Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-138/2024 08.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X11 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o,qanunsuz olaraq yaşayış yerinə daxil olmaqla oğurluq yəni özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2024-cü il tarixdə gecə saat 03:15 radələrində Zərərçəkmiş şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə çəpərdən qanunsuz olaraq tullanmaq yolu ilə daxil olmuş, daha sonra qanunsuz olaraq fərdi yaşayış evinə qapıdan daxil olaraq qonaq otağında olan dolabın içərisindən Zərərçəkmiş şəxs məxsus 180 (yüz səksən) manat dəyərində 1 ədəd istifadədə olmuş “Redmi 12” markalı mobil telefonu, otağın pəncərəsinin kənarında olan 20 (iyirmi) manat dəyərində 1 ədəd istifadədə olmuş “T9” modelli mobil telefonu və soyuducunun üzərində olan 3 manat məbləğində qəpik pulları oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 203 (iki yüz üç) manat maddı ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da ailə üzvləri ilə birlikdə yaşayır. Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə verdiyi məlumat və Salyan rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. 2021-2022ci illər ərzində maddi dolanışığı ilə bağlı Salyan rayon Aşağı Kürkənd kəndində yerləşən “Gölüstü” restoranında 1 il ofsiant işləmişdir. Həmin vaxtlar həmin restorandan bir qədər aralıda yaşayan Zərərçəkmiş şəxs tanımışdır. Zərərçəkmiş şəxs Salyan rayon X9 idarəsində işlədiyini, son zamanlar onun ailəsindən ayrılmasını, evdə tək qalmasını, bəzən də gecəni evinin nəzarətsiz və sahibsiz halda olmasını bilmişdir. Zərərçəkmiş şəxs evində heç kimin olmamasına tam əmin olduğu üçün onun evindən qızıl-zinyət əşyası, pul və ya digər qiymətli əşyaları oğurlamaq qərarına gəlmişdir. Buna görə də oğurluq etməzdən 2 gün qabaq Xalidin yaşadığı evin ətrafında gəzərək onu izləməklə hansı günü gündüz və ya hansı günü gecəni işdə olmasını dəqiqləşdirmişdir. 22 may 2024-cü il tarixdə gecə saat 03:15 radələrində Xalidin yaşadığı ünvana yaxınlaşaraq küçə darvazasının bağlı olmasını yoxladıqdan sonra dəmir darvazanın yanında hasardan aşmaqla Xalidin həyətinə daxil olmuşdur. Daha sonra evə yaxınlaşmışdır. Xalidin evdə olmadığını və gecə işdə olmasına tam əmin olduğu üçün onun evinin giriş qapısını yoxlamışdır. Evin qapısı açıq olduğu üçün evin giriş qapısından içəriyə daxil olaraq evi axtarış etdikdə evdə eyvan hissədə pəncərənin qarşısında balaca qara rəngli “T9” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra evin digər otağını gəzib axtarış etməyə başlamışdır. Evin qonaq otağının içərisində olan dolabı açıb baxarkən orada 1 ədəd “Redmi 12” markalı mobil telefonu aşkar edib onu da götürmüşdür. Daha sonra evdə soyuducunun üzərində 3 manat məbləğində qəpik pulları görmüş və onları da götürüb cibinə qoymuşdur. Təxminən 15-20 dəqiqə ərzində evi axtarış etmiş, lakin orada həmin 2 ədəd mobil telefondan və 3 manat məbləğində qəpik pullardan başqa daha qiymətli heç nə aşkar etmədiyi üçün evi tərk edərək getmişdir. İki gün sonra yəni 24 may 2024-cü il tarixdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olarkən tanışı, Salyan rayonu Aşağı Kürkənd kənd sakini Şahid2 ilə görüşdükdə Zərərçəkmiş şəxs evindən oğurladığı “T9” və “Redmi 12” markalı mobil telefonları ona saxlaması üçün vermişdir. Şakir ondan həmin mobil telefonların kimə məxsus olduğunu soruşduqda, həmin mobil telefonların özünə məxsus olduğunu bildirmişdir. İlk dəfə cinayət törətdiyini, buna görə əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin dindirmə protokolları, baxış və götürmə, tanınmaya təqdim etmə istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy, cinayət işi üzrə götürülmüş maddi sübut, digər istintaq hərəkəti protokolları, əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Liman şəhəri Sabir küçəsi ev 137 B-də qeydiyyatda olmaqla Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da ailə üzvləri ilə birlikdə yaşayır. İki övladı vardır. Oğlu Təqsirləndirilən şəxs 15.112006-cı təvəllüdlü olmaqla onun ikinci övladıdır. 10 iyun 2024-cü il tarixdə bilmişdir ki, oğlu Dilavər 22 may 2024-cü il tarixdə gecə saatlarında Salyan rayonu Aşağı Kürkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi” markalı və 1 ədəd “T9” markalı mobil telefonları oğurlamışdır. Bununla bağlı 10 iyun 2024-cü il tarixdə Salyan rayon poli şöbəsinə dəvət olunmuş və istintaq zamanı oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi iştirak etmişdir. 11 iyun 2024-cü il tarixdə oğlu Dilavərin tanışı, Salyan rayonu Aşağı Kürkənd kənd sakini ƏlŞahid2 Cəlal oğlu ona həmin mobil telefonların özündə olduğu üçün onları Bakı şəhərindən taksi vasitəsilə göndərdiyini bildirmiş və 0 da mobil idilar Salyan şəhəri ərazisində əvvəllər tanımadığı taksi avtomobilindən təhvil slmşdr Bildik ir ki, hazırda Şakir Ələkbərovun göndərdiyi, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Redmi markalı və 1 ədəd “T9” markalı mobil telefonları istintaqa təqdim edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Salyan rayonu Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış və onunla həmyaşıd kimi yaxın münasibəti olmuşdur. 24 may 2024-cü il tarixdə tanışı Dilavər ilə görüşdükdə, Dilavər ona saxlamağı üçün 1 ədəd mobil telefon vermişdir, O, həmin mobil telefonun kimə məxsus olduğunu soruşduqda, Dilavər ona həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. 11 iyun 2024-cü il tarixdə Dilavərin ona saxlamağı üçün verdiyi həmin mobil telefonun Dilavər tərəfindən oğurluq yolu ilə əldə edildiyini eşidib mobil telefonu taksi vasitəsilə Dilavərin atası Hakimə göndərmişdir. Daha sonra bilmişdir ki, Dilavər 22 may 2024-cü il tarixdə Salyan rayonu Aşağı Kürkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus evə daxil olaraq oradan həmin mobil telefonu oğurlamışdır. Bildirmişdir ki, onun Zərərçəkmiş şəxs məxsus evdən edilmiş oğurluq cinayət əməli ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı mobil telefonu ona saxlamağa verərkən mobil telefonun onun tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Çünki Dilavər mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonun Dilavər tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilsəydi, onu saxlamağa qəbul etməzdi. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, şikayətçi olmadığını, cinayət işinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonu Aşağı Kürkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2006-cı ildən hal-hazıra kimi Salyan rayon X9 İdarəsində ASC-də maşinist vəzifəsində işləmişdir. Qeyd etmişdir ki, təxminən 2024-cü ilin may ayının əvvəllərindən ailəsi və övladları Bakı şəhərindədirlər. Ona görə də evdə tək qalmışdır. Növbəli işdə işlədiyi üçün 1 gün gecəni səhərə kimi işdə olmaqla, növbəti 2 gün evdə olmuşdur. 21 may 2024-cü il tarixdə şaat 08 radələrində səhər tezdən evdən çıxaraq işə getmiş və bütün gecəni işdə olmuşdur. 22 may 2024-cü il tarixdə səhər saat 09 radələrində işdən evə gəlmişdir. Yaşadığı ev həyət evi olduğu üçün küçə qapısını bağlasa da, evin giriş qapısının açarı xarab olduğundan bağlanmadığı üçün qapını adi qaydada bağlasa da, amma tam bağlaya bilməmişdir. İşdən evə gələndən sonra evin qapısının qismən açıq halda olmasını görüb evə naməlum şəxsin daxil olmasından şübhələnmiş və evi nəzərdən keçirəndə evin əşyalarının müəyyən hissəsi dağınıq hala salındığını görmüşdür. Evi nəzərdən keçirəndə qonaq otaqındakı dolabın içində olan 01 ədəd gümüşü rəngli 2 kartlı “Redmi 12” markalı İMEİ**********58322 və **********58330 kodlu mobil telefonunun və otağın pəncərəsinin kənarında olan “T9” markalı, İMEİ kodunu dəqiq bilmədiyi mobil telefonların yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan əlavə evdə soyuducunun üzərinə qoyduğu 3 manat məbləğində yığılmış xırda qəpik pulların naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bununla bağlı bütün ətrafı gəzib nəzərdən keçirsə də, lakin başqa heç nə aşkar etməmişdir. Ona görə də məcbur olub DİN-in 102 xidmətinə zəng edərək həmin mobil telefonlarının və pulunun oğurlanması barədə məlumat vermişdir. Həmin mobil telefonlardan “T9” markalı mobil telefonu 2023-cü ilin yay aylarında “Azərcell”-in Salyan şəhərində yerləşən mağazasından təzə olmaqla 30 manata almışdır. “Redmi 12” markalı mobil telefonun “Kontakt home”-un Salyan şəhərində yerləşən mağazasında nəğd pula satış qiyməti 380 manata olsa da, lakin 2024-cü ilin mart ayında həmin mobil telefona görə hər ay 26 manat 96 qəpik krediti 18 ay müddətinə ödəməklə 516 manata alaraq qutusu ilə birgə evdə otaqda dolabın içinə qoymuşdur. Həmin “Redmi 12” markalı mobil telefonun kreditindən cəmi 3 ay ödəmişdir. Həmin mobil telefonların heç birində mobil nömrə olmamış və istifadə etməmişdir. Beləliklə, yaşadığı evdən 1 ədəd 516 manat dəyərində “Redmi 12” markalı, 1 ədəd 30 manat dəyərində “T9” markalı mobil telefonları və 3 manat məbləğində yığılmış qəpik pulları oğurlanmaqla ona ümumilikdə 549 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, baş vermiş hadisə ilə əlaqədar aparılmış araşdırma nəticəsində həmin oğurluğu törətmiş şəxsin Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bildirmişdir ki, ona dəymiş olan maddi ziyanın təyin olunacaq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən olması ilə razıdır və maddi ziyanın ekpertiza qiymətinə uyğun tanınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 22 may 2024-cü il tarixdə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonları və 3 manat məbləğində qəpik pulları oğurlanması faktı öz təsdiqini tapmışdır. 01 iyun 2024-cü il tarixli 3-1311/2-7003/2024 nömrəli DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kəndində Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinə dair aparılmış müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (qonaq otağındakı şkafın 1-ci siyirtməsindən götürülmüş) xx.xx.2006-cı il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən etmişdir. 10 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. 10 iyun 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:30 dəqiqədə Salyan RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X6 Yerinə təhvil verilmişdir. 11 iyun 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 11 iyun 2024-cü il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonları istintaqa təqdim edərək oğlu Təqsirləndirilən şəxs tərəfindən Salyan rayonu A.Kürkənd kənd sakini Zərərçəkmiş şəxs evindən oğurlanmış, Zərərçəkmiş şəxs məxsus həmin mobil telefonlar olduğunu bildirmiş və mobil telefonlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. 11 iyun 2024-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, tanınma zamanı Zərərçəkmiş şəxs təqdim edilmiş 1 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonları nəzərdən keçirib tanıyaraq mobil telefonları özünə məxsus oaln həmin mobil telefonlar olduğunu bildirmişdir. 11 iyun 2024-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş 1 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonları nəzərdən keçirib tanıyaraq mobil telefonları özünə məxsus oaln həmin mobil telefonlar olduğunu bildirmişdir. 12 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSY-dən azad edilmişdir. 12 iyun 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 12 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. 31 avqust 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, o, özünə məxsus olan və ünvan 1 ünvanından oğurlanmış 01 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonları heç bir problemi olmadan təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, o, əvvəllər məhkum olunmamışdır. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 05 iyul 2024-cü il tarixli, 18-1-68/2-1338/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İnzibati Ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2027-cü il tarixli, 5-71-8/2-381/2024 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri: atası-xx.xx.1967-ci il təvəllüdlü Şahid1, anasıxx.xx.1968-ci il təvəllüdlü X5 və bacısı-xx.xx.2005-ci il təvəllüdlü X4 ibarətdir. Həmin Arbatan kənd inzibati ərazi nümayəndəsindən verilmiş 05 avqust 2024-cü il tarixli xasiyyətnamədə göstərilir ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Salyan rayon İHB Arbatan kənd İnzibati Ərazi nümayəndəsinə heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6617 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən mobil telefonların komplektləşdirilməsinə aid olan aksesuarlarının olmaması, istifadədə olmaması (normal vəziyyətdə) nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin may və hazırki vaxta, yəni 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200,00 manat müəyyən edilir. Həmin mobil telefonların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərni müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona məxsus 1 ədəd Redmi 12, 1 ədəd T9 markalı mobil telefon və 3 manat məbləğində qəpik pulları oğurlaması nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənildiyini bildirmişdir. Bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirərək, nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq orqanının 28 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, DİN-in KTİ-dən daxil olmuş məktub, baxış keçirilməsi və götürmə protokolu, əşyanın tanınması protokolu, ifadənin yerində yoxlanılması protokolu, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, maddi sübutlar və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonlar maddi sübut hesab edilsin və məhkəməyədək icraat zamanı saxlanılmasından ötrü zərərçəkmiş şəxs Xalıd Rüstəmova geri qaytarılmış, istintaq zamanı Şahid2 əməlində cinayət tərkibi aşkar olunmadığından barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı bəzi istintaq sənədlərində Şahid2 soyadı “Ələkbərov”, ata adı “Cəlal” kimi qeyd edilsə də, şəxsin ad, soyad və ata adının Şahid2 kimi olması nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə gecə saat 03:15 radələrində Zərərçəkmiş şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə çəpərdən qanunsuz olaraq tullanmaq yolu ilə daxil olmuş, daha sonra qanunsuz olaraq fərdi yaşayış evinə qapıdan daxil olaraq qonaq otağında olan dolabın içərisindən Zərərçəkmiş şəxs məxsus 180 (yüz səksən) manat dəyərində 1 ədəd istifadədə olmuş “Redmi 12” markalı mobil telefonu, otağın pəncərəsinin kənarında olan 20 (iyirmi) manat dəyərində 1 ədəd istifadədə olmuş “T9” modelli mobil telefonu və soyuducunun üzərində olan 3 manat məbləğində qəpik pulları oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 203 (iki yüz üç) manat maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətin yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsini, dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, X3 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddətin hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, AR Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında yerləşən yaşayış yerini saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Redmi 12, 1 ədəd T9 markalı mobil telefon və 3 manat məbləğində qəpik pulların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Salyan şəhəri B.Talıblı küçəsi ev 16 ünvanında yerləşən yaşayış yerini saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Redmi 12” və 1 ədəd “T9” markalı mobil telefonların Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-138/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-138/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver