Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-137/2023 18.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X28 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonu, Seyidsadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmayan, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan və Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən sənədsiz fərdi tikilmiş evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötürür ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli atasının himayəsindən alınaraq anasının himayəsinə verildiyi gündən yəni, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X10, həmçinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X12 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(012)- 2628/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(057)-932/2022 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 5500.00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər işləmədiyi üçün 5500 manat aliment borcu yarandığını, lakin işsiz olduğu üçün borcunu ödəyə bilmədiyini, işsiz olarkən X22 tərəfindən işsiz statusu aldığını, "xxxx" ASC-də gözəçi-fəhlə vəzifəsinə təklif olunduğunu, əmək haqqı 300-310 manat olduğu üçün ilk olaraq razılaşsa da, nəqliyyat problemi, yəni işə gedib gəlmək uzaq olduğu üçün imtina etdiyini, hal-hazırda işlədiyini, sonradan ikinci dəfə ailə qurduğunu, ikinci evliliyindən övladının olmasını, artıq hər ay olmaqla aliment ödədiyini, 16 mart 2021-ci ildən 16 mart 2023-cü ilə kimi 500, daha sonra 50, 150, 100 və 100 manat olmaqla ödənişlər etdiyini, məhkəmə baxışı zamanı da ödəniş edərək zərər çəkmiş şəxslə barış əldə edəcəyini bildirmişdir. Eyni zamanda 18 oktyabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasından zərər çəkmiş şəxsə 200 manat ödəniş etdiyini, həmçinin 02 oktyabr 2023-cü il tarixində zərər çəkmişin plastik kartına 100 manat ödəniş etdiyin, daha sonra 900 manat aliment borcundan ödədiyini bildirmişdir. Zərər çəkmiş şəxslə razılaşdığını, yaşadığı evi sataraq aliment borcunu tam ödəyəcəkdir. Sonda Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə razılaşaraq barışdığını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X19 anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə bir müddət mehriban yaşasalar da sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər, məhkəmə zamanı xx.xx.2006-cı il təvəllüdlü X1 Abdullayevin, xx.xx.2010-cu il təvəllüdlü X19 isə onun himayəsinə verilmişdir. Lakin sonra qızı Xanımda yaşamaq üçün onun yanına gəlmiş və onunla yaşamağa başlamışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş və uşaqları tək başına saxlaya bilmədiyindən Əfrailə qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2628/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli atasının himayəsindən alınaraq onun himayəsinə verildiyi gündən hesablanmaqla, xx.xx.2006-cı il təvəllüdlü X10, həmçinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 175,00 manat olmaqla iki uşağa cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Salyan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 5500.00 manat aliment borcu yaranmışdır. Bu müddət ərzində aylıq alimenti ödəməməklə yanaşı uşaqları ilə maraqlanmamış, maddi bir yana, mənəvi köməkliyi olmamışdır. Hazırda Əfrailin maddi vəziyyətini nəzərə alaraq ondan şikayət etmədiyini, aliment borcunun tələb etdiyini, Əfrailin yaşadığı evi sataraq borcunu ödəyəcəyinə dair ona söz verdiyini, Əfrailin borcundan 1250 manat ödədiyini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini və onun tutulmasını istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, icraatında olan icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat aliment alınması qət edilmişdir. Əfrail dəfələrlə İcra Şöbəsinə dəvət edilib, ona hüquqları izah edilib, Əfrayıl hissə-hissə az miqdarda ödənişlər edib, barəsində inzibati qərar qəbul edilib, sonradan yenə aliment borcunu ödəməyib, 6650 manat ödəniş etməli olduğu halda borcundan cəmi 1000 manat ödəniş edib, Əfrayıl çağırışlara çətinliklə gəlib, hər dəfə işsiz olmağını deyib, əmlakları olmasını deyib, əmlaklarını satıb borcunu qaytaracağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, iş Şahid2 icraatında olmuşdur, Əfrayıl haqqında inzibati protokol tərtib olunmuşdur. Hal-hazırda sonuncunun 5500 manat borcu qalmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 156-158-ci vərəqlərində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs uzun zamandır tanıyır. O özü ev tikintilərində usta işləyir. Əfrail də onun yanında fəhlə kimi işləyib. O, təmir tikinti üçün ev götürürdü, fəhlə lazım olanda Əfraili çağırırdı, Əfrail işləyən insandı, zəhmətkeş insandı. Gördüyü işdən asılı olaraq əməkhaqqı alırdı. Gündəlik Əfrailə 15,00 manat pul verirmiş. Həmçinin ev sahiblərinin hansısa söküntü işi olanda işdən sonra qalıb Əfrail o işləri görürdü və əlavə olaraq ev sahibi pul verirdi. Evli olub ayrıldığını, iki uşağının olduğunu bilirmiş, Lakin niyə ayırılb, alimenti ödəyir-ödəmir bu barədə heç bir məlumatı yoxdur. Sonradan yenidən ailə qurduğunu hazırda övladının olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəntiqi kiçik ədliyyə müşaviri Elşən Tağıyevin 25 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 12-16-cı vərəqlərində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-2628/2021 saylı qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 atasının himayəsindən alınaraq anasının himayəsinə verildiyi gündən hesablanmaqla 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin 17-ci vərəqində olan Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2628/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 18-ci vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2628/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. Cinayət işinin 20-27-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli, 260311/2021-39-6 saylı icra işi üzrə borclu Təqsirləndirilən şəxs şəxsi kartoçkasından göründüyü kimi, onun həminki tarixə heç bir iş yeri məlumatı və əmlakı və s. gəlir mənbəyi yoxdur. Cinayət işinin 34-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Cinayət işinin 36-cı vərəqində olan Salyan Rayon Məhkəməsinin 8(057)-116/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 40-cı vərəqində olan Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, səhhəti ilə bağlı işsiz olduğu üçün borcunu ödəyə bilmir, işlədiyi halda aliment borcunu ödəyəcəkdir. Cinayət işinin 41-ci vərəqində olan 10 noyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin 45-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Salyan rayon Qeydiyyat Şöbəsinin sorğuya cavab olaraq bildirdiyi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ilə X4 nikahı haqqında Salyan rayonu, Marışlı KİƏN-i tərəfindən xx.xx.2021-ci il tarixli, 01 nömrəli akt qeydi tərtib olunmuş və həmin akt qeydinin üzərində nikahın pozulması və ya etibartsız hesab edilməsinə dair hər hansı qeyd aparılmamışdır. Cinayət işinin 46-cı vərəqində olan X14 X6 Filialı tərəfindən verilmiş vətəndaşın işlə əmin olunmasına köməklik göstərilməsi haqqında məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixində işsizlik statusu verilmişdir. Müraciətin araşdırılması məqsədilə Filialın əməkdaşı Mübariz Mirzəyev tərəfindən vətəndaşla əlaqə (***-***-**-**) saxlanılmış və ətraflı söhbət aparılmışdır. Vətəndaş idarə təşkilat və müəssisələrdə münasib bir vəzifə üzrə işlə təmin edilməklə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşa danışıq zamanı məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin MEİS-in “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər ("xxxx" ASC-də gözətçi-fəhlə vəzifəsi üzrə əmək haqqı 300-310 manat) təklif olunmuş və bu barədə məlumatlar vətəndaşın şəxsi kabinetinə yerləşdirilmişdir. Vətəndaş münasib iş təklifini qəbul etmiş və işlə təmin olunmağı üçün elektron göndəriş formalaşdırılmışdır. Cinayət işinin 47-ci vərəqində olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsi tərəfindən verilən 04 avqust 2022-ci il tarixli məktubdan görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsində hərbi qeydiyyatdadır, orduda xidmət etmir. Cinayət işinin 48-ci vərəqində olan Salyan rayonu Marışlı KİƏDN-nin verdiyi xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı müddətdə özünü sakit aparmış, tədbirlərdə iştirak etməmiş, qanşular və qohumlar tərəfindən sonuncu barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 49-cu vərəqində olan Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, həmin borcu ödəyə bilmir, iş qüvvəsi yoxdur, işlədiyi halda alimenti və borcunu ödəyəcəkdir. Cinayət işinin 53-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin 3(057)-932/2022 saylı, 04 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 54-cü vərəqində olan 15 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin 55-64-cü vərəqlərində olan Təqsirləndirilən şəxs həyat yoldaşı X2 xx.xx.2023-cü il tarixli şəxsi kartoçkasından görünür ki, sonuncunun həminki tarixə iş yeri, əmlakı və heç bir gəlir mənbəyi yoxdur. Cinayət işinin 65-ci vərəqində olan zərər çəkmiş şəxsin xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs alınaraq ona verilməsi hissəsində məhkəmənin qət etdiyi qərarın tam təmin olunması və heç bir tələbi və şikayətinin qalmaması haqqında məlumat vermişdir. Cinayət işinin 67-ci vərəqində olan 05 dekabr 2022-ci i tarixli borclunun evində əmlakına baxış barədə aktdan görünür ki, borclunun qeydiyyatda olduğu Salyan rayonu, Seyidsadıqlı kəndində yerləşən evində əmlakına baxış keçirdikdə Təqsirləndirilən şəxs məxsus aliment borcunun hər hansı bir hissəsini ödəyə biləcək əmlak növü aşkar olunmamışdır. Cinayət işinin 68-ci vərəqində olan 0612.2022-ci i tarixli borclunun evində əmlakına baxış barədə aktdan görünür ki, borclunun yaşadığı Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində əmlakına baxış keçirdikdə Təqsirləndirilən şəxs məxsus aliment borcunun hər hansı bir hissəsini ödəyə biləcək əmlak növü aşkar olunmamışdır. Cinayət işinin 66-cı vərəqində olan zərər çəkmiş şəxs X20 ərizəsindən görünür ki, X13 həminki tarixə 5840 manat aliment borcu qalmışdır. Aliment pulunun və bu günə yaranmış aliment borcunun Təqsirləndirilən şəxs tərəfindən tez bir zamanda ödənilməsini xahiş etmiş, əks halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən xcinayət işinin başlanması üçün təqdimat verilməsini xahiş etmişdir. Cinayət işinin 69-cu vərəqində olan Salyan RİHB-nın Marışlı kənd İƏDN-nin 13 yanvar 2023-cü il tarixli məlumat məqsədli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arvadı-X5, qızı-X15 və qızı-X16 adlı ailə üzvləri vardır. Cinayət işinin 86-cı vərəqində olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs şahid qismində dindirmə protokoldan görünür ki, həmin tarixə sonuncu işsiz olduğunun, qətnamə ilə razı olmadığını, hər uşaq üçün 175 manat alimentin çox olduğunu və ödəmək iqtidarında olmadığını bildirmişdir. Cinayət işinin 93-cü vərəqində olan zərər çəkmiş şəxs kimi tanımaq haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqda hazırda ünvan 2 ünvanında yerləşən sənədsiz fərdi tikilidə yaşayan Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanımamış və ona məlumat verilmişdir. Cinayət işinin 110-cu vərəqində olan şəxsin məcburi gətirilməsi haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin 112-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şahidi dindirmə protokoldan görünür ki, Salyan rayonu İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 şahid qismində dindirilmiş, ifadəsində icra sənədi və icra prosesləri haqqında məlumat vermişdir. Cinayəti işinin 117-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 120-ci vərəqində olan 23 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, xx.xx.1981-ci ildə Salyan rayonu, Seyidsadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və ittiham elan etmək üçün tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işişninin 123-cü vərəqində olan 23 iyun 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Təqsirləndirilən şəxs tutulanadək dayandırılması qərara alınmışdır. Cinayət işinin 127-ci vərəqində olan axtarışda olan şəxsin saxlanılması barədə 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində saxlanılmışdır. Cinayət işinin 128-ci vərəqində olan 16 iyul 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən başlanmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış istintaq icraatı təzələnsin və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilsin. Cinayət işinin 144-148-ci vərəqlərində olan 16 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:35-dən saat 16:20-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işinin 149-150-ci vərəqlərində olan 16 iyul 2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 153-cü vərəqində olan 16 iyul 2023-cü il tarixli “müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, “Təqsirləndirilən şəxs tərəfindən hazırki işlə bağlı mənə min iki yüz əlli manat ödənilmişdir və qalan pulu da tələb edirəm, hazırda isə ona qarşı şikayətçi deyiləm və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edirəm”. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, əvvəli atasının himayəsindən alınaraq anasının himayəsinə verildiyi gündən yəni, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X10, həmçinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 175,00 (bir yüz yetmiş beş) manat olmaqla iki uşağa cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(012)- 2628/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(057)-932/2022 saylı qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 5500.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ərizə ilə müraciət edərək göstərmişdir ki, keçmiş əri Əfrailin maddi vəziyyətini nəzərə alaraq ondan şikayəti yoxdur, ancaq ödənilməmiş aliment borcunun tələb edir, onda dəymiş ziyandan 1250 manat pul ödənildiyini, Əfrailin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini və onun tutulmasını istəmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın qismən ödəməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddələrdə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddələr tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam “qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 06 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində Salyan şəhəri, T.Davudzadə küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-137/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-137/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver