Məhkəmə qərarları › İş №1(057)-138/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-138/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-138/2023 27.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3,zərərçəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-nin Yaşıllaşdırma idarəsində fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Zərərçəkmiş şəxs 2023-cü ilin yanvar ayının 14-də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Salyan rayon şöbəsindən 4000 manat kredit götürdüyünü bilib sonradan onun aldığı kreditə guya nə qədər faiz hesablandığını dəqiqləşdirib öyrənmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Salyan şəhərində yerləşən çayxanada Zərərçəkmiş şəxs 055 *** ** ** nömrəli mobil telefonunu ondan alaraq həmin telefonu istifadəsindəki Redmi A 01 markalı, ***-***-**-** telefonun internetinə qoşmaqla Zərərçəkmiş şəxslə birlikdə yaratdığı və bu səbəbdən şifrəsini bildiyi sonuncuya məxsus mobil telefondakı "bir bank" tətbiqinə daxil olub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Salyan rayon şöbəsindən Zərərçəkmiş şəxs adına verilmiş 5243 7544 4086 1555 nömrəli kartdan 1000 manat pulu həmin gün saat 13:23:17-də KapitalBanka məxsus öz adına olan 416973******7409 nömrəli bank kartına köçürməklə oğurlayıb talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2023-cü ilin yanvar ayında Əziz ondan xahiş etdiyi üçün onunla birlikdə "Unibank"ın Salyan rayon şöbəsinə getmiş, Əziz orada öz adına 4000 manat kredit rəsmiləşdirib götürmüşdür. Həmin vaxt Əzizə bankdan həm də sarı rəngli bir plastik bank kartı da verilmiş, bankdan Əzizə kart verilən zaman ona verilmiş kartın üzərindəki şifrəni bilmişdir. Əziz krediti götürəndən sonra da onun mobil telefonunda "bir bank" tətbiqi yaratmaqda da Əzizə kömək etmişdir. Bundan təxminən bir müddət sonra, yəni 2023-cü ilin mart ayının ilk günlərindən birində saat 17 radələrində bir dəfə çayxanada olarkən Əziz götürdüyü kreditə görə ondan çox faiz tutulduğunu bildirərək bundan şikayətlənmiş, ona "sənin telefonunda internet yoxdur, mənim telefonumda isə internet var, ona görə də telefonunu mənə ver, mən öz telefonumda olan interneti sənin telefonuna qoşub baxaram ki, sənə nə qədər kreditə görə faiz hesablanır" deyə telefonunu ondan istəmiş, Əziz də onun bu sözlərindən şübhələnmədiyi üçün öz mobil telefonunu ona vermiş, Əzizin mobil telefonunu öz istifadəsində olan Redmi A 01 markalı, ***-***-**-** nömrəli mobil telefonunun internetinə qoşub Əzizin mobil telefonunda olan "bir bank"ın şifrəsini bildiyi üçün ora girib onlayn qaydada Əzizin "bir bank" tətbiqindən mobil telefonu vasitəsi ilə 1000 manat pulu onlayn qaydada öz adına olan Kapital Banka məxsus 416973******7409 nömrəli karta yükləmiş və Əzizin bundan xəbəri olmamışdır. Əzizə vurduğu ziyanı ödəmiş, törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərər çəkmiş şəxs və həmçinin mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 14-də "Unibank"ın Salyan rayon filialından 4000 manat kredit götümüş, krediti rəsmiləşdirib götürən zaman iş yoldaşı Təqsirləndirilən şəxs da onun yanında olmuş o da bunu görüb onun kredit aldığını bilmişdir. Kredit götürən zaman bankdan ona 5243 7544 4086 1555 nömrəli plastik kart verilmiş, bundan sonra o, həmin kartı üzərində gəzdirib saxlamışdır. Adına bankda kredit rəsmiləşdiriləndən bir müddət sonra o, iş yoldaşları ilə birlikdə Salyan şəhərindəki çayxanalardan birində oturub çay içib söhbət edən zaman Seymur ondan bank kartını və mobil telefonunu istəmiş, Seymurdan telefonunun və bank kartının ona nə üçün lazım olmasını soruşanda Seymur ona " baxım görüm kartına sənin bank nə qədər faiz hesablayır" deyə cavab vermişdir. Bir iş yoldaşı kimi ondan şübhələnmədiyi üçün mobil telefonunu və bank kartını çıxarıb ona vermiş, Seymur kartı alıb baxandan sonra öz mobil telefonu ilə kartın fotoşəkillərini çəkmiş, soruşanda bunu karta hesablanacaq faizi onlayn qaydada öyrənəcəyi ilə əlaqələndirmiş, mobil telefonunu da bir qədər telefonu qurdalıqdan sonra bank kartı ilə birlikdə telefonunu ona qaytarmışdır. Krediti götürəndən sonra o, hər ay 169 manat banka kredit ödəmiş, 2023-cü ilin aprel ayının 13-də mobil telefonuma mesaj gəlmişdir ki, hər ay götürdüyü kreditə görə Unibanka əlavə 60 manat da ödəməlidir. Bu onu təəcübləndirdiyindən bunu aydınlaşdırmaq üçün banka getmiş, bankda ona kartından 4000 manat kreditdən əlavə 1000 manat da pul çıxarıldığını bildirmişlər. Bank əməkdaşlarına kartından 1000 manat pul çıxarmadığını bildirdikdə onlar ona 1000 manat pulun kartından çıxarılması barədə rəsmi çıxarış təqdim etmişlər.Pulun sonradan ondan Seymurun oğurladığını bilmiş və şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, ondan şikayət və tələbi yoxdur. "xxxx" ASC-dən alınmış xx.xx.2023-cü il tarixli çıxarışda Zərərçəkmiş şəxs məxsus həmin banka aid **** **** **** 1555 nömrəli kartdan 1000 manat pulun xx.xx.2023-csü il tarixdə saat 13:23:17-də köçürüldüyü öz əksini tapmışdır. "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli, HTİD-OUT-00083-2023 nömrəli məktubla göndərilmiş 524375** **** 1555 nömrəli kart üzrə xx.xx.2023-cü il tarixdə aparılmış 1000 (bir min) manat məbləğində məxaric barədə məlumatları əks etdirən bir ədəd disk daşıyıcısına baxış keçirilərkən xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına həmin bankdan verilmiş 524375** **** 1555 nömrəli kartdan xx.xx.2023-cü il tarixdə saat 13:23:17-də 1000 manat pulun KapitalBanka məxsus 416973******7409 nömrəli bank kartına köçürülməsi müəyyən edilmişdir. Kapital Bankdan alınmış 21 iyul 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışda 416973******7409 nömrəli həmin banka məxsus kartın Təqsirləndirilən şəxs adına rəsmiləşdirildiyi, xx.xx.2023-cü il tarixdə həmin kartdan 1000 manat pulun çıxarılması öz əksini tapmışdır. 02 iyul 2023-cü il tarixli "xxxx" MMC-dən alınmış arayışda 55 *** ** ** mobil nömrənin Təqsirləndirilən şəxs adına rəsmiləşdirildiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə Salyan rayon məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 25 iyul 2023-cü il tarixli, 1595 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Sayan şəhəri, Y. Zərgərli küçəsi ev 243-də yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanı ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyəti,cəzasının yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmaması, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Qeyd edilənələr əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00dan ertəsi gün saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışına gəlmədiyi üçün axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və 26 sentyabr 2023-cü ildə tutulmuşdur. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş zərəri könüllü ödədiyindən verilmiş mülki iddia təmin olunmamalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləfsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 07:00-dək tərk etməsinə və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar