Məhkəmə qərarları › İş №1(057)-141/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-141/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-141/2024 05.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan rayonu Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında Salyan rayonu Kürqaraqaşlı kəndində yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində torpaqda qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 6 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2024-cü il avqustun 10-da saat 17:59 dəqiqədə Salyan rayonu Kürqaraqaşlı kəndində yaşadığı evin yaxınlığında saxlanılmış və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən ümumilikdə 6 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 7500,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, qeydiyyatda olduğu evdə tək yaşayır. Belə ki, o, arada bir narkotik vasitə marixuana istifadə edir. Təxminən 3 ay bundan əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının kənarından narkotik vasitə marixuana toxumları tapmışdır. 2024-cü ilin aprel ayında tapdığı narkotik vasitə marixuana toxumlarını yaşadığı evin həyətyanı sahəsində əkib-becərmək qərarına gəlmişdir. Həmin vaxt əvvəlki müddətdən özündə saxladığı marixuana toxumlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən bağ hissəsində ağacların arasında əkmişdir. Çətənə bitkiləri cücərdikdən sonra onlara qulluq edib suvarmağa başlamışdır. Bir müddətdən sonra su verməmiş, yağış suları ilə inkişaf etməyə başlamışdır. Bildirmişdir ki, çətənə bitkiləri 06 ədəd olmuşdur. Əməlindən səmimi peşman olduğunu, xəstəliyini və yaşını nəzərə almaqla onun barəsində cəzanın aşağı həddinin seçilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il avqustun 10-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Həmin tarixdə saat 17:59 dəqiqədə o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid3, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, Şahid4, Salyan Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, Şahid2 ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib edərək xidməti vəsiqələrini göstərib DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ona qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də narkotik tərkibli bitkilər əkibbecərməkdə və kultivasiya etməsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra video çəkiliş aparmaqla onun üzərini yoxlanılmış, Mehmanın üzərindən “Nokia” markalı mobil telefon çıxmış, qanunla qadağan edilmiş bir əşya aşkar olunmamışdır. Mehman yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərdiyini və həmin çətənə bitkilərini təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evin həyətinə daxil olmuşlar, Mehman həyətyanı sahəsinin bağ hissəsinə gedərək orada əkibbecərdiyi çətənə bitkilərini təqdim etmişdir. Mehmandan həmin bitkilərin nə bitkiləri olduğunu, haradan əldə etdiyini, nə üçün əkdiyini soruşduqda, o da çətənə bitkiləri olduğunu, aprel ayında əkdiyini, narkotik vasitə marixuana toxumlarını təxminən 3 ay bundan əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının kənarından tapdığını, öz istifadəsi üçün əkdiyini demişdir. Həmçinin polis əməkdaşı həmin çətənə bitkisinə oxşar bitkidən hər hansı bir şəxsə satmaq və ya pay vermək niyyətinin olduğunu soruşduqda, o da ancaq özü istifadə etmək üçün əkib-becərdiyini, kiməsə satmadığını və pay vermədiyini bildirmişdir. Həmin çətənə bitkiləri bir-bir torpaqdan çıxarıldıqdan sonra sayılmış, 06 ədəd olması müəyyən olunmuşdur. Bundan sonra aşkar olunaraq götürülmüş həmin 06 ədəd çətənə bitkisi qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfimizdən götürülmüşdür. Bundan sonra Mehman Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, protokol tərtib etdikdən sonra onu, çətənə bitkiləri ilə birlikdə rayon polis şöbəsində müstəntiqin xidməti otağına aparılmışdır. Müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə və kultivasiya etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü il avqustun 10-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Həmin tarixdə saat 17:59 dəqiqədə o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, Şahid4, Salyan Rayon Polis Şöbəsinin CAB-nin rəisi, Şahid1 və NMQ-nin əməliyyat müvəkkili, Şahid2 ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib edərək xidməti vəsiqələrini göstərib DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ona qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də narkotik tərkibli bitkilər əkibbecərməkdə və kultivasiya etməsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra video çəkiliş aparmaqla onun üzərini yoxlanılmış, Mehmanın üzərindən “Nokia” markalı mobil telefon çıxmış, qanunla qadağan edilmiş bir əşya aşkar olunmamışdır. Mehman yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərdiyini və həmin çətənə bitkilərini təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evin həyətinə daxil olmuşlar, Mehman həyətyanı sahəsinin bağ hissəsinə gedərək orada əkibbecərdiyi çətənə bitkilərini təqdim etmişdir. Mehmandan həmin bitkilərin nə bitkiləri olduğunu, haradan əldə etdiyini, nə üçün əkdiyini soruşduqda, o da çətənə bitkiləri olduğunu, aprel ayında əkdiyini, narkotik vasitə marixuana toxumlarını təxminən 3 ay bundan əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının kənarından tapdığını, öz istifadəsi üçün əkdiyini demişdir. Həmçinin polis əməkdaşı həmin çətənə bitkisinə oxşar bitkidən hər hansı bir şəxsə satmaq və ya pay vermək niyyətinin olduğunu soruşduqda, o da ancaq özü istifadə etmək üçün əkib-becərdiyini, kiməsə satmadığını və pay vermədiyini bildirmişdir. Həmin çətənə bitkiləri bir-bir torpaqdan çıxarıldıqdan sonra sayılmış, 06 ədəd olması müəyyən olunmuşdur. Bundan sonra aşkar olunaraq götürülmüş həmin 06 ədəd çətənə bitkisi qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfimizdən götürülmüşdür. Bundan sonra Mehman Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, protokol tərtib etdikdən sonra onu, çətənə bitkiləri ilə birlikdə rayon polis şöbəsində müstəntiqin xidməti otağına aparılmışdır. Müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə və kultivasiya etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. 2024-cü il avqustun 10-da Salyan RPŞ-nin Cinayət Axtarışı Bölməsinin rəisi, polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, üzərinə və evə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsindən ümumilikdə 06 ədəd yaş halda, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitki aşkar edilərək götürülmüşdür. 2024-cü il avqustun 10-da Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən tərtib edilmiş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon, yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsindən isə ümumilikdə 06 ədəd yaş halda, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitki aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli 15 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş Salyan RPŞ-da baxış keçirilən zaman müəyyən olunmuş 06 ədəd bitki həqiqətən də, 06 ədəd çətənə bitkisidir və həmin bitkilərə mütəmadi aqro-texniki qulluq olunub. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu, Kürqaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərini öz istifadəsi üçün əkərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməsi məlum olsa da, sonuncunun əkib-becərdiyi çətənə bitkilərindən hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 11 avqust 2024-cü il tarixli, 3-16-16/2-18/731 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs həyətindən...” sözləri və imzalar olan 1 ədəd polietilen torba bükülününü içərisində üzərində ağ kağızda “azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” məzmunlu dairəvi möhrü əksi ilə möhürlənmiş “...Təqsirləndirilən şəxs yaşadığı həyətdən...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada cəmi 6 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 7500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 6 ədəd çətənə bitkiləri orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 06 ədəd çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-7500 qram, tədqiqata sərf edildi cəmi-6 qram, qalıq 7499,4 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli, 659 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qərar həmin tarixdə saat 16:20-də Təqsirləndirilən şəxs təqdim olunmuş və o, Salyan RPŞ-nin MSY-dən azad olunmuşdur. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 7499,4 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan RMX-nin 21 avqust 2024-cü il tarixli 18-1-68/2-1635/2024 saylı arayışından görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kənd sakini, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Salyan rayon İHB-nin Salyan rayonu Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 avqust 2024-cü il tarixli, 5-71-13/2-113/24 saylı məktuba əlavə oulnmuş ailə tərkibi haqqında arayış və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunub. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il avqust 12-də Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, saxlaması faktı üzrə onun əməlində cinayət tərkibi olmadığından həmin Xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə (kannabis) bitkilərini satış və ya digər məqsədlə əkibbecərməsi əməlin tövsifi dun əhəmiyyət kəsb etmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 7499,4 qram narkotik tərkibli çətənə (kannıbis) bitkilərinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verildiyi nəzərə alınmış, cinayət işi üzrə şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə, baxış keçirilməsi və götürmə aparılması barədə protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-bioloii ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-18/731 nömrəli, məhkəmə narkololi ekspertizasının xx.xx.2024-cü il tarixli, 659 nömrəli rəyləri, digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alırmış, cəzanı ağrlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə, azadlığın məhdudlaşdırılması cəzalarının təyin olunmasını, həmçinin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunan X2 cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış qalıq çəkisi 7499,4 qram narkotik tərkibli 06 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD və 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməldir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış təmiz çəkisi 7499,4 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk və 01 ədəd CD disk işdə saxlanılsın. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar