Məhkəmə qərarları › İş №1(057)-14/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-14/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-14/2023 10.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 10 yanvar 2023-ci ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X4 iştirakı ilə xx.xx.1963-cü ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci il oktyabrın 19-da saat 18 radələrində Salyan rayonu Qarabağlı kəndində yerləşən və saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə darvaza qapısından keçərək qanunsuz daxil olub həyətyanı sahədən sonuncuya məxsus 250 manat dəyərində olan “Velostrim” markalı, təkərinin radiusu 28 sm olan iki təkərli velosipedi gizli yolla talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 2022-ci il oktyabrın 19-da saat 18 radələrində sərxoş halda yaşadığı kənddə yolda getdiyi vaxt tanımadığı şəxsə məxsus evin metal lövhələrlə əhatə olunmuş həyətində velosiped görmüş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra açıq halda olan həyət qapısından həyətə daxil olmuş, oradan divara söykənmiş halda olan velosipedi oğurlamışdır. Sonrakı müddətdə İstintaq bölməsində araşdırma aparıldığı vaxt həmin velosipedi könüllü olaraq istintaqa təqdim etmişdir.Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir,həmin səbəbdən ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verldiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də Azərbaycan Respublikası CPMnın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında qızı Şahid üçün 260 manata iki təkərli velosiped almış və sonrakı müddətdə velosipedi qızı Lamiyə istifadə etmişdir. 2022-ci il oktyabrın 19-da saat 18 radələrində qızı Lamiyə ilə birlikdə kənddə yaşayan qohumunun evindən öz evlərinə qayıdan zaman velosiped həyətdə olmuşdur. Lamiyə evdə paltarını dəyişdikdən sonra həyətə çıxmış və 1-2 dəqiqə sonra geri qayıdıb velosipedin həyətdə olmadığını görmüşdür. 2022-ci ilin oktyabrın 20-də velosipedin oğurlandığını başa düşmüş və Salyan Rayon Polis Şöbəsinə ərizə yazmışdır. Araşdırma zamanı velosipedi həmkəndlisi Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmiş və həmin velosiped saz vəziyyətdə ona təhvil verilmişdir. “Velostrim” markalı, təkərinin radiusu 28 sm olan iki təkərli velosipedi 2022-ci ilin avqust ayında 260 manata almış, həmin velosiped işlək və saz vəziyyətdə olmuş, buna görə də həmin velosipedin oğurlanması nəticəsində ona 260 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisi olsa da, lakin Cəmaləddini demək olar ki, tanımır, aralarında ədavət və ya qərəzli münasibət olmamışdır. Məhkəmədə elan olunmuş 2022-ci il oktyabrın 21-də tərəfimdən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədən 1 ədəd “Velostrim” markalı, təkərinin radiusu 28 sm olan iki təkərli velosiped aşkar olunaraq götürülmüşdür. 2022-ci il oktyabrın 28-də tərəfimdən tərtib edilmiş “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2022-ci il oktyabrın 19-da saat 18 radələrində oğurluq hadisəsinin baş verdiyi Salyan rayonu Qarabağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında yolun əks tərəfində inşaat materialları mağazasının təhlükəsizlik kamerası vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoda görünən tarixə və saata əsasən 19 oktyabr 2022-ci il saat 17:39-da məhz Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşı hissəsində yolun sağ kənarı ilə Təqsirləndirilən şəxs sol əlində sellofan torba tutaraq piyada halda hərəkət etdiyi görünür. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısını açaraq həyətə daxil olur və sağ tərəfə doğru yönəlir. 1 dəqiqə sonra Təqsirləndirilən şəxs əlində tutduğu velosipedlə birlikdə darvaza qapısından bayıra çıxır və sonrakı müddətdə velosipedə əyləşib sürərək həmin yerdən uzaqlaşır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 9/7983 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd “Velostrim” markalı, 28 ölçülü, qara rəngli velosiped orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 250,00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 09 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarına əsasən 02 ay şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan rayon məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 1(057)-84/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 7(007)-107/2018 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 09 iyul 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 19 noyabr 2022-ci il tarixli, 2822 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğu 2011-ci ildən Narkoloji kabinetdə “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatdadır, Psixonevroloji kabinetdə isə qeydiyyatda yoxdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı vardır. Cinayət işinin istintaq materiallarında olan Zərərçəkmiş şəxs 2022-ci il 23 oktyabr tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Velostrim” markalı, təkərinin radiusu 28 sm olan iki təkərli velosiped iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında yolun əks tərəfində yerləşən inşaat materialları mağazasının təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntünü əks etdirən “DVD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyəti,cəzasının yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmaması, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, təqsirləndirilən şəxsin oğurladığı əmlakın dəyəri 250 manat olmaqla, çox da böyük məbləğ deyil, həmin məbləğ zərərçəkmişə ödənilərək sosial ədalət bərpa olunmuşdur. Qeyd edilənələr əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Velostrim” markalı, təkərinin radiusu 28 sm olan iki təkərli velosiped iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında yolun əks tərəfində yerləşən inşaat materialları mağazasının təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntünü əks etdirən “DVD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar