Məhkəmə qərarları › İş №1(057)-158/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-158/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-158/2023 20.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala Rayon Məhkəməsinin 1(053)- 107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-821/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 X19 münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Gomuşçu kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təxridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü il avqustun 20-də saat 21 radələrində yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının qarşısında onunla eyni yataqxanada yaşayan Şahid4 20 manata qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,837 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 21-də saat 16:00-da yaşadığı yataqxananın yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 16:15-də ünvan 1 ünvanında yerləşən Salyan RPŞ-nə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü il avqustun 21-də saat 09 radələrində yaşadığı yataqxanada olan mənzildə olduğu vaxt mənzilin qapısı döyülmüş, qapını açdıqda, qapını döyən şəxslərin polis əməkdaşları olduğunu görmüşlər. Onlar birlikdə polis şöbəsinə getməyi ona təklif etmişlər. O da razılaşmış və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində bir müddət gözləmişlər. Polis şöbəsinin inzibati binasında onun cibinə narkotik vasitə qoyulmuş və videoçəkiliş zamanı təqdim etməsini bildirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu evdən aparanda üstündə heç nə olmamış, onu polis şöbəsinə aparanda qonşuları Sevda, Ülviyyə küçədə dayanmış, həmin vaxt qolları açıq olmuş, polis şöbəsində ona demişdilər ki, “bu narkotik maddənin sənin olduğunu etiraf et, sənə köməklik olunacaq, sənin cəzanı qolbaq ilə verəcəklər”. İstintaqda da müdafiəçisi Elman müəllim olmuş, ona təzyiq göstərildiyini vəkilə deməmiş, daha sonra onu prokurorluğa aparmışlar, orada da ona “boynuna götür, sən onsuz da narkotik qəbul edənsən, onsuz da sənin adın qeydiyyatdadır” deyilmiş, o, faktiki ər-arvad kimi yaşadığı arvadı ilə birlikdə süpürgəçi işləyir. Səhərə yaxın saat 04-də işə gedib, saat 06-da işdən qayıdır. İşdən gələndən sonra yatır. Həmən günü, yəni 21 avqust 2023-cü ildə də işdən gəlib yatmış, qapını döyən polislərdən biri Şahid2 olmuş, digər polisin adını bilməmiş, polis şöbəsində Ceyhun və Alxan “boynuna almasan arvadın da gətiriləcək” demişlər, evdə olan zaman qapını arvadı Elmira açmış, polis şöbəsində birinci ondan oğurluq hadisəsi barədə soruşulmuşdur. Şahid4lə qonşudur. O, İbrahimdən narkotik maddə almamışdır. Günahsız olduğu üçün irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il avqustun 21-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul etmişdir. Həmin gün şöbənin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə dərhal Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Tural müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Turalın üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Turala təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Tural da həmin anda əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Turalın üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Turalın təqdim etdiyi şəffaf rəngli sellofan kəsiyi bükümünə baxış keçirilərkən içində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Tural bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Turalın üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,7 qram olduğu müəyyən edilmişdir. Turalın üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs Salyan şəhər sakini və narkotik vasitə istifadəçisi kimi tanımış, lakin heç bir münasibətləri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü il avqustun 21də Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün şöbənin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 və Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Tural müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Turalın üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Turala təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Tural da həmin anda əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Turalın üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Turalın təqdim etdiyi şəffaf rəngli sellofan kəsiyi bükümünə baxış keçirilərkən içində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Tural bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Turalın üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,7 qram olduğu müəyyən edilmişdir. Turalın üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs Salyan şəhər sakini və narkotik vasitə istifadəçisi kimi tanımış, lakin heç bir münasibətləri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü il avqustun 21-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında müşahidə edib yaxınlaşaraq birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Tural müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Turala təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Tural da həmin anda əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Turalın təqdim etdiyi şəffaf rəngli sellofan kəsiyi bükümünə baxış keçirilərkən içində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Tural bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Turalın üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,7 qram olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudur. Salyan Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 104 saylı yataqxanada məskunlaşmışdır. Rayon ərazisində mədəni kütləvi tədbirlərdə aktyor (klon) kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxslə yaxın münasibəti var. Turalın yoldaşı Elmira xanım onun paltarlarını yuyub, ona yemək vermişdir. O, Turala, nə də Tural ona narkotik vasitə verməmişdir. O uzun müddət demək olar ki, hər gün spirtli içki içmişdir. Spirtli içki içdikdə yolda uzanıb yatırmış. Ona məsləhət görüblər ki, spirtli içki içməsin, narkotik maddə qəbul etsin. O, ayrı-ayrı şəxslərin təsiri altına düşərək həftədə bir və ya iki dəfə narkotik vasitədən istifadə etməyə başlamışdır. Bir də görmüşdür ki, narkotik aludəçisi olmuşdur. Hazırda özünü yaxşı hiss edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qonşuluqda yaşayan Arzunun tanışı Hüseyn Arzuya pul verib ki, get Turaldan narkotik al. Guya Tural da narkotik maddəni ondan alıb, Arzuya vermişdir. O, Turala narkotik maddə satmamışdır. O, Salyan rayonun, Arbatan kəndində yaşayan Elnur adlı şəxsə zəng edib ondan narkotik maddə alırmış. Elə vaxt da olurmuş ki, zəng edib deyirmiş, Elnur da narkotik maddəni gətirib yataqxananın yanında ona verirmiş. O, 24 avqust 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, həbsdən buraxılmışdır. O, şahid qismində ifadə vermək üçün polis şöbəsinə getməmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında yenidən dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Salyan şəhər 104 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat Salyan Rayon Polis Şöbəsinə daxil olmuşdu. Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixində polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müstəntiqin otağında, müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilməzdən əvvəl müstəntiq ona üzərində qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif etdi. Tural idman şalvarının cibindən sellofana bükülmüş vəziyyətdə olan narkotik maddəni götürüb masanın üstünə qoydu. Sonra onun üzərinə baxış keçirildi. Baxış zamanı onun üstündən narkotik vasitə aşkar edilmədi. Əməliyyatda onunla birlikdə Ceyhun və Nicat da iştirak etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfindən vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 104 saylı yataqxanada yaşayır. Tural onun qonşusudur. O, səhər tezdən işdən çıxıb yataqxanaya qayıdan zaman 2-3 nəfər polis əməkdaşını görmüş, həmin polis əməkdaşlarının Elmiranın qapısını döyürmüş. Həmin polislərdən biri Alxan olmuşdur, onu əvvəldən tanıyırmış. Polislər Turalı aparanda saat 10-11-dən gec olmazmış. Digər polis əməkdaşının adını bilməsə də qızıl mağazası olan Yaşarın oğlu kimi tanıyır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfindən vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Ondan heç bir pislik görməmişdir. Dəqiq tarixini xatırlamasa da səhər saat 09 radələrində həyətdə olan krantın başında olan zaman üç nəfər şəxsin kənarda dayandığını, onlardan polis geyimində olan şəxsin Elmiranın evinin qapısını döydüyünü Elmiranın qapını açdıqdan sonra polislərin Turalın evdən götürüb apardıqlarını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 22 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 16-cı vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə xx.xx.2023-cü il tarixdə, 16:00-da şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 24-cü vərəqində olan 21 avqust 2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 21 avqust 2023-cü il tarixdə, saat 16:00-da məhdudlaşdırılmış, saat 16:30-da isə tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85.4.2, 207.4, 242 və 445.2-ci maddələrinin tələblərinə əsasən xx.xx.1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkumluğu olan, Salyan rayonu, Gomuşçu kəndində qeydiyyatda olan və Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Salyan RPŞ-nin NMQnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Salyan RPŞ-nin KTQ-nin inspektor-kriminalisti, polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə ondan ötrü ki, 2023-cü il avqustun 21-də tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi və götürmə istintaq hərəkətini keçirmişdir. Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2023-cü il avqustun 21-də saat 16:00-da yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində şübhəli bilinərək saxlanılıb saat 16:15-də rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti yaranmışdır. Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində tünd göy rəngli qısaqol köynək, qara rəngli idman şalvarı və ağ rəngli rezin yay ayaqqabısı vardır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan kəsiyi bükümünə baxış keçirilərkən içində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir və özünə məxsusdur. Həmin kütləni dünən, yəni avqustun 20-də axşam saatlarında onunla eyni yataqxanada yaşayan İbrahim adlı şəxsdən 20 manata almışdır. Sonrakı müddətdə həmin kütlədən bir dəfə az miqdarda istifadə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkildi və çəkisinin 0,7 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan şəffaf rəngli sellofan kəsiyi bükümü tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy A30s” markalı videokamera ilə çəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunacaqdır. Şəxsi axtarış və götürmə saat 16:40 dəqiqədə başlanmış, saat 16:48 dəqiqədə başa çatmışdır. Şəxsi axtarış və götürmə protokolunun tərtibi saat 16:50 dəqiqədə başlanmış, saat 17:15 dəqiqədə başa çatmışdır. Bu barədə protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 45-47-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/834 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilən kəsiyi bükümündə təmiz çəkisi - 0,837 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,787 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil etmişdir. Cinayət işinin 54-55-ci vərəqlərində olan 23 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 70-71-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 76-cı vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,837 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,787 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 82-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 25 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 84-85-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/844 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şahid4 üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,648 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Şahid4 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin 88-ci vərəqində olan 25 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 90-91-ci vərəqlərində olan 25 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 109-110-cu vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 07 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin qərarına əsasən “8 X19 münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin 113-119-cu vərəqlərində olan Neftçala Rayon Məhkəməsinin İş № 1(053)-107/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 22 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 120-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(057)-821/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 X19 münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmışdır. Cinayət işinin 125-126-cı vərəqlərində olan Salyan Rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 130-cu vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X18 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X17 13 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2250/2023 saylı məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan rayonu, Gomuşlu kəndində qeydiyyatda olan və Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2019-cu ildən “Tiryəklə” narkoloji qeydiyyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 131-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X14 Yoxlamanın xx.xx.2023-cü il tarixli, 824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 134-cü vərəqində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə Salyan RPŞ-nin X7 keçirilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoydu. Məhkəmə, Təqsirləndirilən şəxs 2023-cü il avqustun 21-də saat 09 radələrində yaşadığı yataqxanada olan mənzildən polis əməkdaşları tərəfindən aparılmasını, üzərində heç bir narkotik vasitə olmaması, polis şöbəsində hədə qorxu gələrək aldadılması ilə bağlı verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, şəxsi axtarış keçirilməsi və götürmə aparılması vaxtı, şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən məhkəmədə və şahid qismində üzləşmə istintaq hərəkəti aparılarkən özünün verdiyi ifadələri, şahidlərin məhkəmədə verdikləri ifadələri ilə tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2023-cü il avqustun 20-də saat 21 radələrində yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının qarşısında onunla eyni yataqxanada yaşayan Şahid4 20 manata qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,837 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək yerini dəyişməklə üzərində saxlamışdır. Salyan RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 21-də saat 16:00da yaşadığı yataqxananın yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 16:15-də ünvan 1 ünvanında yerləşən Salyan RPŞ-nə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Bundan başqa, müdafiə tərəfindin vəsastəti əsasında əlavə şahid qismində dindirilmiş X10 və X3 Təqsirləndirilən şəxs yaşadığı evdən, səhər saatlarında polis əməkdaşları tərəfindən aparılması ilə bağlı göstərdiklərini məhkəmə müzakirə edərək hesab edir ki, şahidlər Təqsirləndirilən şəxs hansı saatda və hardan aparılması ilə bağlı qeyri dəqiqliyə yol verirlər. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə aparılan istintaq hərəkətləri zamanı yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2023-cü il avqustun 25-də ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilərkən özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul etmiş, əvvəlki müddətdə bununla bağlı məhkumluqları da olmuşdur. 2022-ci ildə azadlığa çıxdıqdan sonrakı müddətdə də narkotik vasitə istifadə etməyə davam etmişdir. Təxminən 5-6 ay əvvəl onunla eyni yataqxanada yaşayan İbrahim adlı şəxsdən narkotik vasitə istədiyi vaxt İbrahim ona narkotik vasitə heroin satmışdır. Sonrakı müddətdə arabir narkotik vasitə istifadə etmək istədiyi vaxtlarda İbrahimin yanına getmiş, hərdən İbrahimin yaşadığı mənzildə, hərdən də yataqxananın həyətində İbrahimdən narkotik vasitə almışdır. Sonuncu dəfə 2023-cü il avqustun 20-də saat 21 radələrində yenə də ağrıları olduğu üçün 4-cü mərtəbədə yerləşən mənzilində tək yaşayan İbrahimin mənzilinə getmişdir. Qapını döyüb İbrahimi çağırmış, İbrahim isə qapıya gəlmişdir. İbrahimə narkotik vasitə istədiyini deyib cibində olan 20 manat pulu çıxarıb İbrahimə vermişdir. İbrahim aşağıda gözləməyini dediyi üçün o, həyətə çıxmış və bir neçə dəqiqədən sonra İbrahim onun yanına gəlib yaşadıqları yataqxananın həyətində ona 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin vermişdir. O da həmin narkotik vasitəni götürüb cibinə qoymuş və yaşadığı mənzilə getmişdir. Yaşadığı mənzildə aldığı narkotik vasitə heroindən az miqdarda istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün şalvarının cibinə qoymuşdur. 2023-cü il avqustun 21-də saat 16 radələrində yaşadığı yataqxananın yaxınlığında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. O da razılaşmış və birlikdə polis şöbəsinə gəlmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış 0,787 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 07 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin qərarına əsasən “8 X19 münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,787 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş 01 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,787 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar