Məhkəmə qərarları › İş №1(057)-148/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-148/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-148/2023 13.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 187-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 4.19 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış maddə narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 0.683 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 0.820 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə yaşadığı Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən evinə daşıyaraq, bir hissəsini üzərində, digər hissəsini isə həmin ünvanda saxlamış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2023-cü il iyunun 6-da saat 14:45 dəqiqədə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 15:00 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli qısaqol köynəyin sol ön cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.075 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmçinin, yaşadığı evinin qonaq otağına baxış keçirilən zaman həmin otaqda olan stolun üstündən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.745 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0.683 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.29 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1.35 qram və 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2.55 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və məhkəmə baxışında ifadə verməkdən imtina etdiyini bildirmişdir.Ona görə də Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən məhkəmədə elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır, Habillə münasibəti normaldır, son bir-iki ildə Habil onun evinə bir neçə dəfə gəlib-gedib, o, narkotik vasitə və psixotrop maddə istifdəçisi olduğu üçün hər dəfəsində həmin maddələri adını Əlihüseyn kimi tanıdığım tır sürücüsü olan İran İslam Respublikası vətəndaşından alır, o, Əlihüseynlə təxminən ay ərzində 1 dəfə görüşür, sonuncu dəfə təxminən 20 gün öncə Əlihüseynlə Salyan rayonu ərazisində Ələt-Astara avtomagistralında yerləşən Yolüstü restoranında görüşmüş, ümumilikdə 1 ədəd kibrit qutusunda, 1 ədəd sellofan bükümdə və 1 ədəd kağız bükümdə “nəşə” kimi tanıdığım narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə “kakos” kimi tanıdığım narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin almış, həmin maddələrə görə o, Əlihüseynə 200 manat pul vermişdir. Həmin maddələri almaqda məqsədi onlardan şəxsi ehtiyacı üçün istifadə etmək olmuş, 06 iyun 2023-cü il tarixdə saat 14 radələrində o, evdən küçəyə çıxmış, küçədə Habili görmüş, Habillə salamlaşıb haləhval tutmuş, Habil oraya Mercedes-Benz markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, Habil ona evdə su içmək istədiyini demiş, o da Habili evə dəvət etmişdir. Evdə Habil su içmiş və bir qədər onunla söhbət etmiş, onun Əlihüseyn adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddələr evdə olan qonaq otağındakı stolun üstündə imiş, bundan bir neçə dəqiqə sonra o, evdən həyətə çıxmış, həmin vaxtı Habil evdə imiş, daha sonra Habil də evdən çölə çıxmış, o, Habillə birlikdə evin önündə küçədə söhbət etməyə başlamışdır. Həmin vaxtı ailə üzvlərindən heç kəs evdə olmamış, Habillə küçədə söhbə edən zaman mülki geyimdə olan bir neçə nəfər şəxs yaxınlaşıb onlara özlərini təqdim etmiş, həmin mülki geyimdə olan şəxslər onlara polis əməkdaşları olmasını bildirmiş, onun və Habilin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah edib hüquq və vəzifələri barədə onlara məlumat vermiş və onları polis şöbəsinə getməyi təklif etmişlər. həmin anda o, və Habil polis əməkdaşlarına etiraz etmədən polis şöbəsinə gəlmiş, polis şöbəsində o, və eləcə də Habil müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri müstəntiq tərəfindən izah edilmiş və yazılı bildiriş təqdim edilmiş, daha sonra əvvəlcə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona müstəntiq tərəfindən üzərində narkotik vasitə, psixotrop maddə yaxud, saxlanılması, daşınması, gəzdirilməsi, istifadəsi və ümumilikdə dövriyyəsi qanunla qadağan olunan əşya, maddə və ya digər predmet varsa təqdim etməsi təklif edilmiş, o, həmin anda sağ əlidə olan 1 ədəd eynəyi, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən və şalvarımın sol yan cibindən salfetləri, şalvarının sağ və sol yan ciblərindən dəsmalları, ağ rəngli qısaqol köynəyinin sol ön cibindən 1 ədəd alışqan, 1 ədəd sellofan büküm və 1 ədəd bölünmüş lezvanı çıxarıb masanın üzərinə qoymuş, daha sonra onun üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış aparılmış, onun təqdim etdiyi əşyalardan başqa üzərindən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd və sol yan cibindən də 1 ədəd alışqan, həmçinin əynimdə olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən salfetlər və pul əskinasları aşkar edilərək masanın üzərinə yığılmışdır. Bundan sonra həmin predmetlərə baxış keçirilməyə başlanılmış, onun üzərindən aşkar edilmiş predmetlər barədə soruşulduqda o, ağ rəngli salfetləri və 3 ədəd dəsmalı tərləyən zaman istifadə etdiyini, lezva kəsintisini dırnaqlarımı kəsmək, alışqanlardan isə siqaret çəkmək üçün istifadə etdiyini bildirmişdir. Həmin dəsmalların birinə bükülmüş vəziyyətdə içərisində 7 ədəd həb olan “noşba” dərman preparatını da mədəsində olan ağrılar zamanı istifadə etdiyini bildirmiş, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə barədə soruşulduqda o, həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını, şəxsi istifadəsi üçün həmin kütləni üzərində saxladığını bildirmiş, sorğu zamanı o, həmin kütləni təxminən 20 gün öncə Əlihüseyn adlı tır sürücüsü olan İran İslam Respublikasının vətəndaşından almasını bildirmişdir. O, Əlihüseyn adlı şəxslə ay ərzində 1 dəfə görüşdüyünü, sonuncu dəfə təxminən 20 gün bundan öncə üzərindən aşkar edilmiş həmin kütləni, həmçinin, bundan başqa “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və “kakos” kimi tanıdığı narkotik vasitə heroin aldığını, həmin şəxslə Ələt-Astara magistralında, Salyan rayonu ərazisində yerləşən “Yolüstü” restoranında görüşdüyünü, aldığı narkotik vasitələrə görə 200 manat Əlihüseyn adlı şəxsə pul verdiyini, narkotik vasitələrin qalan hissəsinin yaşadığı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yerləşən 187 nömrəli evdə olduğunu, evə baxış keçirilməsinə heç bir etirazımın olmadığını, bunun üçün istintaqa ərizə verə biləcəyini, üzərində və yaşadığı evdə saxladığım narkotik vasitələrin onda olması barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. O, həmin narkotik vasitələri üzərində və yaşadığı evdə saxlayan zaman satış məqsədi və niyyətinin olmadığını, həmin narkotik vasitələrdən heç kəsə satmadığını və pay vermədiyini bildirmişdir İstintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.14 qram olması müəyyən edilmiş, bundan sonra üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroinə oxşar kütlə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürləndikdən və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra üzərindən şəxsi axtarış aparılan zaman aşkar edilmiş digər predmetlər-salfetlər, 3 ədəd dəsmal, içərisində 7 ədəd olmaqla noşba dərman preparatı, 3 ədəd alışqan, 10 ədəd hər biri 1 manatlıq olmaqla pul əskinası və 1 ədəd eynək mənim özünə qaytarılmışdır. Daha sonra o, digər iştirakçılarla birlikdə baxış keçirilməsi üçün yaşadığı evə getmiş, dəvəti əsasında iştirakçılar evə daxil olmuş, yaşadığı evdə o, şəxsi axtarış və götürmə zamanı evində olan narkotik vasitə və psixotrop maddələri müstəntiqə göstərmiş, evdə kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələrin çəkisinin kibrit qutusu ilə birlikdə 4.56 qram olması müəyyən edilmiş, daha sonra 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsilə sellofan büküm vasitəsilə çəkilmiş, sellofan bükümlə birlikdə onun çəkisinin 2.82 qram olması müəyyən edilmişdir. Bundan sonra 1 ədəd sarı rəngli plastik qabın içərisində olan 2 ədəd siqaret kəsiyi bükükmündə və 1 ədəd sellofan bükümdə olan kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkisinin bükümlə birlikdə 0.91 qram olması müəyyən edilmiş, sonra siqaret kəsiyi bükümündə içərisində narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələr olan həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.52 qram olması müəyyən edilmişdir. Sonda siqaret kəsiyi bükümündə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan həmin büküm elektron tərəzi vasitəilə çəkilmiş və çəkisinin 0.93 qram olması müəyən edilmiş, Təqsirləndirilən şəxs məxsus olan həmin kütlələrin hər biri 1 ədəd boş zərfə yığılaraq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün №113” möhürü ilə möhürləndikdən sonra məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin istintaq zamanı vermiş olduğu ifadəsi elan olunduqdan sonra o, bildirmişdir ki, sarı rəngli kinder qutusunda olan maddələr ona məxsusdur, yəni heroin və marixuana ona məxsus olmuşdur.Qalan maddələr ona məxsus deyildir.Polis şöbəsində üzərinə baxış keçirilərkən üzərində heç bir maddə aşkar etməmişlər.Evində aşkar olunmuş tərəzi evin tərəzisi olmuş, qızılın çəkilməsi üçün istifadə olunmuşdur.Polis əməkdaşları evin əşyalarını qarışdırıb tərəzini gətirib ora qoymuşlar.Özünün xəstə olduğunu və 60-dan artıq yaşı olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Salyan RPŞ-nin X4 əməliyyat müvəkkili Şahid5 göstərmişdir ki, 06 iyun 2023-cü tarixdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 187-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, və həmin məlumatın yoxlanılması məqsədi ilə polis əməkdaşları ilə həmin gün saat 14:45 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ərazisində, yaşadığı evin yaxınlığında tutub polisə aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində digər gigiyenik ləvazimatlarla yanaşı 1 ədəd sellofan bükümdə olan heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni təxminən 20 gün öncə Əlihüseyn adlı tır sürücüsü olan İran İslam Respublikasının vətəndaşından 200 manata aldığını bildirmişdir.Aldığı maddələrin bir hissəsinin yaşadığı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yerləşən 187 nömrəli evdə olmasını, evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.14 qram olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin, özünün deməsinə görə narkotik vasitə heroinə oxşar kütlə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürləndikdən, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs dəvəti əsasında onun evinə baxış keçirilmiş, dəvəti əsasında iştirakçılar evə daxil olmuş, yaşadığı evdə o, şəxsi axtarış və götürmə zamanı evində olan narkotik vasitə və psixotrop maddələri müstəntiqə göstərmiş, evdə kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələrin çəkisinin kibrit qutusu ilə birlikdə 4.56 qram olması müəyyən edilmiş, daha sonra 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsilə sellofan büküm vasitəsilə çəkilmiş, sellofan bükümlə birlikdə onun çəkisinin 2.82 qram olması müəyyən edilmişdir. Bundan sonra 1 ədəd sarı rəngli plastik qabın içərisində olan 2 ədəd siqaret kəsiyi bükükmündə və 1 ədəd sellofan bükümdə olan kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkisinin bükümlə birlikdə 0.91 qram olması müəyyən edilmiş, sonra siqaret kəsiyi bükümündə içərisində narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlələr olan həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.52 qram olması müəyyən edilmişdir. Sonda siqaret kəsiyi bükümündə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan həmin büküm elektron tərəzi vasitəilə çəkilmiş və çəkisinin 0.93 qram olması müəyən edilmiş, Təqsirləndirilən şəxs məxsus olan həmin kütlələrin hər biri 1 ədəd boş zərfə yığılaraq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün №113” möhürü ilə möhürləndikdən sonra məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürüldüyünü bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş və özü də protokola imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Salyan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri X2 Alxan Elşən oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş 06 iyun 2023-cü il tarixdə Salyan rayon X6 Bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. 06 iyun 2023-cü il tarixdə Salyan rayon X6 Bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş “Baxış aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs pasport qeydiyyatında olduğu və faktiki olaraq yaşadığı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi 187-yə baxış aparılarkən həmin evin qonaq otağındakı stolun üzərindən 1 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə heroinə, 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd kibrit qutusunda, 1 ədəd kağız bükümdə və 1 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və 1 ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı baxış keçirilmiş iki ədəd DVD-də olan videogörüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən heroin və həmçinin yaşayış evindən isə heroin, metamfetamin, qurudulmuş marixuna və bir ədəd elektron tərəzisi aşkar olunub götürülmüşdür. Hər iki videoçəkilişdə Təqsirləndirilən şəxs qeyd olunan maddələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli, 18/599-18/600 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1)Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi- 0.075 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2)Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: -1 ədəd sarı rəngli plastmas qabda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0.745 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -həmin plastmas qabda 1 ədəd kağız bükümdə təmiz çəkisi-0.683 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -həmin plastmas qabda 1 ədəd kağız bükümdə təmiz çəkisi-0.29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -1 ədəd kibrit qutusunda təmiz çəkisi-1.35 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2.55 qram, ümumi çəkisi-3.90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş cəmi 2 ədəd bükümdə ümumi çəkisi-0.820 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş ümumi çəkisi-4.19 qram olan marixuanalar eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Marixuana(kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 613 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq narkomaniyadan müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 207.2-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmədə elan olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 16 mart 2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasınlan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtarmışdır. “Salyan rayon Mərkəzi Xəstəxanası” X9 24 iyul 2023-cü il tarixli, PHŞ-6-68/2- 1739/2023 nömrəli məktubundan görünür ki, həkim-narkoloq S.Zərgərlinin məlumatına əsasən, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 187-də qeydiyyatda olan və yaşayan, 1963cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2001-ci ildən “Tiryək” narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatda dayanır.Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 1564 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı-1967-ci il təvəllüdlü Jalə İlyasova və oğlu-1992-ci il təvəllüdlü Mirramiz İlyasov. Həmin Nümayəndənin verdiyi 20 iyul 2023-cü il tarixli xasiyyətnamədə göstərilir ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 187-də yaşayan 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və maddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 0.820 qram olan narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.700 qramı, ümumi təmiz çəkisi 0.683 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.613 qramı, ümumi təmiz çəkisi 4.19 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4.07 qramı və 1 ədəd elektron əl tərəzisi cinayət işi üzrə maddi sübut kimi saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 06 iyun 20223-cü ildən həbsdə olduğundan Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun cəzasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs nakrokoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0.820 qram olan narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.700 qramı, ümumi təmiz çəkisi 0.683 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.613 qramı, ümumi təmiz çəkisi 4.19 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4.07 qramı və 1 ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.820 qram olan narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.700 qramı, ümumi təmiz çəkisi 0.683 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.613 qramı, ümumi təmiz çəkisi 4.19 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4.07 qramı və 1 ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar