Məhkəmə qərarları › İş №1(057)-137/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-137/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-137/2024 21.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nəriman qızının, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi- Fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Gədəbəy rayonu Şəkərbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməyə görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin mart ayında Salyan rayonu, Xalac kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun xəstə anasına pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə öz istəyi əsasında Zərərçəkmiş şəxs1 2022-ci il mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan hesaba 400 manat, 2022-ci il mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan hesaba 600 manat pulu köçürtdürüb həmin pulları əldə edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci il may ayının əvvəllərində Salyan şəhəri PMK-19-da yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə öz istəyi əsasında Zərərçəkmiş şəxs2 2022-cü il mayın 19-da Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən “Ay işığı 2” marketində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə oğlu Şahid1 “Kapital bank”a məxsus 416974******7798 saylı hesabına 300 manat, 2022-cü il mayın 24-də həmin hesaba 100 manat, 2022-cü il mayın 27-də həmin hesaba 200 manat, 2022-cü il iyunun 08-də həmin hesaba 170 manat, 2022ci ildə istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan hesaba 600 manat, 2022-ci ildə istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan hesaba 150 manat pulu köçürtdürüb həmin pulları əldə edərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1520 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Salyan rayonu, Qarabağlı kəndində istixanada işləmişdir. Ondan başqa orada işləyən Zərərçəkmiş şəxs1 ilə münasibəti yaranmışdır. Sonradan Azad onun Bakı şəhərində olan yaşadığı evə gəlib-getmişdir. Azadla söhbət edən zaman anasının xəstə olduğunu və ona pensiya düzəltmək istədiyini bildirmişdir. Onun adını hazırda unutduğu tanışı bu məsəllərdə ona kömək edə biləcəyini demişdir. Ona görə də Azad ondan nə qədər pul alacağını soruşduqda, Azada 1000 manata həll edəcəyini demişdir. Sonradan sağlamlığı ilə bağlı problemlər yaranmış, o da işdən çıxaraq Bakı şəhərində yaşadığı evə getmişdir. 2022-ci il mart ayının ortalarında dəqiq xatırlamadığı vaxtda Azad onun istifadəsində olan karta 400 və 600 manat pul köçürtmüşdür. O, etdiyi səhvi başa düşür və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 qohumu kimi tanımışdır. Onunla heç bir vaxt görüşüb söhbət etməmişdir. 2022-ci ilin mart ayında bir nəfər qadın mobil telefon vasitəsilə ona zəng edərək Azadın qohumu Xanım olduğunu bildirmişdir. Xanım onunla söhbət edən zaman xəstəlik ilə bağlı pensiya düzəltməkdə ona köməklik etməyini xahiş etmişdir. İstifadəsində olan Kapital banka Xanım 2022-ci ilin may ayında 300 manat, 100 manat, 200 manat və 2022-ci ilin iyun ayında 170 manat köçürtmüşdür. O, etdiyi səhvi başa düşür və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirimiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhərrəmi Salyan rayonu, Qarabağlı kəndi ərazisində yerləşən istixanada fəhlə kimi işləyən zaman tanımışdır. X1 ağır xəstə olduğu üçün ona pensiya düzəltdirmək istəmişdir. 2022-ci ilin mart ayının əvvəllərində istixanada işlədiyi zaman təsadüfi söhbət əsnasında Məhərrəm ona pensiya işi ilə məşğul olan tanışının olmasını bildirmişdir. O da bir növ bu işə sevinmiş və anasının pensiyasını Məhərrəmin vasitəsilə düzəltməyin mümkün olduğunu özlüyündə fikirləşmişdir. Daha sonra Məhərrəmə bu barədə danışmışdır. Məhərrəm də anasının vəsiqəsini ondan istəmiş və yalnız onun şəxsi məlumatlarına baxdıqdan sonra bu barədə ona bir söz deyə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o, anasının vəsiqəsini Məhərrəmə elə istixanada olarkən vermişdir. Bundan təxminən 1 həftə sonra Məhərrəm ona anasının pensiya məsələsinin həll edilməsinin mümkün olduğunu və bunun üçün 1000 manat pul verməli olduğunu bildirmişdir. O da etiraz etmədən razılaşmışdır. Məhərrəm pulu verəcəyi təqdirdə anasının 6 ay ərzində pensiya almağa başlayacağını bildirmişdir. O da Məhərrəmi tanıdığı üçün ona bir növ inanmışdır. Məhərrəm pulu kart hesabına göndərməyi məsləhət bilmişdir. Ona oğlu Nicata məxsus bank hesab kartının nömrəsini vermişdir. Elə həmin günü Salyan rayonu, Qarabağlı kəndi ərazisində yerləşən Seymur marketdə olan Million ödəmə terminalı vasitəsilə əvvəlcə 400 manat pulu Məhərrəmin ona verdiyi kart hesabına göndərmişdir. Təxminən 2 gün sonra yenə də eyni yerdən və eyni ödəmə terminalı vasitəsilə Məhərrəmin ona verdiyi bank hesab kartına 600 manat pul göndərmişdir. Bundan bir müddət keç, Məhərrəm yenə də istixanaya gəlib getmişdir. Məhərrəm faktiki olaraq həmin istixanada bir iş görməsə də, ancaq həmin istixanada yeyib-yatmaqla məşğul olmuşdur. Təxminən 6 ay müddət keçdikdən sonra o, Məhərrəmlə pensiya barədə danışmışdır. Məhərrəm ona növbəti ayda pensiyanın düzələcəyini bildirmişdir. Bundan sonra isə anasının pensiyası düzəlməmişdir. O, bir neçə dəfə Məhərrəmlə görüşdüyü zaman və eləcə də telefon əlaqəsi saxladığı zaman o, hər dəfəsində ona yalan vədlər verərək onu aldatmışdır. O, Məhərrəmlə ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə əlaqə saxladığını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci il mart ayında qohumu Azad ona tanışı olan Təqsirləndirilən şəxs onun anasına xəstəlik ilə bağlı pensiya düzəldəcəyini bildirmişdir. Onun da xəstəliyi olmasına baxmayaraq pensiya almır. Buna görə o da pensiya düzəltdirmək istədiyini demişdir. O, Azaddan Məhərrəmin mobil telefon nömrəsini alaraq onunla görüşmək istədiyini və xəstəlik ilə bağlı pensiya düzəltdirmək istədiyini demişdir. Məhərrəm də problem olmayacağını və görüşə biləcəyini bildirmişdir. Xatırlamadığı vaxtda Məhərrəm ilə görüşmüşdür. Məhərrəm də düzəldə biləcəyini bildirmişdir. O, Məhərrəmə nağd pulunun olmadığını, hissə-hissə verə biləcəyini demişdir. Məhərrəmdə onunla razılaşaraq problem olmadığını bildirmişdir. Məhərrəm Kapital banka aid plastik kartın şəklini ona göndərmişdir. 2022-cü il mayın ayından başlayaraq ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pulu Məhərrəmin kartına göndərmişdir. O, pulu göndərdikdən sonra Məhərrəmə bu barədə məlumat vermişdir. Məhərrəm xəstəlik ilə bağlı ona pensiya düzəldəcəyi adı ilə ümumilikdə onun 1520 manat pulunu ələ keçirmişdir. Buna görə də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildə xatırlamadığı vaxtda qızı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olduğunu bildirmişdir. O, Məhərrəmin kim olduğunu soruşmuş, Xanım isə ona pensiya düzəldəcəyini bildirmişdir. Həmin ərəfədə Xanım Məhərrəm ilə görüşüb danışdığını öyrənmişdir. 2022-ci il tarixdə dəqiq xatırlamadığı vaxtda qızı Xanım Məhərrəmin ona zəng etdiyini, vaxtının olmadığını onun yerinə Məhərrəmin kart hesabına pul göndərmək lazım olduğunu bildirmişdir. Bundan sonra qızı Xanım ona 600 manat pul verərək Məhərrəmin hesab kartına pul atmasını bildirmişdir. O da Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Ay işığı 2” marketində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsilə Məhərrəmin xatırlamadığı hesab kartına 600 manat göndərmişdir. Məhərrəm qızı Xanıma xəstəlik ilə bağlı pensiya düzəldəcəyi adı ilə 1520 manat pulunu ələ keçirmişdir. Xanım da bununla bağlı Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə Şahid1 dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsini xahiş etmişlər. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 onun oğludur, hazırda Zəngilan rayonu ərazisində işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 10 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 9-10-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun HK-1/1052 saylı material üzrə “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 29 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Salyan RPŞ-nin İB-nə göndərilmişdir. Cinayət işinin 27-28-ci vərəqlərində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış HK-1/1052 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Cinayət işinin 31-ci vərəqində olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş, tərəfindən cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Cinayət işinin 48-49-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 57-58-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 59-60-cı vərəqlərində olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 65-ci vərəqində olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45-də X15 X11 əməkdaşları tərəfindən X12 saxlanılaraq saat 20:30-da Salyan RPŞ-nə gətirilmişdir. Cinayət işinin 67-ci vərəqində olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 69-cu vərəqində olan xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir. Cinayət işinin 89-cu vərəqində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 100-cü vərəqində olan xx.xx.2024-cü il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi CM-in 178.1-ci maddəsi ilə icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibi bir icraatda aparılmışdır. Cinayət işinin 132-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 143-144-cü vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 154-cü vərəqində olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 173-cü vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X14 “X9” X13 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Yusifov X3 Tibb Mərkəzinin tabeliyində olan 1 nömrəli poliklinikanın psixiatr dispanser müşahidəsində deyildir. Cinayət işinin 176-cı vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında xx.xx.2011-ci il tarixdən “BMW 528” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cinayət işinin 181-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibində qızları və oğlu var. Cinayət işinin 185-ci vərəqində olan 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs maddi ziyan olan 2520 manatdan 650 manatını ödəmişdir, həmin 650 manat pul zərərçəkmiş şəxslərə ödənməsini xahiş etmişdir. Bununla bağlı olaraq Məhərrəmov Yusifov tərəfindən ödənmiş 650 manat pul Zərərçəkmiş şəxs1 verilmişdir. Odur ki, bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol tərtib olunan zaman heç bir şikayət və təklif daxil olmamışdır. Cinayət işinin 202-ci vərəqində olan 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs maddi ziyan olan 1870 manatdan 300 manatını ödəmişdir, həmin 300 manat pul zərərçəkmiş şəxslərə ödənməsini xahiş etmişdir. Bununla bağlı olaraq Məhərrəmov Yusifov tərəfindən ödənmiş 300 manat pul Zərərçəkmiş şəxs2 verilmişdir. Odur ki, bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol tərtib olunan zaman heç bir şikayət və təklif daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9692 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 630 manat dövlət nəfinə pul ödəmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu zərərin tam olaraq ödəmişdir. Onunla barışmışdır. Ondan heç bir şikayəti yoxdur. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxslərin ifadəsini, şahidlərin ifadəsini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyası daxilində nəzərdə tutulmuş cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən təkrar törədildikdə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 25 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 150 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayətin nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 25 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 150 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialında olan Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qrardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar