Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-149/2023 10.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2009-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı dəyişdirilərək cəzası 12 ildən 10 il azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan 09 ay 7 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, о, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmə əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü il may ayında Salyan rayonu, Çadırlı kəndində yaşadığı evin həyətyanı sahəsində 05 ədəd dibçəkdə qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 07 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2023-cü il iyulun 08-də saat 12:10 dəqiqədə yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 12:50 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 14:20-dən etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən 05 ədəd dibçəkdən ümumilikdə 07 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 62,46 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmuşdur. Belə ki, o, arada bir narkotik vasitə marixuana istifadə edir. Təxminən 01 il bundan əvvəl o, qurudulmuş marixuananın toxumlarını yaşadığı Çadırlı kəndində yerləşən evinin hasarda olan mişar daşlarının arasından tapmışdır. Tapdığı qurudulmuş marixuananın toxumlarını yaşadığı evdə saxlamışdır. 2023-cü il may ayının əvvəllərində həmin qurudulmuş marixuananın toxumlarını həyətyanı sahəsində əkibbecərmək qərarına gəlmişdir. Həmin vaxt əvvəlki müddətdən özündə saxladığı qurudulmuş marixuana toxumlarını həyətyanı sahəsində 05 ədəd dibçək qabda əkmişdir. Çətənə bitkiləri də cücərdikdən sonra onlara qulluq edib suvarmağa başlamışdır. Çətənə bitkiləri 07 ədəd olmuşdur. 2023-cü il iyulun 08-də saat 13 radələrində yaşadığı evin qarşısında küçədə dayandığı vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə və kultivasiya etməkdə şübhəli olduğunu izah edib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və onlar birlikdə polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkibbecərməkdə və kultivasiya etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuşdur. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış zamanı yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkməsini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya aşkar edilməmişdir. O, həyətyanı sahəsində çətənə bitkilərini təqdim etmək üçün yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmadığı barədə yazılı ərizə verdikdən sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı evin həyətinə gəlmişlər. Həyətyanı sahəsində 05 ədəd dibçəkdə əkib-becərdiyi çətənə bitkilərini iştirakçılara təqdim etmişdir. O, şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2023-cü ilin may ayının əvvəllərində dibçəkdə əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Bundan sonra polis əməkdaşları 05 ədəd dibçəkdə aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir dibçəkdən çıxarıb saymağa başlamışlar, 05 ədəd dibçəyin içərisindən 07 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bitkilər müstəntiq tərəfindən 01 ədəd sintetik kisədə qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, səhhətinin yaxşı olmamasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il iyulun 08-də Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması barədə Salyan RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə, saat 12:10 dəqiqədə o, Salyan rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Eyni zamanda, onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilməsinin səbəbi soruşulduqda bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində dibçəkdə 07 ədəd çətənə bitkiləri əkməsini demişdir. Həmin bitkiləri polis əməkdaşlarına təqdim edə bilər və buna etiraz etmir. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məxsus həyətə daxil olduqdan sonra şəxsi axtarış zamanı bildirdikləri soruşulduqda təkrarən bildirmişdir ki, həyətyanı sahədə dibçəkdə narkotik tərkibli bitkilər əkib becərmişdir və həmin bitkiləri təqdim edə bilər. Buna görə də, Təqsirləndirilən şəxs həmin bitkiləri təqdim etməsi təklif edilmiş və bundan sonra o, həyətin o biri tərəfinə doğru irəliləmişdir. Burada Təqsirləndirilən şəxs 05 ədəd dibçəkdə əkibbecərdiyi çətənə bitkilərini iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2023-cü ilin may ayının əvvəllərində dibçəkdə əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis X11 həmin bitkilərə baxış keçirərək bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və həmin bitkilərin dibləri yumşaldıldığı və nəm olduğu üçün həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bundan sonra polis əməkdaşları 05 ədəd dibçəkdə aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir dibçəkdən çıxarıb saymağa başlamışlar, 05 ədəd dibçəyin içərisində 07 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş çətənə bitkiləri Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aparılmışdır. Müstəntiq istintaq hərəkətinin yekunu və həyətyanı sahəsində 05 ədəd dibçəyin içərisində 07 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra aşkar edilmiş bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Sayan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun 09 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 08 iyul 2023-cü il tarixdə, saat 12:10 dəqiqədən etibarən məhdudlaşdırılmış, həmin tarixdə, saat 13:05 dəqiqədə Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahilb Əzizov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqlərində olan 08 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan Rayon Polis X5 müstəntiqi, polis kapitanı X13 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85.4.2, 207.4, 242 və 445.2-ci maddələrinin tələblərinə əsasən Salyan rayon PŞnin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2; həmin şöbənin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1974-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X6, mütəxəssis Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu X8 iştirakı ilə üzərində axtarış keçirilməsi və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində tünd göy rəngli qısaqol köynək, tünd göy rəngli cins şalvar və qara rəngli ayaqqabısı vardır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı yazılı bildiriş təqdim edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilməsinin səbəbini soruşduqda bildirdi ki, yaşadığı evin həyətyanı sahəsində 05 ədəd dibçəkdə 07 ədəd çətənə bitkiləri əkmişdir. Şəxsi axtarış və götürmədən başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması “Sony” markalı mobil videokamera ilə çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən şikayət və etiraz daxil olmamışdır. Cinayət işinin 41-43-ci vərəqlərində olan 08 iyul 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokolundan görünür ki, Salyan Rayon Polis X5 müstəntiqi, polis kapitanı X13 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əsasən Salyan rayon PŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2; həmin şöbənin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1974-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X6, mütəxəssis Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu X8, Salyan RPŞ-nin KTQ-nin inspektor-kriminalisti, polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakı ilə baxış keçirilməsi və götürmə aparılmışdır. “Baxış keçirilməsi və götürmə aparılması protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Salyan rayonu, Çadırlı kəndində yaşadığı evin həyətyanı sahəsində 05 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkilərinin olduğu yerə baxış keçirilməsinə və həmin bitkilərin götürülməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizə vermişdir. Salyan RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış keçirilərkən 05 ədəd dibçəkdən ümumilikdə 07 ədəd yaş vəziyyətdə kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş çətənə bitkiləri yaşadığı evin həyətinə aparılmış. 05 ədəd dibçəyin içərisində 07 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi barədə iştirakçılara məlumat verilmiş. Bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılmış və zərfə qoyularaq möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Baxış və götürülmə videogörüntüsü aparılmış və həmin görüntülərin əks etirilən 01 ədəd “DVD” disk işə əlavə olunmuşdur. Cinayət işinin 56-57-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 09 iyul 2023-cü il tarixli, 18/712 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 62,46 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 07 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqatdan sonra qalıq çəkisi 62,32 qram olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir. Cinayət işinin 76-77-ci vərəqlərində olan 10 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqində olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 62,32 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 92-95-ci vərəqlərində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 96-99-cu vərəqlərində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-144/2008 saylı, 12 avqust 2008-ci il tarixli qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2008-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 100-106-cı vərəqlərində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 11 fevral 2009-cu il tarixli, 1(102)-57/2009 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-144/2008 saylı, xx.xx.2008-ci il tarixli qərarı dəyişdirilərək cəzası 12 ildən 10 ilə endirilmişdir. Cinayət işinin 108-110-cu vərəqlərində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 7(007)-228/2017 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2009-cu il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azalıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 112-113-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008ci il tarixli qərarına əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ciil tarixli qərarı dəyişdirilərək cəzası 12 ildən 10 ilə endirilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan 09 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənilmişdir. Cinayət işinin 115-117-ci vərəqlərində olan Salyan rayon İHB-nin Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 iyul 2023-cü il tarixli, 729 saylı ailə tərkibi haqqında arayış və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və 2007-ci il təvəllüdlü qızları ilə birlikdə Salyan rayonu, Çadırlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 119-cu vərəqində olan 31 iyul 2023-cü il tarixli, PHŞ-6-68/2-1812/2023 saylı arayışından görünür ki, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və yaşayan, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 1998-ci ildən “Həşiş narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən psixinevroloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 139-cu vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X10 Yoxlamanın 10 iyul 2022-ci il tarixli, 723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyatda durur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin həyətyanı sahəsində aparılmış aparılmış baxış və götürmənin videogörüntüsü olan 02 ədəd “DVD” diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində tünd göy rəngli qısaqol köynək, tünd göy rəngli cins şalvar və qara rəngli ayaqqabısı vardır. Yaşadığı evin həyatyyanı sahəsində 05 ədəd dibçəyin içərisində 07 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildiyi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 avqust 2008-ci il tarixli 1(105)-144/2008 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş,Təqsirləndirilən şəxs barəsində olan 19 may 2008-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 11 fevral 2009-cu il tarixli 1(102)-57/2009 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı dəyişdirilərək cəzası 12 ildən 10 ilə endirilmiş, Nizami Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 7(007)-228/2017 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 19 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2009-cu il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azalıqdan məhrumetmə cəzasının çəkilməmiş 09 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edlmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə tutulmuş, 10 iyul 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclası zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2023-cü ildən hesablanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs olunsun, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik tərkibli çətənə (kannabis) bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Ərazi Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Ərazi Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 62,32 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd “DVD” diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-149/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-149/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver