Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-152/2023 27.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan rayonu Xələc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq yəni özgənin əmlakını gizli olaraq talama və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 iyun 2023-cü il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, ünvan 1 ünvanında yerləşən “Yeni market”-in qarşısına yığılmış soyuducuların arxasından marketin pəncərə şüşəsini sındıraraq içəriyə yəni saxlanc yerinə qanunsuz olaraq daxil olub kassanın yanından 1 ədəd 80 manat dəyərində “Samsung A10” markalı mobil telefon, orada yerləşən vitrindən hər qutusu 2 manat 80 qəpik dəyərində olmaqla 20 qutu yəni 2 blok 56 manat dəyərində “Palmall” markalı siqaret və marketin digər vitrinindən hər biri 9 manat 40 qəpik dəyərində olmaqla 28 manat 20 qəpik dəyərində 3 ədəd 0,5 litr şüşədə spirtli içki olan “Organic” markalı araqı oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 164 (yüz altmış dörd) manat 20 (iyirmi) qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 02 iyul 2023-cü il tarixdə saat 12:15 radələrində Salyan şəhəri H.Z.Tağıyev küçəsi ərazisində şübhəli kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,675 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən Salyan rayonuna gəlmiş,pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 24 iyun 2023-cü il tarixdə gecə saat 05 radələrində Salyan şəhəri, Ə.Hüseynov küçəsində yerləşən “Yeni market”ə daxil olaraq oradan oğurluq etmişdir. Marketin içərisində gəzib kassanın yanından 1 ədəd “Samsung” markalı mobil telefon və 2 blok “Palmall” markalı siqaret, marketin o biri tərəfində vitrindən isə 3 ədəd “Organic” markalı 0,5 litr şüşədə spirtli içki götürüb oğurlamışdır.Marketdən oğurladığı “Samsung” markalı mobil telefonu Bakı şəhərində tanımadığı adama satmışdır. Digər oğurladıqlarını isə özü istifadə etmişdir. 02 iyul 2023-cü il tarixdə gecə saatlarında Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104 nömrəli yataqxananın yaxınlığına qoyulmuş zibil qutularının yanından keçərkən yerdə içərisində ağ rəngli maddə görmüş və həmin maddənin metamfetamin olduğunu bildiyi üçün götürüb saxlamışdır. 02 iyul 2023-cü il tarixdə saat 12:15 radələrində Salyan şəhəri H.Z.Tağıyev küçəsi ərazisində olarkən polis əməkdaşları onu tutub polisə aparmış və orada həmin maddə üzərindən aşkar olunmuşdur.Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmişdir. Törətdiyi əmələ görə peşimandır, zərərçəkmişin ondapn şikayətçi olmamasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 3 ildir ki, ünvan 1 ünvanında yerləşən “Yeni market” adlı mağazanı icarə əsasında işlədir. 24 iyun 2023-cü il tarixdə gecə saat 02-də marketi bağlayıb yaşadığı evə getmişdir. Həmin gün səhər saat 08 radələrində marketi açmağa gələrkən marketin plastik və şüşədən ibarət olan pəncərəsinin şüşəsinin sındırılmış olduğunu görmüşdür. İçəri daxil olduqda naməlum şəxs tərəfindən marketə daxil olunduğunu müəyyən etmişdir. Bundan sonra marketin içərisinə nəzər saldıqda vitrindən 3 ədəd “Organic” markalı 0,5 litr ölçüdə spirtli içki araq, kassanın yanında olan vitrindən hər birində 10 ədəd olmaqla ümumilikdə 2 blok “Palmall” markalı siqaret və kassanın üst tərəfinə qoyduğu 1 ədəd “Samsung A10” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir.Ona dəymiş ziyan ödənilməmiş, lakin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirdi. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 02 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq psixotrop maddələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə onu həmin gün saat 12:15 radələrində Salyan şəhəri H.Z.Tağıyev küçəsi ərazisində 104 saylı yataqxananın yaxınlığında tutub polisə aparmışlar. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üzərinə axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd büküm aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngdə, kristalik şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddəni 02 iyul 2023-cü il tarixdə gecə saatlarında Salyan şəhəri H.Z.Tağıyev küçəsi ərazisində 104 saylı yataqxananın yaxınlığında olan zibil qutularının yanında yerdən tapmış, onun bir hissəsini özü qəbul etmiş, qalanını da özünün qəbul etməsi üçün üzərində saxlamışdır. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş 02 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir bükümdə “şüşə” adlandırdığı maddə yəni psixotrop maddə metamfetamin vardır. Həmin maddəni 02 iyul 2023-cü il tarixdə saat 03 radələrində Salyan şəhəri ərazisində 104 nömrəli yataqxananın yaxınlığında olan zibil qutularının yanından yerdən tapmış, onun bir hissəsinin özü qəbul etmiş, qalanını da özünün qəbul etməsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə baxış keçirildikdə içərisində ağ rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin bükümdəki kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,79 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil omuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-8065/2023 nömrəli məktubdan görünür ki, Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Yeni market” adlanan mağazada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 23 ədədi xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu (02 dəfə), böyük, şəhadət (05 dəfə) və orta (05 dəfə) barmaqları, sol əlinin isə ovucu (04 dəfə), şəhadət (02 dəfə) və orta (04 dəfə) barmaqları ilə eynilik müəyyən etmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2023-cü il tarixli 18/688 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,675 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli 9/5493 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin iyun ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 164,20 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi göstərilmişdir;
1. “Samsung A10” markalı mobil telefon - 1 ədəd - qiyməti 80,00 manat - ümumi dəyəri 80,00 manat
2. 0,5 litr spirtli içki olan “Organic” markalı araq - 3 ədəd - 1 ədədinin qiyməti 9,40 manat- ümumi dəyəri 28,20 manat
3. “Palmall” markalı siqaret - 20 ədəd - 1 ədədinin qiyməti 2,80 manat - ümumi dəyəri 56,00 manat. Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 687 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin vermiş olduğu tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,625 qram psixotrop maddə metamfetamin iş üzrə 05 iyul 2023cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun törətdiyi oğurluq cinayəti nəticəsində zərərçəkmişə dəymiş zərəri ödəməmiş, törətdiyi cinayət əməllərinə görə əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayətə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmalıdır. Barəsində seçilmiş xx.xx.2023-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və qalıq qalmış 0,625 qram psixiotrop maddə matemfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 81,75 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə üç il altı ay, CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş 04 iyul 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və qalıq qalmış 0,625 qram psixiotrop maddə matemfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 81,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV