Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-155/2023 03.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,zərərçəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Salyan rayonu Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evdar qadın, məhkumluğu olmayan, Salyan rayonu Çuxanlı kəndində qeydiyyatda olan, faktiki olaraq Salyan rayonu Piratman-Gəncəli kəndində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Piratman-Gəncəli kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlib 2023-cü il iyulun 4-də saat 17 radələrində Zərərçəkmiş şəxs özünün və ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək onun yaşadığı evin həyətinə gəlib evin giriş qapısının sol tərəfindəki yarıaçıq pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin yataq otağındakı güzgülü dolabın üzərində kiçik qutuda saxlanılan Zərərçəkmiş şəxs məxsus 214,00 manat qiymətində 583/585 əyarlı 2,51 qram çəkidə üzərində 1 ədəd yaşıl rəngli qaşı sarı rəngli halqasının üst hissəsində “2TİO” yazısı və “583” damğası olan 1 ədəd qızıl üzüyü, 1113,00 manat qiymətində 583/585 əyarlı 13,09 qram çəkidə üzərində rəngsiz şəffav qaşları olan sarı rəngli üzərində “EFE model 585” damğası olan 1 dəst qızıl qolbaq-boyunbağını, evin digər otaqlarındakı dolablarda saxlanılan cəmi 8 manat qiymətində 2 ədəd oturacaq stulun parça üzlüyünü, cəmi 6 manat qiymətində 2 ədəd qadın baş yaylığını, 10 manat qiymətində 1 ədəd yaşıl rəngli qadın donunu, cəmi 240 manat qiymətində 4 ədəd “Quran” kitabını, cəmi 48 manat qiymətində 16 ədəd müxtəlif dini məzmunlu kitabları, 10 manat qiymətində 1 ədəd qapaqlı suvenir qutusunu, cəmi 26 manat qiymətində 26 ədəd şəffav şüşə bokalı, cəmi 20 manat qiymətində 2 ədəd mavi rəngli şüşə bokalı, cəmi 6 manat qiymətində 2 ədəd ağ rəngli saxsı fincanı, cəmi 6 manat qiymətində 6 ədəd metal qaşığı, cəmi 1,50 manat qiymətində 3 ədəd plastmass qaşığı, cəmi 6 manat qiymətində 6 ədəd metal çəngəli, cəmi 3 manat qiymətində 3 ədəd meyvə bıçağını, 10 manat qiymətində 1 ədəd metal korpuslu 1 litr həcmdə köhnə termosu, 15 manat qiymətində 1 ədəd köhnə “TpLink” internet modem aparatını, cəmi 5 manat qiymətində 2 ədəd qayçını, 3 manat qiymətində 1 ədəd pərdə broşkasını, 25 manat qiymətində 1 ədəd işlənmiş mətbəx blender cihazını, 3 manat qiymətində 1 ədəd mətbəx rəndəsini, cəmi 20 manat qiymətində 2 ədəd ayı və dovşan yumşaq uşaq kuklasını, 5 manat qiymətində 1 ədəd motosiklet uşaq oyuncağını, 10 manat qiymətində 1 ədəd tutuquşu uşaq oyuncağını, 2 manat qiymətində 1 ədəd uşaq topunu, 2 manat qiymətində 1 ədəd qapaqlı plastik qutunu, cəmi 8 manat qiymətində 4 ədəd boşqabı, 5 manat qiymətində 1 ədəd taxta qaşığı, cəmi 20 manat qiymətində 20 ədəd qaşığı, cəmi 25 manat qiymətində 25 ədəd çəngəli, 3 manat qiymətində 1 ədəd kəfkir qaşığı, 2 manat qiymətində 1 ədəd tualet kağız rulonu, 1 manat qiymətində 1 ədəd əl-üz salfet qutusunu, 1 manat qiymətində 1 ədəd şüşə butulkada alma sirkəsini, cəmi 30 manat qiymətində 15 ədəd bıçağı, cəmi 28 manat qiymətində 4 ədəd göy rəngli xrustal (bogema) stakanı, cəmi 30 manat qiymətində 6 ədəd xrustal stakanı, cəmi 42 manat qiymətində 6 ədəd xrustal araq stakanı, cəmi 42 manat qiymətində 6 ədəd xrustal bokalı, cəmi 40 manat qiymətində 4 ədəd xrustal külqabını, cəmi 8 manat qiymətində 4 ədəd su stakanı, cəmi 6 manat qiymətində 3 ədəd fincanı, 5 manat qiymətində 1 ədəd telefon qulaqcığını, cəmi 40 manat qiymətində 4 ədəd xrustal (bogema) vazını, cəmi 30 manat qiymətində 5 ədəd üzərində rəngli gül formalı bəzəkləri olan rümkanı, 10 manat qiymətində 1 cüt işlənmiş qadın ayaqqabısını, cəmi 50 manat qiymətində 2 dəst geyinilmiş qadın toy paltarını, cəmi 10 manat qiymətində 10 cüt təzə corabı, 10 manat qiymətində 1 ədəd təzə kişi köynəyi, cəmi 6 manat qiymətində 2 ədəd qadın baş örtüyünü, cəmi 80 manat qiymətində 4 ədəd istifadə olunmuş kişi kostyumunu, 2 manat qiymətində 1 ədəd qadın pomadasını, 10 manat qiymətində 1 cüt istifadə olunmuş uşaq ayaqqabısını, cəmi 100 manat qiymətində 4 ədəd masa süfrəsini, 15 manat qiymətində 1 ədəd şüşə güldanı, cəmi 6 manat qiymətində 2 ədəd saç darağını, cəmi 30 manat qiymətində 10 ədəd əl-üz dəsmalı, cəmi 56 manat qiymətində 8 ədəd hamam dəsmalı, 2 manat qiymətində 1 ədəd “Reksona” antirespirantı, 1 manat qiymətində 1 ədəd ayaqqabı maz qutusunu, 1 manat qiymətində 1 ədəd paltar şotkasını, 10 manat qiymətində 1 ədəd “Xoruz” formalı saxsı fiquru, 60 manat qiymətində 1 ədəd çemodanda olan qaşıq-çəngəl dəstini və 2 manat qiymətində 1 ədəd şüşə külqabını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2644,5 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib iş üzrə ifadə vermək istəmədiyini bildirmişdir.Ona görə də Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışından elan olunmuşdur.O,həmin ifadəsində göstərmişdir ki, 2010cu ildə ailə qurduqdan sonra ailə üzvləri ilə birlikdə Salyan rayonu Piratman-Gəncəli kəndində yaşayır, 3 azyaşlı övladı vardır. O, 2023-cü il iyulun 4-də həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq cinayətini tək törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun əri Əlirzanın dayısı Qulu Dəmirovun oğludur. Onlar qohum olmaqla qonşuluqda yaşasalar da, onun ailəsi ilə Qulunun özü və ailə üzvlərinin arasında bir neçə ildir davam edən ədavət varmış və həmişə münasibətləri pis olmuşdur. Buna səbəb 2015-ci ildə hamilə olarkən Tərlanın atası Qulu kişi onların həyətinə gəlib heç bir səbəb olmadan qışqırıb onu təhqir etməsi, hətta həmin vaxt hamilə vəziyyətində olmağına baxmayaraq Qulunun əlləri ilə onun boğazından yapışıb sıxması olmuşdur. O, həmin vaxt Qulunun bu kimi hərəkətlərindən bərk qorxmuşdur və həmin vaxtdan sonra onda Quluya və ailə üzvlərinə qarşı kin və nifrət hissi yaranmışdır. Qulugilin yaşadığı ev onların qonşuluğunda yerləşir, aralarında qamışdan çəkilmiş çəpər varmış. 2023-cü il iyulun 4-də təxminən saat 17 radələrində öz həyətində olarkən çəpərin arasından boylandıqda Qulugilin həyətində heç kimin olmadığını, evin qapısında asma kilidin və pəncərələrin bağlı olduğunu görüb evdə heç kimin olmadığına əmin olmuşdur. Həmin vaxt qərara gəlmişdir ki, bundan istifadə edib Quluya və onun ailə üzvlərinə ziyan vurmaq məqsədilə onların evinə girib əlinə keçən qiymətli nə varsa oğurlayıb onlara ziyan vursun ki, heç olmasa onlara qarşı olan nifrəti bir qədərə azalsın. Ona görə qamışdan olan çəpərin üzərindən Qulugilin həyətinə keçmişdir, həyəti nəzərdən keçirib evə yaxınlaşmışdır. Evin giriş qapısının sol tərəfindəki pəncərənin yarıaçıq olduğunu görmüş və həmin pəncərənin çərçivəsini itələyib oradan evə daxil olmuşdur. Evdə heç kimin olmadığına bir daha əmin olduqdan sonra Qulunun oğlu Tərlanın və gəlini Xədicənin yataq otağına keçmişdir, burada olan güzgülü dolabın üzərində qızıl əşyalar saxlanılan kiçik qutunu görüb qutunun ağzını açmışdır. Həmin qutuda üzərində ağ rəngli qaşları olan qızıl boyunbağı və qızıl bilərzik dəstinin, üzərində bir ədəd yaşıl rəngli qaşı olan qızıl qadın üzüyünü, zınqırov formalı qızıla oxşar qadın sırğa dəstinin olduğunu görüb həmin əşyaları götürüb öz cibinə qoymuşdur. Bundan sonra evin digər otaqlarına keçmişdir və evdə olan bütün dolabların qapılarını açıb qiymətli əşyalar axtarmağa başlamışdır. Evin otaqlarında olan dolablardan müxtəlif sayda köhnə kitablar, köhnə istifadə olunmuş uşaq oyuncaqları, xırda-xuruş köhnə əşyaları selofan torbalara yığıb iki-üç dəfəyə daşıyıb öz evinə gətirmişdir. Tərlangilin evindən həmin əşyaları oğurlamaqda məqsədi Quludan və onun ailə üzvlərindən qısas almaq olmuşdur, oğurladığı həmin əşyaları satıb hər hansı mənfəət əldə etmək və yaxud həmin əşyalardan özü istifadə etmək niyyəti olmamışdır. O, oğurladığı əşyaların hamısını daşıyıb öz evlərindəki gündəlik istifadə edilməyən otaqlardan birinə yığmışdır. Hadisədən bir gün sonra onu polis şöbəsinə dəvət etmişlər və polis əməkdaşları onu sorğu-sual edən zaman etiraf etmişdir ki, Tərlangilin evindən oğurluğu özü etmişdir. Bundan sonra oğurladığım əşyaların hamısını, yəni üzərində ağ rəngli qaşları olan qızıl boyunbağı və qızıl bilərzik dəstini, üzərində bir ədəd yaşıl rəngli qaşı olan qızıl qadın üzüyünü, zınqırov formalı qızıla oxşar qadın sırğa dəstini, 2 ədəd oturacaq stulun parça üzlüyünü, 2 ədəd qadın baş yaylığını, 1 ədəd yaşıl rəngli qadın donunu, 4 ədəd Quran kitabını, 16 ədəd müxtəlif dini kitabları, 1 ədəd qapaqlı suvenir qutunu, 26 ədəd şəffav şüşə bokalı, 2 ədəd mavi rəngli şüşə bokalı, 2 ədəd ağ rəngli saxsı fincanı, 6 ədəd metal qaşıq dəstini, 3 ədəd plastmass qaşıq dəstini, 6 ədəd metal çəngəl dəstini, 3 ədəd meyvə bıçağını, 1 ədəd metal korpuslu 1 litrt həcmdə olan köhnə termosu, 1 ədəd TpLink internet modemini, 2 ədəd qayçını, pərdə broşkasını, sarı rəngli metaldan olan “Rado” markalı işləməyən köhnə kişi qol saatını, 1 ədəd köhnə blender mətbəx cihazını, 1 ədəd mətbəx rəndəsini, ayı və dovşan yumşaq uşaq kuklalarını, 1 ədəd motosiklet uşaq oyuncağını, 1 ədəd tutuquşu uşaq oyuncağını, 1 ədəd uşaq topunu, 1 ədəd qapaqlı plastik qutunu, 4 ədəd boşqabı, 1 ədəd taxta qaşığə, 20 ədəd qaşıq dəstini, 25 ədəd çəngəl dəstini, 1 ədəd kəfkir qaşığı, 1 ədəd tualet kağızını, 1 ədəd əl-üz salfet qutusunu, 1 ədəd şüşə butulkada alma sirkəsini, 15 ədəd bıçaq dəstini, 4 ədəd göy rəngli xrustal (bogema) stakan dəstini, 6 ədəd xrustal stakan dəstini, 6 ədəd xrustal araq satakan dəstini, 6 ədəd xrustal bokal dəstini, 4 ədəd xrustal külqabını, 4 ədəd su stakan dəstini, 3 ədəd fincanı, 1 ədəd telefon qulaqcığını, 4 ədəd xrustal (bogema) vazanı, 5 ədəd üzərində rəngli gül bəzəkləri olan rümka dəstini, 1 cüt işlənmiş qadın ayaqqabısını, 2 dəst geyinilmiş qadın toy paltarını, 10 cüt təzə corab dəstini, 1 ədəd təzə kişi köynəyini, 2 ədəd qadın baş örtüyünü, 4 ədəd istifadə olunmuş kişi kostyumunu, 1 ədəd qadın pomadasını, 1 cüt istifadə olunmuş uşaq ayaqqabısını, 4 ədəd masa süfrəsini, 1 ədəd şüşə güldanı, 2 ədəd saç darağını, 10 ədəd əl-üz dəsmalı, 8 ədəd hamam dəsmalı, 1 ədəd “Reksona” antirespirantı, 1 ədəd ayaqqabı maz qutusunu, 1 ədəd paltar şotkasını, 1 ədəd “Xoruz” dormalı saxsı fiquru, 1 ədəd çemodanda olan qaşıqçəngəl dəstini, 1 ədəd xrustal külqabını və 1 ədəd köhnə işləməyən qadın qol saatını gətirib polis şöbəsində polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü il iyulun 4-də günorta saatlarında bütün ailə üzvləri ilə birlikdə evdən çıxıb yaşadığı kənddə keçirilən qohumlarının toy şənliyinə getmişlər. Həmin gün gecə saatlarında evə qayıtdıqda məlum olmuşdur ki, evdən oğurluq olmuşdur. Toydan çıxıb evə gəldikdə arvadına aldığı qızıl-zinət əşyaların yerində olmadığını, otaqlardakı əşyaların dağınıq halda, şkafların qapıları açıq vəziyyətdə olduğunu görüb DİN-in 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, 2023-cü il iyulun 4-də onlar evdə olmadığı müddətdə evlərindən oğurluq etmiş şəxs qonşuluqda yaşayan bibisi oğlu Əlirza Həsənovun arvadı İlahədir. Təqsirləndirilən şəxs evindən qızıl, paltar və sair ev əşyalarını oğurlamış və həmin əşyalar ona qaytarılmışdır. Təqsirləndirilən şəxsdən iltizam alındıqdan sonra ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid da, əri Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş baxış keçirilməsi barədə protokoldan görünür ki, 2023-cü il iyulun 5-də Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Mircəlal Ağalarov tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs Salyan rayonu Piratman Gəncəli kəndində yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq faktı üzrə hadisə yerinə baxış keçirilmişdir. Baxış və götürmə protokolundan görünür ki, 2023-cü il iyulun 7-də Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs iyulun 5-də həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinət və müxtəlif geyim və məişət əşyalarını istintaqa təqdim etmişdir, qeyd edilən həmin əşyalar fotoçəkiliş aparılmaqla istintaq tərəfindən maddi sübut kimi götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 iyul 2023cü il tarixli 3-16-16-2-6/3762-9/5290 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1327,00 manat müəyyən edilir:
1. Qiymətsiz əlvan metal ərintisindən hazırlanmış 11,55 qram çəkidə, üzərində rəngsiz şəffav qaşlar olan, sarı rəngli 1 cüt sırğa – qiymətsiz;
2. 583, 585 əyarlı, 2,51 qram çəkidə, üzərində 1 ədəd yaşıl rəngli qaşı, sarı rəngli, halqasının üst hissəsində “2TİO” yazısı və “583” damğası olan 1 ədəd qızıl üzük – 214,00 manat;
3. 583, 585 əyarlı, 13,09 qram çəkidə, üzərində rəngsiz şəffav qaşları olan, sarı rəngli, üzərində “EFE model 585” damğası olan 1 dəst qızıl qolbaq-boyunbağı – 1113,00 manat. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 avqust 2023-cü il tarixli 9/6149 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1317,50 manat müəyyən edilir. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan RİHB-nın Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 3 azyaşlı uşağı vardır. “Salyan Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinət və məişət əşyaları maddi sübut kimi tanınıb məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, qızının himayəsində 3 azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir Ekspertiza tədqiqatının dəyəri 178 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ariıf oğluna məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 178 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV