Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-143/2024 19.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonunun Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 27 may 2024-cü ildə saat 00:30 radələrində Fəhlə qəsəbəsi-Çadırlı- Şirvan avtomobil yolunun Salyan rayonu Qarabağlı kəndi ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi “Kia Rio” minik markalı 77GX412 dövlət qeydiyyat nişanlı avtomobillə 2 zolaqlı yolun sağ zolağı ilə Şirvan şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib “X7” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yolun hərəkət hissəsinə daxil olub sola doğru 3,5 metr məsafə iti yerişlə qət etmiş piyada 1985-ci il təvəllüdlü X4 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Sadiq Əsgərova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran başın ənsə-təpə-alın nahiyəsinin yaraları, beyin toxumasının əzilməsi, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları, hər iki baldır sümüklərinin qapalı yerdəyişən sınığı xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında tanışı Şahid1 məxsus “Kia Rio” minik markalı 77GX412 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 26 may 2024-cü ildə idarə etdiyi avtomobillə qohumları Səmid Əliyev və Qızqayıtla birlikdə Salyan rayonu Qarabağlı kəndinə qonaq gəlmişdir. Həmin gecə Sabirabad rayonuna qayıtmaq üçün yola düşmüş, avtomobili özü idarə etmiş, Səmid qabaq sağ oturacaqda, Qızqayıt isə arxa oturacaqda əyləşmişdir. Saat 00:30 radələrində Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Qarabağlı kəndi ərazisindən keçən hissəsi ilə saatda 60 km sürətlə Şirvan şəhəri istiqamətinə hərəkətdə olarkən yaxın məsafədən görmüşdür ki, yolun sağ kənarından təxminən 35-40 yaşlarında kişi piyada qəflətən yola çıxaraq iti yerişlə yolun sol kənarına doğru keçməyə başlayır. Həmin piyadanı vurmamaq üçün tormozdan istifadə edib avtomobili sola doğru istiqamətləndirməsinə baxmayaraq avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin alın şüşəsinə dəyərək bir qədər qarşıda yolun hərəkət hissəsinə düşmüşdür. Avtomobili saxlayaraq yerə düşüb piyadaya yaxınlaşmışdır. Piyada baş nahiyəsindən xəsarət almış, yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz qalmış, lakin ölməmişdir. Hadisə şahidlərinin köməkliyi ilə piyadanı hadisə yerinə gəlmiş yeznəsi Şahid2 idarə etdiyi “Hyundai Elantra” minik markalı avtomobilə qoyub Şirvan şəhər xəstəxanasına yola salmışlar. Hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəldikdə sənədlərini onlara təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak etməklə piyadanın vurulduğu yeri göstərmiş, tərtib olunmuş sxemi və protokolu imzalamışdır. Sonradan məlum olmuşdur ki, vurduğu piyada Salyan rayonu Qarabağlı kəndində yaşayan 1985-ci il təvəllüdlü X5 olmuş və o, xəstəxanaya aparılarkən yolda ölmüşdür. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Özü və didər qohumları Sadiqin yas mərasimində iştirak edib onlara yas xərcləri üçün köməklik etmişlər. Əməlindən peşman olduğunu, dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun özünün, zərər çəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyləri və cinayət işinin digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 may 2024-cü ildə saat 00:30 radələrində Fəhlə qəsəbəsi Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Qarabağlı kəndi ərazisindən keçən 20-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X5 onun əridir. Sadiq xx.xx.1985-ci il təvəllüdlü olmaqla rəsmi olaraq heç bir yerdə işləməmişdir. 26 may 2024-cü ildə saat 20 radələrində Sadiq siqaret almaq üçün evdən çıxmışdır. Gecə saat 00:30 radələrində qohumu ona zəng edərək yaşadıqları kəndin ərazisindən keçən magistral yolda Sadiqin avtomobillə vurularaq Şirvan şəhər xəstəxanasına aparıldığını bildirmişdir. Bir az sonra isə məlum olmuşdur ki, Sadiq xəstəxanaya aparılarkən yolda ölmüşdür. Sadiqin meyiti ekspertiza müayinəsindən sonra evə gətirilmiş və səhəri gün Şirvan şəhər qəbiristanlığında dəfn edilmişdir. Sonradan məlum olmuşdur ki, Sadiqi Sabirabad rayonunun Nəsimi kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı 77GX412 dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhər istiqamətində hərəkətdə olarkən vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 may 2024-cü ildə Sabirabad rayonunda yaşayan qaynı Təqsirləndirilən şəxs digər qohumları ilə birlikdə idarə etdiyi “Kia Rio” minik markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sayan rayonunun Qarabağlı kəndinə evlərinə qonaq gəlmişlər. Həmin gün gecə onlar yaşadıqları Sabirabad rayonuna qayıtmaq üçün yola düşmüşlər. Saat 00:30 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, yaşadıqları kəndin ərazisində idarə etdiyi “Kia Rio” minik markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir, belə ki, avtomobillə yolu keçən piyadanı vurmuşdur. Belə olduqda idarə etdiyi “Hyundai Elantra” minik markalı avtomobillə hadisə yerinə getmiş və orada piyadanın hərəkətsiz vəziyyətdə yerdə olduğunu görüb həmin yaralını hadisə şahidlərinin köməkliyi ilə öz avtomobilinə qoyub Şirvan şəhər xəstəxanasına aparmaq üçün yola düşmüşdür. Yolda Şirvan şəhər ərazisində TTY avtomobilinin gəldiyini görüb ona işarə verərək saxlatmış və yaralı piyadanı onlara təhvil vermişdir. Həkimlər müayinə edib piyadanın aldığı xəsarətlərdən artıq öldüyünü bildirmişlər. Sonradan məlum olmuşdur ki, həmin piyada həmkəndlisi X5 olmuşdir. Sadiq sərxoş vəziyyətdə yolu keçərkən Miryasin idarə etdiyi avtomobillə onu vurmuşdur. Özü və didər qohumları Sadiqin yas mərasimində iştirak edib onlara yas xərcləri üçün köməklik etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 20-ci kilometrliyidir. Yolda hərəkət zolaqlarının sayı 02 metr, hərəkət hissəsinin eni 11 metrdir. “Kia Rio” minik markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Şirvan istiqamətinə sağ kənarında qabaq sağ tin və kapot hissələri əzilmiş, alın şüşəsi sınmış vəziyyətdə, təkərləri üzərində qalmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, piyadanın vurulduğu yer yolun sağ kənarından 3,5 metr sola məsafədədir. Yolda şin və tormoz izləri yoxdur. Həmçinin əlavə edilmiş fotoşəkillərdən və sxemdən görünür ki, hadisəsinin baş vermə trayektoriyası və avtomobilin son vəziyyəti YPX-nin əməkdaşı tərəfindən tərtib edilmişdir. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Şirvan RQİTBŞ tərəfindən xx.xx.2017-ci il tarixdə 10 il müddətinə «B C» kateqoriyalı AE 522852 nömrəli sürücülük vəsiqəsi verilmişdir xx.xx.2024-cü il tarixli 89 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, X3 meyitində başın ənsə-təpə-alın nahiyəsinin yaraları, beyin toxumasının əzilməsi, beyin qişaları altına, toxumasına və mədəciklərin qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları, hər iki baldır sümüklərinin qapalı yerdəyişən sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, xx.xx.2024-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümün səbəbi başın küt travması nəticəsində ənsə-təpə-alın nahiyəsinin yaraları ilə müşayiət olunan, beyin toxumasının əzilməsi, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur. X3 qanında məhkəmə-kimya tədqiqatı nəticəsində 1,32 % qatılığında etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il il tarixli, 8/1797 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Kia Rio” minik markalı 77GX412 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini və Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyini müzakirə edərək, məhkəmə həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı 77GGX412 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı, **-GX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, XXX Tağı Nurəddin oğlunun Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qayadada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-143/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-143/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver