Məhkəmə qərarları › İş №1(057)-156/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-156/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-156/2023 23.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X14 qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan şəhəri, A.Ağabəyli küçəsində Salyan rayon Salyan Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı 117,6 kv.m torpaq sahəsində mişar daşlarından özbaşına hasarlama işi gördürüb öz mülkiyyətində olan 286 kv.metr torpaq sahəsinə birləşdirməklə həmin torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəlki müddətdə yaşadığı evin yaxınlığında Salyan şəhəri, A.Ağabəyli küçəsində qonşusu X3 məxsus 0,0286 ha, yəni 286 kv.metr torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi bağ sahəsi olmuş və orada meyvə ağacları olmuşdur. Surayyə uzun müddətdir həmin torpaq sahəsini satmaq istəsə də, lakin heç kim almamışdır. Həmin torpaq sahəsi metal torla əhatə olunmuşdur. 2022-ci il avqustun 5-də əri Fərəhman Şirinov vəfat etdikdən sonrakı müddətdə evdə darıxdığından bağ sahəsində gəzmək üçün övladları ona həmin torpaq sahəsini almağa qərar vermişlər. Surayyə ilə danışdıqdan sonra 2022-ci il dekabrın 27-də Salyan rayonu 2 saylı notariat ofisində alğısatqı müqaviləsi bağlamış, 3000 manat pul ödəyib həmin torpaq sahəsini Surayyədən almışlar. Sonrakı müddətdə özü bağ sahəsində olan zibilləri təmizləmiş və bağı əhatə edən metal toru sökmüşdür. 2023-cü il fevralın 20-də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən ona **********19 reyestr nömrəli Çıxarış təqdim edilmişdir. Salyan rayon Bələdiyyəsinin adını bilmədiyi əməkdaşı onunla birlikdə torpaq sahəsinə baxış keçirmiş və metal torun çəkildiyi ərazinin ona məxsus olduğunu, aldığı 286 kv.metr torpaq sahəsində tikinti apara biləcəyini demişdir. Çıxarışı aldıqdan sonra bağın ətrafında mişar daşlarından hasar çəkmək qərarına gəlmişdir. Bu məqsədlə adını xatırlamadığı ustadan hasarı çəkməsini xahiş etmiş, usta da razılaşıb adını xatırlamadığı fəhlə ilə birlikdə hasarı inşa etməyə başlamışdır. Ustaya hasarı inşa edəcəyi yeri göstərmiş və usta işə başlamışdır. 2-3 gün ərzində tikinti işləri aparıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin əməkdaşı olan Şahid1 onun hasarlama işi apardığı əraziyə gəlib ölçü işi aparmışdır. Ölçmə işindən sonra Şahid1 286 kv.metr torpaq sahəsindən əlavə sahədə hasarlama işi apardığını deyib həmin hissədə tikintini dayandırmalarını istəmişdir. O da 2023-cü il fevralın 21-də Salyan rayon Bələdiyyəsinə ərizə ilə müraciət edərək 200 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Lakin bağa heyvanlar girib ağacları tələf etdiyi üçün hasarlama işini davam etdirmiş və hasara metaldan darvaza qoydurmuşdur. Sonrakı müddətdə 2023-cü il martın 9-da Şahid1, Salyan Rayon İcra Hakimiyyətinin, Salyan rayon Bələdiyyəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən onun hasarlama apardığı əraziyə yenidən baxış keçirilmiş, sonrakı müddətdə baş verənlərdən isə məlumatı olmamışdır. Hasarlama apardığı ərazinin reyestrlə ona verilmiş ərazi olduğunu zənn edib həmin ərazidə hasarlama işi aparmışdır. Ona reyestrlə verilmiş 286 kv.metr torpaq sahəsindən əlavə hissədə hasarlama işi apardığı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etsə də, lakin hazırki müddətə qədər həmin torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun etirafı ilə, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş mütəxəssis rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Salyan rayon Salyan Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayon Salyan Bələdiyyəsində memar vəzifəsində işləyir və istintaqı aparılan cinayət işi üzrə bələdiyyənin hüquqlarını təmsil edir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, A.Ağabəyli küçəsində özbaşına hasarlama işi aparılmış 115 kv.metr torpaq sahəsi Salyan rayon Salyan Bələdiyyəsinin mülkiyyətindədir və Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. Belə ki, həmin hissəyə bitişik ərazidə Təqsirləndirilən şəxs məxsus 286 kv. metr torpaq sahəsi yerləşir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən **********19 reyestr nömrəli Çıxarış təqdim edilmişdir. Lakin sonrakı müddətdə Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə hasarlama işləri aparılarkən 115 kv.metr torpaq sahəsi zəbt edilərək mülkiyyətində olan 286 kv.metr torpaq sahəsinə birləşdirmişdir. Tikintinin aparıldığı müddətdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin və bələdiyyənin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilərək Təqsirləndirilən şəxs xəbərdarlıq edilsə də, lakin o, tikintini davam etdirmişdir. 2023-cü il martın 9-da Təqsirləndirilən şəxs tərəfindən hasarlama aparılmış əraziyə yenidən baxış keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmin baxışda bələdiyyənin nümayəndəsi qismində bələdiyyənin mühəndisi Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, A.Ağabəyli küçəsində özbaşına hasarlama işi aparılmış 115 kv.metr torpaq sahəsi Salyan rayon Salyan Bələdiyyəsinə məxsus olmaqla yaşayış məntəqələri təyinatlıdır. Hal-hazırda Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün Salyan Rayon Bələdiyyəsinə müraciət etdiyini, dəymiş zərəri ödəmək istədiyini bildirir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid1 göstərmişdir ki, mütəmadi olaraq Salyan rayonu ərazisində torpaq sahələrinin istifadə vəziyyətinə nəzarət tədbirləri həyata keçirilir. 2023-cü il martın 9-da Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayəti əsasında Salyan rayon Salyan Bələdiyyəsinin və Fövqalədə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, A.Ağabəyli küçəsində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində mişar daşlarından hasarlama işinin aparıldığı aşkar olunmuşdur. Təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, **********19 reyestr nömrəli çıxarışla həyətyanı məqsədilə 286 kv.m torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmişdir. Lakin onun tərəfindən əlavə olaraq bələdiyyə mülkiyyətinə məxsus 115 kv.metr torpaq sahəsi də zəbt olunaraq ümumilikdə 401 kv.metr torpaq sahəsində hasarlama aparılmışdır. Zəbt olunaraq hasarlama aparılmış 115 kv.metr torpaq sahəsində transformatora daxil olan 10 kv-luq yüksək gərginlikli elektrik xəttin ayrıc açarının dirəyi yerləşmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hasarlama aparılmış 115 kv.metr torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyi üçün akt tərtib etmiş, həmin akt bütün iştirakçılar tərəfindən imzalansa da, Təqsirləndirilən şəxs aktı imzalamaqdan imtina etmişdir. 2023-cü ilin fevral ayında da 2-3 dəfə həmin əraziyə baxış keçirdikləri vaxt Təqsirləndirilən şəxs aparılan hasarlama işini dayandırması barədə xəbərdarlıq etsələr də, lakin o, xəbərdarlığa məhəl qoymadan hasarlama işini davam etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Bələdiyyəsinin mühəndisi olmuş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2023-cü il iyulun 18-dək olan müddət ərzində Salyan Rayon Bələdiyyəsində mühəndis vəzifəsində işləmişdir. 2023cü ilin fevral ayında Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin və Fövqalədə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, A.Ağabəyli küçəsində bələdiyyə mülkiyyətinə məxsus 115 kv.metr torpaq sahəsinin özbaşına hasarlanaraq öz mülkiyyətində 286 kv.metr torpaq sahəsinə birləşdirməsi müəyyən edildi. Həmin vaxt Təqsirləndirilən şəxs 115 kv.metr torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etdiyini bildirmişdir. X13 115 kv.metr torpaq sahəsində aparılmış hasarlamanın sökülməsi barədə xəbərdarlıq etmişlər. 2023-cü il martın 9-da yenə də Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirmişlər. Ərazidə olduqları vaxt hasarın sökülmədiyini gördükləri üçün bunula bağlı akt tərtib olunmuş və o da aktı imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Muğan Regional Tikinti Müfəttişliyinin baş məsləhətçisi Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin və Salyan Rayon Bələdiyyəsinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, A.Ağabəyli küçəsində bələdiyyə mülkiyyətinə məxsus 115 kv.metr torpaq sahəsinin özbaşına hasarlanaraq öz mülkiyyətində olan 286 kv.metr torpaq sahəsinə birləşdirməsi müəyyən edildi. Həmin vaxt Təqsirləndirilən şəxs 115 kv.metr torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etdiyini demişdir. X13 115 kv.metr torpaq sahəsində aparılmış hasarlamanın sökülməsi barədə xəbərdarlıq etmişlər. Həmçinin ona izah etmişlər ki, torpaq sahəsinə dair hüquqları qeydiyyata alındıqdan sonra ərazidə tikinti və hasarlama işi apara bilər. Sonrakı müddətlərdə də 2-3 dəfə vətəndaşların müraciətləri əsasında həmin əraziyə baxış keçirmişlər. Hər dəfə də Gülbadam Şirinov hasarın sökülməsi ilə bağlı xəbərdarlıq edilsə də də o, hasarı sökməkdən imtina etmişdir. 2023-cü il martın 9-da yenə də Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirmişlər. Ərazidə olduqları vaxt hasarın sökülmədiyini gördükləri üçün bunula bağlı akt tərtib olunmuş və o da aktı imzalamışdır. Şahid qismində dindirilmiş Salyan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahid4 ifadəsində göstərmişdir ki, Salyan rayon İcra Hakimiyyətində başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. 2023-cü il martın 9-da Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin həmin küçədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin, Salyan Rayon Bələdiyyəsinin və Fövqalədə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə qeyd olunan həmin əraziyə baxış keçirmişlər. Baxış keçirdikləri vaxt Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, A.Ağabəyli küçəsində bələdiyyə mülkiyyətinə məxsus 115 kv.metr torpaq sahəsində özbaşına hasarlanaraq öz mülkiyyətində olan 286 kv.metr torpaq sahəsinə birləşdirməsi müəyyən edildi. Həmin vaxt Təqsirləndirilən şəxs 115 kv.metr torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etdiyini demişdir. X13 115 kv.metr torpaq sahəsində aparılmış hasarlamanın sökülməsi barədə xəbərdarlıq etmişlər. Həmçinin ona izah etmişlər ki, torpaq sahəsinə dair hüquqları qeydiyyata alındıqdan sonra ərazidə tikinti və hasarlama işi apara bilər. Sonrakı müddətlərdə də 2-3 dəfə vətəndaşların müraciətləri əsasında həmin əraziyə baxış keçirmişlər. Hər dəfə də Gülbadam Şirinov hasarın sökülməsi ilə bağlı xəbərdarlıq edilsə də də o, hasarı sökməkdən imtina etmişdir. 2023-cü il martın 9-da yenə də razidə olduqları vaxt hasarın sökülmədiyini gördükləri üçün bunula bağlı akt tərtib olunmuş və o da aktı imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının 19 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 15-16-cı vərəqlərində olan 27 dekabr 2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinin notarial qaydada bağlanmış ksero surətindən görünür ki, satıcı X1 şəhəri, A.Ağabəyov küçəsi, 53 A ünvanında yerləşən ümumi sahəsi 0.0286 ha olan həyətyanı torpaq sahəsini alıcı Təqsirləndirilən şəxs mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 3000 (üç min) manata alıcıya satmışdır. Cinayət işinin 17-ci vərəqində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə, **********9 qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın ksero surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Cinayət işinin 18-ci vərəqində olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0286 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 20-ci vərəqində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə “torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə” müraciətindən görünür ki, nazirliyin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində monitorinq aparılan zaman A.Ağabəyov küçəsində Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə məxsus 115 kv.metr torpaq sahəsi zəbt olunaraq mülkiyyətində olan 286 kv.metr əraziyə birləşdirilməsi faktı müəyyən edilmişdir. Cinayət işinin 29-36-cı vərəqlərində 17 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən Təqsirləndirilən şəxs, mütəxəssis X6, hal şahidləri X7 və X5 iştirakları ilə tərtib olunmuşdur. Protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:30-dan saat 15:55-dək Salyan şəhəri, A.Ağabəyli küçəsində, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahələrinə baxış keçirilmişdir. Baxış keçirilən zaman mütəxəssis X12 müasir texnikivasitələrdən istifadə edilməklə hasarlanmış torpaq sahəsində ölçmə işləri aparılıb, döngə nöqtələri müəyyənləşdirilmiş və rəyin tərtib olunaraq istintaqa təqdim ediləcəyi bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Cinayət işinin 41-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının 11 avqust 2023-cü il tarixli “zərər çəkmiş hüquqi şəxs qismində tanıma haqqında” qərarından görünür ki, Salyan rayonu Salyan Bələdiyyəsi cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs qismində tanınmışdır. Cinayət işinin 80-81-ci vərəqlərində olan Salyan "xxxx" MMC-nin 04 sentyabr 2023cü il tarixli, 1169 saylı ailə tərkibi haqqında arayış və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 46 ünvanında oğlu və onun ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 82-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 83-84-cü vərəqlərində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Salyan şəhər, A.Ağabəyli küçəsində yerləşən, Təqsirləndirilən şəxs həyətyanı məqsədilə ümumi istifadəsində 403.6 kv.metr torpaq sahəsi mövcuddur. Elektron kadastr uçotu məlumatlarına əsasən 403.6 kv.metr torpaq sahəsinin 286 kv.metr hissəsi Təqsirləndirilən şəxs xüsusi Reyestr nömrəsi **********19 olan çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi, 117.6 kv.metr hissəsi isə mülkiyyətdən əlavə istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cinayət işinin 100-101-ci vərəqlərində olan 08 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 111-112-ci vərəqlərində olan 08 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Salyan rayon Salyan Bələdiyyəsinin sədri tərəfindən məhkəməyə ünvanlanmış 17 oktyabr 2023-cü il tarixli № 569 saylı məktubdan görünür ki, “Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Ağabəyli küçəsində yerləşən bələdiyyə mülkiyyətinə aid 115.0 kv.metr torpaq sahəsini zəbt edərək, bələdiyyəyə 473,8 (dörd yüz yetmiş üç manat səksən qəpik) manat ziyan vurmuşdur. Bununla əlaqədar qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edirik”. İş materiallarına əlavə edilmiş Salyan rayon Salyan Bələdiyyəsinin sədri tərəfindən məhkəməyə ünvanlanmış 21 noyabr 2023-cü il tarixli, № 624 saylı məktubdan görünür ki, “Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Ağabəyli küçəsində qeyri-qanuni zəbt olunmuş torpaq sahəsinə görə Salyan bələdiyyəsinə 473.8 manat ziyan vurmuş və həmin vəsait şəxs tərəfindən Salyan bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Heç bir şikayətimiz yoxdur”. Beləliklə, Təqsirləndirilən şəxs həqiqətən də, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadığına baxmayaraq, 2023-cü ilin fevral ayında Salyan şəhəri, A.Ağayev küçəsində yerləşən bələdiyyə mülkiyyətinə aid olan 115.0 kv.metr torpaq sahəsini zəbt edərək zərər çəkmiş hüquqi şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozması məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət uzanan cinayət olmaqla 2023-cü ilin fevral ayında başlamış, Salyan şəhəri, A.Ağabəyli küçəsində yaşayan sakinlərdən birinin şikayətindən sonra aşkar olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Zərər çəkmiş hüquqi şəxs Salyan rayon Salyan Bələdiyyəsi məhkəmə baxışı zamanı, yəni 21 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs zəbt olunmuş torpaq sahəsinə görə Salyan Bələdiyyəsinə 473.8 manat ziyan vurduğunu və həmin vəsaitin təqsirləndirilən şəxs tərəfindən Salyan Bələdiyyəsinin hesabına köçürüldüyünü, torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı işlər davam etdirildiyini və heç bir şikayətlərinin olmadığını göstərmişdilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərər çəkmiş hüquqi şəxsin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın-yəni səkkiz min manatdan on min manatadək miqdarda cərimə cəzasının təyin olunmasını isə təqsirləndirilən şəxsin yaşlı, təqaüdçü, maddi vəziyyətinin ağır olduğu üçün düzgün hesab etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2 və 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 46-da olan evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək barədə vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 95 (doxsan beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin -VÖEN **********, Hüxbir hesab:AZ20AAİİB ********************, Kodu-200413, Müxbir hesab: AZ37NABZ ********************, SWİFT BİK-A İİ BAZ 2 X) hesabına keçirilməlidir. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 5 (beş) məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 318, 344- 347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 46-da olan evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 95 (doxsan beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin -VÖEN **********, Hüxbir hesab:AZ20AAİİB ********************, Kodu-200413, Müxbir hesab: AZ37NABZ ********************, SWİFT BİK-A İİ BAZ 2 X) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD: **********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar