Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-157/2024 19.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Salyan rayonu Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, təkrarən oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il avqustun 28-də saat 03 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan saxlanc yeri hesab edilən yaşadığı evin həyətində yerləşən marketin qapısının kilidini təpiklə sındırmaqla qanunsuz daxil olub marketin içərisindəki kassadan 800 manat nağd pulu, bir ədədi 1 manat dəyərində olan 30 ədəd 1 manatlıq sim kontur, bir ədədi 2 manat dəyərində olan 30 ədəd 2 manatlıq sim kontur, bir ədədi 3 manat dəyərində olan 20 ədəd 3 manatlıq sim kontur, bir ədədi 1 manat dəyərində olan 30 ədəd 1 manatlıq cin kontur, bir ədədi 2 manat dəyərində olan 30 ədəd 2 manatlıq cin konturu, vitrindən isə bir ədədi 3 manat 50 qəpik dəyərində olan 30 ədəd qalın “LD” markalı, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 20 ədəd “Kent 8” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 20 ədəd ağ rəngli nazik “Sobranie” markalı, bir ədədi 4 manat dəyərində olan 20 ədəd qara rəngli nazik “Winston” markalı, bir ədədi 2 manat 50 qəpik dəyərində olan 50 ədəd qalın “Magna” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 20 ədəd “Pall mall” markalı, bir ədədi 2 manat 40 qəpik dəyərində olan 20 ədəd qalın “Bakı” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 30 ədəd qalın “Keno” markalı, bir ədədi 3 manat dəyərində olan 30 ədəd qalın “Classik” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 1 ədəd qalın “Rothmans” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1805 manat 10 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il sentyabrın 11-də saat 05 radələrində Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs3in qapısının kilidini təpiklə sındırmaqla qanunsuz daxil olub marketin içərisindəki vitrindən bir ədədi 4 manat 20 qəpik dəyərində olan 2 ədəd “Kent nano 4” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 6 ədəd “Pall mall nano silver” markalı, bir ədədi 4 manat dəyərində olan 10 ədəd “Winston xstyle compact silver” markalı, bir ədədi 2 manat 80 qəpik dəyərində olan 1 ədəd “İmperial classic” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 1 ədəd “Prima deluxe blue” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 14 ədəd “Winchester kss silver” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 5 ədəd “Magna compact blue” markalı, bir ədədi 3 manat 40 qəpik dəyərində olan 6 ədəd nazik “LD club ksss platinum” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 15 ədəd nazik “Sobranie ksss blue” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 4 ədəd “Arga nano” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 2 ədəd “Sobranie ksss black” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 8 ədəd “Sobranie ks blue” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 8 ədəd “Sobranie ks white” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 1 ədəd “Winchester compact blue” markalı, bir ədədi 4 manat dəyərində olan 5 ədəd “Winston xs silver” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 2 ədəd “Argo ks blue” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 8 ədəd “Argo ks red” markalı, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 4 ədəd “Kent 8” markalı, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 10 ədəd “Kent feel” markalı, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 9 ədəd “Kent nano 1” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 8 ədəd “Pall mall qarağat” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 3 ədəd “Rothmans click” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 8 ədəd “Rothmans blue yeni” markalı, bir ədədi 4 manat dəyərində olan 9 ədəd “Winston xstyle dual” markalı, bir ədədi 3 manat dəyərində olan 3 ədəd “LD compact white” markalı, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 5 ədəd “Winchester ksss blue” markalı, bir ədədi 4 manat dəyərində olan 5 ədəd “Winston xstyle caster” markalı, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 10 ədəd “Sobranie ksss caster” markalı, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 6 ədəd “Keno compact blue” markalı, bir ədədi 2 manat 90 qəpik dəyərində olan 6 ədəd “Want line x gold” markalı, bir ədədi 3 manat 50 qəpik dəyərində olan 7 ədəd “Cardinal caster compact” markalı, bir ədədi 3 manat dəyərində olan 6 ədəd “Cardinal titanium” markalı siqaretləri gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə ümumilikdə 715 manat 10 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, valideynləri ilə birlikdə Salyan rayonu, Arbatan kəndində yaşayır. Maddi durumları aşağı olduğu üçün çətinlik çəkmiş, siqaret almağa pul tapa bilməmişdir. Buna görə də o, oğurluq etmək qərarına gəlmişdir. O, bir dəfə Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən marketə gedib siqaret almışdır. Həmin vaxt marketin kamerası olmadığını görmüşdür. Buna görə də, həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. 2024-cü il avqustun 28-də saat 03 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən marketin qarşısına getmişdir. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra marketin kənarında olan dəmir tor örtüyün üzərindən tullanaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdə də kiminsə olub-olmamasına baxmışdır. Bu zaman həyətdə bağlı vəziyyətdə olan it hürməyə başlamış, o, isə itin hürməsinə fikir verməyərək marketin arxa qapısına tərəf getmişdir. Marketin arxa plastik qapısının kilidli olduğunu görmüşdür. O, marketin qapısının kilidinə tərəf bir-iki dəfə təpiklə vurmuş, sonra qapının kilidi sındığı üçün açılmışdır. O, dərhal marketin içərisinə daxil olub kassaya tərəf getmişdir. O, kassanın yanındakı taxtanın üzərində pul olduğunu görüb həmin pulu götürüb cibinə qoymuşdur. Sonra həmin yerdə çoxlu sayda konturlar olduğunu görüb onları da götürmüşdür. Bundan sonra orada olan sellofan torba götürərək vitrində olan müxtəlif adda siqaretləri sellofan torbanın içərisinə yığmışdır. O, sellofan torbanı doldurduqdan sonra oradan çıxaraq piyada hərəkət edərək yaşadığı Salyan rayonu, Arbatan kəndində yerləşən evinə getmişdir. Həmin marketdən oğurladığı konturları və siqaretləri yaşadığı evin həyətində yerləşən damda gizlətmişdir. Bundan başqa marketdən oğurladığı pulları saymış və 800 manat olduğunu görmüşdür. Marketdən oğurladığı həmin 800 manat pulu spirtli içki alaraq qəbul etmişdir. Təxminən 1 həftə sonra yaşadığı evin həyətində yerləşən damda gizlətdiyi siqaretləri və konturları götürərək Salyan rayonu, Aşağı Noxudlu kənd yolunda yerləşən heyvan bazarına getmişdir. Heyvan bazarında oğurladığı kontur və siqaretləri bazarda tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları öz şəxsi məsrəflərinə xərcləmişdir. Əməlindən peşman olaraq, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təkrarən oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsindən əlavə olaraq, ifadəsinin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər istintaq materialları, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3də kassir işləyir. Hər gün saat 07:00 dəqiqədə Zərərçəkmiş şəxs3in iş fəaliyyəti başlayır, saat 22:00 dəqiqədə bağlanılır. Market bağlanmamışdan əvvəl o, kassada olan pulları aparıb digər arxa otaqda olan dəmir seyfə qoyur, sonra işıqları söndürür və qapını bağlayır. Bildirmişdir ki, marketin qapısı aliminiumdur və dəmir barmaqlığı yoxdur. Marketdə siqnalizasiya sistemi quraşdırılıb, həmin siqnalizasiya sisteminə Bakı şəhərində yerləşən şirkətdə nəzarət olunur. 2024-cü il tarixdə sentyabrın 10-da o, Zərərçəkmiş şəxs3də olmuşdur. Həmişə olduğu kimi yenə də işini görmüş, saat 22 radələrində iş bitdiyi üçün o, kassada olan pulları aparıb digər arxa otaqda olan dəmir seyfə qoymuşdur. Sonrada işdən çıxaraq yaşadığı evinə getmişdir. 2024-cü il tarixdə sentyabrın 11-də səhər saatlarında işə getmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını, onunla barışdığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3də kassir işləyir. Hər gün saat 07:00 dəqiqədə Zərərçəkmiş şəxs3in iş fəaliyyəti başlayır, saat 22:00 dəqiqədə bağlanılır. Market bağlanmamışdan əvvəl o, kassada olan pulları aparıb digər arxa otaqda olan dəmir seyfə qoyur, sonra işıqları söndürür və qapını bağlayır. Bildirmişdir ki, marketin qapısı aliminiumdur və dəmir barmaqlığı yoxdur. Marketdə siqnalizasiya sistemi quraşdırılıb, həmin siqnalizasiya sisteminə Bakı şəhərində yerləşən şirkətdə nəzarət olunur. 2024-cü il tarixdə sentyabrın 10-da o, Zərərçəkmiş şəxs3də olmuşdur. Həmişə olduğu kimi yenə də işini görmüş, saat 22 radələrində iş bitdiyi üçün o, kassada olan pulları aparıb digər arxa otaqda olan dəmir seyfə qoymuşdur. Sonrada işdən çıxaraq yaşadığı evinə getmişdir. 2024-cü il tarixdə sentyabrın 11-də səhər saatlarında işə getmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncunun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə ibtidai istintaq dövründə həmin hüquqi şəxsin nümayəndəsi olmuş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, 2020-ci yanvarın 30-dan Zərərçəkmiş şəxs3 MMC-nin işçisidir, satış departamentində administrator vəzifəsində çalışır. 2024-cü ilin aprel ayından Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3də müdir işləyir. Zərərçəkmiş şəxs3lər Veysəloğlu şirkətinin tabeçiliyindədir. Hər gün saat 07:00 dəqiqədə Zərərçəkmiş şəxs3in iş fəaliyyəti başlayır, saat 22:00 dəqiqədə bağlanılır. 2024-cü il tarixdə sentyabrın 10-da o, Zərərçəkmiş şəxs3də olmuşdur. Lakin digər Zərərçəkmiş şəxs3də sayım olduğu üçün ora getmiş, marketdə isə kassir Şahid1 və satıcı Şahid2 qalmışdır. Market bağlanmamışdan əvvəl Elnur kassada olan pulları aparıb digər arxa otaqda olan dəmir seyfə qoyur, sonra işıqları söndürülür və qapı bağlanılır. Bildirmişdir ki, marketin qapısı aliminiumdur və dəmir barmaqlığı yoxdur. Marketdə siqnalizasiya sistemi quraşdırılıb, həmin siqnalizasiya sisteminə Bakı şəhərində yerləşən şirkətdə nəzarət olunur. 2024-cü il tarixdə sentyabrın 11-də saat 07 radələrində şirkətdən ona məlumat verilərək Zərərçəkmiş şəxs3ə naməlum şəxsin daxil olduğu bildirilmişdir. Bundan başqa şirkətdən bir nəfər şəxsin də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verdiyini öyrənmişdir. O da dərhal evdən çıxaraq marketə getmişdir. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları da marketə gələrək hadisə yerinə baxış keçirmişlər. Bundan sonra o, naməlum şəxsin nə oğurladığını yoxlamışdır. Naməlum şəxs marketin qapını sındırmış və marketdə kassa aparatının yanındakı vitrindən bir ədədi 4 manat 20 qəpik dəyərində olan 2 ədəd “Kent nano 4” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 6 ədəd “Pall mall nano silver” markalı siqaret, bir ədədi 4 manat dəyərində olan 10 ədəd “Winston xstyle compact silver” markalı siqaret, bir ədədi 2 manat 80 qəpik dəyərində olan 1 ədəd “İmperiall classic” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 1 ədəd “Prima deluxe blue” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 14 ədəd “Winchester kss silver” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 5 ədəd “Magna compact blue” markalı siqaret, bir ədədi 3 manat 60 qəpik dəyərində olan 6 ədəd nazik “LD club ksss platinum” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 15 ədəd nazik “Sobranie ksss blue” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 4 ədəd “Arga nano” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 2 ədəd “Sobranie ksss black” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 8 ədəd “Sobranie ks blue” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 8 ədəd “Sobranie ks white” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 1 ədəd “Winchester compact blue” markalı siqaret, bir ədədi 4 manat dəyərində olan 5 ədəd “Winston xs silver” markalı siqaret, bir ədədi 2 manat 40 qəpik dəyərində olan 2 ədəd “Argo ks blue” markalı siqaret, bir ədədi 2 manat 40 qəpik dəyərində olan 8 ədəd “Argo ks red” markalı siqaret, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 4 ədəd “Kent 8” markalı siqaret, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 10 ədəd “Kent feel” markalı siqaret, bir ədədi 4 manat 20 qəpik dəyərində olan 9 ədəd “Kent nano 1” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 8 ədəd “Pall mall qarağat” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 3 ədəd “Rothmans click” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 8 ədəd “Rothmans blue yeni” markalı siqaret, bir ədədi 4 manat dəyərində olan 9 ədəd “Winston xstyle dual” markalı siqaret, bir ədədi 3 manat 40 qəpik dəyərində olan 3 ədəd “LD compact white” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik dəyərində olan 5 ədəd “Winchester ksss blue” markalı siqaret, bir ədədi 4 manat dəyərində olan 5 ədəd “Winston xstyle caster” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik dəyərində olan 10 ədəd “Sobranie ksss caster” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 6 ədəd “Keno compact blue” markalı siqaret, bir ədədi 2 manat 90 qəpik dəyərində olan 6 ədəd “Want line x gold” markalı siqaret, bir ədədi 3 manat 50 qəpik dəyərində olan 7 ədəd “Cardinal caster compact” markalı siqaret, bir ədədi 2 manat 99 qəpik dəyərində olan 6 ədəd “Cardinal titanium” markalı siqaret qutuları oğurlamış, nəticədə 678 manat 4 qəpik dəyərində maddi ziyan dəymişdir. Bundan başqa naməlum şəxs marketin qapısını sındırmaqla 100 manat dəyərində ziyan vurmuşdur. Bununla bağlı olaraq o, Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Şübhəli şəxsin tutulması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 11-də saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi və götürmə aparılması barədə” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən oğurluq cinayət əməlinin baş verdiyi yerin Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs3 olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi barədə” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə təqdim etdiyi 5 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusu, 2 ədəd qara rəngli “Sobranie” markalı siqaret, 4 ədəd göy rəngli “Sobranie” markalı siqaret, 4 ədəd ağ rəngli qalın “sobranie” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Sobranie” markalı siqaret, 7 ədəd qara rəngli nazik “LD” markalı siqaret, 12 ədəd ağ rəngli qalın “Kent 4” markalı siqaret, 8 ədəd qara rəngli nazik “kent 1” markalı siqaret, 7 ədəd göy rəngli mentollu nazik “Pall Mall” siqaret, 5 ədəd qara rəngli nazik “Pall mall” siqaret, 9 ədəd göy rəngli nazik “Winchester” markalı siqaret, 8 ədəd göyə rəngli qalın “Rotmans” markalı siqaret, 13 ədəd ağ rəngli qalın “Winston” markalı siqaret, 9 ədəd ağ rəngli mentollu qalın “Winston” markalı siqaret, 3 ədəd qara rəngli nazik “Winston” markalı siqaret, 3 ədəd ağ rəngli qalın “LD” markalı siqaret, 4 ədəd ağ rəngli nazik “Argo” markalı siqaret, 4 ədəd göy rəngli qalın “Magna” markalı siqaret, 3 ədəd qara rəngli mentollu qalın “Rotmans” markalı siqaret, 1 ədəd ağ rəngli qalın “Winchester” markalı siqaret və 5 ədəd ağ rəngli nazik “LineX” markalı siqaret qutularına baxış keçirildikdən sonra götürülmüşdür. “Könüllü surətdə təqdim edilməsi və götürülməsi barədə” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 11-də saat 05 radələrində Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan Zərərçəkmiş şəxs3dən oğurladığı müxtəlif adda və çeşiddə olan siqaretlərdən 5 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusu, 2 ədəd qara rəngli “Sobranie” markalı siqaret, 4 ədəd göy rəngli “Sobranie” markalı siqaret, 4 ədəd ağ rəngli qalın “sobranie” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Sobranie” markalı siqaret, 7 ədəd qara rəngli nazik “LD” markalı siqaret, 12 ədəd ağ rəngli qalın “Kent 4” markalı siqaret, 8 ədəd qara rəngli nazik “kent 1” markalı siqaret, 7 ədəd göy rəngli mentollu nazik “Pall Mall” siqaret, 5 ədəd qara rəngli nazik “Pall mall” siqaret, 9 ədəd göy rəngli nazik “Winchester” markalı siqaret, 8 ədəd göyə rəngli qalın “Rotmans” markalı siqaret, 13 ədəd ağ rəngli qalın “Winston” markalı siqaret, 9 ədəd ağ rəngli mentollu qalın “Winston” markalı siqaret, 3 ədəd qara rəngli nazik “Winston” markalı siqaret, 3 ədəd ağ rəngli qalın “LD” markalı siqaret, 4 ədəd ağ rəngli nazik “Argo” markalı siqaret, 4 ədəd göy rəngli qalın “Magna” markalı siqaret, 3 ədəd qara rəngli mentollu qalın “Rotmans” markalı siqaret, 1 ədəd ağ rəngli qalın “Winchester” markalı siqaret və 5 ədəd ağ rəngli nazik “LineX” markalı siqaret qutularını könüllü surətdə istintaqa təqdim etmişdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 10 sentyabr 2024-cü il tarixli, 3-13-11/2- 10171/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən vət. Zərərçəkmiş şəxs1 məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı ekspert tərəfindən götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-nə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.2006-cı il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının(pul qoyulan qutunun çöl hissəsindən götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik aşkar edilməmişdir. Salyan Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab raportundan görünür ki, Salyan rayonu, Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs 2024-cü il avqustun 28-də saat 03 radələrində Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan marketin kilidini sındırmaqla içəri daxil olub kassadan 800 manat pul, 240 manat dəyərində müxtəlif qiymətdə olan konturlar və vitrindən isə 800 manat dəyərində müxtəlif adda və çeşiddə olan siqaret qutularını oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 11-də saat 05 radələrində Salyan şəhəri B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan Zərərçəkmiş şəxs3in qapısını sındırmaqla içəri daxil olub vitrindən 678 manat 4 qəpik dəyərində müxtəlif adda və çeşiddə siqaret qutularını oğurlamışdır. Təqsirləndirilən şəxs hər iki oğurluq cinayət əməllərini tək halda törətmiş, hər hansı bir şəxsin köməyindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan marketdən oğurladığı 240 manat dəyərində müxtəlif qiymətdə olan konturlar və vitrindən isə 800 manat dəyərində müxtəlif adda və çeşiddə olan siqaret qutularını Salyan rayonundakı Heyvan bazarında tanımadığı şəxslərə satması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3dən oğurladığı müxtəlif adda və çeşiddə olan siqaret qutularının bir hissəsi yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cinayətə meyilli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs 2024-cü il avqustun 28də saat 03 radələrində Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus olan marketin qapısının kilidini sındırmaqla içəri daxil olub kassadan 800 manat pul, 240 manat dəyərində müxtəlif qiymətdə olan konturlar və vitrindən isə 800 manat dəyərində müxtəlif adda siqaret qutularını oğurlaması, eləcə də 2024-cü il sentyabrın 11-də saat 05 radələrində Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan Zərərçəkmiş şəxs3in qapısının kilidini sındırmaqla içəri daxil olub vitrindən 678 manat 4 qəpik dəyərində müxtəlif adda siqaret qutularını oğurlaması faktları və həmin faktlar üzrə toplanmış materiallar olmuşdur. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş hüquqi şəxs qismində tanıma haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 MMC cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanıma haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Salyan Rayon Məhkəməsinin 4(057)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan Zərərçəkmiş şəxs3dən oğurladığı 5 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusu, 2 ədəd qara rəngli “Sobranie” markalı siqaret, 4 ədəd göy rəngli “Sobranie” markalı siqaret, 4 ədəd ağ rəngli qalın “sobranie” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Sobranie” markalı siqaret, 7 ədəd qara rəngli nazik “LD” markalı siqaret, 12 ədəd ağ rəngli qalın “Kent 4” markalı siqaret, 8 ədəd qara rəngli nazik “kent 1” markalı siqaret, 7 ədəd göy rəngli mentollu nazik “Pall Mall” siqaret, 5 ədəd qara rəngli nazik “Pall mall” siqaret, 9 ədəd göy rəngli nazik “Winchester” markalı siqaret, 8 ədəd göyə rəngli qalın “Rotmans” markalı siqaret, 13 ədəd ağ rəngli qalın “Winston” markalı siqaret, 9 ədəd ağ rəngli mentollu qalın “Winston” markalı siqaret, 3 ədəd qara rəngli nazik “Winston” markalı siqaret, 3 ədəd ağ rəngli qalın “LD” markalı siqaret, 4 ədəd ağ rəngli nazik “Argo” markalı siqaret, 4 ədəd göy rəngli qalın “Magna” markalı siqaret, 3 ədəd qara rəngli mentollu qalın “Rotmans” markalı siqaret, 1 ədəd ağ rəngli qalın “Winchester” markalı siqaret və 5 ədəd ağ rəngli nazik “LineX” markalı siqaret işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmış Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs1 məxsus marketdən oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs3 MMC-yə məxsus Zərərçəkmiş şəxs3dən oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir. “Baxış keçirilməsi barədə” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, iİlkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən oğurluq cinayət əməlinin baş verdiyi yerin Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən market olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Babayev X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və üzərində 01 il şərti sınaq müddəti saxlanılmışdır. Bundan başqa, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Elekton Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(009)-271/2024 nömrəli cinayət işi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(099)-146/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 158072/4 nömrəli məktubundan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuş Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü tarixdə başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda məhkumluğu ödənilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin 20 sentyabr 2024-cü il tarixli, 3-13-16-7/2-7715/2024 nömrəli arayışından görünür ki, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan xx.xx.2006-cı Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Salyan rayon İHB-nin Salyan rayonu, Arbatan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2024-cü il tarixli, 5-71-8/2-441/24 nömrəli məktuba əlavə olunmuş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RMX-nin 02 oktyabr 2024-cü il tarixli, 18-1-68/2-1886/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu Arbatan kənd sakini, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, 3-21-3-38/2-3410/2024 nömrəli arayışından görünür ki, xx.xx.2006-cı ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, Salyan rayonu, Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 nömrəli Şirvan Ərazi İdarəsinin arxiv materiallarında məlumat aşkar edilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 9/7907 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ümumi dəyəri nəzəri qaydada təxminən 1720,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsini, 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs daha əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin cəza siyasətinin humanistləşdirilməsi məqsədilə həmin məcəllənin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış və yenidən cinayət əməli törətmişdir. Bundan başqa, DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Elekton Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(009)-271/2024 nömrəli cinayət işi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin davranışları nəzərə alınaraq onun islah olunması, həmçinin cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Əks təqdirdə, onun tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan Zərərçəkmiş şəxs3-dən oğurladığı 5 ədəd ağ rəngli “Sobranie" markalı siqaret qutusu, 2 ədəd qara rəngli "Sobranie” markalı sıqaret, 4 ədəd göy rəngli “Sobranie” markalı siqaret, 4 ədəd ağ rəngli qalın “Sobranie” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Sobranie” markalı sıqaret, 7 ədəd qara rəngli nazık "LD” markalı siqaret, 12 ədəd ağ rəngli qalın "Kent 4” markalı siqaret, 8 ədəd qara rəngli nazik "kent 1” markalı siqaret, 7 ədəd göy rəngli mentollu nazik "Pal mall” siqaret, 5 ədəd qara rəngli nazik “Pall mall” siqaret, 9 ədəd göy rəngli nazik "Winchester” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Rotmans” markalı siqaret, 13 ədəd ağ rəngli qalın “Winston markalı siqaret, 9 ədəd ağ rəngli mentollu qalın "Winston” markalı siqaret, 3 ədəd qara rəngli nazik "Winston” markalı siqaret, 3 ədəd ağ rəngli qalın “LD” markalı siqaret, 4 ədəd ağ rəngli nazik “Argo” markalı siqaret, 4 ədəd göy rəngli qalın "Magna” markalı siqaret, 3 ədəd qara rəngli mentollu qalın “Rotmans” markalı siqaret, 1 ədəd ağ rəngli qalın “Winchester” markalı siqaret və 5 ədəd ağ rəngli nazik “LineX” markalı siqaretlərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmış Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, cinayət işi üzrə qaldırılmış mülki iddia ərizəsi cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd olunmaması səbəbindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinə əsasən məhkəmənin icraatına qəbul edilmədən geri qaytarıldığından, mülki iddianın mahiyyəti üzrə baxılmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkməsinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus olan Zərərçəkmiş şəxs3-dən oğurladığı 5 ədəd ağ rəngli “Sobranie" markalı siqaret qutusu, 2 ədəd qara rəngli "Sobranie” markalı sıqaret, 4 ədəd göy rəngli “Sobranie” markalı siqaret, 4 ədəd ağ rəngli qalın “Sobranie” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Sobranie” markalı sıqaret, 7 ədəd qara rəngli nazık "LD” markalı siqaret, 12 ədəd ağ rəngli qalın "Kent 4” markalı siqaret, 8 ədəd qara rəngli nazik "kent 1” markalı siqaret, 7 ədəd göy rəngli mentollu nazik "Pal mall” siqaret, 5 ədəd qara rəngli nazik “Pall mall” siqaret, 9 ədəd göy rəngli nazik "Winchester” markalı siqaret, 8 ədəd göy rəngli qalın “Rotmans” markalı siqaret, 13 ədəd ağ rəngli qalın “Winston markalı siqaret, 9 ədəd ağ rəngli mentollu qalın "Winston” markalı siqaret, 3 ədəd qara rəngli nazik "Winston” markalı siqaret, 3 ədəd ağ rəngli qalın “LD” markalı siqaret, 4 ədəd ağ rəngli nazik “Argo” markalı siqaret, 4 ədəd göy rəngli qalın "Magna” markalı siqaret, 3 ədəd qara rəngli mentollu qalın “Rotmans” markalı siqaret, 1 ədəd ağ rəngli qalın “Winchester” markalı siqaret və 5 ədəd ağ rəngli nazik “LineX” markalı siqaretlərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmış Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-157/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-157/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver