Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-150/2024 17.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci ildə Salyan rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ qrup əlililiyi olan, məhkumluğu olmayan, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, Alçalı kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət əməlini törətmişdir. Belə ki, Kərimov X20 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X22 Mərkəzinə məxsus Salyan rayonu Alçalı kəndi ərazisindəki 3 saylı dolayında X33 aid, dövlət mülkiyyətində olan X=322121.5458 Y=4377148.8593, X=322235.2515 Y=4377114.9855, X=322187.7801 Y=4376984.2510, X=322164.5675 Y=4376989,6851, X=322142.4396 Y=4376942.4915, X=322078.2309 Y=4376978.5624 nömrəli koordinatlarda yerləşən 1,94 ha torpaq sahəsini özbaşına tutaraq vahid niyyətlə orada 2023-cü ilin aprel ayında pambıq və həmin ilin oktyabr ayında taxıl bitkiləri əkib becərmiş, 2024-cü ilin iyun ayında əkdiyi taxıl bitkisini biçdikdən sonra həmin sahədə yenidən pambıq bitkisi əkib becərməklə torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Quyçu kəndində yaşayır və özü də Çernobıl qəzası iştirakçısı olmaqla İİ qrup əlildir. X28 dövründə yaşadığı kəndin ərazisinə daxil olan yeməkxanada müdir vəzifəsində işləmiş və 01 may 1996-cı ildə o dövrdə mövcud olmuş X29 Stanslyası ilə onunla bir yeməkxanada aşbaz işləmiş Rafiq Sultanov arasında həmin ərazinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlanmış, həmin müqviləyə əsasən də tərəflərindən müəyyən dövrə kimi hər il icarə haqqı ödənilmişdir. X30 rəhmətə getmiş, ancaq həmin torpaq sahəsi onun istifadəsində qalmışdır. 2015-ci ildə X23 və Bərpası Mərkəzi məhkəmədə ona qarşı meşə fonduna aid əkin apardığı torpaq sahəsinin yanında inşa etdirdiyi tikinti ilə bağlı iddia qaldırmış, məhkəmədə həmin işə baxılarkən iddia təmin olunmamış və onun xeyrinə qətnamə qəbul olunmuşdur. Ondan sonrakı müddətlərdə qeyd edilən tikintinin yanındakı əvvəllər Salyan rayon X35 məxsus 1,9 ha torpaq sahəsindən istifadə etmiş, orada bəzən pambıq, bəzən də taxıl bitkiləri əkmişdir. 22 avqust 2023-cü il tarixdə həmin yerdə ekologiya və meşə işçiləri tərəfindən akt tərtib olunarkən orada iştirak etməmiş və akta da imza etməmişdir. Lakin 17 aprel 2024-cü il tarixdə istifadə etdiyi meşə fonduna aid torpaq sahəsinə mütəxəsis iştirakı ilə baxış keçirilərkən onun orada taxıl bitkisi əkməsi müəyyən olunmuş, belə ki, o, 2023-cü ilin iyun ayında əkdiyi pambığı biçəndən sonra həmin ilin oktyabr ayının axırlarında qeyd edilən sahədə arpa bitkisi əkmişdir ki, onun məhsulu ilə təsərrüfatını dolandırsın. Əkdiyi həmin arpa bitkisini də 2024-cü ilin iyun ayının əvvəllərində biçərək oradan 2 ton məhsul əldə etmiş, ondan sonra isə edilmiş xəbərdarlıqlara baxmayaraq həmin yerdə yenidən pambıq bitkisi əkmişdir. Meşə fonduna aid əkin işləri apardığı sahənin ətrafını özü çəpərləməmiş, həmin sahənin iki tərəfi su kanalı ilə, digər iki tərəfi isə yaxınlıqdakı pambıq qəbulu məntəqəsi inşa edilərkən onlar tərəfindən çəpərlənmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Çernobıl AES-də hərbi xidmətlə əlaqədar) 2-ci qrup əlil olmasını, özünün 70 yaşı olmasını nəzərə almaqla, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə keçirilmiş baxış protokolu və ona əlavə edilmiş fotocədvəllər, ifadənin yerində yoxlanılması protokolu və ona əlavə olunmuş bir ədəd CD diski, mütəxəssis rəyi və digər istintaq sənədləri ilə ona tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınıb dindirilmiş Zərərçəkmiş şəxs Bəhram oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Meşələrin İnkişafı Departamentinin 3 saylı Sabirabad X22 Mərkəzində meşələrin qorunması və mühafizəsi mühəndisi vəzifəsində işləyir və işlədiyi X17 xidməti ərazisinə Salyan rayonundakı meşə dolayları da daxildir. Salyan rayonundakı 3 saylı dolaya Salyan rayonunun Arbatan, Marışlı, Seyidsadıqlı, Quyçu, Alçalı, Qızılağac və Bəydili kəndləri ərazisindəki meşə torpaqları aiddir. Salyan rayonu, Alçalı kənd sakini Təqsirləndirilən şəxs, həmin rayonun Şorsulu kənd sakini X9, Quyçu kənd sakinləri olan X18 və X14 əvvəldən tanımamış və onlarla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Hazırda tutduğu vəzifəyə təyin olunduqdan sonra işlədiyi X17 ərazisi ilə tanış olarkən ona məlum olmuşdur ki, Salyan rayonunda yerləşən və işlədiyi Mərkəzə aid bəzi meşə dolaylarındakı meşə fonduna aid torpaq sahələri ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz zəbt olunaraq istifadə olunur və bu torpaq sahələrini qanunsuz zəbt etmiş şəxslər barəsində işlədiyi Mərkəz tərəfindən Salyan rayon məhkəməsində qanunsuz istifadə olunan torpaq sahələrinin boşaldılması barədə 2022-ci ildə qaldırılmış iddialara həmin məhkəmədə baxılaraq 2022-ci ilin avqust, oktyabr və noyabr aylarında çıxarılmış qətnamələrlə qaldırılmış iddialar təmin edilmiş, həmin şəxslər tərəfindən torpaqların boşaldılaraq əvvəlki vəziyyətinə gətirilmələri barədə qətnamələr qəbul olunub icra xidmətinə göndərilmişdir. Lakin buna baxmayaraq Salyan rayon, Şorsulu kənd sakini X19, Quyçu kənd sakinləri olan X18 və X21, eləcədə bəzi digər şəxslər həmin məhkəmə qərarlarını icra etməmiş, üstəlik qanunsuz zəbt etdikləri meşə fonduna aid torpaqlarda 2023-2024-cü illərdə yenidən əkin işləri aparmışlar və bu günə kimi də dəfələrlə deyilməsinə baxmayaraq onlar öz qanunsuz hərəkətlərini davam etdirərək meşə fonduna aid torpaq sahələrindən istifadə edirlər. 17 aprel 2024-cü il tarixdə o da yuxarıda adları qeyd edilən şəxslər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrinə vətəndaşların, dəvət olunmuş mütəxəsisin və işlədiyi Mərkəzin əməkdaşlarının iştirakı ilə keçirilən baxışda iştirak etmiş, həmin baxış zamanı Təqsirləndirilən şəxs qanunsuz zəbt etdiyi torpaq sahəsində taxıl məhsulları, X7 isə torpaq sahəsini ağaclarla hasarlayaraq orada yonca bitkisi əkməsi, X19 və X10 isə qanunsuz zəbt etdikləri torpaq sahəsində şumlama işləri aparıb həmin sahələri əkinə yararlı vəziyyətə gətirmələri müəyyən olunmuşdur. Qeyd edilən baxışdan sonra bir daha adları göstərilən şəxslərə onların qanunsuz torpaq sahələrindən istifadə etdikləri nəzərlərinə çatdırılıb onlara öz əməllərini davam etdirməmələri, qanunsuz zəbt etdikləri torpaq sahələrini boşaldıb onları əvvəlki yararlı vəziyyətinə gətirmələri tövsiyə olunsa da həmin şəxslər bundan bir nəticə çıxarmamış və öz qanunsuz hərəkətlərini sonradan da davam etdirmişlər. Belə ki, 17 aprel 2024-cü il tarixdə keçirilən baxışdan sonra edilmiş xəbərdarlığa baxmayaraq Təqsirləndirilən şəxs qanunsuz zəbt etdiyi torpaq sahəsində əkdiyi taxılın məhsulunu götürdükdən sonra təkrarən həmin sahəni şumlatdıraraq 2024-cü ilin iyun ayında orada pambıq bitkiləri əkmişdir. Hazırda 3 saylı Regional X17 səlahiyyətli nümayəndəsi olaraq Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən hal-hazıradək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində çalışır. İşlədiyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Salyan RPŞ-nə ünvanladığı 26 dekabr 2023-cü il tarixli, G-HM/4223-088 nömrəli məktub və ona əlavə olunmuş 22 avqust 2023-cü il tarixli, 81431 nömrəli aktla əlaqədar bildirir ki, həmin məktubda adları göstərilən şəxslərdən yalnız Müşfiq Səfərovu əvvəldən tanımış, məktubda adları göstərilən digər şəxsləri isə ümumiyyətlə tanımamış və onların heç bir ilə də indiyədək hər hansı bir münasibəti, qohumluğu, ədavəti olmamışdır. 2023-cü ilin avqust ayında çalışdığı idarənin rəhbərliyinin göstərişinə əsasən həmin idarənin əməkdaşı Şahid2 və 3 saylı Sabirabad Regional X17 meşə gözətçiləri Ziyafət Şikarov, Şahid6 və Sadıq Sadıqovla birlikdə Salyan rayon ərazisindəki meşə fonduna aid torpaqlarda monitorinqlər apararkən onlarla birlikdə monitorinqdə iştirak edən meşə gözətçilərinin onlara göstərdikləri meşə fonduna aid bəz ərazilərdə, ayrı-ayrı şəxslər tərəfindən taxıl, pambıq və bostan bitkilərinin əkilməsini müəyyən etmiş, həmin vaxt 3 saylı Sabirabad RMTM-nin Salyan Meşəbəyliyinin 3-cü dolayında Qismət Nağıyev adlı şəxsin 7 ha, Təqsirləndirilən şəxs adlı şəxsin 0,6 ha sahədə pambıq, Arif Cəlilov adlı şəxsin isə 17 ha sahədə taxıl bitkisi, həmin Meşəbəyliyinin 2-ci dolayında Zaur Quliyev adlı şəxsin 0,5 ha, Yavər Rəhimov adlı şəxsin 2 ha sahədə, 1-ci dolayında Fərhad Babayev və Telman Hüseynov adlı şəxslərin 5 ha sahədə bostan bitkiləri, Müşfiq Səfərovun 0,5 ha sahədə pambıq, Ziyafət Talıbov adlı şəxsin 6 ha sahədə yonca bitkiləri əkdiyi məlum olmuşdur. Monitorinq keçirən zaman qeyd edilən sahələrdə əkin və becərmə işləri aparmış şəxslər olmadığından öz iştirakları ilə bu barədə akt tərtib etmiş və sonra da onu aparıb işlədikləri idarəyə təhvil vermişlər. Sonradan onlara məlum olmuşdur ki, yuxarıda adları göstərilən şəxslərdən bəziləri özbaşına və qanunsuz tutduqları meşə fonduna aid, torpaq mülkiyyətində torpaq sahələrini buraxsalar da, onlardan bir neçəsi, o cümlədən Salyan rayonu, Alçalı kənd sakini Təqsirləndirilən şəxs sonradan 1,94 ha meşə fonduna aid sahədə taxıl, daha sonra isə pambıq, Salyan rayonu, Şorsulu kənd sakini olan X19 7,8 ha sahədə pambıq, Salyan rayonu, Quyçu kənd sakini olan X25 isə 14,98 ha sahədə pambıq bitkisi əkərək onun becərilməsi ilə məşğul olurlar. Həmin şəxslər əkin və becərmə işləri apardıqları qeyd edilən torpaq sahələrinin meşə fonduna aid dövlət mülkiyyətində olan sahələr olduğunu əvvəldən bildikləri halda həmin sahələr onlar tərəfindən qanunsuz tutulmuş və özbaşına olaraq orada əkin-becərmə işləri aparılmışdır. İş üzrə şahid kimi dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Ekologiya və X13 Meşələrin İnkişafı Departamentinin 3 saylı Sabirabad X22 Mərkəzində müavin kimi, 2023-cü ilin noyabr ayından isə həmin Mərkəzin direktor əvəzi vəzifəsində işləyir və işlədiyi Regional X17 xidməti ərazisinə Sabirabad, Şirvan, Hacıqabul, Kürdəmir, Saatlı, Biləsuvar və Salyan rayonlarındakı meşə dolayları daxildir. Salyan rayonundakı 3 saylı dolaya Salyan rayonunun Arbatan, Marışlı, Seyidsadıqlı, Quyçu, Alçalı, Qızılağac və Bəydili kəndləri ərazisindəki meşə torpaqları aiddir. Salyan rayonu, Alçalı kənd sakini olan Təqsirləndirilən şəxs, həmin rayonun Şorsulu kənd sakini X9, Quyçu kənd sakinləri olan X18 və X14 əvvəldən tanımamış, onlarla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Həmin şəxslərin meşə fonduna aid torpaq sahələrindən qanunsuz istifadə etmələri barədə işlədiyi Mərkəz 2022-ci ildə Salyan rayon məhkəməsinə iddia ərizələri ilə müraciət etmiş, həmin işlərə məhkəmədə baxıldıqdan sonra qaldırdıqları iddiaların əksəriyyəti təmin edilmiş və torpaq sahələrinin boşaldılması barədə qətnamələr qəbul edilmişdir. Qeyd edilən qətnamələr qanuni qüvvəyə mindikdən sonra bu barədə işlədiyi Mərkəzə də rəsmi məlumat verilmişdir. Salyan rayon məhkəməsində qətnamə qəbul olunduqdan sonra tərəflərindən müəyyən edilmişdir ki, bəzi şəxslər artıq əvvəl əkdikləri sahələrdə taxıl, pambıq, yonca bitkiləri əkiblər. Onlardan həmin sahələri boşaltmaları tələb olunan zaman orada əkin aparmış şəxslər artıq əkini başa çatdırdıqlarını, əkdikləri sahədən məhsulu götürən kimi dərhal sahələrin boşaldılacağını bildirmiş, vətəndaşların bu istəkləri barədə onlar tərəfindən rəhbərlikləri də məlumatlandırılmış, bundan sonra onlara meşə fonduna aid torpaqlarda qanunsuz əkin işləri aparmış vətəndaşların öz əkdikləri sahədən məhsullarını götürdükdən sonra həmin sahələri təmizləməli olması və torpağı öz əvvəlki vəziyyətinə gətirməli olmaları barədə şifahi göstəriş verilmişdir. Lakin buna baxmayaraq Salyan rayonu Quyçu kənd sakinləri olan X18 və X21, eləcədə bəzi digər şəxslər həmin məhkəmə qərarlarını icra etməmiş, üstəlik qanunsuz zəbt etdikləri meşə fonduna aid torpaqlarda 2023-2024-cü illərdə yenidən əkin işləri aparmışlar. Bu günə kimi də onlar tərəfindən dəfələrlə deyilməsinə və rəsmi məktublarla xəbərdarlıqlar baxmayaraq həmin şəxsər öz qanunsuz hərəkətlərini davam etdirərək meşə fonduna aid torpaq sahələrindən hazırda da istifadə edirlər. 17 aprel 2024-cü il tarixdə işlədiyi X6 3-cü dolayında dəvət olunmuş mütəxəsisin və Mərkəzin əməkdaşlarının iştirakı ilə keçirlən baxış zamanı Təqsirləndirilən şəxs qanunsuz zəbt etdiyi torpaq sahəsində taxıl məhsulları, X7 isə torpaq sahəsini ağaclarla hasarlayaraq orada çoxillik yonca bitkisi əkərək istifadə etdikləri, X19 və X10 isə qanunsuz zəbt etdikləri torpaq sahəsində şumlama işləri aparıb həmin sahələri əkinə yararlı vəziyyətə gətirmələri müəyyən olunmuş, həmin baxışdan sonra da bir daha adları göstərilən şəxslərə orada onların qanunsuz torpaq sahələrindən istifadə etdikləri nəzərlərinə çatdırılıb onlara öz əməllərini davam etdirməmələri, qanunsuz zəbt etdikləri torpaq sahələrini boşaldıb onları əvvəlki yararlı vəziyyətinə gətirmələri tövsiyyə olunsada həmin şəxslər bundan bir nəticə çıxarmamışlar. Əksinə, X19 və X21 meşə fonduna aid qanunsuz zəbt edib şumlatdırdıqları torpaq sahələrində edilmiş xəbərdarlığa baxmayaraq pambıq bitkiləri əkmiş və hazırda da onların becərilməsi ilə məşğul olurlar. Həmin şəxslərdən X15 Salyan rayonu ərazisindəki 3 saylı dolaya aid meşə fondu torpaqlarından 2013-cü ildə bağlanmış meşə fondu sahələrinin bir ilə qədər qısa müddətli istifadəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli müqavilə ilə bir illik 2,0 ha, 2018-ci ildə bağlanmış müavilə ilə 16,0 ha torpaq sahəsi bir illik istifadəyə verilmiş, ondan sonrakı müddətlərdə həmin şəxslə işlədiyi Mərkəz arasında ümumiyyətlə müqavilə bağlanmamışdır. Hazırda da istifadəsindəki meşə fonduna aid 14,98 ha torpaq sahəsindən Arif Cəlilov qanunsuz olaraq özbaşına istifadə edir. Buna baxmayaraq o, xx.xx.2022-ci il tarixdə Meşə Fonduna 1700 manat pul ödəmiş, ondan sonrakı müddətdə isə heç bir ödəniş etməmişdir. Salman Hüseynovla 1999-cu ildə X29 İdarəsi arasında 2 ha meşə fonduna aid torpaq sahəsinin 2069-cu ilə kimi istifadəsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə Salman Hüseynov sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 300 manat pul ödəsə ondan sonra o istifadə etdiyi torpaq sahəsinə görə heç bir ödəniş etməmişdir. Qismət Nağıyevin hazırda qanunsuz istifadə etdiyi 8 ha torpaq sahəsindən 4 ha-nın istifadəsi üçün həmin torpaqlardan əvvəllər istifadə etmiş "xxxx" MMC ilə ilə X23 Bərpası Müəssisəsi arasında xx.xx.2006-cı il tarixdə 3 il müddətinə, xx.xx.2007-ci il tarixdə 6 ha torpaq sahəsinin 3 il müddətinə istifadəsi barədə müqavilələr bağlanmış, sonrakı dövrlərdə həmin müqavilələrin müddətləri artırılmamışdır. Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin şifahi göstərişinə əsasən 2018-ci ildən X33 aid sahələrin bir illik müddətlərə vətəndaşlara icarəyə verilməsi qadağan edilmiş, yalnız aqrobağ salmaq istəyən şəxslərlə uzun müddətli müqavilələr bağlanmasına icazə verilmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid4 Ayətdin oğlu da Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən 3 saylı Sabirabad X22 Mərkəzində meşə gözətçisi vəzifəsində işləyir və meşə gözətçisi kimi onun xidməti ərazisinə Meşə Təsərrüfatı X3 3 saylı dolayı daxildir. Həmin 3 saylı dolaya isə Salyan rayonunun Arbatan, Marışlı, Seyidsadıqlı, Quyçu, Alçalı, Qıızılağac və Bəydili kəndləri ərazisindəki meşə torpaqları daxildir. Meşə gözətçisi kimi vəzifəsi meşələrin və onlara aid torpaq sahələrinin qorunması və bərpası daxildir. Salyan rayonu, Alçalı kənd sakini olan Təqsirləndirilən şəxs həmkəndli, Şorsulu kənd sakini X9, Quyçu kənd sakinləri olan X18 və X14 əvvəldən yerli rayon sakinləri kimi tanımış, onlardan Arif Cəlilovdan başqa digərləri ilə qohumluğu, ədavəti olmamışdır. Arif Cəlilovla isə qohumluğu olmaqla həmin şəxs qardaşım Həzrətqulunun qızının əridir. Onunla da münasibəti həmişə yaxşı olmuş və aralarında heç vaxt, narazılıq, ədavət olmamışdır. Təxminən 2023-cü ilin yaz aylarında meşə gözətçisi kimi qoruduğu əraziyə daxil olan Quyçu kəndindi ərazisində Qismət Nağıyevin 7 ha sahədə pambıq, Salman Hüseynovun 2,6 ha sahədə yonca, Təqsirləndirilən şəxs 2 ha sahədə və Arif Cəlilovun 17 ha ərazidə taxıl əkdiyini müəyyən edib birbaşa telefonla işlədiyi X17 sahə rəisi vəzifəsində işləyən Şahid5 bu barədə məlumat vermiş, Şahid5 da ona "sən narahat olma, biz özümüz bu barədə tədbir görərik" deyə bildirmişdir. Ona görə də onların tədbir görəcəyinə arxalanıb daha o işlərə qarışmamış, nə də həmin vaxt Qismət, Rahil, Salman və Arif adlı şəxslərə daha bununla əlaqədar heç nə deməmişdir. 22 avqust 2023-cü il tarixdə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib onunla birlikdə 3 saylı dolayda monitorinq keçirən zaman yuxarıda adları göstərilən şəxslərin meşə fonduna aid torpaqlarda pambıq, yonca və taxıl bitkiləri əkdiklərini müəyyən etmiş və bu barədə akt tərtib olunduqdan sonra, o da öz imzası ilə həmin aktın doğruluğunu təsdiq etmişdir. Sonradan həmin faktlarla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılmış və həmin araşdırma zamanı 17 aprel 2024-cü il tarixdə yuxarıda adları göstərilən şəxslərin qanunsuz istifadə etdikləri meşə fonduna aid torpaq sahələrinə baxış keçirilərkən o da həmin baxışda iştirak etmiş və baxış zamanı onlardan Təqsirləndirilən şəxs yenə də 2 ha yaxın sahədə taxıl bitkiləri əkməsi, Salman Hüseynovun 2,6 ha sahədə əkdiyi çoxillik yonca bitkilərindən istifadə etməsi, Qismət Nağıyevin 7,8 ha və Arif Cəlilovun 15 ha-ya yaxın sahədə şumlama işləri aparmaları müəyyən edilmişdir. Həmin baxış zamanı onun iştirakı ilə həm Qismət Nağıyevə və həm də Arif Cəlilova şumlama işləri apardıqları qeyd edilən ərazilərdə araşdırma dövründə hər hansı bir əkin işi aparmamaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq sonradan istər Qismət Nağıyev, istərsə də Arif Cəlilov özbaşına şumladıqları meşə fonduna aid torpaq sahələrində pambıq bitkiləri əkmiş və hazırda da həmin ərazilərdə əkdikləri pambıq bitkilərinin yetişdirilməsi ilə məşğul olurlar. Şəxsən özü onlara bir neçə dəfə bu hərəkətlərinin qanunsuz olduğunu bildirsə də, onlar bu barədə dediklərinə də əhəmiyyət verməmişlər. Təqsirləndirilən şəxs meşə fonduna aid 2 ha yaxın torpaq sahəsində əkdiyi taxıl məhsulunu 2024-cü ilin iyun ayında biçmiş, sonra da həmin yerə pambıq bitkisi əkmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev 05 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Sabirabad Regional X17 24 fevral 2023-cü il tarixli,3-14-99-3/2-014/2023 saylı məktubunun surətindən görünür ki, Salyan meşəbəyliyinin 1 saylı meşə dolayında Salyan rayonunun Qardili kənd sakini X16 tərəfindən qanunsuz istifadə olunmuş 2,5 ha torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək Mərkəzin əməkdaşlarına təhvil verilmişdir. Odur ki, sözü gedən torpaq ahəsinin boşaldılmasına dair heç bir iddia və tələblərinin olmadığı bildirilmişdir. 17 aprel 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Ələt-Astara avtomobil yolunun Astara istiqamətində sol tərəfində, MKT Salyan filialının həmin yerdə yerləşən pambıq qəbulu məntəqəsinə gedən yolun kənarında yerləşən və meşə fonduna aid 1,94 ha torpaq sahəsində taxıl məhsulları əkilmişdir. Təqsirləndirilən şəxs ilə Şahid6 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs meşə fonduna aid, dövlət mülkiyyətində olan 1,94 ha torpaq sahəsindən qanunsuz istifadə etməsi faktı bir daha öz təsdiqini tapmışdır. “Aqrarkredit” SKT Salyan filialının 23 dekabr 2015-ci il tarixli 380 nömrəli arayışından görünür ki, “Nizami” kəndli fermer təsərrüfatının rəhbəri Təqsirləndirilən şəxs əvvəllər ona məxsus olmuş Salyan rayonu Qızılağac İƏV-də yerləşən qeyri yaşayış binası (yeməkxana, ticarət dükanı, talvar, talvar, kabinet) (reyestr kitabı 4b səh. 14, inventar işi-S- F-18) X26 X38 filialından aldığı kreditin təminatı kimi girov müqaviləsinə əsasən SK ASB Salyan filialına (hazırki “Aqrarkredit” SKT-nin Salyan filalına) girov qoyulmuşdur. Salyan rayon məhkəməsinin 2(057)-1047/2015 saylı 04 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X23 və Bərpası müəssisəsinin direktoru X11 cavabdeh Təqsirləndirilən şəxs qarşı qanunsuz tiklilərin sökülməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddası təmin edilməmişdir. 16 iyul 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X22 Mərkəzi zərərçəkmiş şəxs qismində tanınmışdır. 16 iyul 2024-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında” qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X22 Mərkəzində meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs zərəçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. 05 avqust 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən olunanadək icraat dayandırılmışdır. 08 avqust 2024-cü il tarixli 3-14-99-3/2-137/2024 saylı məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı Regional X17 08 avqust 2024-cü il tarixli, 3-14-99-3/2-137/2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayonu Qızılağac kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 1995-ci ildə indiki 3 saylı X22 X3 3 saylı meşə dolayında o vaxtkı X29 İdarəsi tərəfindən iaşə obyekti kimi yeməkxana inşası üçün 0,20 ha torpaq sahəsi ayrılmış, həmin yeməkxananın yaxınlığında olan meşə fonduna aid 2 hektara yaxın torpaq sahəsi sonradan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz istifadə olunmuş və Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında meşə fonduna aid həmin sahədə əkdiyi taxıl məhsulunu 2024-cü ilin iyun ayında biçib götürdükdən sonra orada pambıq bitkisi əkmiş və hazırda da oradan qanunsuz istifadəni davam etdirmişdir. “İfadənin yerində yoxlanılması barədə” 03 avqust 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş bir ədəd CD diskindən görünür ki, Təqsirləndirilən şəxs MKT Salyan rayon filialına məxsus pambıq məntəqəsinin qarşısındakı meşə fonduna aid, əvvəllər taxıl məhsulları əkdiyi 1,94 ha torpaq sahəsində 2024-cü ilin iyun ayında taxıl məhsullarını biçdikdən sonra həmin yeri təkrar şumlatdıraraq orada pambıq bitkiləri əkmiş və hazırda da həmin sahə onun istifadəsində olmaqla əkdiyi pambıq bitkilərinə mütəmadi olaraq özü tərəfindən qulluq göstərilir. 2024-cü ilin aprel ayında meşə fonduna aid torpaq sahəsindən qanunsuz istifadə etməsi barədə ona xəbərdarlıq elan edilsə də ailə ehtiyaclarını nəzərə alaraq o, həmin sahədə əkdiyi taxılın məhsulunu götürdükdən sonra orada yenidən pambıq bitkiləri əkmişdir. Meşə fonduna aid pambıq bitkiləri əkilmiş ərazi MTK tərəfindən həmin yerdə pambıq qəbulu məntəqəsi inşa olunduqdan sonra məntəqənin ərazisi və məntəqəyə gedən yolun hər iki tərəfi məftildən hazırlanmış setka ilə çəpərlənmiş və Təqsirləndirilən şəxs da hazırda pambıq əkdiyi sahə pambıq məntəqəsi ilə qonşuluqda yerləşdiyindən iki tərəfdən, yəni qarşı və sağ tərəfdən həmin setka ilə, sol yan və arxa tərəfdən isə ona aid olmayan suvarma kanalları ilə bağlanmışdır. Suvarma kanalları boyunca mövcud olan yulğun və söyüd ağacları da təbii proseslər nəticəsində özbaşına bitib yetişmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli, 3-21-3-38/2-2716/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu Alçalı kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan 1,94 ha taxıl əkin sahəsi elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən X33 aid, dövlət mülkiyyətində olan torpaq sahələridir. 05 aprel 2024-cü il tarixli 3-14-99-3/2-045/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, 3 saylı Regional X17 əməkdaşları tərəfindən meşə torpaqlarının vəziyyəti araşdırılarkən Salyan meşəbəyliyinin 3 saylı meşə dolayının 8-ci kvartalının ərazisində tərəflərindən 1.29 ha meşə fondu torpağının zəbt edilərək əsaslı tikinti və quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 188-ci maddəsinə əsasən Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, 188.1 Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Odur ki, qeyri qanuni əkdiyi 1.29 ha torpaq sahəsinin könülü olaraq 10 gün müddətdə boşaldılmasını, sahənin əvvəlki vəziyyətə gətirilməsini təmin edilməsi barədə xəbərdar edildiyi göstərilmişdir. 13 avqust 2024-cü il tarixli 5-71-18/2-362/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Qızılağac kənd ərazi dairəsində yerləşən Alçalı kəndində yaşayır. 12 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxx 1955-ci il təvəllüdlü Salyan rayonu Qızılağac kənd sakini Təqsirləndirilən şəxs həqiqətəndə o, 1955-ci ildən Qızılağac kəndində qeydiyyatda olmasına baxmayaraq 1990-cı ildən Salyan rayonu Alçalı kəndində yaşayır. Yaşadığı müddət ərzində kənd sakinlərinin və kənd ağsaqqallarının dərin hörmətini qazanmış və kəndin ictimai işlərində fəal iştirak etmişdir. Milliyyəti Azərbaycanlıdır. 1962-ci ildə Ə.Quliyev adına Qızılağac kənd tam orta məktəbinə daxil olmuş, 1970-ci ildə natamam orta təhsilini başa vurmuşdur. 1970-1972-ci illərdə orta təhsilini Şirvan 28 saylı Peşə liseyində davam etdirmiş və neftçi operator ixtisasına yiyələnmişdir. 1974-cü ilin may ayının 5-də həqiqi-hərbi xidmətə çağrılmış və hərbi xidməti layiqincə yerinə yetirmiş, 31 may 1976-cı ildə hərbi xidməti başa vurub doğma kəndinə qayıtmışdır. Hərbi xidmətdəti başa vurduqdan sonra Salyan rayon ictimai iaşə müəsisəsində cavbdeh şəxs kimi fəliyyət göstərmişdir. 1986-cı ildə Salyan rayon hərbi komissarlığının çağırışı əsasında Çernobıl faciəsinin aradan qaldırılmasınada iştirak etmişdir. Prezident təqaüdçüsüdür. Alkoqollu ickilərə və narkotiklərə meyilli deyildir.Ondan Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə bu günə kimi yazilı və şifahi şikayət daxil olmamışdır. Kənd ağsaqqalları və Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona verilən tövsiyyələri həmişə əməl etmişdir. 13 saylı Şirvan Ərazi idarəsinin 15 aprel 2024-cü il tarixli 3-13-104/2-11503/2024 saylı mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini X8 faktiki istifadəsində olan 7.8 ha şumlanmış əkin sahəsi, Alçalı kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olan 1.94 ha taxıl əkini sahəsi, Quyçu kənd sakinləri X7 istifadəsində olan 2.75 ha yonca əkini sahəsi, X10 istifadəsində olan (ümumi 24.98 ha olan bundan Kür Qaraqaşlı bələdiyyə mülkiyyətinə aid Reyestr nömrəsi **********91 olan Çıxarışa əsasən X10 icarəsində olan 10.0 ha əkin torpaq sahəsinin çıxmaqla yerdə qalan) 14.98 ha əkin torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən X33 aid, Dövlət mülkiyyətində olan torpaq sahələridir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunsa da həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. 25 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-71-18/2-531/2024 saylı 03 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.1961-ci il təvəllüdlü X4, xx.xx.1989-cu il təvəllüdlü X12, xx.xx.1989-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Nizami oğlundan, xx.xx.2013-cü il təvəllüdlü X5 ibarətdir. Dövlət Tibbi-sosial ekspertiza və Reablitasiya xidmətinin 35 saylı Tibbi sosial ekspert komissiyasının rəyinə əsasən Təqsirləndirilən şəxs müddətsiz ikinci dərəcəli əlil olduğu qeyd edilmişdir. (Səbəb: Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik; 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları) 26 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə kəçrilmiş baxış protokolu və ona əlavə edilmiş fotocədvəllər, ifadənin yerində yoxlanılması protokolu və ona əlavə olnumuş bir ədəd CD diski, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi cinayət işi üzrə sübut növü kimi tanınmış, Azərbaycan Respublikası CPM-nin 50.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işindən cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işi ayrılmış və ayrıca icraatda istintaqı aparılması qərara alınmışdır. 26 sentyabr 2024-cü il tarixli “cinayət işinin materillarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* №-li cinayət işindən cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işi ********* nömrəsi altında istintaq edilməklə, ********* nömrəli cinayət işindən zəruri sənədlərin surəti çıxarılaraq həmin işə əlavə edilmişdir. 27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 27 sentyabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 05 noyabr 2024-cü il tarixli etibarnamədən görünür ki, 3 saylı Regional X17 direktor əvəzi Şahid3 tərəfindən Zərərçəkmiş şəxs həmin mərkəzin mənafelərini məhkəmədə təmsil etmək səlahiyyəti verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, təqsirini etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş hüquqi şəxsin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın, yəni səkkiz min manatdan on min manatadək miqdarda cərimə cəzasının təyin olunmasını isə təqsirləndirilən şəxsin yaşlı, təqaüdçü, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Çernobıl AES-də hərbi xidmətlə əlaqədar) 2-ci qrup əlil olması, həmçinin əmlak vəziyyətinin ağır olduğu üçün düzgün hesab etmir. Belə ki, Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə Təqsirləndirilən şəxs “əmlak məlumatları”ına dair çıxarışdan görünür ki, onun adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2 və 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Alçalı kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək barədə vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 3 (üç) məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 318, 344- 347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu, Alçalı kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-150/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-150/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver