Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-14/2024 07.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2023-cü ilin fevral ayında qonşusu Zərərçəkmiş şəxs kirayənişin kimi faktiki istifadəsində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 6, mənzil 8-ə qapının dəmirdən olan örtüyünün qıfılını sındırmaqla qanunsuz olaraq daxil olub evin qonaq otağından dəyəri 1200 manat olan 1 ədəd “LG” markalı 180 sm diaqonal ölçülü televizor, evin digər otağından dəyəri 60 manat olan 1 ədəd “Eurolux” markalı 5 litrlik elektrik samovar, dəyəri 200 manat olan 12 nəfərlik “Bogema” markalı 1 yemək dəsti, dəyəri 90 manat olan 1 ədəd ədyal, dəyəri 250 manat olan “Vestel” markalı 9 ədədlik 1 dəst qazan, həmin evin həyətyanı sahəsindən dəyəri 60 manat olan 1 ədəd “Marcus” markalı su motorunu götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 1860 manat məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, Zərərçəkmiş şəxs tanıyır, Aynurə onun yaşadığı binanın birinci mərtəbəsində kirayənişin olaraq yaşayır, onun Aynurə ilə heç bir düşmənçilik və ədavəti yoxdur, hazırda heç bir yerdə işləmir, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, evdə anası Məhbubə Salmanova ilə birlikdə yaşayır, anasının 59 yaşı var, atası Fizuli Salmanov təxminən 5 il bundan əvvəl vəfat etmiş, hazırda heç bir yerdə işləmədiyi üçün maddi çətinliklər çəkir, bu səbəbdən də pula ehtiyacı var imiş, 2023-cü ilin təxminən fevral ayı imiş, o, pula ehtiyacı yarandığı üçün oğurluq etmək qərarına gəlmiş, oğurluq edib pul əldə etmək fikrində imiş, bu barədə özlüyündə düşünmüş, yaşadığı binanın birinci mərtəbəsində kirayənişin kimi daimi olaraq yaşamayan Zərərçəkmiş şəxs hazırda həmin evdə yaşamadığını bilirmiş, Aynurə həmin evdə tək yaşayırmış, lakin, Aynurə həmin evə ara-bir gəlib gedirmiş, bu səbəbdən də o, həmin evdə heç kəsin yaşamadığını dəqiq bilirmiş, fevral ayının dəqiq yaddaşında qalmayan günlərindən biri imiş və saat təxminən 05 radələri olarmış, o, ətrafa göz gəzdirib ətrafda onu heç kəsin görmədiyini dəqiqləşdirib evin arxa qapısının dəmirdən olan örtüyünün qıfılını sındıraraq əli ilə qapını açıb içəri daxil olmuş, evə göz gəzdirmiş, evin qonaq otağında divanın üstündə 1 ədəd qara rəngli “LG” markalı plazma televizor olduğunu görüb həmin televizoru götürüb qapıdan çölə qoymuş, daha sonra evə baxış keçirib göz gəzdirmiş, əlavə olaraq da nəsə götürmək istəyirmiş, evin digər məişət əşyalarının saxlandığı otaqda olan 1 ədəd elektrik samovarı, 1 dəst içərisində 9 ədəd olan qazanı, içərisində 12 ədəd olan 1 yemək dəstini və 1 dəst ədyalı özü ilə birlikdə götürüb qapıdan çölə yığmış, daha sonra evin həyətinə baxmış, həyətdə 1 ədəd su motorunun olduğunu görüb həmin su motorunu da açıb götürmüş, oğurladığı televizoru və digər bütün əşyaları elə sabahı günü satmaq qərarına gəlmiş, həmin əşyaları əvvəlcə yaxınlıqda gizlin bir yerdə gizlətmiş, televizoru isə yaşadığı evdə gizlətmiş, sabah açılan kimi yola çıxıb yolla hərəkətdə olan tanımadığı Vaz 2106 markalı avtomobilə əl edib sərnişin qismində həmin avtomobilə əyləşmiş, gizlətdiyi bütün əşyaları həmin avtomobilə yığmış, həmin əşyaları tanımadığı iki nəfər şəxsə ümumilikdə təxminən 300 manat pul müqabilində satmış, LG markalı televizoru isə digər əşyaları satdığı günün sabahısı Salyan şəhər sakini əvvəllər tanıdığı Mayis adlı şəxsə 200 manat pul müqabilində satmış, oğurladığı bütün əşyaları satdığı şəxslərə həmin əşyaların hər birinin özünə məxsus olmasını və pula ehtiyacı yarandığı üçün satdığını bildirmiş, taksi sürücüsü də onun həmin əşyaları oğurlamağından bixəbər olmuşdur. İlk dəfə cinayət törətdiyini, buna görə əməlindən peşman olduğunu, qalan 660 manat dəymiş ziyanı tezliklə ödəyəcəyini bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin dindirmə protokolları, baxış və götürmə, tanınmaya təqdim etmə istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy, cinayət işi üzrə götürülmüş maddi sübut, digər istintaq hərəkəti protokolları, əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona qismən ödənilmiş, qalan ziyan isə ödənilməmişdir. Azyaşlı övladının olmasını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Hüseyn gəmi şirkətində işlədiyi üçün bir müddət ölkə xaricində olmuş, bu səbəbdən də o, həmin ərəfələrdə atası Ənvərlə birlikdə yaşamış, lakin, əri ölkəyə qayıtdıqdan sonra o, əri Hüseynlə birlikdə Hüseynin onun üçün kirayə tutduğu Salyan şəhəri, Əlövsət Quliyev küçəsi bina 6, mənzil 3-də yaşayırmış, o, həmin evə yalnız əri ilə birlikdə gedirmiş, əri Hüseyn olmadığı təqdirdə o, nadir hallarda həmin evə gedirmiş, o, son olaraq həmin evdə 2022-ci ilin dekabr ayında olmuş, həmin evdə ona məxsus müxtəlif növ cehizlik əşyalar və digər əşyalar var imiş, o, demək olar ki, bütün cehizlik və digər əşyalarını həmin evdə saxlayırmış, 19 avqust 2023-cü il tarixdə saat 13 radələrində o, atası Ənvərlə birlikdə həmin evə baxıb nəzarət etmək üçün getmiş, evə daxil olub baxış keçirməyə başlamış, baxış zamanı evin dağınıq olduğunu görmüş, evin arxa qapısının dəmirdən olan örtüyünün qıfılının sındırıldığını müşahidə etmiş, artıq evə kiminsə girməsindən şübhələn və evi axtarmağa başlamış, baxış zamanı evin qonaq otağından 1 ədəd “LG” markalı 180 diaqonal ölçülü televizor, evin digər saxlanc yeri kimi istifadə olunan otağından 1 ədəd “Eurolux” markalı 5 litrlik elektrik samovar, 12 nəfərlik “Bogema” markalı 1 dəst qab-qacaq, 1 ədəd ədyal, “Vestel” markalı 9 ədədlik 1 dəst qazan, evin həyətyanı sahəsindən isə 1 ədəd “Marcus” markalı su motorunun yerində olmadığını görmüş, arxa qapıya müdaxilə edilməsindən sonra evə kiminsə girib oğurluq etməsini anlamış, daha sonra əvvəlcə atası Ənvər, sonra isə o, bu barədə mobil telefon vasitəsilə polisə məlumat vermiş, polis əməkdaşları tərəfindən onun müraciəti qeydə alınmış və bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib müayinə aparmış, bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 25 avqust 2023-cü il tarixdə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “LG” markalı 180 sm diaqonal ölçülü televizor, 1 ədəd “Eurolux” markalı 5 litrlik elektrik samovar, 12 nəfərlik “Bogema” markalı 1 dəst qab-qacaq, 1 ədəd ədyal, “Vestel” markalı 9 ədədlik 1 dəst qazan və 1 ədəd “Marcus” markalı su motorunun oğurlanması faktı öz təsdiqini tapmışdır. 30 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi barədə” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış “LG” markalı, 180 sm diaqonal ölçülü televizor iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Şahid götürülmüşdür. 03 oktyabr 2023-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə tanınmaya təqdim etmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs 1 ədəd 180 sm diaqonal ölçülü “LG” markalı plazma televizoru tanıdığını bildirmişdir. 03 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. 03 oktyabr 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:15 dəqiqədə Salyan RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X3 Yerinə təhvil verilmişdir. 05 oktyabr 2023-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə tanınmaya təqdim etmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 1 ədəd 180 sm diaqonal ölçülü “LG” markalı plazma televizoru tanıdığını bildirmişdir. 05 oktyabr 2023-cü il tarixli “həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun vəsatəti təmin edilməmiş və o saxlanıldığı Salyan RPŞ-nin MSY-dən azad edilmişdir. 05 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 05 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. 06 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, o, özünə məxsus olan və ünvan 2 ünvanından oğurlanmış 01 ədəd “LG” markalı qara rəngli plazma televizoru saz vəziyyətdə, heç bir problemi olmadan təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, o, əvvəllər məhkum olunmamışdır. Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1494 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri: anası-1966-cı il təvəllüdlü Məhbubə Salmanova, qardaşları-1987-ci il təvəllüdlü Gülhüseyn Salmanov və 1989-cu il təvəllüdlü Samir Salmanovdur. Həmin MMC-dən verilmiş 09 oktyabr 2023-cü il tarixli, 1494 nömrəli xasiyyətnamədə göstərilir ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Salyan MİTTİB MMC-yə heç bir şikayət və ərizə daxil olmamışdır. Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1493 nömrəli arayışında göstərilir ki, Zərərçəkmiş şəxs ailə üzvləri: atası-1951-ci il təvəllüdlü X9; anası- 1962-cı il təvəllüdlü X4; qardaşları-1985-ci il təvəllüdlü X5 və 1988-ci il təvəllüdlü X6r. Həmin MMC-dən verilmiş 09 oktyabr 2023-cü il tarixli, 1488 nömrəli xasiyyətnamədə göstərilir ki, vətəndaş Zərərçəkmiş şəxs barəsində Salyan MİTTİB MMC-yə heç bir şikayət və ərizə daxil olmamışdır. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 11 oktyabr 2023-cü il tarixli, 18-1-68/2-2550/2023 nömrəli məktubundan görünür ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 6, mənzil 8 ünvanında qeydiyyatda olan xx.xx.1990-cu il təvəllüdlü Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6617 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1460,00 manat müəyyən olunur: 180 sm diaqonal ölçülü, “LG” markalı televizor 01 ədəd 1200 manat, “Eurolux” markalı,3 5 litrlik elektrik somavarı 01 ədəd 60 manat və 12 nəfərlik “Bogema” markalı yemək dəsti 200 manat. Digər qərarda göstərilən 03 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, sayı, ölçüləri və digər texniki göstəricilər) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərni müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İbtidai istintaq orqanının 28 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şahid barəsində Azərbaycan Respublikası CMnin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid cinayət əməlinin törədilməsi nəticəsində maddi ziyan dəydiyi üçün ona məhkəmədə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmiş, iş üzrə oğurluq cinayətinin predmetlərinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 9/6617 nömrəli rəyində göstərilən qiyməti əsas götürülmüş, iş üzrə müvafiq olaraq xx.xx.2023-cü il tarixdı təhqiqatçı Mircəlal Ağalarov tərəfindən baxış keçirilərək götürülmüş 01 ədəd qara rəngli 180 diaqonal ölçülü “LG” markalı plazma televizor cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyi və cinayətin əlamətlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün 05 oktyabr 2023-cü il tarixli qəbzlə qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin dindirmə protokolları, baxış və götürmə, tanınmaya təqdim etmə istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədkər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işinin istintaq materiallarında olan bəzi təhqiaqat, əməliyyat və digər sənədlərdə Mais adının Şahid, Nəcəfova soyadının Zərərçəkmiş şəxs olması iş üzrə nəzərə alınmışdır. Salyan Rayon Məhkəməsinin 1(057)-14/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan edilmiş və o, xx.xx.2024-cü il tarixdə, saat 08:30-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Salyan RPŞ-nin X8 təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında qonşusu Zərərçəkmiş şəxs kirayənişin kimi faktiki istifadəsində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 6, mənzil 8-ə qapının dəmirdən olan örtüyünün qıfılını sındırmaqla qanunsuz olaraq daxil olub evin qonaq otağından dəyəri 1200 manat olan 1 ədəd “LG” markalı 180 sm diaqonal ölçülü televizor, evin digər otağından dəyəri 60 manat olan 1 ədəd “Eurolux” markalı 5 litrlik elektrik samovar, dəyəri 200 manat olan 12 nəfərlik “Bogema” markalı 1 yemək dəsti, dəyəri 90 manat olan 1 ədəd ədyal, dəyəri 250 manat olan “Vestel” markalı 9 ədədlik 1 dəst qazan, həmin evin həyətyanı sahəsindən dəyəri 60 manat olan 1 ədəd “Marcus” markalı su motorunu götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 1860 manat məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli 180 diaqonal ölçülü “LG” markalı plazma televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlanıldığı 01 (bir) ay 07 (yeddi) gün müddət, cəmi 01 (bir) ay 09 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) ay 18 (on səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 3 yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli 180 diaqonal ölçülü “LG” markalı plazma televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat (əlli) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-14/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-14/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver