Məhkəmə qərarları › İş №1(057)-157/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-157/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-157/2023 14.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X16 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Sultan oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə məhkməyə verilmişdir ondan ötrü ki, o, təkrarən oğurluq yəni özgənin əmlakını gizli olaraq talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 may 2023-cü il tarixdə səhər saatlarında Baş Mil-Muğan kollektorunun yaxınlığında yerləşən, Salyan rayonu, Sarvan kəndinin çöl ərazisində otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus hər biri 170 manat dəyərində 07 baş dişi cinsli, 03 aylıq, təmiz çəkisi 12-13 kq olan xırdabuynuzlu heyvan quzularını oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1190 (min yüz doxsan) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsi, 18 nömrəli fərdi yaşayış evinin yaxınlığında olan otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 11 ədəd hər biri 23 manat dəyərində olmaqla, 253 manat dəyərində dişi cinsli, diri halda çəkiləri 03 kiloqram, ev quşu olan qazları və 16 ədəd hər biri 14 manat 81 qəpik dəyərində olmaqla, 236 manat 96 qəpik dəyərində erkək cinsli, diri halda çəkiləri 2 kiloqram, ev quşu olan qazları oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 489 (dörd yüz səksən doqquz) manat 96 (doxsan altı) qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 may 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Salyan rayonu, Çuxanlı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən şirin su kanalının ərazisindən Zərərçəkmiş şəxs1 məxsus 11 ədəd hər biri 22 manat dəyərində olmaqla, 242 manat dəyərində dişi cinsli, diri halda çəkiləri 3,5 kiloqram, ev quşu olan qazları və 5 ədəd hər biri 35 manat 60 qəpik dəyərində olmaqla 178 manat dəyərində erkək cinsli, diri halda çəkiləri 4 kiloqram, ev quşu olan qazları oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 420 (dörd yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il iyunun 17-də saat 21:50 dəqiqədə Salyan rayonu, Sarvan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 22:20 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. O, narkotik vasitənin pulunu əldə etməkdən ötrü oğurluq etməyi planlaşdırmışdır. Bu səbəbdən o, 21 may 2023-cü il tarixdə səhər saatlarında yaşadığı kəndin çöl ərazisində çoxlu sayda qoyunların otladığını görmüşdür. O, ətrafa baxıb heç kimin olmadığını görüb həmin qoyunlardan oğurlamaq qərarına gəlmişdir. Qoyunların içərisindən 07 baş quzunu seçib qarşısına salaraq yola tərəf aparmışdır. Bir neçə dəqiqə yol kənarında gözlədikdən sonra yoldan keçən, əvvəllər tanımadığı “VAZ 2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əl edib saxlatdırmışdır. Sürücüyə özünə məxsus olan 07 baş quzunu Şirvan şəhərində yerləşən “Elit” bazarına aparıb orada satmaq istədiyini bildirmiş və o da onunla razılaşmışdır. Sürücü oraya 60 manata gedibgələcəyini bildirmiş və o da razılaşmışdır. 07 baş quzunu avtomobilin yük yerinə yerləşdirdikdən sonra Şirvan şəhərinə getmişlər. Şirvan şəhərində “Elit” bazarı adlanan yerə gedib orada quzuları avtomobilin yük yerindən boşaldıb bazara daxil etmişdir. O, tez satılması üçün 07 baş quzunu təxminən 600-700 manata bir yerdən satmışdır. Sürücünün pulunu verərək yenidən həmin avtomobil ilə Salyan rayonuna geri qayıtmışdır. Salyan şəhər dairəsində avtomobildən düşdükdən sonra yaşadığı evə getmişdir. 2023-cü ilin may ayının 22-də günorta saat 13 radələrində avtobusla Salyan şəhərinə gəlmişdir. Babacanlı qəsəbəsi ərazisində gəzərkən küçədə yolun kənarında ev quşu olan qazların olduğunu görmüşdür. Ətrafda heç kim olmamışdır. Qazaları qovaraq dalana aparmışdır. Sonra avtomobil tapmaq üçün qonşu küçəyə tərəf getmişdir. Bu zaman oradan keçən “VAZ 2106” markalı, nömrəsini bilmədiyi avtomobilin keçdiyini görüb ona əl ilə işarə edərək avtomobili saxlamasını bildirmişdir. Həmin şəxsə həyətində özünə məxsus ev quşu olan qazlar olduğunu deyərək satmaq üçün Şirvan şəhərinə aparmaq istədiyini demişdir. Sürücü onu 30 manata aparacağını bildirmiş o, da razılaşmışdır. Həmin avtomobil ilə qazları yığdığı dalana gəlmişlər. O, avtomobildən düşərək oğurladığı qazları sayıb 27 ədəd olduğunu görmüşdür. Bundan sonra qazları avtomobilin yük yerinə yerləşdirmiş və onlar Şirvan şəhərinə yola düşmüşlər. Şirvan şəhərində “Elit” bazarına çatdıqdan sonra oğurladığı qazları orada bir yerdən təxminən 200-250 manata satmış və həmin puldan 30 manat avtomobilin sürücüsünə vermişdir. O, yenidən həmin avtomobil ilə Salyan şəhərinə qayıtmışdır. Oğurladığı qazlardan əldə etdiyi pulu isə narkotik vasitə heroin əldə edib qəbul etməyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu tez xərclədiyi üçün və hər gün narkotik vasitə heroin əldə edib qəbul etdiyindən pul lazım olduğu üçün o, yenidən oğurluq etməyi planlaşdırmışdır. Bu səbəbdən 2023-cü il mayın 24-də səhər saatlarında yaşadığı evdən çıxaraq kəndlərindən keçən avtobusa əyləşib Salyan şəhərinə gəlmişdir. Avtobus Salyan rayonu, Çuxanlı kəndinin girişinə kimi getdiyi üçün avtobusdan düşməyib həmin kəndə gedərək oğurluq etməyi qərara almışdır. Daha sonra Salyan rayonu, Çuxanlı kəndinin girişində avtobusdan düşüb kənd yolu ilə piyada kəndə doğru hərəkət etmişdir. Bir müddət getdikdən sonra kəndin içərisində yol kənarında, şirin su kanalının yanında təxminən 15-16 ədəd ev quşu olan qazların olduğunu görmüşdür. Ətrafa baxmış və ətrafda heç kimin olmadığını görmüşdür. Saat 10 radələrində ev quşu olan qazlara yaxınlaşıb qovaraq kəndin o biri tərəfinə, Kür çayına tərəf aparmağa başlamışdır. Həmin vaxt Kür çayının kənarında tanımadığı bir nəfər şəxs su motorunu təmir etmişdir. O, şübhələnməsin deyə həmin şəxsin yanına gedərək ev quşu olan qazların ona məxsus olduğunu deyərək Kür çayının bu tərəfinə keçdiyini və özünə məxsus həmin qazları geri qaytardığını bildirmişdir. Həmin şəxsdən 01 ədəd siqaret istəmiş, o da ona 01 ədəd siqaret vermişdir. Daha sonra ev quşu olan qazları qovaraq Salyan rayonu, Çuxanlı kəndinin girişi istiqamətinə aparmışdır. Həmin vaxt oradan keçən, tanımadığı şəxsə məxsus, nömrəsini xatırlamadığı Tofaş markalı avtomobilə əl edib saxlatdırmışdır. O, həmin şəxsə özünə məxsus olan ev quşu olan qazları Şirvan şəhərində yerləşən “Elit” bazarına aparıb satmaq istədiyini bildirmiş və o da onunla razılaşmışdır. Oğurladığı ev quşu olan qazları avtomobilin yük yerinə yığan zaman sayının 16 ədəd olduğunu bilmişdir. Yolda sürücüyə nə qədər pul verəcəyini demiş, həmin sürücü isə 25 manat pul verəcəyini bildirmiş və o da həmin şəxs ilə razılaşmışdır. Həmin avtomobil ilə Şirvan şəhəri “Elit” bazarına getmiş və oğurladığı 16 ədəd qazlarını orada əvvəllər tanımadığı bir qadın alverçiyə təxminən 200 manata bir yerdən satmışdır. Gəldiyi avtomobilin sürücüsünə 25 manat pul verib onunla yenidən Salyan şəhər dairəsinə qayıtmış və oradan da yaşadığı kəndə getmişdir. 2023-cü il iyunun 16-da günorta saatlarında Salyan şəhər dairəsində yerləşən qəbiristanlığın yanından keçən zaman yerdə 01 ədəd şəffaf rəngli büküm olduğunu görmüş və həmin bükümü götürərək içərisinə baxmışdır. Bu zaman bükümün içindəki kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu başa düşmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Sonrakı müddətdə bir dəfə həmin narkotik vasitədən az miqdarda istifadə etmişdir. 2023-cü il iyunun 17-də saat 22 radələrində yaşadığı Sarvan kəndində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin anda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Üzərində şəxsi axtarış keçirilən zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O da həmin anda əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 2023-cü il iyunun 16-da Salyan şəhər dairəsində yerləşən qəbiristanlığın yanından keçən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, maddi imkansızlığı səbəbindən zərər çəkən şəxslərə dəyən ziyanı ödəyə bilməmişdir, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərər çəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığından şirin su kanalı keçir. O, hər gün səhər ev quşu olan qazları suya buraxmış, orada otlamış, günorta saatlarında isə gətirib həyətdəki tikilinin içərisinə salmışdır. 2023-cü il mayın 24-də səhər saatlarında ev quşu olan qazları yaxınlıqda olan şirin su kanalına aparmışdır. Sonra yaşadığı evə getmişdir. Həmin tarixdə saat 17 radələrində ev quşu olan qazları gətirmək üçün şirin su kanalının yanına getmişdir. Bu zaman ona məxsus olan ev quşu olan qazların şirin su kanalında olmadığını aşkar etmişdir. O, dərhal ətrafa baxmış, lakin ev quşu olan qazları tapa bilməmişdir. Sonra orada olan həmkəndlisi Müxalif adlı şəxsi görmüşdür. Müxalif ondan nə axtardığını soruşmuş, o da ev quşu olan qazları axtardığını demişdir. Müxalif isə bildirmişdir ki, bir nəfər şəxsin onun yanına gəlmiş, ondan ev quşu olan qazlarını suyun o birini tərəfinə keçirməyə kömək etməsini xahiş etmiş, o da həmin şəxsə iş gördüyünü demiş, həmin şəxs özünün ev quşu olan qazlarını suyun o biri tərəfinə keçirməsini ona demişdir həmçinin, Müxalif həmin şəxsin ondan siqaret aldığını və adının Vahid olduğunu bildirmişdir. Həmin vaxt xəstəsi olduğu üçün şikayət edə bilməmişdir. 2023-cü il iyunun 18də o da Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, Vahid adlı şəxs tərəfindən ona məxsus olan 16 ədəd ev quşu olan qaz oğurlanması nəticəsində ümumilikdə ona 420 manat dəyərində maddi ziyan dəymişdir. Bildirmişdir ki, oğurlanmış həmin ev quşu olan qazlardan 11 ədədi dişi cinsli, diri halda çəkiləri 3,5 kiloqram, 05 ədədi erkək cinsli, diri halda çəkiləri 04 kiloqram olmuşdur. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadığı evin həyətində yerləşən tikilidə 27 ədəd ev quşu olan qaz saxlamışdır. Hər gün səhər ev quşu olan qazları yaşadığı evin yaxınlığında olan otlaq sahəsinə buraxmış, orada otlamış, günorta saatlarında isə gətirib həyətdəki tikilinin içərisinə salmışdır. 2023-cü il mayın 22-də səhər saatlarında ev quşu olan qazları yaşadığı evin yaxınlığında olan otlaq sahəsinə aparmışdır. Sonra yaşadığı evə getmişdir. Həmin tarixdə saat 17 radələrində ev quşu olan qazları gətirmək üçün yaşadığı evin yaxınlığında olan otlaq sahəsinə getmişdir. Bu zaman ona məxsus olan ev quşu olan qazların yaşadığı evin yaxınlığında olan otlaq sahəsində olmadığını aşkar etmişdir. Dərhal ətrafa baxmış, lakin ev quşu olan qazları tapa bilməmişdir. Həmin tarixdə saat 22 radələrində maraqlanmış və ona məxsus olan 27 ədəd ev quşu olan qazın Vahid adlı şəxs tərəfindən oğurlanmasını öyrənmişdir. 2023-cü il mayın 23-də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, Vahid adlı şəxs tərəfindən ona məxsus olan 27 ədəd ev quşu olan qaz oğurlanmış, ümumilikdə ona 490 manat dəyərində maddi ziyan dəymişdir. Bildirmişdir ki, oğurlanmış həmin ev quşu olan qazlardan 11 ədədi dişi cinsli, diri halda çəkiləri 03 kiloqram, 16 ədədi erkək cinsli, diri halda çəkiləri 2 kiloqram olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu cinayət işinin 205-206cı vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Salyan rayonu, Sarvan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 21 may 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə və Salyan Rayon Polis Şöbəsinə, eləcə də 03 iyul 2023-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxsi təsərrüfatında 109 baş xırdabuynuzlu heyvan olan qoyunu olmuşdur. Hər gün həmin heyvanları otarmaq üçün səhər saat 06 radələrində evin həyətində olan tövlədən çıxarıb yaşadığı evin yaxınlığından keçən, Baş Mil-Muğan kollektorunun yaxınlığında yerləşən otlaq sahəsinə aparmışdır. Axşam isə saat 19 radələrində yenidən həyətə qaytarmışdır. 21 may 2023-cü il tarixdə səhər saat 06 radələrində yenə də həmişə olduğu kimi heyvanlarını həyətində olan tövlədən çölə çıxarmış və otara-otara yaxınlıqda olan otlaq sahəsinə aparmışdır. Heyvanları otlaq sahəsinə saldıqdan sonra özü isə bir az kənarda aralıda söyüdün altında dincəlmişdir. Heyvanlar isə otladıqca daha da uzaqlaşıb irəliyə getmişdir. Həmin vaxt onu yuxu tutub yatmışdır. Bir qədər sonra saat 09 radələrində heyvanların yanına gedib göz gəzdirərkən 07 baş xırdabuynuzlu heyvan olan qoyunlarının olmadığını görmüşdür. Dərhal bu barədə DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək məlumat vermişdir. Heyvanlarının ilkin olaraq otlaq sahədən itdiyini, daha sonra həmin heyvanların yaşadığı evin həyətində olan tövlədən oğurlandığını düşündüyü üçün Salyan Rayon Polis Şöbəsinə bu barədə ərizələrlə müraciət etmişdir. Əslində isə özünə məxsus olan 07 baş xırdabuynuzlu heyvan olan qoyunları 21 may 2023-cü il tarixdə səhər saatlarında Salyan rayonu, Sarvan kəndi ərazisində Baş Mil-Muğan kollektorunun yaxınlığında yerləşən otlaq sahəsindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bildirmişdir ki, 21 may 2023-cü il tarixində otlaq sahəsindən ona məxsus olan hər biri 170 manat dəyərində 07 baş dişi cinsli, 03 aylıq, təmiz çəkisi 12-13 kq olan quzuları oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə, ona 1190 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və bu məqsədlə o, Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 21:30 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Sarvan kəndi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa təqdim etsin və o, bildirmişdir ki, üzərində "kakos" deyilən narkotik vasitə heroin vardır və bundan sonra əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan kütlə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni 2023-cü il iyunun 16-da Salyan şəhər dairəsinin yaxınlığında yerləşən qəbiristanlığın yanından keçərkən yerdən tapmış və qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməkdən ötrü kağız paketdə qablaşdırılmış, ağzı möhürlənmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarışın nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş və o, protokolu imzalamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 də Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə səhər saatlarında yaşadığı kənd ərazisində “Kür” çayının sahilində olan su matoru xarab olduğu üçün onu təmir etmişdir. Həmin gün saat 10 radələrində orada su matorunu təmir edərkən “Kür” çayının bəndinin üstündən təxminən 20 yaşlarında, normal bədən quruluşlu cavan bir oğlanın təxminən 15-16 ədəd ev quşu olan qazları qarşısına salıb apardığını görmüşdür. Həmin oğlan onu gördükdə çəkmək üçün ondan bir ədəd siqaret istəmişdir. O da çıxarıb ona siqaret vermişdir. Həmin vaxt ondan qarşısına salıb apardığı qazları haradan gətirdiyini soruşduqda, həmin şəxs ona qazların özünə məxsus olduğunu, lakin “Kür” çayının bu tərəfinə keçdiyini, özünə məxsus həmin qazları yenidən geri qaytardığını və qardaşının gəlib ona kömək edəcəyini bildirmişdir. O da inandığı üçün bir söz deməmişdir. Həmin şəxs də təxminən 15-16 ədəd qazları qarşısına salıb bəndin üstü ilə aparmışdır. Daha sonra çıxıb yaşadığı evə gəlmişdir. Təxminən 03 gün sonra kənd sakinlərindən həmkəndlisi Zərərçəkmiş şəxs1 16 ədəd qazlarının naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını eşitmişdir. Həmin vaxt Elnura zəng vurub gördüyü oğlanın əlamətlərini deyərək həmin şəxsin 15-16 ədəd qaz apardığını demişdir. Elnur da ona həmin qazların ona məxsus olduğunu və dediyi adamın şəklini gördükdə tanıya biləcəyini soruşmuşdur. O da həmin şəxsi yaxından gördüyü üçün üzdən dəqiq tanıya biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra ona Salyan rayonu, Sarvan kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin şəklini göstərmişlər və o da şəkildən dəqiq tanıyıb bir neçə gün əvvəl “Kür” çayının bəndinin yanında qazları aparan şəxsin həmin şəxs olduğunu bildirmişdir. Bildirmişdir ki, 24 may 2023-cü il tarixində Təqsirləndirilən şəxs 16 ədəd ev quşu olan qazları apardığını görərkən onun yanında başqa şəxsin olduğunu, eləcə də Təqsirləndirilən şəxs həmin qazları hansı nəqliyyat vasitəsilə apardığını görməmiş, Təqsirləndirilən şəxs 16 ədəd qazları özü tək və piyada aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15 il olar ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Özünə məxsus olan ağ rəngli, VAZ 2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq rayon ərazisində sərnişin daşınması ilə məşğul olmuşdur. 2023-cü ilin may ayının sonlarında dəqiq xatırlamadığı gündə saat 16 radələrində idarə etdiyi VAZ 2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, Ə.Hüseynov küçəsində Salyan şəhəri istiqamətində hərəkətdə olaraq yaşadığı evə nahar etməyə getmişdir. Həmin vaxt yolda dayanmış, əvvəllər tanımadığı, hazırda üzdən tanıyaraq adını bildiyi Salyan rayon sakini Təqsirləndirilən şəxs avtomobilinə əl edərək saxlatdırmışdır. Həmin şəxs ona yaxınlıqda yəni qonşu küçədə özünə məxsus olan bir neçə ədəd qazlarının olduğunu və onları Şirvan şəhərində yerləşən “Elit” bazarında satmaq istədiyi üçün onu oraya aparmağını bildirmişdir. Həmin şəxsə evinə çörək yeməyə getdiyini və gedə bilməyəcəyini bildirdikdə, Vahid ona çox xahiş edib müştərisi olduğu üçün həmin qazları Şirvan şəhərinə çatdırmalı olduğunu bildirmişdir. Bundan sonra məcbur qalıb Vahidi aparmağına razılıq vermişdir. Vahid ondan neçəyə aparıb-gətirəcəyini soruşduqda, ona bunun müqabilində 30 manat pul alacağını bildirmiş və o da onunla razılaşmışdır. Bundan sonra Vahid idarə etdiyi avtomobilə minmiş və birlikdə onun dediyi qonşu küçədə olan yerə getmişlər. Yolda Vahiddən qazların kimə məxsus olduğunu və oğurluq ola biləcəyini soruşmuşdur. Vahid ona qazların özünə məxsus olduğunu və onları Salyan rayon bazarından aldığını bildirmişdir. Həmin yerə çatdıqda, Vahid ona avtomobili küçədə olan dalana sürməyini bildirmişdir. O da onun sözü ilə avtomobili həmin dalana sürmüşdür. Həmin vaxt dalanda dəqiq sayını bilmədiyi çoxlu sayda qazların olduğunu görmüşdür. Vahid avtomobildən düşüb həmin qazları avtomobilin yük yerinə mindirmişdir. Bundan sonra Şirvan şəhərinə yola düşmüşlər. Şirvan şəhərinə çatdıqda, “Elit” bazarını tanımasa da, Vahid ona hansı küçələrdən getməyini bildirmişdir. Bazara çatdıqdan sonra Vahid qazları avtomobildən düşürmüşdür. Təxminən yarım saat ərzində həmin qazların hamısını bir adama satmış və avtomobilə qayıtmışdır. Yolda geri qayıdarkən Vahid çıxarıb onun 30 manat yol haqqını vermişdir. Salyan şəhər dairəsində avtomobildən düşdükdən sonra Vahid çıxıb getmişdir. Qeyd etmişdir ki, həmin vaxtdan bu günədək olan müddətdə Vahid adlı şəxsi görməmişdir. Bildirmişdir ki, 22 may 2023-cü il tarixində idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs Salyan şəhərindən Şirvan şəhərində yerləşən bazara ev quşu olan qazları satmağa apararkən Təqsirləndirilən şəxs tərəfindən həmin qazların oğurluq yolu ilə əldə edildiyi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona qazları Salyan rayon bazarından aldığını və özünə məxsus olduğu üçün Şirvan şəhərində yerləşən bazara satmağa apardığını bildirmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğu üçün və həmin şəxsə inandığından onu öz avtomobili ilə aparmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid6 məhkəmə iclasına gəlməmişdir. Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu cinayət işinin 215-216-cı vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Şirvan şəhəri, 28 May küçəsi, ev 7, mənzil 1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Uzun illərdir ki, Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzində toyuq, qaz və digər ev quşlarının alqı-satqısı ilə məşğul olmuşdur. 2023-cü ilin may ayının sonlarında, dəqiq xatırlamadığı gündə günorta saatlarında “Elit” bazarında ev quşlarının alverini edərkən əvvəllər tanımadığı, hazırda üzdən tanıyaraq adını bildiyi Salyan rayon sakini Təqsirləndirilən şəxs bazara gəlib ona yaxınlaşaraq özünə məxsus olan, yaşadığı evin həyətindən gətirdiyi 16 ədəd qazları satmaq istədiyini bildirmişdir. Ondan qazların birini neçəyə satdığını soruşduqda, Vahid adlı şəxs qazın birini 20 manata satdığını bildirmişdir. Ona baha satdığı üçün bir az aşağı düşməsini bildirdikdə, Vahid ona 09 ədəd böyük qazları 16 manata, qalan 07 ədəd balaca qazları isə 10 manata satmağa razılaşmışdır. Qazların pulunu ona ödədikdən sonra Vahid gəldiyi taksi avtomobili ilə çıxıb getmişdir. Qeyd etmişdir ki, həmin vaxtdan bu günədək olan müddətdə Vahid adlı şəxsi görməmişdir. Bildirmişdir ki, 24 may 2023-cü il tarixində işlədiyi bazarda olarkən Təqsirləndirilən şəxs ona satdığı 16 ədəd ev quşu olan qazların Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edildiyi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona qazların özünə məxsus olduğunu və yaşadığı evin həyətindən gətirdiyini bildirmişdir. O da ev quşlarının alğı-satqısı ilə məşğul olduğu üçün və həmin şəxsə inandığından ondan həmin qazları almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 25 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 16-17-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X2 02 iyun 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan şəhəri, A.Həsənov küçəsi, ev 18-də yaşayan Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə oğurluq edən naməlum şəxs və ya şəxslərin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin 5-6-cı vərəqlərində olan “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Salyan Rayon Polis X6 rəisi Rəsul İbayevin 2023-cü il 24 iyun tarixli vəsatətinin təmin edilməsi, Salyan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Mircəlal Ağalarovun cinayət işi başlanmasının rədd edilməsi barədə 2023-cü il 02 iyun tarixli qərarın ləğv edilməsi, material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan Rayon Polis X8 göndərilməsi qərara alınmışdır. Cinayət işinin 37-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 61-62-ci vərəqlərində olan Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli məktublardan görünür ki, 2023-cü ilin may ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 11 ədəd dişi cinsli, diri halda çəkiləri 03 kiloqram olan ev quşu olan qazın 01 ədədinin qiyməti 23 manat, 3,5 kiloqram olan ev quşu olan qazın 01 ədədinin qiyməti 22 manat, 05 ədəd erkək cinsli, diri halda çəkiləri 4 kiloqram olan ev quşu olan qazın 01 ədədinin qiyməti isə 35 manat 60 qəpik, 16 ədəd erkək cinsli, diri halda çəkiləri 02 kiloqram olan ev quşu olan qazın 01 ədədinin qiyməti isə 14 manat 81 qəpik dəyərindədir. Cinayət işinin 72-73-cü vərəqlərində olan 10 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 81-82-ci vərəqlərində olan 10 iyul 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədovun qərarından görünür ki, icraatında istintaq edilən ********* nömrəli cinayət işi icraatında istintaq edilən ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilərək cinayət işinin ibtidai istintaqı ********* statistik nömrəsi ilə aparılması və həmin cinayət işi icraatına qəbul edilərək istintaqının davam etdirilməsini qərara almışdır. Cinayət işinin 84-cü vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 18 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 97-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 17 iyun 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərarından görünür ki, ünvan 3 ünvanda yaşayan, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 105-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 17 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun azadlıq hüququ xx.xx.2023-cü il tarixdə saat 21:50 dəqiqədə məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə saat 22:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 112-114-cü vərəqlərində olan 17 iyun 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X12 Azərbaycan Respublikası CPM-nin 85.4.2, 207.4, 242 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq protokolu tərtib edir ondan ötrü ki, şübhəli şəxs-xx.xx.2002-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olan həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, Müdafiəçi, Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 Füzuli oğlu, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Salyan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə ondan ötrü ki, 2023-cü il iyunun 17-də tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi və götürmə istintaq hərəkətini keçirmişdir. Təqsirləndirilən şəxs 2023-cü il iyunun 17-də saat 21:50 dəqiqədə Salyan rayonu, Sarvan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 22:20 dəqiqədə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli bükümə baxıldıqda içində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 2023-cü il iyunun 16-da Salyan şəhəri dairə adlanan yerdə yerləşən qəbiristanlığın yanından keçən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd şəffaf rəngli büküm elektron tərəzi vasitəsilə çəkildi, çəkisinin 1,4 qram olması müəyyən olundu. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd şəffaf rəngli büküm tərəfindən zərfə qoyularaq qablaşdırıldı, “Zərflər üçün № 113” möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürüldü. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparıldı, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunacaqdır. Şəxsi axtarış və götürmə saat 22:50 dəqiqədə başlanmış, saat 22:57 dəqiqədə başa çatmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 123-126-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X13 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/649 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi -1,173 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 135-136-cı vərəqlərində olan 19 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 152-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 19 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunması qərara alınmışdır. Cinayət işinin 160-161-ci vərəqlərində olan Salyan rayon İcra Hakimiyyəti başçısının Sarvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi T.R.İsmayılov tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Sarvan kəndində ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə bir neçə şikayət xarakterli məlumat daxil olmuşdır. Cinayət işinin 162-ci vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 163-cü vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 № ********* saylı cinayət işi üzrə 06 iyul 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi icraatına götürülərək istintaqı davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 168-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X18 Yoxlamanın xx.xx.2023-cü il tarixli, 654 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 170-171-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 13 iyul 2023-cü il tarixli “materialın cinayət işinə əlavə edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Salyan RPŞ-nin TB-də araşdırılmış HK-1/1009 saylı material icraatında istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilməsi və icraatına qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 174-175-ci vərəqlərində olan “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Salyan rayon polis X6 rəisi Rəsul İbayevin 06 iyul 2023-cü il tarixli vəsatətinin təmin edilməsi, Salyan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Fuad Mirzəzadənin cinayət işi başlanmasının rədd edilməsi barədə 31 may 2023-cü il tarixli qərarın ləğv edilməsi, material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan rayon polis X8 qaytarılması qərara alınmışdır. Cinayət işinin 186-187-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X9 31 may 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan rayonu Sarvan kəndində yaşayan Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin 199-200-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 3(057)- 552/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək ona iki ay iyirmi beş gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsi qərara almışdır. Cinayət işinin 201-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 217-ci vərəqində olan Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Ramil Əmrahov tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin may ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında xırdabuynuzlu heyvan 7 baş dişi cinsli, diri halda çəkiləri 12-13 kiloqram olan quzunun 01 başının qiyməti 170 manatdır. Cinayət işinin 227-228-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 28 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kütləni 2023-cü il iyunun 16-da Salyan şəhəri dairə adlanan yerdə yerləşən qəbiristanlığın yanından keçən zaman yerdən tapdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X10 CM-nin 177.2.1, 177.2.5 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs oğlunun CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi, Səbail RPİ-nin MSY saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X10 Səbail Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixə, saat 11:15-ə təyin edilmiş məhkəmə iclasına gətirilməsi Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına tapşırılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə yox, başqa iş üzrə tutulmuşdur. Odur ki, onun cəzasının əvvəli hökm çıxarılan gündən hesablanmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi -1,123 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 may 2023-cü il tarixdə səhər saatlarında Baş Mil-Muğan kollektorunun yaxınlığında yerləşən, Salyan rayonu, Sarvan kəndinin çöl ərazisində otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus hər biri 170 manat dəyərində 7 baş dişi cinsli, 3 aylıq, təmiz çəkisi 12-13 kq olan xırdabuynuzlu heyvan quzularını oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1190 (min yüz doxsan) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsi, 18 nömrəli fərdi yaşayış evinin yaxınlığında olan otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 11 ədəd hər biri 23 manat dəyərində olmaqla 253 manat dəyərində dişi cinsli, diri halda çəkiləri 3 kiloqram, ev quşu olan qazları və 16 ədəd hər biri 14 manat 81 qəpik dəyərində olmaqla 236 manat 96 qəpik dəyərində erkək cinsli, diri halda çəkiləri 2 kiloqram, ev quşu olan qazları oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 489 (dörd yüz səksən doqquz) manat 96 (doxsan altı) qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 may 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Salyan rayonu Çuxanlı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən şirin su kanalının ərazisindən Zərərçəkmiş şəxs1 məxsus 11 ədəd hər biri 22 manat dəyərində olmaqla 242 manat dəyərində dişi cinsli, diri halda çəkiləri 3,5 kiloqram, ev quşu olan qazları və 5 ədəd hər biri 35 manat 60 qəpik dəyərində olmaqla 178 manat dəyərində erkək cinsli, diri halda çəkiləri 4 kiloqram, ev quşu olan qazları oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 420 (dörd yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il iyunun 17-də saat 21:50 dəqiqədə Salyan rayonu Sarvan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 22:20 dəqiqədə ünvan 6 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlillər irəli sürməmişdir və törətdiyi əməlləri tam şəkildə etiraf etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini (59.1.12) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, yaşayış yeri üzrə bir neçə şikayət xarakterli məlumat daxil olması, zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəməyə heç bir cəhd etməməsini isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs daha yüngül cəzanın təyin olunmamasını ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəməmiş, vurduğu zərəri aradan qaldırmağa və zərər çəkmiş şəxslərlə barışmağa heç bir cəhd göstərməmiş və zərər çəkmiş şəxslər ondan şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, barəsində başqa iş üzrə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş 01 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 1,123 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar