Məhkəmə qərarları › İş №1(057)-144/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-144/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-144/2023 13.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Salyan Rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı saylı cəzaçəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək o, təkrarən oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü il aprelin 03-də saat 19 radələrində ünvan 3-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsinin Kür çayı tərəfdən olan hissəsindəki ümumilikdə 32 kv, 06 ədəd 16 metr uzunluğunda qalınlığı 3 mm-lik olan aliminium listlərdən ibarət olan hasarını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü il aprelin 11-də saat 03 radələrində Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən metal qəbul məntəqəsinə yuxarı hissəsində metaldan ibarət olan dam örtüyünü qaldırmaqla qanunsuz daxil olub oradan 1 kiloqramı 14 manat olmaqla, cəmi 112 manat dəyərində 8 kiloqram mis (qırıntı kimi); 1 kiloqramı 7 manat olmaqla, cəmi 42 manat dəyərində 6 kiloqram latun (qırıntı kimi); 1 kiloqramı 2,70 manat olmaqla, cəmi 13,50 manat dəyərində 5 kiloqram qurğuşun; 1 ədəd 60 manat dəyərində ekran ölçüsü 40 olan monitor və 1 ədəd 100 manat dəyərində DVR-i (yaddaş bloku) gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 327 manat 50 qəpik maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə iclasında ifadə verməkdən imtina edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Ona görə də onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X3 barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi yekunlaşdıqdan sonra Salyan rayon məhkəməsinə verilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən mənə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Həmin cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Həmin şöbənin əməkdaşı Nurlan Mirzəyev tərəfindən onun ayağına elektron cihaz bağlanılmış, hüquq və vəziləri barədə məlumat verilmiş, həmçinin elektron cihazdan istifadə qaydaları da bildirilmişdir. Buna baxmayaraq o, həmin elektron cihazdan düzgün istifadə etmədiyi üçün Salyan rayon məhkəməsi tərəfindən ona cəzanın çəkilməmiş 1 il 05 ay 3 gün müddəti hər iki günü bir gün hesablanmaqla 08 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və məhkəmə zalındada həbs olunmuşdur. Hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində çəkir. 02 aprel 2023-cü il tarixdə saat 19 radələrində o, Salyan şəhərindən keçən Kür çayının kənarında piyada gəzmişdir. O, evə getmək üçün Kür çayının kənarında olan bəndə çıxaraq oradan Q.Səmədov küçəsinə keçən zaman tanımadığı şəxsə məxsus olan fərdi yaşayış evinin həyətyani sahəsinin bir tərəfdən listlərdən hasar çəkildiyini görmüşdür. O, həmin hasara yaxınlaşaraq baxmış və həmin listlərin aliminium olduğunu başa düşmüşdür. Sonra həmin aliminium listləri oğurlayaraq sata biləcəyini düşünmüşdür. Həmin vaxt həyətə və evə baxmış, lakin işıq yanmadığını, evdə heç kimin yaşamadığını fikirləşmişdir. Lakin tanımadığı ünvan olduğu üçün oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Evdə olan zaman o, həmin aliminium listləri oğurlamaq qərarına gəlmişdir. 03 aprel 2023-cü il tarixdə saat 19 radələrində Salyan şəhəri Q.Səmədov küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına getmişdir. O, bildirmişdir ki, Kür çayının kənarında olan bəndə qalxmışdır. Bu zaman ətrafa baxmış və ətrafda heç kimin olmadığını görmüşdür. Sonra aliminium listləri sökməyə başlamışdır. O, tək olduğu üçün biraz çətinlik çəkmiş, amma listləri taxtalardan ayırmışdır. Bundan sonra taxtaları orada yerə qoymuşdur. Yerindən sökərək oğurladığı 06 ədəd aliminium listi isə Kür çayının kənarında kolluqların arasında gizlətmişdir. Sonra oradan çıxaraq yaşadığı evə getmişdir. 04 aprel 2023-cü il tarixdə saat 10 radələrində o, evdən çıxaraq oğurladığı listləri gizlətdiyi yerə getmişdir. Həmin vaxt oradan keçən VAZ 2107 markalı, nömrəsini xatırlamadığı tanımadığı şəxsə məxsus taksini saxlatdıraraq evinin arxa tərəfində 06 ədəd aliminium list olduğunu, istifadə etmədiyini, satmaq üçün həmin listləri Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən metal qəbul məntəqəsinə aparmalı olduğunu demişdir. Tanımadığı həmin şəxs də onunla razılaşmış və o, Kür çayının kənarında gizlətdiyi 06 ədəd aliminium listi gətirərək avtomobilin üzərində olan yük yerinə qoymuşdur. Həmin şəxs isə 06 ədəd aliminium listi haradan gətirdiyini görməmişdir. Sonra həmin şəxs onu Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən metal qəbul məntəqəsinin qarşısına aparmışdır. Həmin vaxt tanışı İlkin onu görən kimi yanına gəlmişdir. İlkin ondan aliminium listləri haradan gətirdiyini soruşmuş, o da özünün olduğunu deyərək evindən gətirdiyini demişdir. İlkin ona kömək edərək 06 ədəd aliminium listi avtomobilin üzərində olan yük yerindən götürərək yerə qoymuşlar. Tanımadığı taksi sürücüsünə zəhmət haqqı olaraq 4 manat pul vermişdir. Metal qəbul məntəqəsi bağlı olduğundan orada yerləşən kafedə gözləmişlər. Təxminən 1 saat keçdikdən sonra o, metal qəbul məntəqəsini işlədən şəxslə əlaqə saxlamış, həmin şəxs də gəlməyəcəyini bildirmişdir. Sonra o, Salyan dairəsi adlanan yerə gedərək üzərində yük yeri olan taksiyə yaxınlaşmış və 06 ədəd aliminium list olduğunu metal qəbul məntəqəsinə aparmaq lazım olduğunu demişdir. Həmin şəxs də onunla razılaşmışdır. Taksi sürücüsünə aliminium listlərin Salyan şəhəri 20 Yanvar küçəsində olduğunu demişdir. Taksi sürücüsü ilə həmin ünvana getmişlər. O, İlkin ilə birlikdə aliminium listləri VAZ 2106 markalı avtomobilin üzərində olan yük yerinə yığmışlar. Bildirmişdir ki, biraz qabaqda yerləşən metal qəbul məntəqəsinə getmişlər. Lakin qiymətlə razılaşmadığı üçün oradan çıxaraq biraz da irəlidə olan “X5” dəmir qəbul məntəqəsinə getmişlər, lakin onlarla da qiymətlə razılaşmadığı üçün əvvəl getdiyi metal qəbul məntəqəsinə qayıtmışlar. Bu zaman o, metal qəbul məntəqəsinin açıq olduğunu görüb ora getmişdir. Metal qəbul məntəqəsini işlədən Cəfər ilə qiymətdə razılaşmışlar və İlkin ilə birlikdə VAZ 2106 markalı avtomobilin üzərində olan yük yerində olan 06 ədəd aliminium listi yerə qoymuşlar. O, həmin 06 ədəd aliminium listi Cəfərə 39 manata satmışdır. O, taksi sürücüsünə zəhmət haqqı olaraq 4 manat pul vermişdir. Bildirmişdir ki, ümumilikdə 35 manat pul qalmışdır. Sonra o, İlkin ilə birlikdə Salyan rayon mərkəzi Avtovağzalda yerləşən kafeyə getmişlər. Onlar orada yemək yemişlər, sonra o, İlkin ilə sağollaşaraq yaşadığı evə getmişdir. 10 aprel 2023-cü il tarixdə Salyan şəhərində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsinin bir tərəfində olan hasar əvəzi çəkilmiş 06 ədəd aliminium listi oğurlayıb-oğurlamadığını soruşmuşlar, o da törətdiyi əməli səmimi etiraf etmişdir. 11 aprel 2023-cü il tarixdə saat 02 radələrində o, Salyan şəhərində piyada hərəkət etmişdir. Həmin vaxt pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Təxminən 1 həftə əvvəl başqa bir yerdən oğurladığı aliminium listləri satdığı metal qəbul məntəqəsinin yaxınlığına getmişdir. Bu zaman metal qəbul məntəqəsinin qapısının bağlı olduğunu və gizli şəkildə ora daxil olub satdığı aliminium listləri oğurlamağı planlaşdırmışdır. Buna görə də o, metal qəbul məntəqəsinin olduğu tikilinin üzərinə çıxmışdır. Tikilinin üzərində metal dam örtüyünü əli ilə aralayaraq içəri daxil olmuşdur. Sonra içəri baxmış və aliminium listlərin burada olmadığını aşkar etmişdir. Lakin içəridə qırıntı halında mis, latun və qurğuşun olduğunu görmüş və həmin metalları orada olan sintetik kisənin içərisinə yığmışdır. O, çıxmaq üçün dama qalxa bilməmişdir. Buna görə də orada olan laqonda aparatını götürərək işə salıb qapının kilidini kəsmişdir. Sonra sintetik kisəni götürərək kənara çıxmaq istəyəndə qapının yuxarı tərəfində kamera olduğunu görmüşdür. O, kameranın onu çəkdiyini fikirləşdiyi üçün onun yaddaş qurğusunun da olacağını bilmişdir. Buna görədə o, içəridə olan 01 ədəd monitor və 01 ədəd DVR-i (yaddaş bloku) götürərək çıxmışdır. O, həmin metal qəbul məntəqəsindən oğurladığı 01 ədəd monitor və 01 ədəd DVR-i (yaddaş bloku) məntəqənin arxa tərəfində olan gölə tullamışdır. Sonra oradan uzaqlaşaraq məntəqədən oğurladığı və sintetik kisənin içərisinə yığdığı mis, latun və qurğuşunu 20 Yanvar küçəsində gizlətmiş və yaşadığı evə getmişdir. Bundan sonra saat 07 radələrində yaşadığı evdən çıxaraq 20 Yanvar küçəsində gizlətdiyi mis, latun və qurğuşunu götürmüşdür. Bildirmişdir ki, yaşadığı evdən çıxamamış evində olan 1 kiloqram aliminiumu da özü ilə götürmüşdür. Həmin yerdən keçən üzərində taksi nişanı olan tanımadığı VAZ 2107 markalı avtomobilə əyləşərək onu Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən metal qəbul məntəqəsinə aparmasını demişdir. Tanımadığı taksi sürücüsü onunla razılaşmış və onu Kürqaraqaşlı kəndində yerləşən metal qəbul məntəqəsinə aparmışdır. O, taksidən düşmüş, avtomobilin yük yerində sintetik kisənin içərisində olan mis, latun və qurğuşunu yerə qoymuş və taksi sürücüsünə zəhmət haqqı olaraq 3 manat pul vermişdir. Taksi sürücüsü də avtomobili sürərək çıxıb getmişdir. O, metal qəbul məntəqəsinə yaxınlaşaraq oranı işlədən şəxs Valehə mis, latun, qurğuşun və aliminium gətirdiyini demişdir. Valeh gətirdiyi metalların kimə məxsus olduğunu bildirmiş, o da özünə məxsus olduğunu demişdir. Valeh metalları tərəzi vasitəsilə çəkərək 8 kiloqram misin 48 manat, 6 kiloqram latunun 34 manat, 5 kiloqram qurğuşunun 10 manat və 1 kiloqram aliminiumun 2 manat etdiyini bildirmişdir. Valeh ümumilikdə ona 94 manat pul vermiş, o da pulu alaraq sağollaşıb çıxıb getmişdir. O, həmin 94 manat pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. 22 aprel 2023-cü il tarixdə Salyan şəhərində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus metal qəbul məntəqəsindən mis, latun, qurğuşun metallarını, dəftərlər, monitor və DVR-i (yaddaş bloku) oğurlayıb-oğurlamadığını soruşmuşlar, o da törətdiyi əməli səmimi etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O.həmin ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanımır, onunla heç bir tanışlığı olmamışdır. Onun Salyan şəhəri 20 Yanvar küçəsində metal qəbul məntəqəsi vardır. O, fərdi sahibkar kimi fəaliyyət göstərir. O, özünə məxsus olan metal qəbul məntəqəsində dəftərlərdə aldığı əşyaların və metalların qeydiyyatını aparır. Bundan başqa metal qəbul məntəqəsinə müşahidə kamerası quraşdırmışdır. Həmçinin müşahidə kamerasının çəkdiyi görüntülər otaqda olan DVR-də (yaddaş bloku) saxlanılır. 11 aprel 2023-cü il tarixdə saat 09 radələrində o, Salyan şəhəri 20 Yanvar küçəsində metal qəbul məntəqəsinə getmişdir. O, qapını açıb içəri daxil olan zaman içəridə olan ayrı-ayrı şəxslərdən aldığı mis, aliminium, latun, qeydiyyat apardığı dəftərlərin olmadığını görmüşdür. O, Əvvəl nə olduğunu başa düşməmişdir. Sonra otaqda olan müşahidə kamerasının çəkdiyi görüntülərə DVR-ə (yaddaş bloku) baxmaq istəyən zaman onların da yerində olmadığını aşkar etmişdir. Sonradan o, 8 kiloqram mis, 6 kiloqram latun, 5 kiloqram qurğuşun, 1 ədəd 60 manat dəyərində ekran ölçüsü 40 olan monitor və 1 ədəd 100 manat dəyərində DVR-in (yaddaş bloku) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Lakin həmin vaxt işləri olduğu və Bakı şəhərinə getdiyi üçün şikayət edə bilməmişdir. 21 aprel 2023-cü il tarixdə o, Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğurluq barədə məlumat vermişdir. Bildirmişdir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən ona məxsus metal qəbul məntəqəsindən 8 kiloqram mis, 6 kiloqram latun, 5 kiloqram qurğuşun, 1 ədəd 60 manat dəyərində ekran ölçüsü 40 olan monitor və 1 ədəd 100 manat dəyərində DVR-in (yaddaş bloku) Salyan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadığı evin həyətyani sahəsinin 3 tərəfdən mişar daşı ilə çəkilmiş hasarı vardır. Təxminən 20 il bundan əvvəl o, həyətyani sahəsinin Kür çayı tərəfdən olan hissəsinə isə 6 ədəd 16 metr uzunluğunda list aliminum alaraq hasar çəkmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək o, qardaşının yas mərasimi ilə əlaqədar Bakı şəhərində olmuşdur. 03 aprel 2023-cü il tarixdə saat 20 radələrində o, Bakı şəhərindən qayıdaraq yaşadığı evə getmişdir. Həmin vaxt o, çox yorğun olduğu üçün həyətyani sahəsinə baxmadan evə daxil olmuşdur. 04 aprel 2023-cü il tarixdə saat 09 radələrində o, həyətə çıxmış, bu zaman yaşadığı evin həyətyani sahəsinin bir tərəfində Kür çayı tərəfdə olan 16 metr uzunluğunda list aliminumdan çəkdiyi hasarın yerində olmadığını görmüşdür. O, 16 metr uzunluğunda list aliminumdan çəkdiyi hasarın yerinə getmişdir. O, dərhal ətrafa baxmış, hasarın söküldüyünü və aparıldığını aşkar etmişdir. O bildirmişdir ki, həmin evdə tək yaşayır və aliminium hasarın sökülməsi barədə heç bir məlumatı yoxdur. O, hasarın aliminium olduğu üçün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. O, Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X4 zəng edərək məlumat verməklə və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, ona məxsus fərdi yaşayış evinin həyətyani sahəsinin bir tərəfində olan 6 ədəd 16 metr uzunluğunda list aliminum hasarın Salyan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, heç bir şikayəti və tələbi olmadığını bildirdi. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat 11 radələrində VAZ 2106 markalı **-FY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan Dairəsi adlanan yerdə dayanmışdır.Həmin vaxt Xəyyam adlı şəxs ona yaxınlaşaraq avtomobilə əyləşərək dəmir ləvazimaltarı olduğunu və metal qəbul məntəqəsinə aparmaq istədiyini bildirmişdir. Xəyyam avtomobili Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən metal qəbul məntəqəsinin qarşısına sürdürmüşdür. Xəyyam metal qəbul məntəqəsinin bağlı olduğunu deyərək orada olan, lakin saymadığı təxminən 4-5 ədəd aliminium listi satmaq istədiyini bildirmişdir. O, aliminium listlərin yanında bir nəfər şəxs olduğunu görmüş, lakin həmin şəxsi tanımamışdır. Sonra Xəyyam tanışı ilə birlikdə aliminum listləri avtomobilə yükləmişlər. Sonra Xəyyam başqa metal qəbul məntəqəsinə getməyini bildirmiş, o da avtomobili biraz irəlidə olan metal qəbul məntəqəsinə sürmüşdür. Lakin Xəyyam geri qayıdaraq onların qəbul etmədiyini bildirmişdir. Xəyyam ona avtomobili “X5” dəmir qəbul məntəqəsinə sürməyini bildirmişdir. O da Xəyyamın dediyi kimi sürmüş, lakin Xəyyam yenidən geri gələrək onların da qəbul etmədiyini bildirmişdir. Sonra o, avtomobili hərəkət etdirərək sürməyə başlamışdır. Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən metal qəbul məntəqəsinin qarşısından keçən zaman oranın açıq olduğunu görüb avtomobili saxlamışdır. Xəyyam tanışı ilə birlikdə avtomobildən yerə düşmüş və metal qəbul məntəqəsinə getmişlər. Xəyyam gələrək qəbul etdiyini deyib həmin aliminium listləri yanındakı tanışı ilə birlikdə yerə qoymuşlar. Xəyyam ona zəhmət haqqı olaraq 4 manat pul vermiş, o da sağollaşaraq çıxıb getmişdir. Xəyyam aliminium listlərin özünə məxsus olduğunu demişdir. Şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır, onunla heç bir tanışlığı olmayıb. Onun Salyan rayonu Kürqaraqaşlı kəndində metal qəbul məntəqəsi vardır. O, fərdi sahibkar kimi fəaliyyət göstərir. 11 aprel 2023-cü il tarixdə o, Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən metal qəbul məntəqəsində olmuşdur. Tanımadığı bir nəfər şəxs yaxınlaşaraq metal gətirdiyini bildirmiş, o da gətirdiyi metallara baxmaq istədiyini demişdir. Həmin şəxs adının Xəyyam olduğunu, Salyan şəhərində yaşadığını, gətirdiyi metalların özünə məxsus olduğunu bildirmişdir. Xəyyam mis, latun, qurğuşun və aliminium gətirmişdir. O, Xəyyamdan gətirdiyi metalların oğurluq olub-olmadığını soruşmuş, Xəyyam isə oğurluq olmadığını və özünə məxsus olduğunu bildirmişdir. O, Xəyyamın gətirdiyi metalları tərəzi vasitəsilə çəkərək 8 kiloqram misin 48 manat, 6 kiloqram latunun 34 manat, 5 kiloqram qurğuşunun 10 manat və 1 kiloqram aliminiumun 2 manat etdiyini demişdir. Xəyyamın gətirdiyi metallarını hamısı qırıntı olmuşdur. O, ümumilikdə Xəyyama 94 manat pul vermiş, Xəyyam da pulu alaraq sağollaşıb çıxıb getmişdir. Təxminən 1 həftə sonra aldığı bütün metalları və əşyaları Bakı şəhərində yerləşən metal əritmə zavoduna satmışdır. Həmçinin Xəyyamdan 8 kiloqram mis, 6 kiloqram latun, 5 kiloqram qurğuşun və 1 kiloqram aliminium da onun içində olmuşdur. Onun həmin metal əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2023cü il tarixli, 9/4041 nömrəli rəyindən görünür ki, əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 327,50 manat müəyyən olunur. - 1 kiloqramı 14 manat olmaqla, cəmi 112 manat dəyərində 8 kiloqram mis (qırıntı kimi); - 1 kiloqramı 7 manat olmaqla, cəmi 42 manat dəyərində 6 kiloqram latun (qırıntı kimi); - 1 kiloqramı 2,70 manat olmaqla, cəmi 13,50 manat dəyərində 5 kiloqram qurğuşun; - 1 ədəd 60 manat dəyərində ekran ölçüsü 40 olan monitor; - 1 ədəd 100 manat dəyərində DVR-i (yaddaş bloku). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli, 9/4040 nömrəli rəyindən görünür ki, ümumilikdə 32 kv, 06 ədəd 16 metr uzunluğunda qalınlığı 3 mm-lik olan aliminium listlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 800 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğu sonuncu dəfə Salyan rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Salyan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(057)-111/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin istintaq materiallarında olan Salyan rayon məhkəməsinin 04 may 2023-cü il tarixli, 7(057)-214/2022 nömrəli qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 1 ay 26 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğunun cəzasının çəkilməmiş hissəsi olan 01 il 05 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 08 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 iyun 2023-cü il tarixli, 113 saylı məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğu yaşayış yeri üzrə müsbət xarakterizə olunur, valideynləri ilə birlikdə yaşayır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 20 iyun 2023-cü il tarixli, PHŞ-6-68/2-1311/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Tiryək” narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatdadır, Psixonevroloji kabinetdə isə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs oğurladığı ümumilikdə 327,50 manat dəyərində 8 kiloqram mis, 6 kiloqram latun, 5 kiloqram qurğuşun və evində özünə məxsus olan 1 kiloqram aliminiumu xx.xx.2023-cü il tarixdə saat 07 radələrində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, şəxsiyyəti məlum olmayan şəxsə məxsus olan VAZ 2107 markalı, nömrəsi bilinməyən avtomobil ilə Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən Şahid4 94 manata satmışdır. Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd ekran ölçüsü 40 olan monitor və 1 ədəd DVR-i (yaddaş bloku) metal qəbul məntəqəsinin yaxınlığında yerləşən su gölünə atmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır.Onun hazırda başqa cinayətə görə məhkum olunması və cəza çəkməsi halı bir daha onu göstərir ki, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir.Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha ədalətli və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Salyan rayon məhkəməsinin 04 may 2023-cü il tarixli, 7(057)-214/2022 nömrəli qərarı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 1 ay 26 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğunun cəzasının çəkilməmiş hissəsi olan 01 il 05 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 08 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasının əvvəli 04 may 2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə ona təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Ona təiyn olunmuş əvvəlki cəzası azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından ona residivə görə cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü ildən hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya Salyan rayon məhkəməsinin 04 may 2023-cü il tarixli, 7(057)- 214/2022 nömrəli qərarı ilə ona təyin olunmuş 08 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə üzərində iki il bir ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar