Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-15/2024 11.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin koordinasiya bölməsinin sığorta məsləhətçisi vəzifəsində işləyən, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 65-də qeydiyyatda olan və orada yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Koordinasiya bölməsinin sığorta məsləhətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə həmin xəstəxananın anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində tibb qardaşı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu həmin xəstəxananın təcili tibbi xidmət bölməsində işə düzəldəcəyi barədə əvvəlcədən yalan vədlər verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2023-cü il mayın 15-də Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 inzibati binasında Zərərçəkmiş şəxs1 məxsus 2000 manatı, iyunun 01-də Zərərçəkmiş şəxs1 tərəfindən Şahid adına olan **********593813 nömrəli bank kartına göndərilmiş 400 manatı və iyunun 5-də həmin xəstəxananın inzibati binasında daha 500 manatı, ümumilikdə isə 2900 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxsə maddi zərər vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Koordinasiya bölməsinin sığorta məsləhətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə həmin xəstəxanada xadimə işləyən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək həmin xəstəxanada qeydiyyatçı vəzifəsində işləyən qızı Ayşən Əbilovanın daha yüksək vəzifəyə keçirilməsi, gəlini Aytəkin Babayevanın həmin xəstəxanada qeydiyyatçı vəzifəsinə işə qəbul edilməsi və qaynı qızı Xalidə Ağayevanın həmin xəstəxanada xadimə vəzifəsinə işə qəbul edilməsi barədə əvvəlcədən yalan vədlər verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2023-cü il iyunun 4-də saat 16 radələrində Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yaşadığı evin qarşısında sonuncuya məxsus 2000 manatı, iyunun 6-da saat 16 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs2 məxsus 2000 manatı, iyunun 12-də saat 16 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs2 məxsus 4000 manatı, ümumilikdə cəmi 8000 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 Xəstə xidmətləri şöbəsinin koordinasiya bölməsində sığorta məsləhətçisi vəzifəsində işləmişdir. 2023-cü ilin yaz aylarında ümumilikdə onun təxminən 3000 manat civarında müxtəlif tanışlarına pul borcu yaranmışdır və həmin borcu qaytarmaq üçün müxtəlif yollar axtarmışdır. Həmin ilin may ayının əvvəllərində işlədiyi xəstəxanada işdə olarkən xəstəxananın reanimasiya şöbəsində tibb qardaşı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə rastlaşmış, söhbət zamanı Mübariz demişdir ki, öz işindən narazıdır, xəstəxanadakı “113 təcili tibbi xidmət” bölməsinə keçmək istəyir. O, həmin vaxt Mübarizi yeni vəzifəyə keçirmək adı ilə aldadıb pulunu ələ keçirmək fikrinə düşmüdür. Bu məqsədilə Mübarizə TƏBİB-də yüksək vəzifəli tanışalrı olduğunu və 3000 manat müqabilində onu xəstəxanada “113 təcili tibbi xidmət” bölməsinə keçirilməsində köməklik edə biləcəyini demişdir. Həmin məqsədlə Mübarizədən əvvəlcə 2000 manat və daha sonra isə hissə-hissə 900 manat almışdır.Lakin işini düzəldə bilməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 qızı və gəlinini xəstəxanada müxtəlif işlərə düzəltmək adı ilə ondan cəmi 8000 manat pul alıb mənimsəmişdir. Zərərçəkmişlərə dəymiş ziyanı ödəmiş, əməlindən peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xcahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə göndərdiyi ərizəsində ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamaın vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Neftçala rayonu Aşağı Surra kəndində yaşayır, 2022-ci ilin yanvar ayından etibarən əmək müqaviləsi əsasında “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in reanimasiya şöbəsində tibb qardaşı vəzifəsində işləyirmiş, məhkum olunmamışdır, istifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardır. Salyan şəhər sakini Təqsirləndirilən şəxs barəsində DİN-in rəhbərliyinə şikayət ərizəsini özü yazmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun işlədiyi xəstəxanada sığorta məsləhətçisi vəzifəsində işləyirmiş, əvvəllər yaxın münasibətləri olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində xəstəxanada işdə olarkən Vüqar ilə rastlaşmışlar. Həmin vaxt aralarında baş vermiş söhbət zamanı Vüqar onun reanimasiya şöbəsində tibb qardaşı vəzifəsində işlədiyini bilib TƏBİB-in rəhbərliyi arasında dostluq etdiyi yüksək vəzifəli tanışları vardır və onu həmin xəstəxanada TƏBİB-n tabeliyindəki “113 təcili tibbi xidmət” bölməsinə keçirə biləcəyini demişdir. O, həmin vaxt Vüqara bildirmişdir ki, hazırda öz işindən razıdır, başqa yerə işini dəyişmək istəmir və bununla da onların söhbəti bitmişdir. Lakin bir neçə gündən sonra yenidən Vüqar ilə xəstəxanada rastlaşdıqda Vüqar ona demişdir ki, əldə etdiyi məlumata görə əmək müqaviləsi əsasında işləyən bütün əməkdaşların müqavilələrinə yaxın günlərdə xitam veriləcək və həmin şəxslər işdən azad ediləcəklər. Bu xəbəri eşitdikdə əhvalının pozulduğunu görən Vüqar ona demişdir ki, bir neçə gün əvvəl ona təklif etdiyi işi əldən buraxmaq olmaz və daha sonra əlavə etmişdir ki, cəmi 3000 manat müqabilində onun “113 təcili tibbi xidmət” bölməsinə keçirilməyinə kömək edə bilər. O, həmin vaxt Vüqara bildirmişdir ki, öz valideynləri ilə məsləhət edib nəticəsini xəbər edər. Daha sonra Vüqarın ona söylədiklərini evdə öz valideynlərinə danışmış və sonda qərara gəlmişlər ki, Vüqarın təklifi ilə razılaşsınlar. Ona görə növbəti dəfə Vüqar ilə xəstəxanada görüşdükdə bildirmişdir ki, edilən təklif ilə razıdır, lakin bir dəfəyə həmin məbləğdə pulu yoxdur, pulu toplamaq üçün bir qədər vaxt lazımdır. O zaman Vüqar demişdir ki, təcili 2000 manatı tapıb ona çatdırsın, qalan 1000 manatı isə yeni iş yerində fəaliyyətə başlamaq barədə əmr çıxdıqdan sonra verər. O razı olmuş və Salyan şəhərində yaşayan Elbrus adlı uzaq qohumundan 3000 manat borc alıb mayın 15də saat 14 radələrində Vüqar ilə işlədikləri xəstəxanada görüşüb 2000 manatı əlbə-əl Vüqara vermişdir. Həmin vaxt yeni işə qəbul ilə bağlı Vüqar ona ərizə və tərcümeyi-hal yazdırmış, onun digər sənədlərinin surətini götürüb ertəsi gün Bakı şəhərinə gedib TƏBİBdə lazımi adamlarla görüşüb pul və sənədləri təqdim edəcəyini deyib yaxın zamanda işə qəbul ediləcəyinə söz vermişdir. Bundan təxminən 10 gün sonra Vüqar özünün istifadə etdiyi ***-***-**-** və ya ***-***-**-** nömrəli telefonundan ona zəng edib demişdir ki, lazımi adamlarla görüşmüşdür, yaxın vaxtlarda onu TƏBİB-ə dəvət edib söhbət edəcəklər və daha bir müddət sonra yeni iş yerinə təyinatı ilə bağlı əmr veriləcəkdir. İyunun 1-də günorta saatlarında Vüqar ona zəng edib yeni iş yerinə təyinatla bağlı əmrin tezləşməsi üçün 400 manat pul lazım olduğunu deyib, pulu WhatsApp vasitəsilə ona göndərdiyi Şahid adına olan 6768-6771-7959-3813 nömrəli bank kartına göndərməyini istəmişdir. O da, həmin gün xəstəxanada işdə olarkən Vüqarın dediyi kimi edərək öz mobil telefonundakı bank internet tətbiqi vasitəsilə 400 manatı Şahid adına olan 6768-6771-7959-3813 nömrəli bank kartına göndərmişdir. İyun ayının 4-də Vüqar yenidən ona zəng edib yeni iş yerinə təyinatla bağlı əmrin tezləşməsi üçün təcili 500 manatı ona çatdırmağını istəmiş və ertəsi gün iyunun 5-də, o Vüqarın istədəyi 500 manatı işlədiyi xəstəxanada əlbə-əl Vüqara vermişdir. Pulu ondan alarkən Vüqar yenə onu əmin edib demişdir ki, yaxın günlərdə yeni iş yerinə təyinatla bağlı əmr çıxacaqdır. Lakin iyun ayının sonlarında heç yerə çağırılmadığını və “113” xidmətinə təyinatla bağlı əmrin olmadığını görüb Vüqara zəng edib pulunun geri qaytarılmasını istəmişdir. Həmin vaxtdan sonrakı günlərdə hər dəfə pulunu geri istədikdə Vüqarın müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan boyun qaçırdığını görüb anlamışdır ki, Vüqar onun etibarından sui-istifadə edib aldadaraq onun cəmi 2900 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bu səbəbdən məcbur qalıb Vüqar barəsində qanuni tədbir görülməsi vəona vurulmuş maddi ziyanın ödənilməsində köməklik göstərilməsi üçün müxtəlif instansiyalara şikayət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə göndərdiyi ərizəsində ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamaın vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, ünvan 1-də ailəsilə birlikdə yaşayır, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X6 hemodioliz şöbəsində xadimə, qızı Ayşən Əbilova isə həmin xəstəxananın reanimasiya şöbəsində qeydiyyatçı vəzifəsində işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə həmin xəstəxananın koordinasiya şöbəsində sığorta məsləhətçisi işləyirmiş. 2023-cü ilin iyun ayının əvvəllərində qızı Ayşən ilə xəstəxananın reanimasiya şöbəsində gəlini Aytəkini və qaynı qızı Xalidəni də xəstəxanada işə düzəltmək barədə öz aralarında söhbət edirmişlər. Çünki həm öz gəlini, həm qaynı qızı heç yerdə işləmədiklərindən dəfələrlə ondan xahiş etmişlər ki, xəstəxanada onlara iş yeri tapsın. Məhz bu barədə qızı ilə söhbət edərkən Vüqar da reanimasiya şöbəsində olmuşdur və həmin vaxt onların söhbətinə qoşulub demişdir ki, öz imkanlarından və əlaqələrindən istifadə edib bu işdə kömək edə bilər. O nə kimi kömək edə biləcəyini soruşduqda Vüqar cavab vermişdir ki, TƏBİB-də yüksək vəzifəli dostları var və dostlarının köməyi ilə istənilən adamları xəstəxanada işə qəbul elətdirə bilər. Bu səbəbdən Vüqara demişdir ki, xəstəxanada qeydiyyatçı vəzifəsində işləyən qızı Ayşənin daha yüksək vəzifəyə keçirilməsini, gəlini Aytəkin Babayevanı xəstəxanada qeydiyyatçı vəzifəsinə işə götürülməsini və qaynı qızı Xalidə Ağayevanı xəstəxanada xadimə kimi işə qəbul edilməsini istəyir. O zaman Vüqar heç bir problem olmadığını, TƏBİB-də işləyən tanışlarının vasitəsilə cəmi 8000 manat müqabilində onun istədiklərini yerinə yetirə biləcəyini demişdir. O, Vüqarın özünü və atasını Salyan şəhər sakinləri kimi xeyli vaxt tanıdığından və Vüqarın əminliklə danışdığından həmin vaxt Vüqara inanmışdır. Buna görə Vüqara demişdir ki, yaxın günlərdə bankdan kredit götürüb istənilən məbləğdə pulu toplayıb çatdıracaqdır. Vüqar da öz növbəsində demişdir ki, pulu ona təcili çatdırmaq lazımdır ki, o da pulu lazımi adamlara çatdırsın ki, işləri tez bir zamanda həll etsinlər. O, oğlunun əməliyyat olunması üçün bir müddət əvvəl Salyan şəhərindəki “Unibank”dan kredit pul götürmüşdür və həmin vaxt evində 4000 manat pul olmuşdur. İyunun 4-də günorta saatlarında işdə olarkən Vüqar ona zəng edib qızı Ayşənin yeni vəzifəyə təyin edilməsi üçün 2000 manatın təcili çatdırılmasını istəmişdir. O da Vüqara demişdir ki, pulu götürmək üçün işdən sonra Salyan şəhəri Y.Zərgərli küçəsində yaşadığı evin qarşısına gəlsin. Həmin gün saat 16 radələrində Vüqar onun evinin qarşısına gəlmiş və o, küçədə Vüqar ilə görüşüb 2000 manatı Vüqara vermişdir. Bundan iki gün sonra, iyunun 6-da günorta saatlarında işdə olduğu zaman Vüqar yenidən ona zəng edib bu dəfə gəlini Aytəkinin işə qəbul edilməsi üçün 2000 manatın təcili çatdırmasını istəmişdir. O bu dəfə də Vüqara demişdir ki, pulu götürmək üçün işdən sonra yaşadığı evin qarşısına gəlsin və həmin gün saat 16 radələrində Vüqar onun evinin qarşısına gəldikdə küçədə görüşüb 2000 manatı Vüqara vermişdir. Vüqar pulu alıb gedərkən demişdir ki, pulun qalan hissəsini tez bir zamanda toplasın, çünki bir neçə gündən sonra qaynı qızı Xalidənin də işə qəbulu ilə bağlı pul lazım olacaqdır. İyunun 12-də günorta saatlarında işdə olduğu zaman Vüqar yenidən ona zəng edib Xalidənin işə qəbul edilməsi məsələsinin həlli üçün 4000 manatın təcili çatdırmasını istədikdə, o bu dəfə də Vüqara demişdir ki, pulu götürmək üçün yaşadığı evinin qarşısına gəlsin. Həmin gün saat 16 radələrində Vüqar onun yaşadığı evin qarşısına gəldikdə, o küçədə Vüqar ilə görüşüb Xalidənin işə qəbul edilməsi üçün lazım olan 4000 manatı Vüqara vermişdir. Vüqar pulu alıb gedərkən bir daha onun əmin edib demişdir ki, narahat olmasın, yaxın günlərdə qızının, gəlininin və qaynı qızının təyinatla bağlı əmrləri veriləcəkdir. Hər dəfə Vüqarı xəstəxanada iş yerində gördükdə, yaxud telefon ilə əlaqə saxlayıb işlərin nə yerdə olduğu ilə maraqlandıqda Vüqar demişdir ki, narahat olmasın, işlər öz qaydasında gedir, yaxın günlərdə Ayşənin yeni vəzifəyə, Aytəkini qeydiyyatçı vəzifəsinə və Xalidəni xadimə kimi işə qəbul edəcəklər. Lakin xeyli vaxt keçməsinə baxmayaraq nə qızının, nə gəlininin, nə də qaynı qızının işləri ilə bağlı heç bir əmr verilməmişdir. Artıq avqust ayından başlayaraq verdiyi pulları Vüqardan geri istəməyə başlamışdır və Vüqarın pulu qaytarmadığını, müxtəlif yalan bəhanələr gətirdiyini görüb anlamışdır ki, Vüqar onun etibarından sui-istifadə edib aldadaraq onun 8000 manat pulunu ələ keçirmişdir. Bu səbəbdən məcbur qalıb rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Məhkəmədə elan olunmuş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 K-1946 №-li xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Koordinasiya bölməsində sığorta məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmədə elan olunmuş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 18-1-68/3-1- 2532/2023 №-li xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Koordinasiya bölməsində sığorta məsləhətçisi vəzifəsində çalışan Təqsirləndirilən şəxs əmək müqaviləsinə 01 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xitam verilmişdir. Məhkəmədə elan olunmuş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5in K-141 №-li xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 25 yanvar 2022-ci il tarixindən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5in Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində analıq məzuniyyətində olan X2 əvəzinə tibb qardaşı vəzifəsinə işə qəbul edilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanası üzrə xx.xx.2010-cu il tarixli 113 saylı əmrdən çıxarışın surətindən görünür ki, Əliyeva (Babayeva) Güllü İslam qızı MRX-nın poliklinika şöbəsinin psoxonevroloji kabinetinin xadiməsi vəzifəsindən MRX-nın poliklinika şöbəsinə xadimə vəzifəsinə keçirilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanası üzrə xx.xx.2013-cü il tarixli 51 saylı əmrdən çıxarışın surətindən görünür ki, Əliyeva (Babayeva) Güllü İslam qızı MRX-nın poliklinika şöbəsinin xadiməsi vəzifəsindən MRX-nın hemodioliz şöbəsinə xadimə vəzifəsinə keçirilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. Salyan RİHB-nın Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. Məhkəmədə elan olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və zərəçəkmişlərə dəymiş ziyanı ödəməsi, sonuncularla barışması, şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman ali təhsilli olmaqla və “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin koordinasiya bölməsinin sığorta məsləhətçisi vəzifəsində işləmişdir. Ona görə də məhkəmə ona müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə əlavə cəzanın təiyn olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi dövlət orqanlarında və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifələr tutmaq hüququndan məhrum edilməklə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan CM-in 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı həmin iki gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutma hüququndan məhrum edilməklə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutma hüququndan məhrum edilməklə iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-15/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-15/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver