Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-15/2025 07.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan rayonu, Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin 1(057)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2003-cü ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il sentyabrın 23-də saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq saxlanc yeri hesab edilən həmin həyətin darvaza qapısını açaraq həyətə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 1800 manat dəyərində 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 1500 manat dəyərində 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 1500 manat dəyərində 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvanı (inək) həyətdən küçəyə açılan qapıdan kənara çıxardığı vaxt ərzində küçədə gözləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 3 baş iri buynuzlu heyvanı (inək) oğurladıqdan sonra əvvəlcədən aralarında razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs3 zəng edərək çağırmış, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi Qazel markalı, **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Yenikənd kəndi ərazisinə gələrək onlarla görüşmüş, daha sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurladıqları həmin iri buynuzlu heyvanları (inək) avtomobilin yük yerinə mindirib gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4800 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il sentyabrın 23-də saat 22 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 saxlanc yeri hesab edilən həmin fərdi yaşayış evinin həyətinə darvaza qapısını açaraq keçməklə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 1800 manat dəyərində 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 1500 manat dəyərində 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 1500 manat dəyərində 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvanı (inək) darvaza qapısından küçəyə çıxardığı vaxt ərzində küçədə Təqsirləndirilən şəxs1 gözləmiş, sonrakı müddətdə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə 3 baş iri buynuzlu heyvanı (inək) oğurladıqdan sonra əvvəlcədən aralarında razılaşdıqları kimi mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs3 zəng edərək çağırmış, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi Qazel markalı, **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Yenikənd kəndi ərazisinə gələrək onlarla görüşmüş, daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurladıqları həmin iri buynuzlu heyvanları (inək) avtomobilin yük yerinə mindirib gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4800 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il sentyabrın 23-də saat 22 radələrində Vüqar Təqsirləndirilən şəxs2 Şahbazov ilə birlikdə Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedərək aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 saxlanc yeri hesab edilən həmin həyətin darvaza qapısını açaraq həyətə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 1800 manat dəyərində 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 1500 manat dəyərində 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 1500 manat dəyərində 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvanı (inək) həyətdən küçəyə açılan qapıdan kənara çıxardığı vaxt ərzində küçədə gözləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə 3 baş iri buynuzlu heyvanı (inək) oğurladıqdan sonra əvvəlcədən aralarında razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 mobil telefonu vasitəsilə ona zəng edərək çağırmış, o, idarə etdiyi Qazel markalı, **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Yenikənd kəndi ərazisinə gedərək onlarla görüşmüş, daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları həmin iri buynuzlu heyvanları (inək) avtomobilin yük yerinə mindirib gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4800 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heyvan alıb-satma işi ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam radələrində əmisioğlu Təqsirləndirilən şəxs2 bir məsələ ilə bağlı ona kömək etməsini demişdir. O, Rəhmana maddi sıxıntıları və ayrı-ayrı şəxslərə borcu olduğundan borcunu ödəməkdən ötrü oğurluq etmək qərarına gəldiyini demiş, Rəhman da onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, Rəhman və tanışları olan Qazel markalı yük avtomobilinin sürücüsü Rahib ilə birlikdə yaşadıqları Salyan rayonu Yenikənd kəndi ərazisində görüşmüşlər. Rəhman və Rahib söhbət edən zaman o onlardan bir az aralıda dayanmışdır. Rəhman orada Rahibə oğurluq edəcəklərini bildirmişdir. Bundan sonra, o, əmisioğlu ilə birlikdə yaşadıqları Salyan rayonu Yenikənd kəndindən təxminən 7-8 kilometr aralıda yerləşən Salyan rayonu 2-ci Varlı kəndinə doğru piyada hərəkət etməyə başlamışlar. Getdikləri ərazi qaranlıq ərazi imiş. Bir az daha hərəkət etdikdən sonra yolun kənarında tanımadıqları bir şəxsə aid fərdi yaşayış evinin olduğunu görmüşlər. Təxminən saat 22 radələri imiş. O, əmisioğlu Rəhmana razılaşdıqları kimi çöldə gözləməsini deyib darvaza qapısını açaraq həyətə daxil olmuşdur. Darvaza qapısı kilidli olmadığı üçün o, asanlıqla qapını açıb həyətə daxil olmuşdur. Həyətə daxil olan kimi həyətdə 3 baş iribuynuzlu heyvan olduğunu görmüşdür. Həmin iribuynuzlu heyvanların boynunda ip olmasına baxmayaraq bağlı deyilmişlər. O, özü tək şəkildə həmin 3 baş iribuynuzlu heyvanı həyətdən küçəyə çıxartmışdır. Həmin iribuynuzlu heyvanları küçəyə çıxartdıqdan sonra əmisioğlu ilə birlikdə su kanalının kənarı ilə piyada öz kəndlərinə doğru hərəkət etməyə başlamışlar. Yenikənd kəndinə çatmaqlarına az qalmış Rəhman əvvəlcədən aralarında olan razılaşmaya əsasən Rahibə zəng edib onları qarşılamağını bildirmişdir. O, əvvəllər də Rahibin Qazel markalı yük avtomobilinin yük yerinə heyvan mindirmişdir. Təxminən 1 saat keçdikdən sonra Rahib idarə etdiyi Qazel markalı yük avtomobili ilə yanlarına gəlmiş və onlar birlikdə 3 baş iribuynuzlu heyvanı Qazel markalı yük avtomobilinin yük yerinə mindirmişlər. Onlar aralarındakı razılaşmaya əsasən iribuynuzlu heyvanları İmişli rayonunda fəaliyyət göstərən heyvan bazarında satmaq üçün yola çıxmışlar. xx.xx.2024-cü il tarixdə saat 4 radələrində onlar birlikdə İmişli rayonunda yerləşən heyvan bazarına çatmışlar. İmişli bazarına çatdıqdan sonra həmin 3 baş iribuynuzlu heyvanı Qazel markalı yük avtomobilinin yük yerindən düşürtmüşlər. O Rəhman ilə birlikdə oğurladıqları 3 baş iribuynuzlu heyvanı heyvan bazarında satmaq məqsədilə bazarda qalmış, Rahibə isə Salyan rayonuna geri qayıtmasını demiş, Rahib də idarə etdiyi Qazel markalı yük avtomobilinə əyləşərək Salyan rayonuna geri qayıtmışdır. O İmişli rayonunda yerləşən heyvan bazarı hələ açılmadığını, təxminən saat 14-15 radələrində açılacağını öyrənmişdir. Heyvan bazarının qarşısında əmisioğlu ilə birlikdə dayanarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb 3 baş iribuynuzlu heyvandan birinin qiymətini soruşmuş, o da ona 1700 manata satdığını demişdir. Sonra isə onunla 1520 manat qarşılığında razılaşmış və həmin 3 baş iribuynuzlu heyvandan birini ona 1520 manat qarşılığında satmışdır. Təxminən yarım saat keçdikdən sonra bir nəfər şəxs yanlarına gələrək iribuynuzlu heyvanların özlərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra əmisioğlu qorxaraq oradan dərhal uzaqlaşmış və o, orada tək qalmışdır. Daha sonra isə həmin 1520 manat qarşılığında 3 baş iribuynuzlu heyvandan birini satdığı şəxs gəlmiş və o ,həmin şəxsə 1520 manatı geri qaytarmış, o da 1 baş iribuynuzlu heyvanı sahibinə qaytarmışdır. Sonra isə heyvan bazarında dayanan İmişli Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar və onu İmişli Rayon Polis Şöbəsinə aparmışlar. Bundan sonra isə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, etdiyi əmələ görə peşmandır. O, əvvəlcədən qohumu Təqsirləndirilən şəxs2 ilə oğurluq edəcəklərini planlaşdırmış və bu səbəbdən də evdən məhz oğurluq etmək məqsədilə çıxmışlar. Rahib onların heyvan oğurlayacaqlarını bilirmiş, lakin haradan oğurlayacaqlarını və haraya daxil olacaqlarını bilmirmiş. Əlavə olaraq hər hansı bir şəxsin bu barədə məlumatı olmamış, ümumiyyətlə kimsə ona vəd verməmişdir. O, uzun müddətdir ki, heyvan alıb satmaqla məşğul olur və 2ci Varlı kəndində istədiyi formada heyvan olacağını təxmin etmişdir. Təqsirləndirilən şəxs3 onun Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları 3 baş iribuynuzlu heyvanı Qazel markalı, **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində olan xx.xx.2006-cı il və xx.xx.2008-ci il təvəllüdlü uşaqlarının hər ikisinin talassemiya (böyük forma) xəstəsi olduqlarını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, onun özünəməxsus 4 inəyi və 2 danası vardır. O həmin heyvanları otarmaqla məşğul olur. Əmisioğlu Təqsirləndirilən şəxs1 maddi sıxıntıları və ayrı-ayrı şəxslərə borcu olduğundan ona borcunu ödəməkdən ötrü oğurluq etmək qərarına gəldiyini və onun də ona köməklik etməsini istədiyini demişdir. O Vüqar ilə bu barədə razılaşmışdır. 23 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində o, Vüqar və tanışları olan Qazel markalı yük avtomobilinin sürücüsü Rahib ilə birlikdə yaşadıqları Salyan rayonu Yenikənd kəndi ərazisində görüşmüşlər. O orada Rahib ilə söhbət etməyə başlamışdır. Həmin an Vüqar onlardan biraz aralıda dayanmışdır. O orada Rahibə oğurluq edəcəklərini bildirmişdir. Bundan sonra o və Vüqar Yenikənd kəndindən təxminən 7-8 kilometr aralıda yerləşən Salyan rayonu 2-ci Varlı kəndinə doğru piyada hərəkət etməyə başlamışlar. Biraz getdikdən sonra onlar kəndin girişində tanımadıqları bir şəxsə məxsus bir evin olduğunu görmüşlər. Təxminən saat 22 radələri imiş. Əvvəlcədən razılaşdıqları kimi Vüqar darvaza qapısını açaraq həyətə daxil olmuş və o isə onu çöldə gözləmişdir. Heyvanların qapısının ağzında heç bir kilid və ya başqa bir şey olmadığından Vüqar asanlıqla həyətə daxil olmuşdur. Sonra isə içəridən 3 baş iribuynuzlu heyvanı çölə çıxartmışdır. Vüqar ilə birlikdə 3 baş iribuynuzlu heyvanı kəndlərinə doğru aparmağa başlamışlar. Kəndə çatmaqlarına az qalmış o əvvəlcədən aralarında olan razılaşmaya əsasən Rahibə zəng edib Qazel markalı yük avtomobili ilə onları qarşılamağını demişdir. Təxminən 1 saat keçdikdən sonra Rahib Qazel markalı yük avtomobili ilə yanlarına gəlmiş və onlar 3 baş iribuynuzlu heyvanı Rahibin Qazel markalı yük avtomobilinin yük yerinə yükləmişlər. Onlar aralarındakı razılaşmaya uyğun olaraq 3 baş iribuynuzlu heyvanı satmaq üçün İmişli rayonunda yerləşən heyvanbazarına doğru yola düşmüşlər. xx.xx.2024-cü il tarixdə saat 4 radələrində onlar birlikdə İmişli rayonunda yerləşən heyvanbazarına çatmışlar. Rahibin Qazel markalı yük avtomobilinin yük yerindən 3 baş iribuynuzlu heyvanı düşürtmüşlər. O və Vüqar 3 baş iribuynuzlu heyvanı satmaqdan ötrü heyvanbazarında qalmışlar. Rahibə isə Salyan rayonuna geri qayıtmasını demişlər. Rahib Qazel markalı yük avtomobili ilə Salyan rayonuna geri qayıtmışdır. Onlar Vüqar ilə birlikdə heyvanbazarının qarşısında dayanmışlar. Heyvanbazarı hələ açılmamışmış. Orada məlumat almışlar ki, heyvanbazarı günorta saat 14-15 radələrində açılacaqdır. Heyvanbazarının qarşısında dayanarkən bir nəfər tanımadıqları şəxs Vüqara yaxınlaşıb 3 baş iribuynuzlu heyvandan birini almaq istədiyini deyərək qiymətini soruşmuşdur. Əmisioğlu Vüqar onunla qiymət barəsində biraz danışdıqdan sonra 1520 manata razılaşaraq 3 baş iribuynuzlu heyvanın birini ona satmışdır. 3 baş iribuynuzlu heyvanı satdıqdan sonra 1 nəfər şəxs onlara yaxınlaşıb iribuynuzlu heyvanların özlərinə aid olduğunu demişdir. O isə o an həmin şəxsin iribuynuzlu heyvanların əsl sahibi olduğunu görüb dərhal oradan qaçaraq uzaqlaşmış və Salyan rayonuna geri qayıtmışdır. Sonra isə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Əlavə etmişdir ki, etdiyi əmələ görə və Vüqarı dinləyib 3 baş iribuynuzlu heyvanı oğurlamaqda ona kömək etdiyinə görə çox peşmandır. Rahib onların oğurluq edəcəklərini əvvəlcədən bilirmiş, lakin o, oğurluğu haradan edəcəklərini və onların haraya daxil olacaqlarını bilmirmiş. Təqsirləndirilən şəxs3 onun Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığı 3 baş inəyi **-KE- *** dövlət qeydiyyat nişanlı qazel markalı yük avtomobili ilə aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, QAZ 33021 markalı, **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili tanışı X3 adınadır, o, həmin avtomobili etibarnamə əsasında almış, onun yük avtomobili üzərində sərəncam vermək hüququ vardır. Lakin onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Əlavə olaraq bildirmişdir ki, QAZ 33021 markalı yük avtomobilinə həm də Qazel markalı yük avtomobili deyilir. O, ailəsini dolandırmaq məqsədilə həmin qazel ilə heyvan bazarına heyvan aparır. Bundan əlavə olaraq ot kipləri daşımaqla da məşğul olur. 23 sentyabr 2024cü il tarixdə saat 21 radələrində o tanışları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Salyan rayonu Yenikənd kəndi ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs2 orada onunla söhbət etməyə başlamışdır. Həmin an Təqsirləndirilən şəxs1 onlardan biraz aralıda dayanmışmış. Orada Təqsirləndirilən şəxs2 ona oğurluq edəcəklərini və oğurladıqları heyvanları onun Qazel markalı **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə aparacaqlarını demişdir. O orada Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. O əvvəllər də Təqsirləndirilən şəxs1 heyvanlarını öz Qazel markalı **-KE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşımışdır. Bundan sonra o oradan çıxıb gedərək onlardan xəbər gözləmişdir. Biraz keçdikdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq ona zəng edib onları Salyan rayonu Yenikənd kəndi yaxınlığında Qazel markalı **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə qarşılamağını bildirmişdir. O onların yanına gəldikdən sonra onlar onun Qazel markalı yük maşınının yük yerinə 3 baş iribuynuzlu heyvan yükləmişlər. Sonrasında isə aralarındakı razılaşmalarına uyğun olaraq onlar 3 baş iribuynuzlu inəyi İmişli rayonunda yerləşən heyvanbazarına aparmışlar. xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 4 radələrində onlar İmişli rayonunda yerləşən heyvanbazarına çatmışlar. İmişli rayonuna çatdıqdan sonra 3 baş iribuynuzlu heyvanı Qazel markalı yük avtomobilinin yük yerindən düşürtmüşlər. Rəhman və Vüqar ona geri qayıtmağını demişlər. O Qazel markalı **-KE-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Salyan rayonuna geri qayıtmışdır. Üstündən bir neçə saat keçdikdən sonra o Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, etdiyi əmələ görə peşmandır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq edəcəyini əvvəlcədən bilirmiş, lakin haradan edəcəklərini bilmirmiş. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları və onlara əlavə edilmiş fotocədvəllər, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması protokolları, Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və digər istintaq sənədləri ilə onlara tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan rayonu Kürsəngi kəndində yerləşən “Salyan Oil” də elektrik kimi fəaliyyət göstərir. Bundan başqa özünəməxsus fərdi yaşayış evinin həyətyanı sahəsində mal qarası da vardır. Həmçinin əlavə etmişdir ki, üzümçülük fəaliyyəti ilə də məşğul olur. Salyan rayonu 2-ci Varlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 3-ü inək, 2-si dana olmaqla 5 heyvanı vardır. xx.xx.2024-cü il tarixdə səhər saat 7 radələrində anası Səkinə Heydərova inəkləri sağmağa gedərkən inəklərin orada olmadığını görüb onu çağırmışdır. O da o an DİN-nin “102” zəng xidmətinə müraciət etmişdir. Daha sonra isə xalasıoğluna zəng etmişdir. Xalasıoğlu ilə birlikdə inəklərin və adamların ayaq izlərinə baxaraq evlərindən təxminən 7 kilometr aralıda yerləşən körpüyə gəlmişlər. Körpüyə çatdıqdan sonra orada inəklərin boynundakı iplərin kəsilib yerə atıldığını və həmçinin orada qazel maşınının təkərinin izi olduğunu görmüşlər. O an başa düşmüşdür ki, inəkləri qazelə mindirərək aparmışlar. Daha sonra heç kim izləri itirməsin deyə xalasıoğlunu orada qoyub evə qayıtmışdır. Bundan sonra isə evə polis əməkdaşları gəlmişlər və hadisənin baş verdiyi yerə baxmağa başlamışlar. Polis əməkdaşları ilə birlikdə inəklərin və adamların ayaqlarının və həmçinin qazelin təkərinin izlərinin bitdiyi körpüyə getmişlər. Bundan sonra isə o əmisioğlu ilə birlikdə İmişli rayonunda yerləşən heyvan bazarına getmişdir. İmişli rayonundakı heyvan bazarı günorta saat 2-də açılacaq idi lakin o ora 2 saat tez yəni təxminən saat 12 radələrində getmişdir. Oraya çatıb maşından aşağı düşən kimi 3 inəkdən ikisinin 2 nəfər şəxsin yanında olduğunu görmüşdür. Daha sonra isə əmisioğlu ilə birlikdə həmin 2 nəfər şəxsin yanına yaxınlaşıb inəkləri haradan aldıqlarını soruşmuşlar. Onlar isə onlara inəkləri özlərinin aldığını və bazara satmağa gətirdiklərini bildirmişlər. O, əmisioğlu ilə birlikdə onlara inəklərin onlara aid olduğunu və oğurladıqlarını bildirdikdən sonra həmin 2 nəfər şəxsdən biri bir az dayandıqdan sonra oradan qaçaraq çıxıb getmişdir. Orada müəyyən etmişdir ki, ona məxsus olan 3-cü inək artıq satılmışdır. Bir az keçdikdən sonra isə kənardan 1 nəfər şəxs vəziyyətin nə yerdə olduğunu başa düşərək aldığı inəyin oğurluq olmasını və onlara məxsus olmasını bilib yanlarına gəlmiş və inəklərini qaytararaq həmin inəyi aparan şəxsin cibindən pulunu götürmüşdür. Onlara isə inəyin oğurluq olduğunu bilmədiyini demişdir. Sonra isə heyvan bazarında dayanan İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarını çağırıb onlara məsələni izah etmişlər. Polis əməkdaşları həmin şəxsləri şöbəyə aparmışlar. Daha sonra o kəndə getmişdir. Sonra isə Salyan Rayon Polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Əlavə olaraq demişdir ki, adı Aqildir. Xalid onun qardaşının adıdır. Sadəcə olaraq həmin an stresli və yuxulu olduğundan öz adının yerinə qardaşının adını demişdir. Həmin 3 baş inəkdən 2-si təxminən 1500 manat, digəri isə təxminən 1800 manat dəyərindədir. Dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona tam olaraq ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət edir. 2024-cü il sentyabr ayının 24-də Salyan rayonu, 2-ci Varlı kəndinin sakini olan Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus evin həyətyanı sahəsindən 3 baş iribuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Ərizə daxil olduqdan sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs özünə məxsus evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Həmin 3 baş iribuynuzlu heyvanın oğurlandığı həyətyanı sahənin bir tərəfi dam örtükləri, bir tərəfi dəmir listlərlə digər tərəfi isə mişar daşlarla örtülmüş ərazi imiş. Bundan sonra İmişli rayonunda yerləşən heyvan bazarının açıq olacağı ilə bağlı məlumat aldıqlarından Salyan rayonu 2-ci Varlı kəndindən oğurlanan 3 baş iribuynuzlu heyvanın İmişli rayonunda olan heyvan bazarına aparıla biləcəyi ilə bağlı bir sıra ehtimallar yaranmışdır. Həmçinin bu barədə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına da məlumat verilmişdir. 3 baş iribuynuzlu heyvanın və onu oğurlayan naməlum şəxs və ya şəxslərin olduğu ehtimal edilən İmişli rayonundakı heyvan bazarına o, Salyan RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə İmişli rayonuna doğru getmişlər. Yolda olarkən İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Salyan rayonu 2-ci Varlı kəndində 3 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən bir nəfər şəxsin İmişli rayonundakı heyvan bazarında şübhəli kimi saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirildiyi məlumatı onlara bildirilmişdir. Daha sonra İmişli Rayon Polis Şöbəsinə gələrək həmin şəxsi Salyan Rayon Polis Şöbəsinə aparmış və orada həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Salyan Rayon Polis Şöbəsinin inzibati binasında bildirdi ki, o Salyan rayonu 2-ci Varlı kəndində 3 baş iribuynuzlu heyvanı oğurlayarkən ona qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 köməklik göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Salyan rayonu 2-ci Varlı kəndində 3 baş iribuynuzlu heyvan oğurlamaqda şübhəli bilindiyindən şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs1ı əvvəllər də tanımışdır. O, dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinin başlanmasına əsas və səbəb Salyan rayonu 2-ci Varlı kənd sakini Zərərçəkmiş şəxs 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X13 və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Salyan rayonu 2-ci Varlı kəndindəki özünə məxsus evin həyətyanı sahəsindən 3 baş iribuynuzlu heyvanının oğurlanması faktı və həmin fakt üzrə toplanmış materiallar olmuşdur. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokol və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən oğurluq cinayət əməlinin baş verdiyi yerin Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyəti olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan gizli yolla talayıb oğurladıqları 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvana (inək) baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli “heyvanın təhvil verilməsi” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan gizli yolla talayıb oğurladıqları 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvan (inək) sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 sentyabrın 24-də saat 18:30-da Salyan RPŞ-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X5 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zayidxan oğlu sentyabrın 24-də saat 19:00-da Salyan RPŞ-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X5 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 sentyabrın 24-də saat 19:30-da Salyan RPŞ-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X5 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə barəsində Salyan Rayon Məhkəməsinin qərarı əsasında “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 3 illik diri halda çəkisi 170 kiloqram olan 1 baş dişi cinsli iribuynuzlu heyvan – 1800 manat, 3 illik diri halda çəkisi 150 kiloqram olan 1 baş dişi cinsli iribuynuzlu heyvan – 1500 manat, 3 illik diri halda çəkisi 150 kiloqram olan 1 baş dişi cinsli iribuynuzlu heyvan – 1500 manat dəyərindədir. xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan gizli yolla talayıb oğurladıqları 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvanı (inək) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Mehman oğlu barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 24 sentyabr 2024-cü il tarixdən, saat 17:10-dan hesablanmışdır. “Təhlükəsiz şəhər kamerasından götürülmüş cədvələ baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Salyan Rayon Polis X4 müstəntiqi, polis leytenantı X7 tərəfindən istintaqı aparılan ********* saylı çinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələri rəhbər tutularaq, 02.10 2024-cü il tarixli, 3-13-104/1-31189/2024 nömrəli əməliyyat tapşırığına cavab raportu ilə təqdim edilmiş “təhlükəsiz şəhər kamerasından götürülmüş cədvələ Salyan Rayon Polis Şöbəsinin İstintaq ölməsinə yerləşən xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 idarə etdiyi “Qazel” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin xx.xx.2024-cü il tarixdə saat 920-da İmişli rayonu Qaradonlu kəndi İmişli istiqamətində, həmin tarixdə saat 19:21-də İmişli rayonu Qaradonlu kəndi “Azpetrol” istiqamətində və həmin tarixdə 24 09:53-də İmişli rayonu Qaradonlu kəndi İmişli istiqamətində hərəkət etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, X6 məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)-47/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Salyan RMX” Publik hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli, 1948 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Salyan RMX” Publik hüquqi şəxsin Poliklinika Şöbəsinin narkoloji və psixonevroloji kabinetlərində hər hansı diaqnozla qeydiyyatda yoxdur. “Salyan RMX” Publik hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli, 1957 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Salyan RMX” Publik hüquqi şəxsin Poliklinika Şöbəsinin narkoloji və psixonevroloji kabinetlərində hər hansı diaqnozla qeydiyyatda yoxdur. “Salyan RMX” Publik hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli, 1945 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 “Salyan RMX” Publik hüquqi şəxsin Poliklinika Şöbəsinin narkoloji və psixonevroloji kabinetlərində hər hansı diaqnozla qeydiyyatda yoxdur. Salyan RİHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 102 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə yaşayır, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RİHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 103 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası ilə birlikdə yaşayır, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RİHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-ciü il tarixli, 104 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailəsi ilə birlikdə yaşayır, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində azyaşlı uşaqları vardır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdirlər. Azərbaycan Respublikası Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışlardan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X12 xx.xx.2009-cu ildən etibarən TM-də talassemiya böyük forma diaqnozu ilə dispanser qeydiyyatındadır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində çıxarılmış hökm və hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, onun cəzasının əvvəli xx.xx.2024-cü il, sonu xx.xx.2026-cı ildir. xx.xx.2024-cü il tarixə çəkilmiş cəza müddəti 03 ay 19 gün, çəkilməmiş cəzası 01 il 08 ay 07 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi rəyinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin himayəsindəki uşaqların xəstə olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 07 gün hissəsi hazırkı azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdirlər. Həmçinin Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan rayonu Yenikənd kəndində yerləşən yaşayış ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu Şəkərli kəndində yerləşən yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Salyan rayonu Şəkərli kəndində yerləşən yaşayış ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut sayılan 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla, ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvanın (inək) sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin 1(057)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləninin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 24 – 26 sentyabr 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 26 sentyabr 2024-cü il – xx.xx.2025-ci il tarixləri üzrə həbsdə olduğu 03 (üç) ay 12 (on iki) gün, cəmi 03 (üç) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan rayonu, Yenikənd kəndində yerləşən yaşayış ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 24 – 26 sentyabr 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu, Şəkərli kəndində yerləşən yaşayış ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 24 – 26 sentyabr 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Salyan rayonu, Şəkərli kəndində yerləşən yaşayış ünvanını hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Cinayət işi üzrə maddi sübut sayılan 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli və 3 illik, diri halda çəkisi 150 kq olan 1 baş dişi cinsli olmaqla, ümumilikdə 4800 manat dəyərində 3 baş iri buynuzlu heyvanın (inək) sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-15/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-15/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver