Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-136/2024 01.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1966-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan Rayon Məhkəməsinin 1(057)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınaraq üzərində qəti olaraq 4 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 22 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, müharibə veteranı, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 iyul 2024-cü il tarixdə saat 16:05 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,366 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış götürmə və digər istintaq hərəkəti protokolları, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlarla, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və özü də hərdən bir əlinə düşəndə narkotik vasitə və ya "patı" adlandırdıqları psixotrop maddə olan metamfetamin qəbul edir. Birinci Qarabağ müharibəsində ayaqlarından xəsarət aldığı üçün ayağında ağrıları olmuşdur. Ona görə də hərdən narkotik vasitə və ya psixotrop maddə qəbul etmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 15 iyul 2024-cü il tarixdə axşamçağı Kür çayının sahilində gəzərkən yerdə bir büküm görüb onu qaldırıb baxdıqda həmin bükümün içərisində "patı" adlandırdıqları maddə olduğunu görmüş, özü həmin maddədən qəbul edən olduğu üçün onu sonradan özünün qəbul etməsi məqsədi ilə götürüb cibinə qoymuşdur. 17 iyul 2024-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayaraq Salyan RPŞ-nə aparmışlar. Polis şöbəsində üzərində olan bir bükümdəki "patı" adlandırdıqları maddəni şalvarının cibindən çıxarıb polis əməkdaşlarına tədim etmişdir. Törətdiyi əməldən peşmandır. Müharibə iştirakçısı olmasını və arvadının xəstə olmasını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan RPŞ-nin X2 əməliyyat müvəkkilli Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Salyan RPŞnə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 iyul 2024-cü il tarixdə əməliyyat qurupu yaradılmış, o, şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə vətəndaşın ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürmüşlər. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Salyan şəhəri, Taleh Davudzadə küçəsində görüb ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi şübhəli olduğu bildirilmiş, Salyan RPŞ-nə getməyi təklif etmişlər. Salyan RPŞdə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya hər hansı bir qadağan olunmuş predmet olub-olmaması soruşulduqda o, əlacsız qaldığından üzərində olan bir bükümdəki "patı" adlandırdıqları maddəni əynindəki şalvarınln cibindən çıxarıb onu tədim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar maddə olduğu məlum olmuşdur. Soruşanda Təqsirləndirilən şəxs həmin bükümdəki maddəni iki gün əvvəl Kür çayının sahilində yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan RPŞ-nin X2 əməliyyat müvəkkilli Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyul 2024-cü il tarixdə əməliyyat məlumatı daxil oldu ki, Salyan rayon sakini Mansur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı. Alınmış məlumatın yoxlanılması üçün o, Salyan rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 və şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonui ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs saat 16:05 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində, görüb ona yaxınlaşmış və özlərini təqdim etdikdən birlikdə Salyan RPŞ-nə getməyi təklif etmişlər. Birlikdə Salyan RPŞ-nə gəlmişlər, müstəntiq şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya hər hansı bir qadağan olunmuş predmet olub-olmaması soruşulduqda o, üzərində olan bir bükümdəki "patı" adlandırdıqları maddəni əynindəki açıq qəhvəyi rəngli şalvarının cibindən çıxarıb onu təqdim etmişdir. Təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar maddə olduğu məlum olmuşdur. Soruşanda Təqsirləndirilən şəxs həmin bükümdəki maddəni iki gün əvvəl Kür çayının sahilində yerdən tapdığını bildirmişdir. Götürülmüş maddə elektron tərəzidə çəklmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, o, məzuniyyətdə olduğu üçün məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan rayon PŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 18 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 12-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundovun 17 iyul 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə saat 16:05 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 16:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X6 icraatında olan HK-1/1383 №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242-246-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edir həmin protokolu Salyan RPŞnin NMQ-nun əməliyyat müvəkkiləri Şahid1 və Şahid3, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakları ilə ondan ötrü ki, 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında şəxsi axtarış aparmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə üzərində hər hansı bir narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa onları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir büküm çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdəki maddənin öz aralarında “patı” deyə adlandırdıqları psixotrop maddə olan metamfetamin olduğunu, onu iki gün əvvəl Salyan şəhərində Kür çayının sahilində yerdən tapdığını və həmin vaxtdan da üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0.46 qram olması müəyyən edilmişdir. Daha sonra, həmin büküm içərisindəki maddə ilə birlikdə ekspertizaya göndərilməsi məqsədi ilə birlikdə kağız paketə qoyularaq paketin ağzı şöbənin 113 saylı möhürü ilə möhürlənərək bağlanmış və iştirakçılar paketin üzərini imzaları ilə imzalayıb təsdiq etdilər. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli, qiymətli əşya aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı rəqəmsal kamera ilə videoçəkiliş aparılmış və çəkilişi əks etdirən bir ədəd CD diski protokola əlavə ediləcəkdir. Cinayət işinin 35-37-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/672 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərində...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,366 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi-0,05 qram, tədqiqatdan sonra qalıq çəkisi 0.316 qram olmuşdur. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 47-48-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 19 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 64-68-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddət 03 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 72-ci vərəqində olan 22 iyul 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.316 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 79-80-ci vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda arvadı X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 81-84-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ibtidai həbsdə olduğu nəzərə alınaraq üzərində qəti olaraq 4 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 22 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəzasını tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 85-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X13 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 18-1-68/2-1532/2024 saylı, 06 avqust 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhər sakini Təqsirləndirilən şəxs 2006-cı il tarixdən “Tiryək” ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 87-89-cu vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 109/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünün ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ibtidai həbsdə olduğu nəzərə alınaraq üzərində qəti olaraq 4 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 90-cı vərəqində olan Salyan Rayon Məhkəməsinin 1(057)-109/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(057)-109/2018 saylı hökmünün nəticə hissəsinin 6-cı abzasının aşağıdakı kimi oxunmaqla hökmdə olan anlaşılmazlığın aradan qaldırılması, cəzaçəkmə müddətinin başlanğıcının 22 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 91-94-cü vərəqlərində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 22 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 95-96-cı vərəqlərində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının nəticəvi hissəsindəki “02 ay 22 gün” sözünün “02 ay 12 gün” sözü kimi olmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 97-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın xx.xx.2024-cü il tarixli 607 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskdə baxış keçirilmiş, videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 0.46 qram olmuşdur. İşə əlavə edilmiş xx.xx.2006-cı il tarixdə Salyan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 009079 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ibtidai istintaqdakı etiraf edici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” pisxotrop maddə hesab edilən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ekspert tədqiqatından sonra qalıq qalmış 0,316 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs müharibə veteranı olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 1(057)- 109/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci il tarixədək ibtidai həbsdə olduğu nəzərə alınaraq üzərində qəti olaraq 4 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 22 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəzasını tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Мəcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd “CD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi ziyan yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,316 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-136/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-136/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver