Məhkəmə qərarları › İş №1(057)-150/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-150/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-150/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,müdafiəçi X7, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan şəhəri, T.Sultanov küçəsi ev 11, dalan 4-də qeydiyyatda olan və hazırda Salyan şəhəri, M.Quluzadə küçəsi ev 34-də yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 14 may 2023-cü il tarixdə saat 10 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadığı Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 33-ə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub evin yataq otağından dəyəri 450 manat olan 1 ədəd qara rəngli 1 TB yaddaş tutumlu Sony markalı “PS 4 Slim” oyun konsolu, dəyəri 50 manat olan 1 ədəd qara rəngli “Nokia 6500” markalı mobil telefonu, dəyəri 150 manat olan 1 ədəd gümüşü rəngli “Nokia 8800” markalı mobil telefonu, dəyəri 60 manat olan 1 ədəd ağ rəngli 16 GB yaddaş tutumlu “İphone 5s” markalı mobil telefonu, dəyəri 100 manat olan 1 ədəd boz rəngli 16 GB yaddaş tutumlu “İphone 6” markalı mobil telefonu və həmin evin qonaq otağından dəyəri 200 manat olan 1 ədəd boz rəngli 15.6 ekran ölçülü, 8GB ram və 500 GB yaddaş tutumlu “Asus X550C” markalı noutbuku və dəyəri 200 manat olan 1 ədəd qara rəngli 15.6 ekran ölçülü, 8GB ram və 500 GB yaddaş tutumlu “Dell İnsipiron N 5110” markalı noutbuku götürüb aparmaqla özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1210.0 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 14 may 2023-cü il tarixdə saat 10 radələrində qardaşı Zərərçəkmiş şəxs evdə olmadığını görüb pəncərədən içəri keçərək Qədirin evinə daxil olmuş oradan 1 ədəd qara rəngli Nokia 6500, 1 ədəd gümüşü rəngli Nokia 8800, 1 ədəd ağ rəngli İphone 5s və 1 ədəd boz rəngli İphone 6 markalı mobil telefonları, 1 ədəd PS 4 oyun aparatını,1 ədəd boz rəngli Asus markalı,1 ədəd qara rəngli Dell markalı noutbukları evdən tapdığı 1 ədəd sellofan torbaya yığmış, daha sonra pəncərədən keçərək evdən çıxmışdır. Oğurladığı əşyalardan həmin günü Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığında kompüter təmiri mağazasında tanımadığı şəxsə 1 ədəd Asus markalı noutbuku 100 manata satmışdır. PS 4 oyun aparatını Bakı şəhərində Koroğlu metrostansiyası yaxınlığında 450 manata,sabahı günü Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığında birinci noutbuku satdığı həmin şəxsə 1 ədəd Dell markalı noutbuku 60 manata satmışdır. Oğurladığı mobil telefonlardan 1 ədəd Nokia 8800 markalı mobil telefonun işləmədiyini görüb onu Bakı şəhəri ərazisində dəqiq yaddaşında qalmayan ünvanda zibil qutusuna atmış, digər oğurladığı mobil telefonları Tap.az saytında elan kimi ayrı-ayrılıqda yerləşdirmiş, oğurluq etdiyi gündən bir neçə gün sonra Nokia 6500 markalı mobil telefonu həmin elan vasitəsilə tanımadığı şəxsə 35 manat, İphone 5s markalı mobil telefonu həmin elan vasitəsilə tanımadığı şəxsə 50 manat və iphone 6 markalı mobil telefonu həmin elan vasitəsilə tanımadığı şəxsə 60 manata satmışdır.Zərərçəkmişə oğurluq nəticəsində dəymiş ziyandan 600 manat ödəmişdir.Əməlindən peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. İş üzrə zərərçkəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 16 may 2023-cü il tarixdə saat 05 radələrində ibadət etmək üçün yuxudan oyanmış, namaz qılıb qurtardıqdan sonra evdə yataq otağında olan televizorun altında ona məxsus olan Sony markalı PS 4 oyun aparatının yerində olmadığını görmüş və daha sonra evə diqqətlə baxmış, baxış keçirən zaman evin həmin otağında televizorun mebelinin süyürməsində 1 ədəd qara rəngli Nokia 6500, 1 ədəd gümüşü rəngli Nokia 8800, 1 ədəd ağ rəngli İphone 5s və 1 ədəd boz rəngli İphone 6 markalı mobil telefonların, həmçinin evin qonaq otağında şkafın içərisində olan 1 ədəd boz rəngli Asus markalı və 1 ədəd qara rəngli Dell markalı noutbukların yerində olmadığını müəyyən etmişdir. Bu hadisəyə görə Nicatdan şübhlənmiş, lakin, Nicatla həmin günü əlaqə saxlaya bilməmiş, bir neçə gün Nicatın evə gəlişini gözləmiş, lakin Nicat gəlib çıxmamışdır. 19 may 2023-cü il tarixdə o, Salyan RPŞyə gedib bu barədə ərizə yazmış, polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etmiş, bundan bir neçə gün sonra Nicat Bakı şəhərindən evə qayıtmış, o, özü Bakı şəhərində olduğunu və avara həyat tərzi yaşadığını bildirmiş, daha sonra Nicat ona, anası Aybənizə və digər qardaşı Ümidə evdən mobil telefonları, noutbukları və oyun aparatını oğurladığını və həmin əşyaları Bakı şəhərində tanımadığı ayrı-ayrı şəxslərə satdığını bildirmişdir. Nicat oğurladığı əşyalara görə anasının vasitəsi ilə cəmi 600 manat pul ödəmişdir.Ziyana görə şikayətçi deyil, lakin ona cəza verilməsini xahiş edir. İş üzrə Şahid1 qardaşı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermək istmdəiyini bildirmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, onun qardaşı Zərərçəkmiş şəxsla heç bir düşmənçilik və ədavəti yoxdur, o, Qədirlə qardaş olmaqla mehriban münasibətdədir. Təqsirləndirilən şəxs da onun qardaşıdır, onun Nicatla da heç bir düşmənçilik və ədavəti yoxdur, qardaşı Zərərçəkmiş şəxs onlardan ayrı, lakin, onlarla eyni küçədə və qonşuluqda yaşayır, o, isə qardaşı Nicat və anası Aybənizlə birlikdə yaşayır, 16 may 2023-cü il tarixdə saat 05 radələrində qardaşı Zərərçəkmiş şəxs telefonla ona zəng edərək evdən 1 ədəd Sony markalı “PS 4 Slim” oyun aparatı, 1 ədəd nokia 6500, 1 ədəd nokia 8800, 1 ədəd İphone 5s və 1 ədəd İphone 6 markalı mobil telefonlar, həmçinin 1 ədəd Asus markalı və 1 ədəd Dell markalı noutbukların evdə olmadığını və oğurlanmasını zənn etdiyini bildirmişdir. Qədir əvvəlcə ondan həmin əşyaları götürüb-götürmədiyini soruşmuş, o da Qədirə həmin əşyaları götürmədiyini demiş, Qədir ona “dedim bəlkə istifadə etmək üçün götürmüsən, evdə o tərəf bu tərəfə baxıram tapa bilmirəm, görəsən kim götürüb, yəqin ki, oğurlayıblar” demiş, o da Qədirə kəsinliklə həmin predmetlərdən xəbərinin olmadığını və qardaşı Nicatdan bu barədə soruşmasının vacibliyini bildirmiş, Nicatın ehtiyacları üçün həmin predmetləri istifadə etmək məqsədilə götürməsi barədə əvvəlcə düşünmüş, belə ki, Nicat əvvəlcə həmin predmetləri istifadə üçün götürə və sonra da sata bilərmiş. O da qardaşı Qədir də bu işdə digər qardaşı Nicatdan şübhələnmiş, sabah açılan kimi o, və qardaşı Qədir Salyan şəhəri ərazisində olan bütün mobil telefon və noutbukların alqı-satqı mağazalarından həmin predmetlər barədə sorğu-sual etmiş, lakin, mağazada olan satıcıların heç biri Nicatın onlara mobil telefon, oyun aparatı və noutbuk satmadığını demiş, həmin ərəfələrdə qardaşı Nicat tez-tez Bakı şəhərinə gedib-gəlirmiş, həmin hadisədən sonra da Nicat bir neçə gün evə gəlməmişdir. Yalnız həmin hadisədən bir neçə gün keçdikdən sonra Nicat evə gəlib çıxmış və üzbəüz danışıq zamanı Nicat ona, Qədirə və anası Aybənizə mobil telefon, oyun aparatı və noutbukları oğurladığını və Bakı şəhəri ərazisində tanımadığı ayrı-ayrı şəxslərə satdığını demiş, daha sonra isə Nicatın bu barədə polisdə izahat verdiyini bildirmişdir. İş üzrə Şahid2 Təqsirləndirilən şəxs əleyhinə ifadə vermək istmədiyini bildirmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla heç bir düşmənçilik və ədavəti yoxdur, Nicat oğlu olmaqla düşmənçiliyi və ədavəti yoxdur. Oğlu Qədir onlardan ayrı, lakin eyni küçədə və qonşuluqda yaşayır. Digər oğlanları Nicat və Ümid isə onunla birlikdə yaşayır. 16 may 2023-cü il tarixdə Nicatın Qədrin evindən oğurluq etməsini oğlu Ümiddən öyrənmişdir. Həmin vaxt Nicat evdə olmamışdır.Özü Nicatdan şübhələnmiş, çünkü Nicat bir qədər narahat uşaq olmuşdur.Həmin ərəfələrdə Nicat tez-tez Bakı şəhərinə gedib gəlmiş, həmin hadisədən sonra da Nicat bir neçə gün evə gəlməmişdir. Yalnız həmin hadisədən bir neçə gün keçdikdən sonra Nicat evə gəlib çıxmış və üzbəüz danışıq zamanı Nicat ona, qardaşı Ümidə mobil telefon, oyun aparatı və noutbukları oğurladığını və Bakı şəhəri ərazisində tanımadığı ayrı-ayrı şəxslərə satdığını demiş, daha sonra isə Nicatın bu barədə polisdə izahat verdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/4038 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1210.0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli, PHŞ-6-68/2- 1814/2023 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin, həkim-psixiatr Xatirə Ağayevanın xx.xx.2023-cü bil tarixli məlumatlarına əsasən Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 34-də yaşayan, 1993-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya hər hansı digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1664 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Quluzadə küçəsi ev 34-də yaşayır. Həmin Nümayəndənin xx.xx.2023-cü il tarixli, 1664 nömrəli Xasiyyətnaməsində göstərilir ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, dəymiş ziyanın qismən ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X5 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar