Məhkəmə qərarları › İş №1(057)-14/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-14/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-14/2025 09.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan Rayon Məhkəməsinin 1(057)-165/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu olan, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 13-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəsini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 2024-cü il sentyabrın 14-də saat 13:23 dəqiqədə Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində Kür çayının sahilində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanmasında şübhəli bilindiyi üçün saxlanılaraq əlində olan bir ədəd polietilen torbaya baxış keçirilmiş, baxış zamanı həmin polietilen torbanın içərisindən təmiz çəkisi 350,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabrın 13-də axşam saatlarında Salyan rayonu, Kürqaraqaşlı kəndində Kür çayının sahili ilə piyada gedən zaman yerdən polietilen torbada içərisində narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Həmin narkotik vasitəni özü sonradan istifadə etmək məqsədilə götürüb Kür çayının sahilində yulğun kollarının arasında gizlətmişdir. Həmin narkotik vasitədən bir miqdar istifadə etmişdir. 2024-cü ilin sentyabrın 14-də günorta saatlarında Kür çayının sahilinə gedərək bir gün əvvəl yulğun kollarının arasında gizlətdiyi həmin polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı götürüb evə gedərkən Kür çayının sahilində, mülki geyimli polis əməkdaşları tərəfindən saxlanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər məhkum edilmişdir. Polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Salyan RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 sentyabr 2024-cü il tarixdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması ilə bağlı. Tədbirdə o, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüş. 2024-cü il sentyabrın 14-də Təqsirləndirilən şəxs Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayının sahilində olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra Sadiqə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Sadiqin üzərinə baxış keçirdmişlər və əynindəki qara rəngli cins şalvarın arxa cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar edərək götürmüşlər. Daha sonra onlar Sadiqdən əlindəki polietilen torbada nə olduğunu soruşmuşlar. Sadiq, onlara demiş ki, əlindəki polietilen torbada marixuana vardır. Daha sonra onlar Sadiqdən həmin ilk baxışdan marixuanaya bənzər kütləni haradan əldə etdiyini, hansı məqsədlə və hara apardığını soruşmuşlar. Sadiq onlara həmin marixuanaya bənzər kütləni bir gün əvvəl, yəni 2024-cü ilin sentyabrın 13-də Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayının sahili ilə piyada gedən zaman yerdə tapdığını, özünün sonradan istifadəsi üçün yulğun kollarının arasında gizlətdiyini, indi də həmin məqsədlə evə apardığını demişdir. Onun üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd polietilen torba elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 360 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə onlar tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. Həmin günü o, baş əməliyyat müvəkkili Şahid1 və CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüş. 2024-cü il sentyabrın 14də saat 13:23 dəqiqədə Təqsirləndirilən şəxs Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayının sahilində olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sadiqin üzərinə baxış keçirdmişlər və əlindəki polietilen torbada nə olduğunu soruşmuşlar. Sadiq, onlara demiş ki, əlindəki polietilen torbada marixuana vardır. Daha sonra onlar Sadiqdən həmin ilk baxışdan marixuanaya bənzər kütləni haradan əldə etdiyini, hansı məqsədlə və hara apardığını soruşmuşlar. Sadiq onlara həmin marixuanaya bənzər kütləni bir gün əvvəl, yəni 2024-cü ilin sentyabrın 13-də Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayının sahili ilə piyada gedən zaman yerdə tapdığını, özünün sonradan istifadəsi üçün yulğun kollarının arasında gizlətdiyini, indi də həmin məqsədlə evə apardığını, həmçinin həmin kütlədən heç kimə vermədiyini və satış məqsədinin olmadığını demiş. Onun üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd polietilen torba elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 360 qram olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Fizuli oğlu ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlamışlar üzərinə baxış keçirilmişdir. Sadiqin əlindəki polietilen torbada nə olduğunu soruşmuşlar. Sadiq, onlara demiş ki, əlindəki polietilen torbada marixuana vardır. Daha sonra onlar Sadiqdən həmin ilk baxışdan marixuanaya bənzər kütləni haradan əldə etdiyini, hansı məqsədlə və hara apardığını soruşmuşlar. Sadiq onlara həmin marixuanaya bənzər kütləni bir gün əvvəl, yəni 2024-cü ilin sentyabrın 13-də Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayının sahili ilə piyada gedən zaman yerdə tapdığını, özünün sonradan istifadəsi üçün yulğun kollarının arasında gizlətdiyini, indi də həmin məqsədlə evə apardığını, həmçinin həmin kütlədən heç kimə vermədiyini və satış məqsədinin olmadığını demişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X2 15 sentyabr 2024cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaq aparılmışdır. Cinayət işinin 12-13-cü vərəqlərində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” 14 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD” diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin sellofanın içərisində yaşıl rəngli spesfik qoxuya malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə tərəfindən elektron əl tərəzisi vasitəsi ilə çəkilmiş, çəkisinin 0.360 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 17-18-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədov tərəfindən tərtib edilmiş “təqdim olunan əyşayaya baxış keçirilməsi və götürmə haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD” diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş rəngli sellofan torba açılıb içərisinə baxılan zaman onun içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuş və həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə onun çəkisinin 0.390 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 14 sentyabr 2024-cü il tarixdə, saat 13:23 dəqiqədən məhdudlaşdırılmış, 14 sentyabr 2024-cü il tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 43-45-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 15 sentyabr 2024-cü il tarixli, 18/805 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi-350 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu- 0.10 qram, qalıq-349.90 qram. Cinayət işinin 52-53-cü vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadənin 16 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 75-77-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 83/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 80-cı vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 349.90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 89-90-cı vərəqlərində olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda anası ilə yaşayır və onun haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 91-92-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-165/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 95-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X9 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 18-1-68/2-1885/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 13-də qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2021-ci ildən “Amfetaminlərin” qəbulu nəticəsində aslılıq sindromu ilə narkoloji qeydiyyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan aslılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin keçirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının rəyi və cinayət işinin materialları ilə tanış edilməsi məqsədilə Təqsirləndirilən şəxs 10 gün müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Salyan RPŞ-nin X3 keçirilmişdir. Cinayət işinin 134-135-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 165/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqsirləndirilən şəxsin əlində tutduğu 01 ədəd sellofan bağlamaya baxıldıqda orada narkotik vasitə marixuanaya oxşar kütlə olduğu müəyyən edilmiş və həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0.360 qram təşkil etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi və ya CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi - 349.90 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-165/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göstərilən hökm üzrə ona istinad edilən əməl az ağır cinayətlər kateqoriyasına aiddir. CMnin 83-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə məhkumluğun ödənilmə müddəti 02 il olduğundan hökm üzrə onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, onun əməlində CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 349.90 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalı, 02 ədəd “CD” disk iş materiallarında saxlanılması nəzərə alınamlıdır. (CPM-132). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 349.90 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar