüşdür. Bununla bağlı o raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə saat 21:10-da Salyan RPŞ-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxsdən aşkar edilmiş 1 ədəd soyuq silaha bənzər predmet kağız zərfdə qablaşdırılmış, üzərində “Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra müstəntiq Şəhriyar İbrahimov tərəfindən götürülmüşdür. Məhkəmə-ballistik ekspertizasının 09 iyul 2024-cü il tarixli 18/645 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - kustar üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, lakin bıçağın küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itirmiş və hazırki vəziyyətdə soyuq silah hesab edilir. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 57,40 (əlli yeddi manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 580 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itirmiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Orxan Axundovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə X5 azad edilmişdir. Salyan RMX-nin xx.xx.2024-cü il tarixli 1453 saylı arayışından görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli, 321 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon Arbatan kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş soyuq silahı hardan əldə etməsini, nə məqsədlə üzərində gəzdirməsini və onun hər hansı cinayətdə iştirakının olub-olmaması ilə bağlı əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Quliyev X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 170.1, 177.2.1,177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 19 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin 1(057)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 180086/4 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddətini çəkib qurtardığı üçün xx.xx.2024-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itirmiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-ballistik ekspertizasının 09 iyul 2024-cü il tarixli 18/645 №-li rəyi, ifadələr və protokollar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 228.4-cü maddəsinə əsasən, Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan hər iki hökm üzrə məhkumluğu olan şəxsdir. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 170.1, 177.2.1,177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 19 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Həmin vaxtdan AR CM-nin 83.3.4-cü maddəsinə əsasən 06 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Bundan başqa, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəza müddətini çəkib qurtardığı üçün xx.xx.2024-cü il tarixdə Salyan rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Həmin vaxtdan AR CM-nin 83.3.2-1-ci maddəsinə əsasən 01 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhumluq ödənilmiş sayılır. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsi hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itimiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə 57,40 (əlli yeddi manat qırx qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Məhkəmə, həmçinin hesab edir ki, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itimiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. İş üzrə 57,40 (əlli yeddi manat qırx qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar