Məhkəmə qərarları › İş №1(057)-146/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-146/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-146/2024 05.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X27 Yaqub oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq Salyan rayon məhkəməsinin inzibati binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2024-cü il iyulun 12-də saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən ərzaq mağazasının daxilində cəmiyyət içərisində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan həmin marketdə satıcı işləyən Salyan rayonu Qaraçala qəsəbə sakini Zərərçəkmiş şəxs2 ilə dalaşaraq onu nalayiq sözlərlə təhqir etmiş, sillə və yumruq ilə qəsdən onun baş və bədən nahiyələrinə vurub başın sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül xəsarətlər yetirmiş, bundan başqa xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mağazasındakı 180 manat dəyərində olan 1 ədəd barkod oxuyucu skaner və 1 ədəd 25 manat dəyərində olan qapı kilidini sındırmış, həmçinin 20 manat dəyərində olan 8 kq kəllə qəndi və 10 manat 20 qəpik dəyərində olan 6 kq şəkər tozunu yararsız hala salaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 235 manat 20 qəpik məbləğində maddi ziyan vuraraq öz hərəkətləri ilə 20-30 dəqiqə ərzində ətrafda olan insanların narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 12 iyul 2024-cü il tarixdə axşamüstü qardaşı Sənan, əmisi oğulları Mətin, Əfqan və həmkəndlisi Əflanla birlikdə söhbət edərək yeyib-içmək qərarına gəlmişlər, onların ərzaq almaq üçün nağd pulları olmamışdır. Əfqan içkini almağı öz üzərinə götürmüş, yaxınlıqda olan həmkəndliləri Teymura məxsus mağazadan spirtli içki alıb gətirmişdir. Bundan sonra o, Əflanla birlikdə yeyib-içmək üçün ərzaq məhsullarını nisyə almaq məqsədilə həmin mağazaya getmişdir. Mağazada satıcı kimi Elşadın olduğunu görmüş, ona nağd pulunun olmadığını, nisyə ərzaq almaq istədiyini demiş, Elşad da razılaşmışdır. Mağazadan qarpız və çörək götürərək kassanın qarşısına qoymuş, daha sonra pendir götürmək istəyərkən Elşad ona nisyə mal sata bilməyəcəyini demişdir. O, bundan əsəbləşərək Elşada demişdir ki “nisyə mal sata bilməyəcəyini ona əvvəlcədən deməli idi”. Elşad isə kassanın qarşısına bir qutu lezva ataraq “özünü doğrasa belə yenə nisyə mal verməyəcəyini”demişdir. Bundan sonra o, daha da əsəbləşmiş, onlar arasında mübahisə yaranmış, həmin vaxt Əflan onların mübahisə etdiyini görüb oradan uzaqlaşmışdır. Elşadın sonuncu hərəkəti onu daha da hirsləndirmiş, o, həmin hərəkəti özünə təhqir kimi qəbul etmiş, Elşadı sillə ilə vurmuş və onu söymüşdür. Həmin vaxt mağazanın yaxınlığında olan qardaşı və əmisi oğlulları - Sənan, Mətin və Əfqan mağazaya gələrək onu Elşaddan aralayaraq çölə çıxarmışlar. Lakin o, sakitləşməmiş, qısa müddət sonra yenidən mağazaya daxil olaraq kassanın qarşısına qoyduğu qarpıza əli ilə yumruq vuraraq onu dağıtmış, Elşada yenidən bir sillə vurmuş, sonuncunu təhqir etmişdir. Sonra onu mağazadan uzaqlaşdırmışlar. Bundan sonra Elşad mağazanın qapısını içəridən bağlamış, o, qapını açmaq istəmiş, lakin qapının dəstəyi qırılmış və onun əlində qalmışdır. Elşad həmkəndlisi - Kamranın gəldiyini görüb mağazanın qapısını açmış, o, da Kamranın arxasınca mağazaya daxil olmuşdur. Elşaddan nəyə görə onu təhqir etdiyini soruşmuş, Elşad isə onu göstərərək demişdir ki, “bunun dayısı Süleyman özünü lezva ilə doğrayıb, bu doğrasa nə olacaq”? Elşadın bu cavabından sonra onu sillə ilə vurmuş, Kamran onları ayırmışdır. Onun çox əsəbləşərək özündən çıxmasına və Elşadı vurmasına səbəb Elşadın onun qarşısına lezva atması, “özünü doğrasa nə olacaq”, “bunun dayısı Süleyman özünü lezva ilə doğrayıb” kimi ifadələr deməsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Bir daha belə hüquqazidd əməllərə yol verməyəcəkdir. Əvvəllər məhkum olunmamış, məhkəmə məsuliyyətinə cəlb olunmamışdır. Vurduğu maddi ziyanı ödəyəcəkdir. 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmiş, çoxsaylı orden və medallarla - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni; “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Zərərçəkmişlərdən üzr istəyir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır. Həmkəndlisi Teymura məxsus mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs əvvəldən həmkəndli və qonşu kimi tanımış, aralarında ədavət olmamışdır. 12 iyul 2024-cü il tarixdə saat 17-18 radələrində o, mağazada olarkən Orxan digər həmkəndliləri Əflan ilə birlikdə mağazaya gəlmişdir. Orxan ona mağazadan nisyə bir-iki məhsul alacaqlarını demiş, o, da “olar” demişdir. Orxan mağazadan qarpız və çörək götürərək kassanın qarşısına qoymuş, əlavə şeylər də götürmək istəmiş, götürdükləri malları Əflanın adına verməsini dedikdə o, buna etiraz etmişdir. Orxana demişdir ki, “Əflan əvvəldən qalan mağazaya olan borclarını ödəmədiyindən mağaza sahibi ona nisyə mal verilməsini qadağan edib”. Orxan təkid etdiyindən o, Orxana çörək və qarpız götürməsinə razılıq vermişdir. Daha sonra Orxan əlavə 3-5 manatlıq pendir götürəndə o başa düşmüşdür ki, Orxan Əflanın adına əlavə başqa məhsullar da, yəni araq, kolbasa və sair götürəcək. Ona görə Orxana etiraz edib bu qədər malı nisyə verə bilməyəcəyini demişdir. Bundan əsəbləşən Orxan onun qulağının dibinə bir sillə vurub onu pis söyüşlərlə söyərək mağazadan çölə çıxmışdır. O, Orxanın onu qəflətən sillə ilə vurmasından özünü itirmişdir. Qısa müddət sonra Orxan yenidən mağazaya girmiş və mağazadakı qarpızlardan birini götürüb zərblə stolun üzərində qırmışdır. Nəticədə qarpız parçalanaraq yerə tökülmüş və hər tərəf qarpız suyu ilə batmışdır. O, Orxanı sakitləşdirmək üçün demişdir ki, “Orxan sən niyə belə edirsən, mən sənə nisyə mal verərəm, ancaq Əflana nisyə mal verməsinə mənə icazə vermirlər”. Bunu eşidən Orxan ona yazılası və deyiləsi mümkün olmayan pis söyüşlər söyərək sinəsinə yumruqla möhkəm bir zərbə vurmuşdur. Sonra isə əli ilə onu tutub boğmağa başlamışdır. Həmin vaxt mağazada Orxanın yanında olan əmisi oğlanları Əfqan və Mətin Orxanı ondan aralayıb çölə çıxarmışlar. Lakin Orxan yenə də Əfqan və Mətinin əlindən çıxıb onu vurmaq istəmiş və ona qarşı nalayıq ifadələrini işlətməkdə davam etmişdir. O, vəziyyəti belə görüb mağazanın qapısını içəri tərəfdən bağlamış, Orxan həmin vaxt mağazanın qapısını dartaraq sındırmaq istəmiş, həmin vaxt qapının dəstəyi sınaraq sonuncunun əlində qalmışdır. Bir az keçmiş qonşusu Kamranın gəldiyini görüb o mağazanın qapısını açmış, Kamran mağazaya girmiş və onun dalınca da Orxan yenidən mağazaya daxil olmuş və onu Kamranın yanında pis söyüşlərlə söymüş. Kamran Orxanı tutub sakitləşdirməyə çalışan zaman Orxan sındırdığı qapı dəstəyini ona göstərib dəstəyi onun ağzına soxacağı ilə hədələmiş, Kamran Orxanı güclə mağazadan çıxarmışdır. Mağazadan bir qədər uzaqlaşdıqdan sonra Orxan əlindəki qapı dəstəyini ona tərəf atmış, lakin qapı dəstəyi ona dəyməmişdir. Orxanın həmin gün ona qarşı qeyd etdiyi bu hərəkətləri təxminən yarım saat, ya da 1 saat davam etmişdir. Həmin vaxt xeyli kənd camaatı mağazanın ətrafına toplaşmış, Orxanın hərəkətlərini görmüşlər. Təxminən 1 saat sonra hadisə yerinə gələn Teymurun anası və onun atası vəziyyətini görmüş, Orxana niyə belə hərəkətlər etdiyini irad tutaraq onu danladıqda Orxan demişdir ki, “Elşadı əcəb edib vurmuşam”. Onun atası- Zakir DİN-in 102 Xidmətinə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Sonra da axşam halı pisləşdiyi üçün təcili tibbi yardıma zəng vurmuş və təcili tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. Təcili yardım maşınında olan zaman hadisənin təsirindən özündən getmişdir. Xəstəxanada müayinə və rentgendən keçmişdir.Mağaza sahibi Teymur hadisə baş verən gün hadisə yerində olmamış, o, xəstəxanada olarkən xəstəxanaya ona baş çəkməyə gəlmişdir. Bir gün xəstəxanada qaldıqdan sonra onu müayinə edib evə buraxmışlar. Onun zərbə dəyən qulağı hələ də yaxşı eşitmir, Orxan sinəsinə yumruq vurduğu üçün sinəsi ağrıyır. Özü 2-ci qrup əlildir, anadangəlmə bir qolu şikəstdir. Orxan və ailəsi barışığa cəhd etməmiş, vurulan ziyanı ödəməmişlər. Orxanın atası onun atasına yaxınlaşıb üzrxahlıq edib. O, şikayətçidir, Orxanı bağışlamır, onunla barışmamışdır. Odur ki, Orxan barəsində barəsində qanuna uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır. ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən özünə məxsus ərzaq mağazasını işlədir. Arvadı ağır onkoloji xəstə olduğundan onu tez-tez Bakı, Şirvan şəhərlərinə müalicəyə aparır. Bu səbəbdən demək olar ki, o yollarda qalıb və müalicə xərcləri çox baha başa gəldiyindən böyük miqdarda borcu yaranıb. Elşad onun həmkəndlisi olmaqla mağazasında satıcı işləyir. Orxan da onun həmkəndlisidir, onu uşaqlığından tanıyır. Münasibətləri əvvəllər normal olub, lakin sonradan münasibətləri soyumuşdur. Belə ki, 2024-cü ilin fevral ayında Orxanın dayısı Süleyman ona qarşı xuliqanlıq etmiş və həmin işə Salyan Rayon Məhkəməsində baxılmışdır. 12 iyul 2024-cü il tarixdə günortadan sonra o arvadını xəstəliyi ilə əlaqədar Şirvan şəhərinə aparmış, xəstəxanada olarkən ona kənd camaatından çoxsaylı zənglər gəlmiş, həmkəndliləri ona mağzasında dava olduğunu demişlər. Elşadla telefonda danışmış, sonuncu ona kəndə qayıtmasını xahiş etmişdir. O, da tələsik xəstəxanadan çıxıb Qaraçala qəsəbəsinə qayıtmışdır. Ona görə o öz maşını ilə tez mağazaya gəlmiş. Mağazaya girəndə görmüş ki, mağazanın içərisi çox pis vəziyyətdədir, qarpız suyu, yumurta sarısı hər tərəfi batırmış, kompüterin qiymət müəyyənləşdirən skaner aparatı yerə atılmışdır O, hadisə yerinə çatanda münaqişə qurtarmış, Orxan orada olmuşdur. X23 döydüyünü, mağazanı dağıdaraq, ziyan vurduğunu irad tutaraq niyə belə hərəkətlər etdiyini soruşduqda, Orxan demişdir ki, “yaxşı etmişəm, tutdurursuz, tutdurun, mən özüm özümə iş verəcəm”. Elşadın atası da hadisə yerində olmuş, sonuncunun vəziyyəti pis olduğundan təcili yardıma zəng vurmuş, Elşadı xəstəxanaya aparmışlar, təcili yardım maşınında Elşad özündən getmiş, onu ayıltmışlar. Elşadı xəstəxanaya çatdırmış, səhəri gün sonuncu evə buraxılmışdır. Hadisə zamanı Orxanın hərəkətləri mağazaya quraşdırılmış kameraya düşmüşdür. Orxanın atası üzrxahlıq etmişdir. Hadisə nəticəsində Orxan onun mağazasına 235 manat ziyan vurmuşdur, hazıradək ödənməyib, lakin Orxan cavandır, müharibə iştirakçısıdır, ona görə onu bağışlayır, ona qarşı bir şikayəti yoxdur. Odur ki, məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəllər pis olsa da, hazırda çox yaxşıdır. Onun Orxana qarşı bir şikayəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır. Orxan onun əmisi oğludur, Elşadı isə həmkəndli kimi tanıyır. 12 iyul 2024-cü il tarixdə saat 18 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində Zərərçəkmiş şəxs1 məxsus mağazanın yaxınlığında əmisi oğlu Orxan, onun qardaşı Sənan, həmkəndlisi Əflan və digər əmisi oğlu Mətin birlikdə söhbət edərək yeyib-içmək istəmişlər, lakin maddi imkanları zəif olmuşdur. O, içki almağı öz öhdəsinə götürmüş, Teymura məxsus mağazaya gedərək araq almışdır. Sonra Əflan və Orxan birlikdə digər ərzaqları almaq üçün həmin mağazaya getmiş, bir qədər sonra Əflan mağazadan tək çıxıb onların yanına gəlmiş, nə isə demiş, lakin onun nə dediyini başa düşməmişlər. Həmin vaxt marketdən səs gəldiyini eşitmiş, marketə getmişlər, marketə daxil olduqda Orxanla Elşadın mübahisə etdiyini görmüşlər. Əsəbi halda olan Orxan Elşadın ünvanına nalayiq ifadələr işlədərək ona bir sillə vurmuşdur. Onlar Orxanı aralaşdırıb Teymurun mağazasından çölə çıxartmış, Sənan və Mətin də Orxanı sakitləşdirməyə çalışmışlar. X17 dediyi ifadəni qəbul edə bilməmiş, ona görə də təkrar mağazaya daxil olaraq kassanın qarşısında olan qarpıza yumruq vuraraq qarpızı sındırmış və qarpızın suyu və hissələri ətrafa dağılmışdır. Onlar Orxanın qolundan tutaraq onu mağazadan çıxarmış, lakin Orxan yenə də mağazaya daxil olaraq Elşadı söyərək ona demişdir ki, “sən məni nə hesab edirsən ki, qarşıma lezva atırsan”. Elşad da Orxana onunla zarafat etdiyini demişdir. Orxan Elşada yenə də bir sillə vurmuş, onlar bu dəfə də Orxanı marketdən çölə çıxararaq mağazadan bir qədər uzaqlaşdırmışlar. Elşad onalar mağazadan çıxan kimi marketin qapısını içəridən bağlamışdır. Sonra həmkəndliləri Kamran onların yanına gəlmiş, mağazada olanları ona danışmışlar. X18 arasında olan anlaşılmamazlığı həll etmək və onları sakitləşdirmək üçün mağazaya getmişdir. Elşad Kamranın gəldiyini görüb mağazanın qapısını açmış və Kamran mağazaya daxil olmuş, onlar içəridə iki nəfər söhbət etmişlər, onlar marketdən çöldə olduqları üçün onların nə danışdığını eşitməmişlər. Bir müddət sonra Orxan, onun arxasınca onlar da marketə daxil olmuşlar. Onlar əvvəl sakitcə söhbət etmişlər, həmin vaxt əsəbi halda olan Orxan Elşada sillə vurmuş və onu söymüşdür. Onları aralayaraq, Orxanı marketdən ölə çıxardaraq oradan uzaqlaşdırmışlar. Sonra o, öz evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Orxan onun əmisi oğludur, Elşadı həmkəndli kimi tanıyır. 12 iyul 2024-cü il tarixdə saat 18 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində həmkəndlisi Teymura məxsus mağazanın yaxınlığında Orxan, qardaşı Sənan, həmkəndlisi Əflan və digər əmisi oğlu Əfqanla birlikdə həmkənlisi Zərərçəkmiş şəxs1 məxsus mağazanın yaxınlığında qalaraq söhbət edərək yeyib-içmək qərarına gəlmişlər. Lakin ərzaqları almaq üçün kifayət qədər pulları olmamış, Əfqan araq almağı öz öhdəsinə götürərək almış, sonra qalan digər ərzaqları almaq üçün Orxan və Əflan Teymura məxsus mağazaya getmişlər. Bir qədər sonra Əflan mağazadan tək çıxaraq onların yanınına gəlmiş və nəsə demiş, sonuncunun nə dediyini başa düşməmişlər, marketdən səs gəldiyini eşidib marketə getmişlər. Marketə daxil olduqda Orxanla Elşadın mübahisə etdiyini görmüşlər. Əsəbi halda olan Orxan Elşadın ünvanına nalayiq ifadələr işlədərək ona bir sillə vurmuş. Onlar tez Orxanı aralayıb mağazadan çölə çıxartmışlar. Lakin Orxan sakitləşməmiş, təkrar mağazaya daxil olaraq kassanın qarşısında olan qarpıza yumruq vuraraq sındırmış, qarpızın suyu və hissələri ətrafa dağılmışdır. Onlar Orxanı mağazadan çıxartmışlar. Orxan mağazanın qarşısında bir neçə dəqiqə qaldıqdan sonra Orxan yenə də mağazaya daxil olaraq Elşadı söyərək ona demişdir ki, “sən məni nə hesab edirsən ki, qarşıma lezva atırsan”. Elşad da Orxana onunla zarafat etdiyini demiş. Orxan Elşada yenə də bir sillə vurmuş, onlar bu dəfə də Orxanı marketdən çölə çıxartaraq oradan bir qədər uzaqlaşdırmışlar. Elşad da onlar mağazadan çıxan kimi marketin qapısını içəridən bağlamış, sonra həmkəndlisi Kamran onların yanına gəlmiş və onlar mağazada olanları ona danışmışlar. X18 arasında olan anlaşılmamazlığı həll etmək və onları sakitləşdirmək üçün mağazaya getmiş, Elşad Kamranın gəldiyini görüb mağazanın qapısını açmış və Kamran mağazaya daxil olmuşdur. Onlar içəridə iki nəfər söhbət etmişlər, marketdən çöldə olduqları üçün Kamran və Elşadın nə danışdığını eşitməmişlər. Daha sonra Orxan marketə yenidən daxil olmuş, Elşada sillə vurmuş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Orxan və Elşadı aralamış və Orxanı marketdən çölə çıxardaraq oradan uzaqlaşdırmışlar. Sonra o, Sənan və Orxanla birlikdə mağazaya geri qayıdaraq ətrafa ətrafı səliqəyə salmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır. Orxan onun qardaşıdır, Elşadı həmkəndli kimi tanıyır. 12 iyul 2024-cü il tarixdə saat 18 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində həmkəndlisi Teymura məxsus mağazanın yaxınlığında qardaşı Orxan, həmkəndlisi Əflan, əmisi oğulları Mətin və Əfqanla birlikdə söhbət edərək yeyibiçmək qərarına gəlmişlər. Lakin ərzaqları almaq üçün kifayət qədər pulları olmamışdır. Ona görə də Əfqan araq olmağı öz öhdəsinə götürmüş, Teymura məxsus mağazaya gedərək araq almış, sonra qalan digər ərzaqları almaq üçün Orxan və Əflan həmin mağazaya getmişlər. Bir qədər sonra Əflan mağazadan tək çıxıb onların yanına gəlmiş, nə isə demiş, lakin nə dediyini başa düşməmişlər. Həmin vaxt marketdən səs gəldiyini eşitmiş, marketə getmişlər. X13 mübahisə etdiyini görmüşlər, Orxan Elşada nalayiq sözlər deyərək ona bir sillə vurmuşdur. Onlar Orxanı aralayıb mağazadan çölə çıxarmış, Mətin və Əfqan da Orxanı sakitləşdirməyə çalışmışlar. X17 dediyi ifadəni qəbul edə bilməmiş, təkrar mağazaya girərək kassanın qarşısında olan qarpıza yumruq vuraraq dağıtmış, qarpızın suyu və hissələri ətrafa dağılmışdır. Onlar Orxanı mağazadan çıxarmış, sonra Orxan təkrar mağazaya dirərərk Elşadı söyərək ona demişdir ki, “sən məni nə hesab edirsən ki qarşıma lezva atırsan”. Elşad da Orxana onunla zarafat etdiyini demişdir. Orxan Elşada yenə də bir sillə vurmuşdur. Onlar Orxanı marketdən çölə çıxararaq oradan bir qədər uzaqlaşdırmışlar. Elşad onlar mağazadan çıxan kimi marketin qapısını içəridən bağlamışdır. Həmkəndliləri Kamran onların yanına gəlmiş və mağazada olanları ona danışmışlar. X18 arasında olan anlaşılmazlığı həll etmək və onları sakitləşdirmək üçün mağazaya getmiş, Elşad Kamranın gəldiyini görüb mağazanın qapısını açmış və Kamran mağazaya daxil olmuş, içəridə söhbət etmişlər. Marketdən çöldə olduqları üçün onların nə danışdığını eşitməmişlər. Biraz sonra Orxan marketə girmiş, Elşada sillə vurmuş və ona nalayiq sözlər demişdir. Onları aralamış, Orxanı marketdən çölə çıxardaraq oradan uzaqlaşdırmışlar. Sonra o, Sənan və Orxanla birlikdə mağazaya geri qayıdaraq ətrafı səliqəyə salmışlar. Onun atası, əmisi Elşadın ailəsindən üzrxahlıq etmişlər. Şahid5 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, məhkəmənin icraatında olan 1(057)-146/2024 saylı cinayət işi üzrə şahiddir. Səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdürvə təsdiq edir, ifadəsinə əlavəsi yoxdur. İfadəsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və qapılarda fəhləçilik etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs əvvəldən həmkəndli kimi tanıyır, onların hər ikisi ilə yaxın münasibəti var və aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. 12 iyul 2024-cü il tarixdə saat 18 radələrində o işdən çıxıb evinə gedərkən kənddəki körpünün üstündə həmkəndliləri, doğma əmioğlu olan Orxan və Əfqanla rastlaşmışdır. Onlarla görüşüb hal-əhval tutduqdan sonra Əfqan yaxınlıqdakı mağazadan araq alıb sonra gedib kanal qırağında həmin arağı içməyi və kanalda çimməyi təklif etmişdir. O və Orxan Əfqanının bu təklifinə razılıq verdikdən sonra Əfqan gedib həmkəndliləri Teymura məxsus mağazada satıcı işləyən Elşaddan nisyə bir ədəd 1 litr 700 qramlıq araq alıb gətirmişdir. Əfqanın araq alıb gətirdiyini görən Orxan ona demişdir ki, “arağı yavan içməyəcəyik ki, gedək mağazadan qarpız, çörək və pendir alaq”. Ona görə də onunla Orxan Elşadın satıcı işlədiyi mağazaya getmişlər. X25 danışıb nisyə çörək və qarpız götürəndən sonra pendir də götürmək istəyəndə onların arasında mübahisə yaranmışdır. O, Orxan və Elşad arasında mübahisə yarandığını görüb Orxana bir-iki dəfə mübahisə etməməsini bildirib mağazadan çıxıb getməyi təklif etmişdir. Lakin Orxan onun dediklərinə əhəmiyyət verməyib Elşadla mübahisə etmişdir. Onlar arasında mübahisənin yaranmasının səbəbi Elşadın Orxana çörək və qarpızdan başqa digər ərzaq məhsullarını nisyə verməməsi olmuşdur. O, Orxanın sakitləşmədiyini görüb onun xasiyyətinə bələd olduğundan onu mağazada qoyub oradan çıxıb birbaşa evinə getmiş və daha ondan sonra mağazada nə baş verdiyindən xəbəri olmamışdır. Ertəsi gün kənddə eşitmişdir ki, o çıxıb getdikdən sonra Orxan Elşadı döyüb və ona xəsarət yetirmiş, Elşadın vəziyyəti pis olduğundan onu rayon xəstəxanasına aparmışlar. Şahid2 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, məhkəmənin icraatında olan 1(057)-146/2024 saylı cinayət işi üzrə şahiddir. Səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür və təsdiq edir, ifadəsinə əlavəsi yoxdur. İfadəsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Salyan Rayon Suvarma Sistemləri İdarəsində nizamlayıcı vəzifəsində işləyir. Elşadı və Orxanı həmkəndli kimi tanıyır. 12 iyul 2024-cü il tarixdə saat 18:00 radələrində yaşadığı evdən çıxaraq kənd ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus mağazaya özü üçün siqaret almağa getmişdir. Mağazaya çatanda Elşadla Orxanın dalaşdığını, Orxanın Elşadı söydüyünü və onu vurduğunu görmüşdür. Səs-küy olduğu üçün onların hansı səbəbdən mübahisə etdiyini və bir-birilərinə nə dediklərini anlamaq mümkün olmamışdır. Əvvəl o Orxan və Elşadı ayırmağa çalışmış, onlara dalaşmamalarını və sakitləşməli olduqlarını bildirmiş, lakin əsəbi halda olan Orxan onun sözünə məhəl qoymayaraq Elşadla dalaşmağa davam etmişdir. Həmin vaxt orada olan uşaqlar Orxanın qolundan tutaraq mağazadan çölə çıxartmışlar. O bundan sonra Elşaddan siqaret alaraq mağazadan çölə çıxmışdır. Marketin qarşısında bir neçə dəqiqə qalıb siqaret çəkdikdən sonra evinə getmişdir. Həmin vaxt Orxan və yanındakı uşaqlar həmin mağazanın yaxınlığında qalmışlar. İş materiallarında olan Salyan RPŞ-nin məsul növbətçisi, polis kiçik leytenantı Vüqar Rəhimovun xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin rəisi Nəzər Əsgərova verdiyi raportundan görünür ki, xx.xx.2024-cü il tarixli saat 01:00-da Salyan MRX-dan tibb qeydiyyatçı Haşımova RPŞ-nin NH-nə telefonla məlumat verərək, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü X7 döş qəfəsinin əzilməsi və başın sağ tərəfinin küt travması diaqnozu ilə xəstəxanadan tibbi yardım almasını bildirmişdir. Xəstənin deməsinə görə həmkəndliləri Orxan və Əflatun adlı şəxslər tərəfindən döyülmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyev tərəfindən qəbul edilmiş 01 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 Təvəkkül oğluna məxsus ərzaq mağazasında işdə olduğu zaman həmkəndlisi Orxan adlı şəxs mağazaya gələrək heç bir səbəb olmadan onunla mübahisə edib ünvanına nalayiq söyüşlər söyərək onu vurmuşdur. Odur ki, Orxan adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X5 Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə oğlu – Zərərçəkmiş şəxs2 həmkəndliləri Orxan və Əflan döymüşlər. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus Qaraçala qəsəbəsində yerləşən ərzaq mağazasında köməkçisi Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə döyərək mağazada olan 193 manat dəyərində ərzaq və elektron avadanlığı sındırmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik hüquqi şəxsinin məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) xx.xx.2024-cü il tarixli 326 nömrəli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Salyan şəhəri İ.Quliyev küçəsində yerləşən “Uğur” adlı mağazasının sahibi Səfərağa Günəşovun verdiyi xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Salyan şəhər İ.Quliyev küçəsində yerləşən “Uğur” adlı mağazada 1 ədəd barkod oxuyucu skanerin hazırkı satış qiyməti 180 manat; 8 kq kəllə qəndin hazırkı satış qiyməti 20 manat, 6 kq şəkər tozunun hazırkı satış qiyməti 10 manat 20 qəpik; 1 ədəd qapı kilidinin hazırkı satış qiyməti 25 manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Faiq Əzizov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə protokol”dan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1, hal şahidləri- X11 və X8 iştirakları ilə Zərərçəkmiş şəxs1 məxsus mağazaya baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ərzaq mağazasında həmkəndlisi Zərərçəkmiş şəxs2 döyərək mağazada olan ərzaq mallarını və skayner hesablayıcı aparatını sındıraraq yararsız hala salması barəsində hadisə yerinə baxış keçirilərək foto şəkillər və mağazada olan kameralardan görüntülər götürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Faiq Əzizovun “videogörüntüyə baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskə baxış keçirilərkən diskin içərisində 4 ədəd videogörüntünün olması müəyyən edilmişdir. Birinci videogörüntü 28 (iyirmi səkkiz) saniyə, ikinci videogörüntü 45 (qırx beş) saniyə, üçüncü videogörüntü 1:11 (bir dəqiqə on bir) saniyə, dördüncü videogörüntü 1:53 (bir dəqiqə əlli üç) saniyə müddətindədirlər və videogörüntülərdəki hadisə 12 iyul 2024-cü il tarixdə saat 18 radələrində baş vermişdir. Həmin videogörüntülərə baxış zamanı müəyyən edildi ki, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs birinci videogörüntüdə Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus marketə daxil olaraq satıcının qarşısında olan stolun üzərindəki qarpızı yumruqla sındırmış, sonra Zərərçəkmiş şəxs2 yaxasından tutaraq onu itələmiş, ikinci videogörüntüdə kassanın qarşısında Zərərçəkmiş şəxs2 sillə vurmuş və onun üzərinə yumurta və qarpızın hissəsini atmış, üçüncü videogörüntüdə Zərərçəkmiş şəxs2 sinəsinə yumruq, sifətinə isə sillə vurmuş, dördüncü videogörüntüdə Zərərçəkmiş şəxs2 sillə vurmuş və onu itələmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Təvəkkül oğlunun Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindın görünür ki, 12 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ona məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq hərəkətləri edərək onu döyüb xəsarət yetirmiş, həmin vaxt mağazada olan ona məxsus 30 manatlıq ərzaq məhsullarını, 163 manat dəyərində qiymət müəyyənləşdirən skayner aparatını və 25 manat dəyərində mağazanın giriş qapısının üzərindəki qıfılın dəstəyini sındırmaqla ona ümumilikdə cəmi 218 manat məbləğində ziyan vurmuşdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini və ona vurulmiş ziyanın ödətdirilməsi xahiş edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Təvəkkül oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham elan etmək üçün Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması və tutulduqdan sonra o, Salyan RPŞ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı X15 RPŞ-yə verdiyi xx.xx.2024-cü il tarixli raportundan və onun tərəfindən tərtib olunmuş eyni tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Salyan RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə xx.xx.2024-cü il tarixdən Salyan RPŞ-nin İB tərəfindən axtarışa elan olunmuş, xx.xx.2024-cü il tarixdə isə barəsində Salyan RPŞ-də 720792 nömrəli axtarış işi açılmış, xx.xx.1999-cu ildə Salyan rayonu Qaraçala kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 23:15-da Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Pİ-nin əməkdaşları tərəfindən “İnşaatçılar” metrostansiyasında saxlanılaraq, xx.xx.2024-cü il tarixdə gecə saat 03:30-da Salyan RPŞ-ə gətirilmiş və barəsində müvafiq sənədləşdirmə aparılaraq Salyan rayon PŞnin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “cinayət işinin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSY-dən tutulmadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən tərtib edilmiş “üzləşdirmə-dindirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələri bir-birinin üzlərinə demişlər. İş materiallarında olan Salyan rayonu İHB-nin Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Quluzadə X6 qəsəbəsində yaşayır və onun ailə tərkibi 1968-ci il təvəllüdlü atası X4, anası 1979-cu il təvəllüdlü X2, 1998-ci il təvəllüdlü qardaşı Şahid4, bacısı 2003-cü il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Salyan rayonu İHB-nin Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan RMX-nin 19 sentyabr 2024-cü il tarixli 18-1-68/2- 1824/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan İ-781 saylı “Azərbaycan Respublikası Ordeninin vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2348 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. İş materiallarında olan İ-63574 saylı “Azərbaycan Respublikası Medalının vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-8949 saylı “Azərbaycan Respublikası Medalının vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-9939 saylı “Azərbaycan Respublikası Medalının vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-6352 saylı “Azərbaycan Respublikası Medalının vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş 29 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024cü il tarixdə Azərbaycan gespublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, videogörüntüyə baxış keçirilməsi protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, cinayət işinin istintaq sənədlərində zərərçəkmiş Zərərçəkmiş şəxs1 atasının adının Təbəkkül kimi oxunması qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2024-cü il iyulun 12-də saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən ərzaq mağazasının daxilində cəmiyyət içərisində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan həmin marketdə satıcı işləyən Salyan rayonu Qaraçala qəsəbə sakini Zərərçəkmiş şəxs2 ilə dalaşaraq onu nalayiq sözlərlə təhqir etmiş, sillə və yumruq ilə qəsdən onun baş və bədən nahiyələrinə vurub başın sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ qulaq seyvanının qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül xəsarətlər yetirmiş, bundan başqa xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq mağazasındakı 180 manat dəyərində olan 1 ədəd barkod oxuyucu skaner və 1 ədəd 25 manat dəyərində olan qapı kilidini sındırmış, həmçinin 20 manat dəyərində olan 8 kq kəllə qəndi və 10 manat 20 qəpik dəyərində olan 6 kq şəkər tozunu yararsız hala salaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 235 manat 20 qəpik məbləğində maddi ziyan vuraraq öz hərəkətləri ilə 20-30 dəqiqə ərzində ətrafda olan insanların narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: - 59.1.12 zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; -59.2 Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, “Vətən müharibəsi” iştirakçısı olmaqla orden və medallarla təltif olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, digər Zərərçəkmiş şəxs2 ilə barışmağa cəhd etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. O, “Vətən müharibəsi” iştirakçısı olmaqla orden və medallarla - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni; “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bu isə Təqsirləndirilən şəxs vətənpərvər, Azərbaycan Respublikasının dövlətçiliyinin qorunması ruhunda tərbiyə olunmasını təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, məhkəmədə zərərçəkmiş şəxslərdən üzr istəmiş, Zərərçəkmiş şəxs1 onunla barışmış, ona qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxs bir daha hüquqa zidd əməllərə yol verməyəcəyinə, dəymiş ziyanı yaxın zamanda ödəyəcəyinə söz vermişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların-yəni cərimə və ya islah işləri cəzasının təyin olunmasını ona görə məqsədəmüvafiq hesab etmir ki, vurulmuş ziyan ödənilməmiş, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Bu səbəbdən də, məhkəmə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasından daha yüngül cəzaların təyin olunmasını onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından düzgün və əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar