Məhkəmə qərarları › İş №1(057)-141/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-141/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-141/2023 19.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, İİ qrup əlil, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü ilin yanvar ayından etibarən Salyan rayonu, Aşağı Noxudlu kəndində yaşayan qayınatası Zərərçəkmiş şəxs evində yaşadığı müddətdə evin həyətindəki tövlədə saxlanılan iri buynuzlu heyvanı oğurlamaq qərarına gəlib 2023-cü il iyulun 15-də saat 07 radələrində Zərərçəkmiş şəxs öz arvadı ilə Bakı şəhərinə getmələrindən istifadə edərək Zərərçəkmiş şəxs şəxsi təsərrüfatında olmaqla həyətdəki tövlədə saxlanılan 01 yaşlı, erkək cinsli, qaraala rəngli, 110 kq diri çəkidə erkək cinsli dananı gizli olaraq talayıb zərər çəkmiş şəxsə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşamışdır. İİ qrup əlildir, ali təhsili vardır, 2022-ci ildə Azərbaycan Pedaqoji Universitetin informasiya-kommunikasiya texnologiyaları fakultəsini bitirmişdir. 2021-ci ilin dekabr ayında Salyan rayonu, Aşağı Noxudlu kənd sakini Elvira Fərzəliyeva ilə ailə qurmuş və hazırda bir azyaşlı övladları vardır. 2023-cü ilin yanvar ayında qız övladları dünyaya gəldikdən sonra müvəqqəti yaşamaq üçün qayınatası Zərərçəkmiş şəxs yaşadığı Aşağı Noxudlu kəndinə yaşamışdır. Hazırda Şabran şəhərində yaşayır. Salyan rayonunda yaşadığı müddətdə “Tut ağacı” restoranında və “Göl üstü” restoranında ofisiant işləmişdir. Oğurluq etməmişdən əvvəl qayınanası Ülviyyə onun arvadının vasitəsilə ona çatdırmışdır ki, ya Bakı şəhərində kirayə ev tutub ailə və uşaqını götürüb getməlidir, ya da arvadını ondan boşatdıracaqlar. O, həmin vaxt qərara gəlmiş ki, qayınatasının həyətindəki tövlədən 01 baş dananı oğurlayıb aparıb heyvan bazarında satıb pul əldə etsin və bundan sonra arvadı və uşaqını götürüb Bakı şəhərinə gedib kirayə ev tutub yaşasınlar. Hər həftənin 3cü və 6-cı günləri qayınatası və qayınanasının Bakı şəhərinə satmağa süd-qatıq apardıqlarını bildiyi üçün oğurluğu həftənin 6-cı günü etməyə qərar vermişdir. İyulun 15-nə keçən gecə işlədiyi “Göl üstü” restoranında gecələmiş və səhər saat 5 radələrində işdən çıxıb “Salyan dairəsi” deyilən əraziyə gəlib burada dayanıb müştəri gözləyən “Qazel” markalı avtomobillərdən birinə yaxınlaşıb sürücüyə öz həyətindən bir baş dananı aparmağını istəmişdir. Sürücüyə demişdir ki, özünə məxsus bir baş heyvanı Aşağı Noxudlu kəndindən Cəlilabad şəhərindəki heyvan bazarına aparmaq lazımdır. Sürücü yolun uzaq olduğunu deyib 70 manat yol pulu istəmişdir. Bu qədər pulu olmadığından qərara gəlmişdir ki, oğurlayacağı heyvanı 2-3 gün başqa bir yerdə saxlayıb həftənin 3-cü gününə keçən gecə Salyan rayonundakı heyvan bazarına aparsın. Sürücüdən bir baş heyvanı Salyan şəhərinə hansı qiymətə gətirəcəyini soruşduqda sürücü 30 manat istəmiş və o bu qiymətlə razılaşmışdır. Salyan şəhərindəki “Həyat” şadlıq sarayında ofisiant işləyən Elşənə zəng etmiş və təxminən saat 06 radələrində “Salyan dairəsi”də Elşən ilə görüşmüşlər. O, Elşənə demişdir ki, qayınatasın həyətində saxladığı özünə məxsus bir baş dananı Salyan şəhərindəki heyvan bazarında satmaq üçün bir neçə günlük həyət lazımdır və heyvanı gətirib 2-3 gün babasının Salyan şəhərindəki bağında saxlamağı, heyvanı gətirmək üçün 30 manat borc pul istəyib heyvanı satdıqdan sonra borcunu qaytaracağını demişdir. Elşən etiraz etməmiş, ona 30 manat pul və babasının bağ həyətinin qapı açarlarını vermişdir. O, əvvəllər Elşənin babasının həyətində olduğundan yolu tanıyırmış. Pulu və açarları Elşəndən aldıqdan sonra yenidən Qazel markalı avtomobilin yanına gəlmiş və sürücü ilə birlikdə təxminən saat 07 radələrində qayınatasıgilin həyətinə gəlmişdir. Artıq qayınatası və qayınanası evdən çıxıb Bakı şəhərinə getmişlər. Ona görə də, o, ehtiyyat etmədən arxa qapıdan həyətə keçib tövləyə girmiş və dananı tövlədən çıxardıb yük avtomobilin sürücüsü ilə birlikdə dananı avtomobilin yük yerinə yükləyib Elşənin babasının həyətinə gətirmişdir. Yük avtomobilinin sürücüsünə 30 manat verib yola saldıqdan sonra taksi avtomobili ilə yenidən qayınatasıgilə qayıtmış və burada ona məlum olmuşdur ki, dananın birini tövlədən çıxardandan sonra tövlənin qapısı açıq qaldığından ikinci dana da tövlədən küçəyə çıxmış, lakin sonra qonşulardan kimsə dananı tanıyıb qayınatasının həyətinə qaytarmışdır. Qayınatası bu barədə onu sorğu-sual etdikdə, o dana oğurladığını boynuna almamış və bundan sonra qayınatası DİN-in “102” xidmətinə zəng edib baş vermiş oğurluq barədə məlumat vermişdir. Bir azdan həyətə gəlmiş polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində olarkən qayınatasına məxsus bir baş dananı oğurladığını, aparıb dostu Elşənin babasının həyətində saxladığını etiraf etmişdir. Sürücü və Elşən onun heyvan oğurladığını bilməmişdir, çünki onlara demişdir ki, heyvan özünə məxsudur, həmin heyvanı satmaq üçün bazara çıxardacaqdır. Ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Xəstədir, törətdiyi əməlindən səmimi peşman olmasını və 01 az yaşlı uşaqının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonu, Aşağı Noxudlu kəndində yaşayır, kənd təsərrüfatı mallarının alveri ilə məşğuldur. Şəxsi təsərrüfatında 2 baş inək və 2 baş dana, 30 baş qaz və ördək vardır. Həftənin 3-cü və 6-cı günləri özünə məxsus Qaz- 24 markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə süd-qatıq məhsulları aparırmış. 15 iyul 2023-cü il tarixdə, saat 11 radələrində kiçik oğlu Əsgərağa ona zəng edib məlumat vermişdir ki, həyətdəki tövlədə saxladığı 2 baş danadan biri yoxa çıxmışdır, digər dananı isə qonşular küçədən tapıb həyətə gətirmişlər. O güman etmiş ki, səhər saatlarında özü həyətdən çıxarkən küçə qapısını açıq qoyduğundan heyvanlar tövlədən küçəyə çıxıb özləri getmişlər və bu səbəbdən oğluna tapşırmışdır ki, özü qayıdıb gələnədək tapılmayan dananı axtarsınlar. Təxminən saat 17 radələrində yaşadığı kəndə gəlmiş, ailə üzvləri və qonşularla söhbət edib itmiş dananın axtarışına başlamışdır. Musa adlı qonşu demişdir ki, səhər sat 08 radələrində öz evindən küçəyə çıxdıqda onun küçə qapısının yaxınlığında qeydiyyat nömrəsini görə bilmədiyi Qazel markalı yük avtomobilin dayandığını görmüşdür. Tapılan 1 baş dananı isə qonşusu Elnur küçədə görüb qabağına qatıb onun həyətinə gətirmişdir. Özü və qonşuları itmiş dananı bir qədər də axtarsalar da, heyvanı tapa bilməmişlər. Bundan sonra ona aydın olmuşdur ki, onun həyətinin küçə qapısının yanında qonşuların gördüyü Qazel markalı yük avtomobilində olan şəxslər onun danasını oğurlamışlar. Bu səbəbdən arvadına məxsus ***-***-**-** nömrəli telefondan DİNin “102” xidmətinə zəng edib özünə məxsus 1 baş dananın oğurlandığı barədə məlumat vermiş, daha sonra Salyan Rayon Polis Şöbəsinə gəlib şikayət ərizəsi yazmışdır. Ona məxsus oğurlanmış qara-ala rəngli 1 baş erkək dananın 1 yaşı və təxminən 110 kq diri çəkisi varmış, dananın oğurlanması nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Ertəsi gün iyulun 16-da polis şöbəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, həyətindəki tövlədən ona məxsus 1 baş heyvanı qızının əri Təqsirləndirilən şəxs aparıb heyvan bazarında satmaq üçün oğurlamışdır. Ona məxsus oğurlanmış iri buynuzlu heyvan sağ və salamat vəziyyətdə polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Fərid ilə onun qızı 2021-ci ildə ailə qurmuşlar və bir müddət Şabran şəhərində yaşamışlar. 2023-cü ilin yanvar ayında bir qız övladları dünyaya gəldikdən sonra Fərid öz ailəsi ilə onun evində birlikdə yaşamağa başlamışlar. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 79-da yaşayır. Təqsirləndirilən şəxs təxminən 03 aydır tanıyırmış, birlikdə Salyan şəhərindəki “Həyat” şadlıq sarayında ofisiant işləmişlər. Fərid əlil olduğundan ona demişdir ki, qazidir, İİ Qarabağ Müharibə iştirakçısıdır. 2023-cü il iyulun 15-də səhər sat 06 radələrində evdən çıxıb iş yerinə gedərkən Fərid ona zəng edib “Salyan dairəsində” gözlədiyini demişdir. Onlar həmin yerdə görüşdükdə Fərid ona demişdir ki, qayınatasının həyətində saxladığı özünə məxsus bir baş heyvanı Salyan rayon heyvan bazarında satmağa gətirəcəkdir və bir neçə gün heyvanı saxlamaq üçün babasının bağ həyətinin açarlarını və 30 manat borc pul istəmişdir. O, Fəridin qazi olduğunu bildiyi üçün etiraz etməmiş, 30 manat pul və babasının bağ həyətinin qapı açarlarını Fəridə vermişdir. Polis şöbəsinə dəvət edildikdə ona məlum olmuşdur ki, Fərid öz qayınatasının Aşağı Noxudlu kəndindəki həyətindən oğurladığı bir baş dananı gətirib onun babasının bağında bağlamışdır. O, Fəridin heyvan oğurlayacağını bilməmişdir, çünki Fərid ona demişdir ki, özünə məxsus bir baş dananı satmaq üçün heyvan bazarına çıxardacaqdır və həftənin 3-cü gününədək heyvanı onun babasının həyətində saxlayacaqdır. O, Fəridin heyvan oğurlayacağını bilsəydi Fəridə pul və babasının həyət qapısının açarlarını verməzdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Neftçala rayonu, Qırmızıkənd kəndində yaşayır, özünə məxsus “Qazel” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə iri buynuzlu heyvan daşımaqla məşğuldur. 2023-cü il iyulun 15-də səhər saat 05 radələrində Salyan şəhərindəki “Ay işığı” və “Oba” marketlərin arasında yerləşən qəssab Cavidin qəssabxanasına heyvan sahibi ilə birlikdə 01 baş iri buynuzlu heyvan gətirmişdir. Heyvanın kəsilib pulunun sahibinə verilməsini gözləyən zaman təxminən saat 06 radələrində tanımadığı bir nəfər cavan sarışın oğlan ona yaxınlaşıb avtomobilin sahibinin kim olduğunu soruşmuşdur. Sonradan adı ona məlum olmuş Fərid yaşadığı Aşağı Noxudlu kəndindən özünə məxsus 1 baş iribuynuzlu heyvanı Salyan şəhərindəki “Göy məscid”in yanındakı həyətə gətirmək lazım olduğunu deyib nə qədər yol haqqı verəcəyini soruşmuşdur. O, 40 manat istədikdə Fərid yol haqqının çox olduğunu deyib razılaşmayıb çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra Fərid onun yanına gəlib belindəki xəsarət yerini göstərib müharibə qazisi olduğunu deyib heyvanı gətirmək üçün 30 manat verə biləcəyini dedikdə, o qazi olduğunu nəzərə alıb Fəridə razılıq vermişdir. Bundan sonra Fərid onun avtomobilinə əyləşmiş və onlar yola düşüb təxminən saat 07 radələrində Aşağı Noxudlu kəndinə daxil olub tanımadığı bir həyət evinin küçə qapısının qarşısında dayanmışlar. Fərid avtomobildən düşüb həyətin kiçik taxta qapısından həyətə girib oradan bir baş qara-ala rəngli dananı kəndirindən dartıb gətirmişdir. Həmin vaxt o, bir daha heyvanın kimə məxsus olduğunu, oğurluq olubolmadığını soruşduqda Fərid demişdir ki, həyət və heyvan onun özünündür, atası südqatıq satmaq üçün Bakı şəhərinə gedib, ailəsinin pula ehtiyacı olduğu üçün tövlədə olan 2 baş heyvandan birini satmağa aparır. Fəridin tələsmədən, rahat şəkildə həyətdə hərəkət etdiyini, hətta həyətdəki evə girib içmək üçün butulkada su və mobil telefon gətirdiyini görüb sözlərinə inanıb tam arxayın olmuşdur. Heyvanı avtomobilin yük yerinə yükləyən zaman Fərid belində zədə olduğunu deyib kömək etməyi xahiş etmişdir, o da köməkləşib Fərid ilə birlikdə heyvanı avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra Fərid həyətin taxta qapısını bağlayıb onun avtomobilinə əyləşmiş və birlikdə Salyan şəhərinə yola düşmüşlər. O, Salyan şəhərini yaxşı tanımadığından yolu Fərid göstərmişdir və Salyan şəhərindəki Göy məscidin yanındakı həyətlərdən birinin qarşısına çatdıqda Fərid avtomobili saxlatdırıb heyvanı avtomobildən düşürüb həyətə salmışdır. Fərid ona 30 manat yol haqqı verdikdən sonra oradan çıxıb yenidən qəssab Cavidin yanına gəlmişdir və Neftçaladan gətirdiyi müştərini götürüb öz rayonuna qayıtmışdır. Salyan Rayon Polis Şöbəsinə dəvət olunduqda və polis şöbəsində olarkən ona məlum olmuşdur ki, iyulun 15də onu Aşağı Noxudlu kəndinə aparan Təqsirləndirilən şəxs qayınatasının həyətindən həmin 1 baş dananı oğurlamışdır. O, Fəridin həmin heyvanı oğurladığından xəbəri və məlumatı olmamışdır, əgər heyvanın Fəridə deyil, başqa şəxsə məxsus olduğunu və Fəridin həmin heyvanı oğurladığını əvvəlcədən bilsəydi heyvanı gətirməyə razılıq verməzdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 17 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasınını Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Salyan Rayon Polis X2 müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmişdir. Cinayət işinin 9-cu vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınını Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 18-ci vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə, saat 10:15-də azadlıq hüququ məhdudlaşdırılmış və saat 12:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin X4 təhvil verilmişdir. Cinayət işinin 24-cü vərəqində olan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirilməsi barəsində izahatından görünür ki, sonuncu törətdiyi əməli etiraf etmiş və təqsirini boynuna almışdır. Cinayət işinin 26-cı vərəqində olan X3 və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 01 azyaşlı övladı vardır. Cinayət işinin 28-30-cu vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək Aşağı Noxudlu kəndindəki yaşadığı evinin həyətindəki tövlənin arxa qapısını, tövlədən oğurlanmış və ona qaytarılmış 1 baş dananı yerini göstərmiş və fotoşəkillər çəkilmişdir. Cinayət işinin 31-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ondan oğurlanmış dananı sağ-salamat vəziyyətdə təhvil aldığını bildirmiş və məhkəməyədək saxlayacağına söz vermişdir. Cinayət işinin 37-ci vərəqində olan Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 17 iyul 2023-cü il tarixli, 3-22-1-2-47/2-20-2023 saylı məktubundan görünür ki, 2023-cü ilin iyul ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 1 baş, 1 yaşında. Erkək cinsli, diri çəkisi 110 kiloqram iri buynuzlu heyvanın (dananın) satış qiyməti 1200 manat kimi qiymətləndirilmişdir. Cinayət işinin 45-ci vərəqində olan 18 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərədə tutulan ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 60-61-ci vərəqlərində olan 18 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 64-cü vərəqində olan “təqsirləndirilən şəxsin MYS-dən azad edilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin MYS-də saxlanılan Təqsirləndirilən şəxs tutulmadan dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 69-73-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək Salyan rayonu, Aşağı Noxudlu kəndində Zərərçəkmiş şəxs məxsus evin həyətində olan tövlədə saxlanılan 2 baş iribuynuzlu heyvanlardan birini, qara-ala rəngli dananı oğurlamasını təsdiq edərək hadisə yerini göstərmişdir. Cinayət işinin 83-84-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal RPİ-də məsuliyyətə cəlb edilmiş, CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsi ilə xitam verilmişdir. Cinayət işinin 86-87-ci vərəqlərində olan Şabran RİHB-nın Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 88-ci vərəqində olan “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir və bel-oma nahiyəsinin anadangəlmə onurğa beyin yırtığı-meninqoradikolosete, əməliyyatdan sonrakı vəziyyət, bel nahiyəsində sağa doğru skolioz aşağı ətrafların paraparezi, sidik ifrazının ləngiməsi diaqnozları ilə xəstədir, əmək qabiliyyətsizdir. Cinayət işinin 90-96-cı vərəqlərində olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 21 sentyabr 2023-cü il tarixdə məhkəməyə göndərdiyi teleqramında Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.”. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.”. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərər çəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13), İİ qrup əlil olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (16-18 iyul 2023-cü il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 (doxsan) məbləğində pul “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 baş iri buynuzlu heyvanın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökm müdafiəçinin hüquqi yardıma görə pulun ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar