Məhkəmə qərarları › İş №1(057)-140/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-140/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-140/2024 19.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X2 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 2024-cü il mayın 25-də saat 21 radələrində yaşadığı Salyan rayonu Arbatan kəndi ərazisində yerləşən “Oba market” ticarət obyektinin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşıb marketdən ona “Qoo” spirtli içki almağını istəmiş, Zərərçəkmiş şəxs spirtli içki almağa pulu olmadığını dedikdə aralarında qısa zaman kəsiyində davam edən sözlü mübahisə yaranmış, bundan sonra Zərərçəkmiş şəxs ondan ayrılıb marketə girib təxminən 10-15 dəqiqədən sonra marketdən küçəyə çıxıb əlindəki ərzaq zənbili ilə yaşadığı evi istiqamətdə getdiyini gördükdə yerdən tapıb götürdüyü dəmir parçasını öz arxasında gizlədib marketin yan tərəfinə keçib Zərərçəkmiş şəxs arxadan səsləyib gözləməyini istəmiş, dayanıb onu gözləyən Zərərçəkmiş şəxs yaxınlaşıb bazarlıq etməyə pulu ola-ola nə üçün ona spirtli içki almadığını soruşmuş və bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisə zamanı əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə ardıcıl olaraq zərbələr vuraraq sonuncuya sol almacıq, sol saidin orta 1/3-nin yaraları, sol gicgah nahiyyələrinin şişkinliyi dərialtı hematoması, döş qəfəsinin arxa sol nahiyyəsinin, sol göz orbitasının qançırları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Arbatan kəndində yaşayır, 2 azyaşlı uşağı vardır, məhkum olunmamışdır, günəmuzd fəhlə işləyir. Həmkəndlisi Zərərçəkmiş şəxs onun uzaq qohumudur, aralarında normal münasibətlər olmuşdur, hətta bir yerdə fəhlə işləmişlər, əvvəllər heç bir ədavət və ziddiyyətləri olmamışdır, hazırda da yoxdur. 2024-cü il mayın 25-də axşam saat 19 radələrində pivə içmək üçün Arbatan kəndində “Oba market”in yaxınlığında yerləşən Ramilin işlətdiyi pivəxanaya gəlmişdir. Orada Camal ilə aralarında sözlü mübahisə yaranmışdır. Bundan bir qədər sonra Camalın marketdən küçəyə çıxıb öz evləri istiqamətdə getdiyini görüb arxadan səsləyib çağırmışdır. Camal dayanıb geri çevrildikdə yaxınlaşıb nəyə görə ondan zəhləsi getdiyinin, onu kənddə görmək istəməməyinin, onu döyüb kanala atmaq istəməyinin səbəbini soruşmuşdur. Bu dəfə Camal onun üzünə qarşı ucadan nalayiq ifadələr işlətməklə söyüş söymüşdür və həmin anda artıq əsəblərini cilovlaya bilməyib əlindəki dəmir parçası ilə Camalın baş və bədən nahiyəsinə bir-iki dəfə zərbə vurmuşdur. Təxminən 20-25 dəqiqədən sonra hirsi soyumuş və oradan öz evinə getmək istəyərkən Camalın yaxınlıqdakı kişi bərbərxanasının yanında ağacın altında tək halda oturduğunu görüb ona yaxınlaşmışdır. O, Camala əl uzadıb ondan böyük olduğu üçün üzr istəmişdir, ona söyüş söydüyünə görə özü də bilmədən əsəbiləşərək onu vurduğuna görə peşman olduğumu bildirmişdir. Bundan sonra o, Camaldan ayrılıb öz evinə getmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin, bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 03 iyun 2024-cü il tarixli, 227 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol almacıq, sol saidin orta 1/3-nin yaraları, sol gicgah nahiyələrinin şişkinliyi dərialtı hematoması, döş qəfəsinin arxa sol nahiyəsinin, sol göz orbitasının qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə dəmir parçası ilə vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1 , 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356 , 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs kimi həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar