Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-151/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi X8 qızının katibliyi ilə, X2 X5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə 22 sentyabr 2023-cü ildə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində 09 may 1987-ci ildə Salyan rayonu, Yolüstü kəndində anadan olmuş, işləməyən, X5 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi başlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, X5 onun qardaşıdır. X5 əsassız olaraq 04 iyul 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla ona zəng edərək onu nalayiq söyüşlərlə söymüş və evini yandıracağını, onu və ailə üzvlərini təhqiramiz sözlərlə təhqir etmiş, X5 bir neçə dəfə ona telefon vasitəsilə mesajlar göndərərək onu hədələmiş, ona böhtan atmış, nə qədər canı sağdır onu nalayiq söyüşlərlə söyəcəyini və bunu internet informasiya ehtiyyatlarında yayacağını demişdir. O, bununla bağlı Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş, müraciətləri əsasında araşdırılma aparılmış və bununla bağlı məhkəməyə müraciət etməsi Salyan RPŞ-dan bildirilmişdir. X5 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata götürülməsi və sonuncu haqqında Azərbaycan Respublikası CM-nın 148-ci maddəsi ilə cinayət işi başlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə rəsmi məhkəmə bildirişi göndərilmiş, lakin tərəflərdən heç biri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsinən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət verən X3 təkrar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası CPM-nın 299.8-ci maddəsinə əsasən, xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmçinin məhkəmə xüsusi ittiham qaydasında şikayət verən şəxsin diqqətinə çatdırı ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nın 293-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmamışdır. Belə ki, ərizədə törədilmiş cinayət haqqında məlumatlar tam qeyd olunmamış, əməlin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Azərbaycan Respublikası CPM-nın 293.3-cü maddəsində qeyd olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 293, 299.8, 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 hərəkətlərindən şikayət edilən X5 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona qanunamüvafiq qaydada cəza təyin edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-151/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-151/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver