Məhkəmə qərarları › İş №1(057)-135/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-135/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-135/2024 15.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X16 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X14 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2004-cü ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Həsənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2006-cı ildə Neftçala rayonu, Bala Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü il 24 may tarixdə saat 01 radələrində Salyan rayonu, Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı kənddə icarə müqaviləsi əsasında işlətdiyi mağazasının qapılarındakı qıfılı dəmir parçası ilə sındırmaqla mağazaya qanunsuz daxil olaraq mağazadakı kassadan 180 manat kağız pul əskinaslarını və 20 manat qəpik pulları, həmçinin kassadan kənarda olan 380 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs1 cəmi 580 manat manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024cü il 28 may tarixdə saat 02 radələrində yaşadıqları Salyan rayonu, Həsənli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus "Rəşad" marketin qapısını itələyib açmaq yolu ilə marketə qanunsuz daxil olaraq marketdən Zərərçəkmiş şəxs2 məxsus 60 manat dəyərində müşahidə kameralarına aid bir ədəd "HiWatch" yaddaş aparatını, 150 manat dəyərində bir ədəd internet aparatını, 45 manat dəyərində bir ədəd elektrik nizamlayıcı aparatı, bir qutusunun satış qiyməti 4 manat olmaqla 80,0 manat dəyərində 20 ədəd (2 blok) "Winston" və bir qutusunun satış qiyməti 4 manat 20 qəpik olmaqla 126,0 manat dəyərində 30 ədəd (3 blok) "Kent 4" siqaretlərini, marketdəki kassadan 880 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs2 cəmi 1341 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024-cü il 24 may tarixdə saat 01 radələrində Salyan rayonu, Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı kənddə icarə müqaviləsi əsasında işlətdiyi mağazasının qapılarındakı qıfılı dəmir parçası ilə sındırmaqla mağazaya qanunsuz daxil olaraq mağazadakı kassadan 180 manat kağız pul əskinaslarını və 20 manat qəpik pulları, həmçinin kassadan kənarda olan 380 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs1 cəmi 580 manat manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 2024cü il 28 may tarixdə saat 02 radələrində yaşadıqları Salyan rayonu, Həsənli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus "Rəşad" marketin qapısını itələyib açmaq yolu ilə marketə qanunsuz daxil olaraq marketdən Zərərçəkmiş şəxs2 məxsus 60 manat dəyərində müşahidə kameralarına aid bir ədəd "HiWatch" yaddaş aparatını, 150 manat dəyərində bir ədəd internet aparatını, 45 manat dəyərində bir ədəd elektrik nizamlayıcı aparatı, bir qutusunun satış qiyməti 4 manat olmaqla 80,0 manat dəyərində 20 ədəd (2 blok) "Winston" və bir qutusunun satış qiyməti 4 manat 20 qəpik olmaqla 126,0 manat dəyərində 30 ədəd (3 blok) "Kent 4" siqaretlərini, marketdəki kassadan 880 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs2 cəmi 1341 manat məbləğində maddi ziyan vurmuşdur Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Salyan rayonu, Həsənli kəndində yaşayır və 2024-cü ilin yanvar ayında hərbi xidmətini başa vurduqdan sonra yaşadığı kəndə qayıtmışdır. Təqsirləndirilən şəxs2 əvvəldən həmkəndli kimi tanımış, Seyidəli uzaq qohumu olmaqla onunla münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Münasibətləri yaxşı olduğundan çox vaxt Seyidəligildə qalmış, buna səbəb hər gün birlikdə sahəyə ot bağlamaları yükləməyə getmələri olmuşdur. 27 may 2024-cü il tarixdə yenə səhər tezdən Seyidəli ilə birlikdə saat 07:00-da sahəyə ot yükləməyə getmiş və həmin gün cöldən evə saat 20 radələrində qayıtmışlar. Əmisigildə axşam naharı etdikdən sonra birlikdə kəndə çıxıb gəzməyə başlamış, daha sonra isə telefonda bir xeyli oyun oynamışlar. Gecə saat 02 radələrində Seyidəli ona yaşadıqları kənddə yerləşən "Rəşad" marketə girib oradan oğurluq etməyi təklif etmiş, o da Seyidəlinin bu təklifinə razılıq verdiyindən birlikdə həmin marketin yanına gəlmiş, marketin ətrafında bir qədər gəzib gözətçi və heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcə marketin arxa qapısına yaxınlaşmış, özləri ilə gətirdikləri vintaçanla nə qədər etsələr də, marketin arxa hissəsindəki dəmir qapının qıfılını aça bilməmişlər. Həmin vaxt qapının üzərindəki əl tutmaq üçün istifadə edilən dəmir əlçəkdə qırılıb yerə düşmüş, ona görə də məcbur qalıb marketin küçə tərəfdən qarşı hissəsinə keçmiş, orada giriş qapısındakı tor setkadan düzəldilmiş qapının cəftəsini açdıqdan sonra köməkləşib əlləri ilə itələməklə marketin plastik qapısını açıb marketə daxil olmuşlar. Marketə girəndən sonra Seyidəli kassadan 50 manat pul və 3 blok "Kent 4" markalı siqaret götürmüş, sonra ona kamera görüntülərinə düşdükləri üçün marketdəki bütün aparatları kəsib götürməyi tapşırmışdır. Ona görə də o, marketdə quraşdırılmış bir ədəd internet aparatı, bir ədəd işıq artıran aparatı və bir ədəd kamera görüntülərinin yazıldığı aparatı kəsib götürərək marketdən çıxmış, daha həmin marketdən başqa heç nə götürməmişlər Marketdən oğurladıqları 50 manat puldan Seyidəli ona 25 manat pul, bir blok "Kent 4" markalı siqaret və bir də əlavə 3-4 qutu həmin markalı siqaretdən vermiş, qalan pul, siqaret və oğurladıqlar əşyalar isə Seyidəlinin özündə qalmışdır. Seyidəlinin ona verdiyi 25 manatın bir hissəsini kənddəki başqa marketlərdə xərcləmiş, qalanına isə telefonuna kontur yükləmişdir. Seyidəlinin öz payına düşən siqaretləri və pulu nə etməsini bilməmiş, Seyidəli bu barədə ona heç bir söz deməmişdir. 29 may 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Salyan rayonu, Həsənli kəndində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, ona görə də polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şöbədə sorğu zamanı Seyidəli ilə birlikdə kəndlərindəki "Rəşad" marketdən başqa, ondan bir həftə əvvəl, yəni 24 may 2024-cü il tarixə keçən gecə saat 01 radələrində qonşu Xalac kəndindəki Nahid adlı şəxsə məxsus mağazaya da eyni qayda ilə girib oradan cəmi 580 manat pul oğurladıqlarını etiraf edib danışmışdır. Həmin mağazanın qapısındakı zəncirə keçirilmiş qıfılı yerdən tapıb götürdükləri armatur parçası ilə qırmış, oradan oğurladıqları 580 manat puldan da tən yarısını Seyidəli ona vermişdir. Nahid adlı şəxsin mağazasından oğurluq edərkən kamera görüntülərində tanınmasınlar deyə başına öz maykasını, Seyidəli isə əynindəki gödəkçənin papağını başına keçirmişdir. Həmin oğurluğu etdikdən sonra Seyidəli ilə birlikdə Neftçala rayonuna getmiş, orada oğurladıqları pullara özləri üçün təzə paltarlar almış, həmin paltarlara 70 manat pul xərcləmiş, qalan pulları isə kafe və marketlərdə xərcləmişlər. Oğurladıqları 580 manat pulu xərcləyib qurtarandan sonra isə ikinci oğurluğu, yəni "Rəşad marketdən olan oğurluğu törətmişlər. Bu oğurluqlardan başqa digər heç bir oğurluq etməmiş, oğurluq etməyi də ona Seyidəli təklif etmişdir. Belə ki, Seyidəli 2024-cü ilin iyun ayında hərbi xidmətə çağırılacağından kənddə özünə qonaqlıq təşkil etmək istəmiş, lakin bu qonaqlığı təşkil etmək üçün pulu olmadığından ona kənd mağazalarından birinə girib oradan oğurluq etməyi təklif etmiş, onunla razılaşandan sonra ilk dəfə 24 may 2024-cü il tarixdə, gecə saat 01 radələrində qonşu Xalac kəndindəki Nahid adlı şəxsə məxsus mağazadan 580 manat pul oğurlamış, sonradan isə kəndlərində yaşayan "Dədə" ləqəbli Balaqardaşa məxsus mağazaya girib oradan da eyni qayda da oğurluq etmişlər. Oğurluq etdiklərini özlərindən başqa kimsə bilməmiş, bu barədə başqa kiminsə məlumatı olmamış, törətdikləri oğurluqlarda yalnız özü və Seyidəli iştirak etmiş, onlarla həmin hadisələrdə başqa heç kim iştirak etməmişdir. Hazırda səhv iş tutduğunu başa düşür və buna görə də çox peşmandır. Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, hazırda anası ilə birlikdə Salyan rayonu, Həsənli kəndində yaşayır və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 70-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmuş, 10 may 2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs1 əvvəldən həmkəndli kimi tanımış, onunla uzaq qohum olduqlarından münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Son vaxtlarda Asimlə birlikdə çölə ot yükləməyə getdiklərindən Asim bəzən axşamlar onların evində qalmışdır. 27 may 2024-cü il tarixdə yenə səhər tezdən Asimlə birlikdə saat 7:00-da sahəyə ot yükləməyə getmiş və həmin gün cöldən evə saat 20 radələrində qayıtmışlar. Asimin əmiisigildə axşam naharı etdikdən sonra birlikdə kəndə çıxıb gəzməyə başlamış, daha sonra isə telefonda bir xeyli oyun oynamışlar. Gecə saat 2 radələrində Asimə yaşadıqları kənddə yerləşən "Rəşad" marketə girib oradan oğurluq etməyi təklif etmiş, o da onun bu təklifinə razılıq verdiyindən birlikdə həmin marketin yanına gəlmiş, marketin ətrafında bir qədər gəzib gözətçi və heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcə marketin arxa qapısına yaxınlaşmış, əvvəlcə o qapını açmaq istəmiş, özləri ilə gətirdikləri vintaçanla nə qədər etsələrdə marketin arxa hissəsindəki dəmir qapının qıfılını aça bilməmişlər. Həmin vaxt qapının üzərindəki əl tutmaq üçün istifadə edilən dəmir əlçəkdə qırılıb yerə düşmüş, ona görə də məcbur qalıb marketin küçə tərəfdən qarşı hissəsinə keçmiş, orada giriş qapısındakı tor setkadan düzəldilmiş qapının cəftəsini açdıqdan sonra köməkləşib əlləri ilə itələməklə marketin plastik qapısını açıb marketə daxil olmuşlar. Marketə girəndən sonra özü kassadan 50 manat pul və 3 blok "Kent 4" markalı siqaret götürmüş, sonra da Asimə kamera görüntülərinə düşdükləri üçün marketdəki bütün aparatları kəsib götürməyi tapşırmışdır. Ona görə də Asim marketdə quraşdırılmış bir ədəd internet aparatı, bir ədəd işıq artıran aparatı, bir ədəd kamera görüntülərinin yazıldığı aparatı kəsib götürmüş və sonra marketdən çıxmış, daha həmin marketdən başqa heç nə götürməmişlər Marketdən oğurladıqları 50 manat puldan Asimə 25 manat pul, bir blok "Kent 4" markalı siqaret, bir də əlavə 3-4 qutu həmin markalı siqaretdən vermiş, qalan pul, siqaret və oğurladıqlar əşyalar isə özündə qalmışdır. Sonradan oğurluqla bağlı kənddə polis əməkdaşlarının oğruları axtardığını eşidib bu barədə Asimə məlumat vermiş və sonra tez "Rəşad" marketdən oğurladıqları əşyaları, yəni bir ədəd internet aparatını, bir ədəd işıq artıran aparatı, bir ədəd kamera görüntülərini qeydə alan aparatı və siqaretlərin bir hissəsini aparıb kəndin kənarındakı "ana zığ" adlanan yerə atmışlar. 29 may 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Salyan rayonu, Şorsulu kəndində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, ona görə də polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şöbədə sorğu zamanı Asimlə birlikdə kəndlərindəki "Rəşad" marketdən başqa, ondan bir həftə əvvəl, yəni 24 may 2024-cü il tarixə keçən gecə saat 01 radələrində qonşu Xalac kəndindəki Nahid adlı şəxsə məxsus kiçik mağazaya da eyni qayda ilə girib oradan cəmi 580 manat pul oğurladıqlarını etiraf edib danışmışdır. Həmin mağazanın qapısındakı zəncirə keçirilmiş qıfılı yerdən tapıb götürdükləri armatur parçası ilə qırmış, oradan oğurladıqları 580 manat puldan da tən yarısını Asimə vermişdir. Nahid adlı şəxsin mağazasından oğurluq edərkən kamera görüntülərində tanınmasınlar deyə Asim başına öz maykasını, özü isə əynindəki gödəkçənin papağını başına keçirmişdir. Həmin oğurluğu etdikdən sonra Seyidəli ilə birlikdə Neftçala rayonuna getmiş, orada oğurladıqları pullara özləri üçün təzə paltarlar almış, özü üçün aldığı paltarlara, yəni bir cüt ayaqqabıya, bir ədəd şalvar və köynəyə ümumilikdə 86 manat pul xərcləmiş, həmçinin Neftçala şəhərindən özünə 40 manat verib bir ədəd ətir də almışdır. Qalan pulları isə Bakıya gedəndə orada barda tanış olduğu bir qadına xərcləmişdir. Oğurladıqları 580 manat pulu xərcləyib qurtarandan sonra isə ikinci oğurluğu, yəni "Rəşad marketdən olan oğurluğu törətmişlər. Bu oğurluqlardan başqa digər heç bir oğurluq etməmiş, oğurluq etməyi də Asimə o təklif etmişdir. Belə ki, 2024-cü ilin iyun ayında hərbi xidmətə çağırılacağından kənddə özünə qonaqlıq təşkil etmək istəmiş, lakin bu qonaqlığı təşkil etmək üçün pulu olmadığından Asimə kənd mağazalarından birinə girib oradan oğurluq etməyi təklif etmiş, onunla razılaşandan sonra ilk dəfə 24 may 2024-cü il tarixdə, gecə saat 01 radələrində qonşu Xalac kəndindəki Nahid adlı şəxsə məxsus mağazadan 580 manat pul oğurlamış, sonradan isə kəndlərində yaşayan "Dədə" ləqəbli Balaqardaşa məxsus mağazaya girib oradan da eyni qayda da oğurluq etmişlər. Onların oğurluq etdiklərini özlərindən başqa kimsə bilməmiş, bu barədə başqa kiminsə məlumatı olmamış, törətdikləri oğurluqlarda yalnız özü və Seyidəli iştirak etmiş, onlarla həmin hadisələrdə başqa heç kim iştirak etməmişdir. Hazırda səhv iş tutduğunu başa düşür və buna görə də çox peşmandır. Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları və onlara əlavə edilmiş fotocədvəllər, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması protokolları və onların görüntülərinin əks olunduğu disklər, təqdim etmə və götürmə protokolu və ona əlavə edilmiş protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq sənədləri ilə onlara tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İstintaqda verdiyi ifadəni təsdiq edir. Həmin ifadə düzdür. Cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, yaşadığı Salyan rayonu, Yenikənd kəndində yerləşən həmkəndlisi, X9 məxsus cəmi 75 kv.m sahəsi olan mağazanı rəsmi icarə müqaviləsi əsasında icarəyə götürərərk işlədir və həmin mağazada əsasən ərzaq məhsulları satılır. Mağazanı hər gün səhər saat 08 radələrində açır və axşam saat 20-21 radələrində bağlayır. Mağazanın dəmir barmaqlıqlardan və plstik materialdan olan iki giriş qapısı vardır. Dəmir barmaqlıqlardan hazırlanmış qapıya zəncir keçirib onu asma, plastik qapını isə onun üzərindəki qıfılla bağlayır. 23 may 2024-cü il tarixdə mağazanı saat 21:45də eyni qayda ilə bağlayıb evinə getmiş, 24 may 2024-cü il tarixdə gecə saat 3 radələrində xalasıoğlu Elşən ona zəng vurub mağazasının qapılarının açıq olduğunu bildirmiş, ona görə də tez mağazaya gəlmiş və mağazaya çatanda mağazanın qapılarının sındırıldığını görmüşdür. Mağazaya girəndən sonra baxdıqda kassadakı 180 manat kağız və 20 manat qəpik pulların, həmçinin kassanın kənarında qoyduğu 380 manat pulun oğurlanmasını müəyyən etmiş, mağazanın yaddaş kameralarına baxdıqda oğurluğu iki gənc şəxsin etdiyini görmüş, lakin onları tanıya bilməmiş, ona görə də həmin şəxsləri özü tapmaq qərarna gəlmiş və bu səbəbdən də mağazasından oğurluq barədə polisə həmin vaxt məlumat verməmişdir. Lakin sonradan, yəni 30 may 2024-cü il tarixdə ona məlum olmuşdur ki, mağazasından qeyd edilən oğurluğu qonşu Həsənli kənd sakinləri olan Asim və Seyidəli adlı şəxslər törətmişlər. Ona görə də Salyan rayon polis şöbəsinə gəlib bu barədə yazılı ərizə vermişdir. Asim və Seyidəli adlı şəxsləri əvvəldən tanımamış, onlarla heç bir ədavəti, narazılığı, münasibəti də olmamış, həmin şəxslərin yaşadıqları yerlə onun işlətdiyi mağazanın arasındakı məsafə təxminən 3-4 km-dir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İstintaqda verdiyi ifadəni təsdiq edir. Həmin ifadə düzdür. Cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildə yaşadığı Salyan rayonu, Həsənli kəndində oğlu Rəşadın adına market açıb ondan istifadə etmiş, həmin market bir mərtəbəli olmaqla cəmi 80 kv.metr sahəsi vardır və marketin küçə tərəfdən giriş qapısı plastik materialdan, arxa tərəfdən isə dəmir materialından hazırlanmışdır. Marketdə əsasən ğzü və oğlu Rəşad işləyir. Marketi həmişə saat 07 radələrində açır və axşam saat 23 radələrində bağlayırılar. 27 may 2024-cü il tarixdə axşam marketdə oğlu Rəşad olmuş və həmin gün marketdə təmizlik işləri aparıldığından Rəşad marketi gecə saat 01:50 radələrində bağlayıb evə gəlmişdir. 28 may 2024-cü il tarixdə səhər saat 07 radələrində Rəşad marketə gedəndə marketin qapısının açılıb ora girildiyini müəyyən etmiş, baxanda məlum olmuşdur ki, marketə girən şəxslər əvvəlcə marketin arxasındakı dəmir qapını açıb içəri girmək istəmiş, lakin həmin qapını aça bilmədiklərindən onlar küçə tərəfdəki plastik qapını açıb içəri girmiş, arxa tərəfdəki dəmir qapının üzərindəki dəmir əlcəyi də sındırmışlar. Rəşad bunu görən kimi dərhal telefonla ona məlumat vermiş, o da gəlib bu barədə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdmişdir. Ərizəsində marketə girilməsini göstərsədə oradan heç bir şey aparılmadığını yazmış, həmin vaxt fikirləşmişdir ki, kənd uşaqlarından hansısa biri səhv edib və özü oğurladıqları pulları və əşyaları qaytarıb gətirəcəkdir, bu səbəbdən də ərizəsini elə formada yazmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, marketinə girib oradan oğurluq edən şəxslər onunla bir kənddə yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Həmin şəxslər marketdən 740 manat dəyərində müşahidə kameralarına aid bir ədəd "HiWatch" yaddaş aparatını, 150 manat dəyərində bir ədəd internet aparatını, 45 manat dəyərində bir ədəd elektrik nizamlayıcı aparatı, bir blokunun satış qiyməti 39 manat olmaqla 78 manat dəyərində iki blok "Vinston" və bir blokunun satış qiyməti 41 manat olmaqla 123 manat dəyərində 3 blok "Kent 4" siqaretlərini, həmçinin marketdəki kassadan 880 manat oğurlamaqla ona ümumilikdə cəmi 2016 manat məbləğində ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun mağazasından yalnız 50 manat pul və 3 blok siqaret oğurlamaları barədə dedikləri yalan olmaqla həqiqəti əks etdirmir. Onlar onun marketindən 880 manat pul və 5 blok siqaret, həmçinin yuxarıda qeyd edilən aparatları oğurlamışlar. İş üzrə ifadələri arasında müəyyən ziddiyyət olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərin üzünə onların 28 may 2024-cü il tarixdə saat 02 radələrində ona məxsus yaşadıqları Salyan rayonu, Həsənli kəndindəki marketindən 50 manat və 3 blok siqaret deyil, bir ədəd müşahidə kameralarına aid işlənmiş "HiWatch" yaddaş aparatı, bir ədəd işlənmiş internet aparatı və bir ədəd işlənmiş nizamlayıcı aparat, 880 manat pul, 2 blok "Vinston" və 3 blok "Kent 4" markalı siqaretləri oğurladıqlarını bildirib göstərilən xüsusatı bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin mart ayından Salyan İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edir və onun xidməti ərazisinə rayonun Həsənli, Qardili, Şəkərli və Yenikənd kəndləri daxildir. Salyan rayonu, Yenikənd kənd sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəldən tanımamış, onlarla hər hansı bir münasibəti də olmamışdır. 28 may 2024cü il tarixdə Salyan rayonu, Həsənli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ərizə ilə Salyan RPŞ-nə müraciət edərək yaşadığı Həsənli kəndində yerləşən özünə məxsus "Rəşad" marketdən oğurluq olması barədə məlumat vermiş, bununla əlaqədar ərazinin əməliyyat müvəkkili polis baş leytenantı Şahverdi Cəfərovla birlikdə müvafiq tədbirlər hazırlayıb həyata keçirərkən həmin oğurluğun törədilməsində rayonun Həsənli kənd sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli olmasını müəyyən etmişlər. Həmin şəxslərin son günlərdə davranışlarında, həyat tərzlərində baş verən dəyişikliklər, yəni çoxlu pul xərcləmələri. özlərinə bəzi yeni geyim paltarları alması barədə kənddə söz-söhbət gəzdiyindən 29 may 2024-cü il tarixdə saat 17:40-da Təqsirləndirilən şəxs1 yaşadığı Həsənli kəndi ərazisində saxlanılıb Salyan RPŞ-nə gətirilmiş, ondan sonra isə Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılaraq Salyan RPŞ-nə gətirilmişdir. Polis şöbəsində onlar cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulduqdan sonra həmin oğurluq hadisəsini törətmələrini etiraf etmişlər. Bundan başqa, onlar həm də 24 may 2024cü il tarixdə Salyan rayonu Yenikənd kəndindən də oğurluq etdiklərini etiraf etmiş, özü də həmin oğurluğu edərkən kamera görüntülərində tanınmasınlar deyə Təqsirləndirilən şəxs1 başına əynindəki maykasını, Seyidəli isə gödəkçəsinin üstündə olan papağını keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinin başlanmasına səbəb: 28 may 2024-cü il tarixdə Salyan rayonu, Həsənli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ərizə ilə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək yaşadığı kənddə yerləşən özünə məxsus "Rəşad" marketə girmiş naməlum şəxslərin marketdən ona məxsus 740 manat dəyərində müşahidə kameralarına aid bir ədəd "HiWatch" yaddaş aparatını, 150 manat dəyərində bir ədəd internet aparatını, 45 manat dəyərində bir ədəd elektrik nizamlayıcı aparatı, bir blokunun satış qiyməti 39 manat olmaqla 78 manat dəyərində iki blok "Winston" və bir blokunun satış qiyməti 41 manat olmaqla 123 manat dəyərində 3 blok "Kent 4" siqaretlərini, marketdəki kassadan 880 manat oğurladıqlarını bildirib həmin oğurluq hadisəsi nəticəsində ona 2016 manat məbləğində ziyan vurduqlarını göstərməsi və 30 may 2024-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 ərizə ilə Salyan RPŞ-nə müraciət edərək 24 may 2024-cü il tarixə keçən gecə naməlum şəxslər tərəfindən yaşadığı Salyan rayonu, Yenikənd kəndində yerləşən icarə müqaviləsi əsasında işlətdiyi 75 kv.m sahəsi olan mağazanın giriş qapılarının sındırılmaqla mağazadan ona məxsus cəmi 580 manat pulun oğurlanmasını göstərməsi faktları, əsas isə həmin faktlarla əlaqədar toplanmış araşıdırma materialları olmuşdur. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 may 2024-cü il tarixdə saat 18:40-da Salyan RPŞ-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X11 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “qanuni nümayəndənin təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 anası, X4 onun qanuni nümayəndəsi qismində təyin edilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 may 2024-cü il tarixdə saat 20:00-da Salyan RPŞ-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X11 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokol və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, 28 may 2024-cü il tarixdə saat 02 radələrində Salyan rayonu, Həsənli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus marketdən oğurluq hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokol və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, 24 may 2024-cü il tarixdə, saat 01 radələrində Salyan rayonu, Yenikənd kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi mağazadan oğurluq hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixi “kamera görüntülərinin qeydə alındığı CD diskinə baxış keçirilməsi haqqında” prokotol və ona əlavə olunmuş bir ədəd CD diskdən görünür ki, 24 may 2024-cü il tarixdə saat 01 radələrində Salyan rayonu, Yenikənd kəndində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi mağazadan baş vermiş oğurluq hadisəsinin iki gənc şəxs tərəfindən törədilməsi və oğurluğu törətmiş şəxslərdən birinin başına tanınmaması üçün mayka, digərinin isə əynindəki gödəkçənin papağını keçirməsi faktı öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə tədbiri seçilmişdir. Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Arzu Hacıyevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onlar həmin tarixdə X13 azad edilmişdir. Azərbaycan Respublikasının DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 7552/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan rayonu Həsənli kəndində yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus "Rəşad" marketdə baş vermiş oğurluğa cəhd faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİNin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in İAMAS məlumat bankında olan) xx.xx.1987-ci il tarixdə Salyan rayonunda anadan olmuş Şahid2 sol əlinin orta barmağı (giriş qapısının iç hissəsindən götürülmüş iz) ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Bürhanov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasını tam çəkmiş və qeydiyyatdan çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-603/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 iyul 2024-cü tarixli 9/5305 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə bir ədəd müşahidə kameralarına aid işlənmiş "HiWatch" yaddaş aparatı 60,0 manat, 20 ədəd (2 blok) "Winston" markalı siqaretin bir qutusu 4 manat olmaqla dəyəri 80,0 manat, 30 ədəd (3 blok) "Kent 4" markalı siqaretin bir qutusunun qiyməti 4,2 manat olmaqla dəyəri 126 manat, ümumilikdə cəmi dəyəri təxminən 266.0 manat təşkil edir. Qərarda və cədvəlin 2-3cü bəndində göstərilən mallar, yəni bir ədəd işlənmiş internet aparatı və bir ədəd işlənmiş nizamlayıcı aparat haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Neftçala rayon Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli, 507 saylı ailə tərkibi haqqında arayış və 508 saylı xasiyyətnamədən görünür ki, Bürhanov X3 RİHB-nın Cəngan kənd İƏDN-nin Bala Surra kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Salyan rayonunun Xalac kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarxli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda ifadələri yerində yoxlanılarkən onların birlikdə 24 may 2024-cü il tarixdə saat 01 radələrində Salyan rayonu, Yenikənd kəndində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi mağazadan və 28 may 2024-cü il tarixdə saat 02 radələrində Salyan rayonu, Həsənli kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus marketdən oğurluq hadisəsi törətmələri, Zərərçəkmiş şəxs2 məxsus marketdən oğurladıqları müşahidə kameralarına aid bir ədəd "HiWatch" yaddaş aparatını, bir ədəd internet aparatını və bir ədəd elektrik nizamlayıcı aparatı sonradan kənddə polis əməkdaşlarının oğruları axtardıqlarını bildikdən sonra aparıb kəndin kənarındakı su kanalına atmaları faktı öz təsdiqini tapmışdır. Salyan rayon Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə hal-hazırda Salyan rayonunun Həsənli kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında ayrıayrılıqda üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərin üzünə onların 28 may 2024-cü il tarixdə saat 02 radələrində ona məxsus yaşadıqları Salyan rayonu, Həsənli kəndindəki marketindən 50 manat və 3 blok siqaret deyil, bir ədəd müşahidə kameralarına aid işlənmiş "HiWatch" yaddaş aparatı, bir ədəd işlənmiş internet aparatı və bir ədəd işlənmiş nizamlayıcı aparat, 880 manat pul, 2 blok "Vinston" və 3 blok "Kent 4" markalı siqaretləri oğurladıqlarını bildirib göstərilən xüsusatı bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan, eləcədə həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 28 may 2024-cü il tarixdə yaşadığı Salyan rayonu, Həsənli kəndində yerləşən "Rəşad" marketdən oğurlayıb sonradan yaşadığı evin həyətindəki talvarın altında gizlətdiyi 10 qutudan ibarət bir blok "Kent" markalı siqareti gətirib Salyan RPŞ-də təqdim etmişdir. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələri, hadisə yerinə baxış protokolları və onlara əlavə olunmuş fotocədvəllər, ifadələrin yerində yoxlanılması barədə protokollar və onlara əlavə edilmiş CD diskləri, təqdimetmə və götürmə protokolu və ona əlavə edilmiş fotocədvəl, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi cinayət işi üzrə sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi 10 qutudan ibarət bir blok "Kent 4" markalı siqaretlər maddi sübut kimi tanınsın və hazırda Salyan RPŞ-də saxlanılması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində 28 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus marketdən 880 manat pul, 2 blok "VVinston" markalı" siqaretləri oğurlamadıqları, 5 blok əvəzinə yalnız 3 blok "Kent 4 markalı siqaretləri və 880 manat əvəzinə 50 manat pul oğurladıqları barədə göstərdikləri xüsusat istintaq materialları ilə təkzib olunduğundan və öz təsdiqini tapmadığından həmin xüsusat rədd edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” qərardan görünür ki, iş üzrə 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[399] 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hadisəni törədərkən yetkinlik yaşına çatmadığına görə ona Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 85.4- 1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Belə ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasını tam çəkmiş və qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, hadisəni törədərkən yetkinlik yaşına çatmamış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan rayonu Həsənli kəndində yerləşən yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu Həsənli kəndində yerləşən yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 180 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan 10 qutu “Kent-4” markalı siqaretlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində manat məbləğində məhkəmə xərcləri X5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan rayonu Həsənli kəndində yerləşən yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu Həsənli kəndində yerləşən yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan 10 qutu “Kent-4” markalı siqaretlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılsın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar