Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-159/2023 25.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X12 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə ziyan vurmuşdur. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci il mart ayında Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini işlədiyi zaman öz qulluq mövqeyindən istifadə edərək Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 özünü Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Cəngən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi kimi təqdim edib həmin kənd ərazisində yerləşən, kənd sakinlərinə məxsus pay torpaqlarını, eləcə də torpaq sahələrinə dair dövlət aktlarını və fermer bankomat kartlarını göstərərək hər hektarı 2000 (iki min) manata olmaqla 50 hektar torpağı 100000 (yüz min) manata onun üçün alacağı barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunu ələ keçirmək məqsədilə sonuncu ilə razılaşmış, daha sonra həmin puldan 30000 (otuz min) manat ilkin olaraq verməyi bildirib 2022-ci ilin dekabr ayının 23-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çay evlərindən birində Zərərçəkmiş şəxs2 ilə görüşərək ondan 14000 (on dörd min) manat məbləğində pulu almış, 2023-cü il yanvar ayının 03-də Zərərçəkmiş şəxs2 zəng vuraraq alacağı torpağa dair olan puldan yenə də gətirməyini bildirib həmin gün Salyan rayonu ərazisində yerləşən “Köhnə Bərə” adlanan restoranda sonuncu ilə görüşərək orada Zərərçəkmiş şəxs2 əlavə 10000 (on min) manat məbləğində pulu almaqla ümumilikdə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda yəni 24000 (iyirmi dörd min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 08 mart 2023-cü il tarixdə Biləsuvar şəhəri ərazisinə gedib orada həmin şəhər sakini olan xalası oğlu Zərərçəkmiş şəxs1 buğda nümunəsi göstərərək Salyan şəhər sakini Şahid3 həmin buğdadan 33 (otuz üç) qəpiyə onun üçün alacağı barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 46200 (qırx altı min iki yüz) manat məbləğində pulunu ələ keçirmək məqsədilə sonuncu ilə razılaşmış, həmin gün saat 17 radələrində Salyan rayonu ərazisində yerləşən “Köhnə Bərə” adlanan restoranda Zərərçəkmiş şəxs1 ilə görüşmüş, daha sonra həmin yerə Şahid3 da dəvət edərək sonuncuya olan 55000 (əlli beş min) manat pul borcunu qaytarmaq niyyəti ilə Zərərçəkmiş şəxs1 verdiyi 44200 (qırx dörd min iki yüz) manat dəyərində olan 26000 (iyirmi altı min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pulu Şahid3 olan borcundan qaytarmaqla ümumilikdə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni 46200 (qırx altı min iki yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməsə də, hazırda özünü tam təqsirli bilir və törətdiyi əmələ görə çox peşmandır. Zərər çəkmiş şəxslərə vurduğu zərəri tam olaraq ödəmişdir. Suallara cavab olaraq göstərmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Neftçala rayon İcra Hakimiyyəti Başçısının Cəngən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 24000 (iyirmi dörd min) manat məbləğində pul almışdır. Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs1 xalası oğludur. Onunla yaxşı münasibətləri olmuşdur. Uzun illər Alimlə alış-verişi olmuşdur. Zərərçəkmiş şəxs1 aldatdığına görə çox peşmandır. Zərərçəkmiş şəxs1 oğlu Zahirlə birlikdə Salyan rayonuna gəlmiş və onlar birlikdə görüşmüşlər. Sonra Şahid3 telefonla zəng vurub “Köhnə Bərə” restoranına çağırmışdır. Şahid3 yanında olan Rəşad adlı şəxslə birlikdə restorana gəlmişdir. Alim Heydərzadə 26000 ABŞ dolları və 2000 manat məbləğində pulu çıxarıb stolun üstünə qoymuş və o da özündən 3800 manat çıxarıb ümumilikdə 50000 (əlli min) manat düzəldib Emilə buğda almaq adı ilə vermişdir. Emil ilə razılaşdıqlarına görə 2 saatdan sonra Şahid3 yenidən ona 110000 manat sələmə pul verəcəyini bildirmiş və getmişdir. Bu barədə Alim məlumatsız olmuşdur. 2 (iki) saatdan sonra Şahid3 yığmışdır. Emil telefonu açmamışdır. Whatsappla yazıb ona bildirmişdir ki, pulun yiyəsi bu günə alındıra bilmir, sabaha düzələcək. Həmin vaxt Zərərçəkmiş şəxs1 ondan məsələni soruşmuş və o da pulun bu gün verilməyəcəyini bildirmişdir. Alim isə belə qərara gəlmişdir ki, “102” xidmətinə zəng vurub Şahid3 taxıl adı ilə aldadılaraq pulunun alınmasından şikayət etsin. Alimə bildirmişdir ki, “102” xidmətinə zəng vurub şikayət etməsin. Bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ona kənd sakinlərinə məxsus torpaqların alınması üçün pul vermişdir. Raminə dəymiş ziyan ailəüzvləri tərəfindən tam olaraq ödənilmişdir. Hazırda onunla barışmışdır. Suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı məsuliyyətdən yayınmaq üçün özünü təqsirli bilməmiş, törətdiyi əməli etiraf etməmişdir. Ailə vəziyyətini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, taxıl alıb-satmaqla məşğuldur. 08 mart 2023-cü il tarixdə saat 12 radələrində xalası oğlu, Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonuna gəlmişdir. Hüseynlə birlikdə çörək yedikdən sonra Hüseyn Salyan şəhərində yaşayan tanışı Emin adlı şəxsin kiloqramı 33 qəpiyə yaxşı taxıl yəni buğda satdığını və almaq istədiyini soruşmuşdur. Hüseyn öz dediyinə görə tanışı Eminin satdığı həmin buğdadan sellofanda 2-3 kq nümunə də gətirmişdir. Həmin buğdaya baxıb xoşuna gəlmiş və Hüseynə özünə 140 ton və ya pulunun çatdığı qədər daha yuxarı çəkidə həmin taxıldan götürmək istədiyini bildirmişdir. Daha sonra Hüseyn öz avtomobili ilə Biləsuvardan çıxıb Salyan rayonuna getmişdir. Bir-iki saat sonra yəni saat 15 radələrində o da öz avtomobili ilə oğlu Zahirlə birlikdə Biləsuvar rayonundan çıxıb Salyan rayonuna taxıl almaq üçün gəlmişdir. Salyan rayonuna çatdıqdan sonra Hüseynə zəng vurmuşdur. Hüseyn ona “Köhnə Bərə” restoranına gəlməyini demişdir və o da həmin yerə gəlmişdir. Bir neçə dəqiqə restoranda gözlədikdən sonra Hüseyn də oraya gəlmişdir. Birlikdə çay içmişlər. Hüseynin tanışı olan Eminlə Hüseynin ondan taxıl alacağını söhbət etdiyini zənn etdiyi üçün alacağı 140 ton buğdanın pulunu 46 min 200 manat hesablamışdır. Üzərində 26 min ABŞ dolları və 2000 manat olmaqla ümumilikdə 46 min 200 manat məbləğində pulu olduğundan alacağı daha çox buğdanın pulunu isə Hüseynə Biləsuvar rayonunda verəcəyini bildirmiş və Hüseyn də onunla razılaşmışdır. Bir neçə dəqiqə sonra saat 17 radələrində oraya Hüseynin tanışları olan, əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Salyan rayon sakinləri Emin və yanında olan Rəşad adlı şəxslər gəlmişdir. Hüseynin sözü ilə cibindən 26 min ABŞ dolları və 2000 manat olmaqla ümumilikdə 46 min 200 manat məbləğində pulu çıxarıb stolun üstünə qoymuşdur. Emin, Rəşad və xalası oğlu Hüseyn həmin məbləğdə pulu götürüb saymışlar. Hüseyn isə alacağı daha çox buğdanın müqabilində özündən əlavə 3800 manat pul çıxarmışdır. Daha sonra Emin pulun hamısını yəni 50 min manatı götürüb yanında olan tanışı Rəşad adlı şəxslə getmişdir. Onlar getdikdən sonra Hüseyn ona həmin şəxslərin yarım saat ərzində gələcəklərini və alacağı buğdanı aparmaq üçün “166” yük xidməti maşınlarına zəng vurmalı olduğunu bildirmişdir. O, bir müddət gözləyərək Eminin gəlmədiyini görüb Hüseynə ona zəng vurub harada olmasını soruşmasını bildirmişdir. Hüseyn isə ona narahat olmamağını, Eminin tezliklə gələcəyini bildirmişdir. Daha sonra Hüseynlə restoranda çörək də yemişlər. Hüseynlə oturub Emini bir neçə saat gözləsə də, Emin geri qayıtmadığından nəhayət, Hüseyndən Eminin nömrəsini alıb ona zəng etmiş və taxılın niyə gəlmədiyini soruşduqda, Emin ona cavabında taxıl yəni buğda söhbətindən xəbərsiz olduğunu, Hüseynin ona 50 min manat pul borcu olduğundan özünə məxsus həmin məbləğdə pulu alıb getdiyini və taxıl məsələsini Hüseyndən soruşmağını bildirmişdir. Bundan sonra o da Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Hüseynin Emin adlı şəxsə 50 min manat pul borcu olmuş və Hüseyn onu aldadaraq Salyan rayonundan Emin adlı tanışının ona buğda satacağı adı ilə Salyan rayonuna gətirmiş və onun 46 min 200 manat məbləğində pulunu Eminə özünün borcundan verməklə Hüseyn onun həmin məbləğdə pulunu ələ keçirmişdir. Bildirmişdir ki, Emini tanımamış, Hüseyn və Eminlə birlikdə Salyan rayonu ərazisində yerləşən “Köhnə Bərə” restoranında oturarkən və ya bundan əvvəl Eminlə ondan taxıl yəni buğda alacağı barədə onunla razılaşmamışdır. Onu xalası oğlu Hüseyn Salyan rayonundan Emin adlı tanışının ona buğda satacağı baradə aldadaraq Salyan rayonuna gətirmiş və bundan ötrü ona buğda nümunəsi də göstərmişdir. O da Hüseynə inandığı üçün 46 min 200 manat məbləğində pulunu restoranda oturarkən stolun üstünə qoymuş və Emin də pulu götürüb getmişdir. Lakin həmin vaxt və ondan əvvəl Eminlə ondan buğda alacağı barədə söhbət etməmişdir. Hüseyn ona buğda alacağı barədə tanışı Eminlə söhbət etdiyini ona bildirdiyi üçün o da Hüseynə inanıb Eminlə ondan buğda alacağı barədə razılığa gəlməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında zərər çəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən poçt vasitəsi ilə məhkəməyə ərizə göndərmişdir. Ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün onun heç bir şikayəti, iddiası və tələbi yoxdur. Səhhəti ilə əlaqədar Rusiya Federasiyasına getdiyi üçün məhkəmə iclasında iştirak edə bilmir. Dövlət ittihamçısı şifahi vəsatət verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadələrinin elan edilməsi ilə kifayətlənməsini təklif etmişdir. Zərər çəmiş şəxs Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahid Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Cinayət işinin 128-130-cu vərəqlərində olan həmin ifadəsində o, bildirmişdir ki, Sumqayıt şəhəri 1-ci məhəllə Azadlıq küçəsi ev 6, mənzil 17-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin mart ayında Salyan və ya Neftçala rayonları ərazisində 50 ha torpaq sahəsi alıb əkinçilik fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Həmin vaxtlar Salyan rayonu ərazisində yaşayan qohumları ilə əlaqə saxlayıb bu barədə bildirmişdir. O, adətən, Ələt-Astara yolunun kənarında Neftçala rayonu ərazisində yerləşən “Ulduz” restoranında oturub çörək yeyərkən torpaq alqı-satqısı ilə məşğul olan Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin adını eşitmişdir. Həmin vaxtlar Salyan rayonu, Şorsulu kəndi ərazisində torpaq sahələrinə baxarkən Hüseyn ona yaxınlaşıb özünü Neftçala rayon İcra Hakimiyyətinin Cəngən kənd İnzibati Ərazi Nümayəndəsi kimi təqdim etmiş və onun üçün Salyan rayonu, Şorsulu kəndi və ya Neftçala rayonu, Cəngən kəndi ərazilərindən torpaq ala biləcəyini bildirmişdir. O da Hüseynin sözünə inanıb onunla razılaşmışdır. Daha sonra Hüseyn onu Neftçala rayonu, Cəngən kəndi ərazisinə öz işlədiyi yerə aparmış və ona həmin kənd ərazisindən torpaq satacağını bildirib torpaq sahələrinə dair dövlət aktlarını və fermer bankomat kartlarını təqdim edib göstərmişdir. Hüseyn ona kənd sakinlərinə məxsus 50 ha ölçüdə həmin pay torpaqlarını onlardan alacağını və ona satacağını bildirmişdir. O da həmin torpaqlara baxıb bəyənmiş və ondan 50 ha torpaq alacağı barədə hər hektara 2000 manat olmaqla ümumilikdə 100000 manata onunla razılaşmışdır. Hüseyn ona əvvəlcə puldan 30000 manat ilkin olaraq verməyi bildirmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının 23-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çay evlərindən birində yeznəsi Şahid5 ilə birlikdə Hüseynlə görüşmüşlər. Hüseynlə razılaşmalarına əsasən ilkin olaraq həmin puldan 14000 manatı çıxarıb onun üçün torpaq alması üçün Hüseynə vermişdir. Daha sona Hüseyn ona bildirmişdir ki, dayısı kimi təqdim etdiyi şəxs də avtomobilindədir və torpağa dair sənədlər də oradadır. Hüseyn ona demişdir ki, istəyirsə torpağın sənədlərini də verə bilər. O isə Hüseynə inandığı üçün sənədləri istəməmişdir. Çay evindən çıxan zaman Hüseynin dayısı kimi təqdim etdiyi şəxslə də görüşmüşdür. Daha sonra onlar çıxıb getmişlər. 2023-cü il yanvar ayının 03-də Hüseyn ona zəng vurub alacağı torpağa dair olan puldan yenə də gətirməyini bildirmişdir. O da həmin gün Salyan rayonu ərazisinə gəlmiş və rayon ərazisində yerləşən “Köhnə Bərə” adlı restoranda Hüseynlə görüşmüşlər. Orada 10000 manat da pul çıxarıb Hüseynin ona satacağı torpaq üçün Hüseynə vermişdir. Hüseyn ona yaxın günlərdə sənədlərin düzələcəyini, kənd sakinlərini çağıracağını və onların satacağı torpaqları notarius vasitəsilə onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O da Hüseynə inanmış və yenidən Sumqayıt şəhərinə qayıdıb getmişdir. Bundan bir neçə gün sonra Salyan rayonundan tanıdığı bir şəxslə görüşərkən ona Hüseynin dələduz olduğunu, onu aldatdığını və pulunu geri tələb etməyini bildirmişdir. Həmin vaxt Hüseyn tərəfindən aldandığını başa düşüb ona zəng edərək pulunu geri istəmişdir. Hüseyn isə ona narahat olmamağı, alacağı olduğu üçün yaxın vaxtlarda pulu qaytaracağını bildirmişdir. O, mütəmadi olaraq Hüseyndən 24000 manat pulunu tələb etdiyi üçün 2023-cü il yanvarın 20-də Hüseynin vasitəsilə onunla birlikdə Salyan rayonunda fərdi təsərrüfatla məşğul olan, Goranboy rayon sakini Şahid6 ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən çay evlərindən birində tanış olub görüşmüşlər. Qeyd etmişdir ki, Hüseyn Yavərə gübrə satdığı üçün Yavərin ona 13000 manat borcu yaranmışdır. Həmin vaxt Yavər puldan 8000 manatı gətiribi orada Hüseynə vermişdir. Hüseyn isə ona verdiyi puldan 4000 manat pulu ona qaytarmışdır. Daha sonra o, yenə də Hüseyndən qalan pulu da tələb etdiyi üçün Hüseyn 2023-cü il martın 17-də Yavərə zəng vurub ona veriləsi 5000 manat pulu ona verməyini bildirmişdir. Martın 20-də Yavər həmin 5000 manat pulu onun kart hesabına elektron qaydada göndərmişdir. Pulun 15000 manatı qaldığı üçün o, yenidən Hüseynə zəng vurub pulu tələb etdikdə Hüseyn mobil nömrəsini dəyişib zənglərinə cavab verməmişdir. O da məcbur qalıb Salyan Rayon Polis Şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs onun üçün Neftçala rayonu, Cəngən kəndi ərazisindən 50 ha torpaq alacağı adı ilə onu aldadıb 24000 (iyrimi dörd min) manat pulunu alaraq ələ keçirmiş, ondan cəmi 9000 (doqquz min) manat pulu ona qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhərində yaşayır. Atası Alimlə 08 mart 2023-cü il tarixində zəng vurub Salyan rayonunda işi olduğunu və onun avtomobili ilə oraya getməli olduqlarını bildirmişdir. Onlar birlikdə avtomobil ilə Salyan şəhərində fəaliyyət göstərən “Köhnə Bərə” restoranına gedərək orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Onlar birlikdə çay içmişlər. Onlar Hüseynin tanışı Eminlə atası Alimin ondan taxıl alacağı barədə söhbət etdiyini zənn etdikləri üçün alacağı 140 ton buğdanın pulunu 46 min 200 manat hesablamışlar. Həmin vaxt atası Alimin üzərində 26 min ABŞ dolları və 2000 manat olmaqla, ümumilikdə 46 min 200 manat məbləğində pulu olduğundan alacağı daha çox buğdanın pulunu isə Hüseynə Biləsuvar rayonunda verəcəyini bildirmiş və Hüseyn də onunla razılaşmışdır. Bir neçə dəqiqə sonra saat 17 radələrində oraya Hüseynin tanışları olan, əvvəllər tanımadıqları Salyan rayon sakini Emin və yanında olan Rəşad adlı şəxslər gəlmişdir. Stolun arxasında oturarkən atası Alim Hüseynin sözü ilə cibindən 26 min ABŞ dolları və 2000 manat olmaqla, ümumilikdə 46 min 200 manat məbləğində pulu çıxarıb stolun üstünə qoymuşdur. Emin, Rəşad və Hüseyn həmin məbləğdə pulu götürüb saymışlar. Hüseyn isə alacağı daha çox buğdanın müqabilində özündən əlavə 3800 manat pul çıxarmışdır. Daha sonra Emin pulun hamısını yəni 50 min manatı götürüb yanında olan tanışı Rəşad adlı şəxslə getmişdir. Onlar bir müddət gözləmişlər. X19 gəlmədiyini görüb Hüseynə ona zəng vurub harada olmasını soruşmasını bildirmişdir. Hüseyn isə ona narahat olmamağını, Eminin tezliklə gələcəyini bildirmişdir. Emini bir neçə saat gözləsələr də, qayıtmadığından atası Hüseyndən Eminin nömrəsini alıb ona zəng etmiş və taxılın niyə gəlmədiyini soruşduqda, Emin ona cavabında taxıl yəni buğda söhbətindən xəbərsiz olduğunu, Hüseynin ona 50 min manat pul borcu olduğundan özünə məxsus həmin məbləğdə pulu alıb getdiyini və taxıl məsələsini Hüseyndən soruşmağını bildirmişdir. Bundan sonra atası Alim də Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra onlara məlum olmuşdur ki, Hüseynin Emin adlı şəxsə 50 min manat pul borcu olmuş və Hüseyn atası Alimi aldadaraq Salyan rayonundan Emin adlı tanışının ona buğda satacağı adı ilə Salyan rayonuna gətirmiş və Alimin 46 min 200 manat məbləğində pulunu Eminə özünün borcundan verməklə Hüseyn atası Alimin həmin məbləğdə pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Qalalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özü avtomobil alıbsatmaqla məşğul olmuşdur. Neftçala rayon sakini Hüseyn adlı şəxsi təxminən 15-20 gün olar ki, tanımışdır. Tanışı Rəşada məxsus “Mercedes EClass” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili Hüseynin tanışına 20 min manata satmışdır. Hüseyn avtomobilin pulunu yaxın vaxtlarda verəcəyini bildirmişdir. Hüseyni tanıdığı üçün avtomobili nisyə vermişdir. Daha sonra Hüseyn ona slitr alıb-satma işində yaxşı qazanc olduğunu və ticarət edə bilmək üçün ondan əlavə pul istəmişdir. O da Hüseyni tanıdığı üçün bu müddət ərzində iki dəfə 20 min manat olmaqla, 40 min manat pulu Hüseynə vermişdir. Hüseynin ona 60 min manat pul borcu yaranmışdır. O, pulu Hüseyndən tələb etdikdə Hüseyn bir-iki gün ərzində pulu verəcəyini bildirmişdir. 08 mart 2023-cü il tarixdə Hüseyn ona zəng vurub pulunun hazır olduğunu və gəlib aparmağını bildirmişdir. O da tanışı Rəşadla birlikdə “Köhnə Bərə” restoranına gəlmişdir. Orada Hüseynin yanında bir nəfər də olmuşdur. Həmin şəxs 26 min ABŞ dolları və 2000 manat olmaqla ümumilikdə 46 min 200 manat pul çıxarıb stolun üstünə qoymuşdur. Hüseyn də cibindən 3800 manat pul çıxarıb ona vermişdir. Hüseynin ona olan borcundan 50 min manatı götürüb getmişdir. Sonra Alim adlı şəxs ona zəng etmiş və taxılın niyə gəlmədiyini soruşduqda, o Hüseynin ona olan borcunu aldığını bildirmiş və “Hüseyn bilər, sən bilərsən” demişdir. Alimə taxıl satacağı adı ilə Hüseynlə heç bir razılığa gəlməmişdir. Hüseynin ona 60 min manat pul borcu olduğundan Hüseyn ona pulunun hazır olduğunu və gəlib pulu götürməyini bildirmişdir. O da Hüseynə inandığı üçün oraya gəlib 50 min manat Hüseynin ona olan borcunu almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Salyan şəhəri, A.Həsənov küçəsi, ev 68-də qeydiyyatda olmaqla yaşayır. Özü avtomobil alıb-satmaqla məşğul olur. Şahid3 uzun illərdir ki, tanıyır. Neftçala rayon sakini Hüseyn adlı şəxsi təxminən 15-20 gün olar ki, tanımışdır. Belə ki, Emil ona məxsus “Mercedes E Class” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili Hüseynin tanışına 20 min manata satmışdır. Hüseyn onlara avtomobilin pulunu yaxın vaxtlarda verəcəyini bildirmişdir. Onlar da Hüseyni tanıdıqları üçün avtomobili vermişlər. Emil ilə yaxın olduğuna görə bilmişdir ki, Hüseyn Emilə slitr alıb-satma işində yaxşı qazanc olduğunu və ticarət edə bilmək üçün ondan əlavə pul istəmişdir. Emil də iki dəfə 20 min manat olmaqla 40 min manat pulu Hüseynə vermişdir. Hüseynin 20 min ona və 40 min Emilə olmaqla ümumilikdə onlara 60 min manat pul borcu yaranmışdır. 08 mart 2023-cü il tarixdə Emilə Hüseyn zəng vurub pulun hazır olduğunu və gəlib aparmağı bildirmişdir. O da Emil ilə birlikdə rayon ərazisində “Köhnə Bərə” restoranına gəlmişlər. Orada Hüseynin yanında tanımadıqları bir nəfər də olmuşdur. Həmin şəxs 26 min ABŞ dolları və 2000 manat olmaqla ümumilikdə 46 min 200 manat pul çıxarıb stolun üstünə qoymuşdur. Hüseyn də cibindən 3800 manat pul çıxarıb Emilə vermişdir. O və Emil Hüseynin onlara olan borcundan 50 min manatı götürüb getmişlər. Yolda Emil həmin puldan 20 min manat avtomobilinin pulunu çıxarıb ona vermiş və onlar ayrılmışlar. Daha sonra eşitmişdir hazırda adını Alim adlı şəxs Emilə zəng etmiş və taxılın niyə gəlmədiyini soruşduqda, Emil də ona cavabında Hüseynin ona olan borcunu aldığını bildirmiş və məsələni Hüseynlə öz arasında həll etməsini bildirmişdir. O və Şahid3 Alim Heydərzadəyə taxıl satacağı adı ilə Hüseynlə qabaqcadan heç bir razılığa gəlməmişlər. Hüseynin ona satdığı avtomobilə görə 20 min, Emilə isə 40 min olmaqla Hüseynin onlara ümumilikdə 60 min manat pul borcu olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Dövlət ittihamçısı şifahi vəsatət verərək şahidlər Şahid2, Şahid5 və Şahid6 ifadələrinin elan edilməsi ilə kifayətlənməsini təklif etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəmə iclasına gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu cinayət işinin 199-201-ci vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, atası Zərərçəkmiş şəxs1 "xxxx" MMCnin nümayəndəsi olaraq Biləsuvar şəhəri ərazisində yerləşən "xxxx" dükanında gübrənin, eləcə də taxılın alışı və satışı ilə məşğul olmuşdur. O da atasının yanında işləməklə ona kömək etmişdir. Təqsirləndirilən şəxs atasının xalası nəvəsidir. O, Neftçala rayon İcra başçısının nümayəndəsinin müavini işləmişdir. Bundan başqa Hüseyn buğda, arpa, gübrə alış-verişi ilə də məşğul olmuşdur. Onunla son hadisəyədək münasibətləri yaxşı olmuşdur. Lakin 2023-cü ilin mart ayının əvvəlində atası ona demişdir ki, Hüseyn onu aldadıb ona buğda satması adı ilə ondan 46200 manat pulunu almışdır. Lakin pulu buğda satan şəxsə deyil, öz pul borcu olan şəxsə vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs Elşad Mehdiyevdən 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayınadək hissə-hissə olmaqla ümumilikdə təxminən 600000 kiloqram arpa alıb ona nisyə satması, onun həmin malın pulunun bir hissəsini ödəyib 131000 manat pulu 2023-cü ilin may ayının əvvəlinə kimi qaytaracağına söz verməsinə dair barəsində qeyd etdikləri şər, böhtan və yalandır. Atası ilə qərəzli olduğu üçün bu cür ifadə vermişdir. Atasının Hüseyn barəsində olan şikayət ərizəsini geri götürməsi üçün Hüseyn onun barəsində bu cür ifadə vermişdir. O, heç vaxt Hüseyndən heç bir məhsul almamışdır. Onun alveri atası ilə olmuşdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul-avqust ayları ərzində "xxxx" MMC-dən götürdüyü təxminən 900000 manat dəyərində gübrəni 2022-ci ilin dekabr ayınadək satıb pulunu ödəmək şərti ilə ona verməsi, lakin onun həmin məhsulu satıb pulunu ödəməməsinə dair barəsində qeyd etdikləri şər, böhtan və yalandır. Atası ilə qərəzli olduğu üçün bu cür ifadə vermişdir. Atasının Hüseyn barəsində olan şikayət ərizəsini geri götürməsi üçün Hüseyn onun barəsində bu cür ifadə vermişdir. O, heç vaxt Hüseyndən heç bir məhsul almamışdır. Onun alveri atası ilə olmuşdur. Cəmi 2-3 dəfə olmuşdur ki, atasında müştərinin istədiyi qədər gübrə olmamış, atası və ya o, gübrə alverinə baxan Hüseynə müraciət edib ondan gübrə almışlar. Aldıqları məhsulun pulunu dərhal Hüseynə nəğd şəkildə ödəmişlər. Hər göndərilən məhsulun dəyəri təxminən 5000-10000 manat olmaqla aralarında ümumilikdə 30000 manatlıq alış-veriş olmuşdur. Həmin pulu dərhal Hüseynə ödəmişlər. Bundan artıq Hüseyn onlara heç vaxt məhsul verməmişdir. Hüseyn yalan danışmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid5 məhkəmə iclasına gəlməmişdir. Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu, cinayət işinin 276-277-ci vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Sumqayıt şəhəri 1-ci mikrorayon ev 14/33, mənzil 2-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Qaynı Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayında Salyan və ya Neftçala rayonları ərazisində 50 ha torpaq sahəsi alıb əkinçilik fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Həmin vaxtlar qaynı Ramin Salyan rayonu ərazisində yaşayan qohumları ilə əlaqə saxlayıb bu barədə bildirmişdir. Onlar adətən, Ələt-Astara yolunun kənarında Neftçala rayonu ərazisində yerləşən “Ulduz” restoranında oturub çörək yeyərkən torpaq alqı-satqısı ilə məşğul olan Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin adını eşitmişlər. Həmin vaxtlar Ramin Salyan rayonu, Şorsulu kəndi ərazisində torpaq sahələrinə baxarkən Hüseyn ona yaxınlaşıb özünü Neftçala rayon İcra Hakimiyyətinin Cəngən kənd İnzibati Ərazi Nümayəndəsi kimi təqdim etmiş və onun üçün Salyan rayonu, Şorsulu kəndi və ya Neftçala rayonu, Cəngən kəndi ərazilərindən torpaq ala biləcəyini bildirmişdir. Ramin də Hüseynin sözünə inanıb onunla razılaşmışdır. Daha sonra X14 rayonu, Cəngən kəndi ərazisinə öz işlədiyi yerə aparmış və Raminə həmin kənd ərazisindən torpaq satacağını bildirib torpaq sahələrinə dair dövlət aktlarını və fermer bankomat kartlarını təqdim edib göstərmişdir. Hüseyn Raminə kənd sakinlərinə məxsus 50 ha ölçüdə həmin pay torpaqlarını onlardan alacağını və ona satacağını bildirmişdir. Ramin də həmin torpaqlara baxıb bəyənmiş və ondan 50 ha torpaq alacağı barədə hər hektara 2000 manat olmaqla, ümumilikdə 100000 manata onunla razılaşmışdır. Hüseyn ona əvvəlcə puldan 30000 manat ilkin olaraq verməyi bildirmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının 23-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çay evlərindən birində o qaynı Raminlə birlikdə Hüseynlə görüşmüşlər. Ramin Hüseynlə razılaşmasına əsasən ilkin olaraq həmin puldan 14000 manatı çıxarıb onun üçün torpaq alması üçün onun yanında Hüseynə vermişdir. Daha sona Hüseyn onlara bildirmişdir ki, dayısı kimi təqdim etdiyi şəxs də avtomobilindədir və torpağa dair sənədlər də oradadır. Hüseyn demişdir ki, Ramin istəyirsə torpağın sənədlərini də verə bilər. Ramin isə ona inandığı üçün sənədləri istəməmişdir. Çay evindən çıxan zaman Hüseynin dayısı kimi təqdim etdiyi şəxslə də görüşmüşlər. Daha sonra onlar çıxıb getmişlər. 2023-cü il yanvar ayının 03-də Hüseyn Raminə zəng vurub alacağı torpağa dair olan puldan yenə də gətirməyini bildirmişdir. Ramin də həmin gün tək Salyan rayonu ərazisinə gəlmiş və rayon ərazisində yerləşən “Köhnə Bərə” adlı restoranda Hüseynlə görüşmüşdür. Ramin orada 10000 manat da pul çıxarıb Hüseynin ona satacağı torpaq üçün Hüseynə vermişdir. Hüseyn Raminə yaxın günlərdə sənədlərin düzələcəyini, kənd sakinlərini çağıracağını və onların satacağı torpaqları notarius vasitəsilə adına rəsmiləşdirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Ramin Salyan rayonundan tanıdığı bir şəxslə görüşərkən o, Raminə Hüseynin dələduz olduğunu, onu aldatdığını və pulunu geri tələb etməyini bildirmişdir. Həmin vaxt Ramin Hüseyn tərəfindən aldandığını başa düşüb ona zəng edərək pulunu geri istəmişdir. Hüseyn isə ona narahat olmamağı, alacağı olduğu üçün yaxın vaxtlarda pulu qaytaracağını bildirmişdir. Ramin mütəmadi olaraq Hüseyndən 24000 manat pulunu tələb etdiyi üçün 2023-cü il yanvarın 20-də Hüseynin vasitəsilə onunla birlikdə Salyan rayonunda fərdi təsərrüfatla məşğul olan, Goranboy rayon sakini Şahid6 ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çay evlərindən birində tanış olub görüşmüşlər. Hüseyn Yavərə gübrə satdığı üçün Yavərin ona 13000 manat borcu yaranmışdır. Həmin vaxt Yavər puldan 8000 manatı gətirib orada onun və Raminin yanında Hüseynə vermişdir. Hüseyn isə Raminin ona verdiyi puldan 4000 manat pulu Raminə qaytarmışdır. Daha sonra Ramin yenə də Hüseyndən qalan pulu da tələb etdiyi üçün Hüseyn 2023-cü il martın 17-də Yavərə zəng vurub ona veriləsi 5000 manat pulu ona verməyini bildirmişdir. Martın 20-də Yavər həmin 5000 manat pulu Raminin kart hesabına elektron qaydada göndərmişdir. Pulun 15000 manatı qaldığı üçün Ramin yenidən Hüseynə zəng vurub pulu tələb etdikdə Hüseyn mobil nömrəsini dəyişib zənglərinə cavab verməmişdir. Ramin də məcbur qalıb Salyan Rayon Polis Şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid6 məhkəmə iclasına gəlməmişdir. Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu, cinayət işinin 278-279-ci vərəqlərində olan ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Goranboy rayonu, Əlirzalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qəsr yaşayış kompleksi, blok A, mənzil 222-də ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, Salyan rayonu, Şorsulu kəndi ərazisində yerləşən istixananı icarəyə götürüb işlətmişdir. Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanımış və onunla münasibətləri yaranmışdır. Hüseyn ona özünü Neftçala rayon Cəngən kənd İnzibati Ərazi Nümayəndəsi kimi təqdim etmişdir. Həmin vaxtlar Hüseyndən işlətdiyi istixana üçün cəmi bir dəfə gübrə almışdır. Hüseyndən aldığı gübrəyə görə ona 13000 manat pul borcu yaranmışdır. 2023-cü il yanvarın 20-də Hüseyn ona zəng vurub pulu gətirməyini bildirmişdir. O da həmin puldan 8000 manat düzəldib Bakı şəhərinə getmişdir. Nərimanov rayonu ərazisində yerləşən çay evlərindən birində Hüseyn, yanında olan əvvəllər tanımadığı, həmin vaxt tanış olduğu Sumqayıt şəhər sakini Ramin və yanında olan qohumu Namiq adlı şəxslərlə tanış olub görüşmüşlər. Həmin vaxt Hüseynə olan borcundan 8000 manatı çıxarıb orada Hüseynə vermiş və çıxıb getmişdir. Daha sonra Hüseyn 2023-cü il martın 17-də Raminlə birlikdə olarkən ona zəng vurub veriləsi 5000 manat pulu Raminə verməyini bildirmişdir. O da pulu martın 20-nə verəcəyini bildirmişdir. Martın 20-də həmin 5000 manat pulu Raminin kart hesabına elektron qaydada göndərmişdir. Həmin gün Hüseyn ona zəng vurub 5000 manat pulu Raminə verməməyini və onun özünə verməyini bildirmişdir. O isə Hüseynə özü dediyi üçün 5000 manat pulu Raminə verdiyini bildirmişdir. Hüseyn isə yalandan ona bildirmişdir ki, həmin vaxt onunla telefonda danışan o olmamış və onun adından bir başqası telefonla danışmışdır. Həmin vaxt Hüseynin yalan danışdığını və dələduzluq etdiyini başa düşmüşdür. Daha sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 üçün Neftçala rayonu Cəngən kəndi ərazisindən 50 ha torpaq alacağı adı ilə onu aldadıb 24000 (iyrimi dörd min) manat pulunu alaraq ələ keçirmiş, ondan aldığı 13000 (on üç min) manat pulun isə 9000 (doqquz min) manatını həmin puldan Raminə qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 04 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 22-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, X3 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 37-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 10 aprel 2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərarından görünür ki, Neftçala rayonu Aşağı Surra kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada Salyan RPŞ-nə gətirilərək istintaq orqanına təqdim olunması qərara alınmışdır. Cinayət işinin 39-cu vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 42-43-cü vərəqlərində olan 25 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 44-45-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 25 aprel 2023-cü il tarixli “ittiham elan etmək üçün təqdirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyini və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığını nəzərə alaraq, ona ittiham elan edilməsindən ötrü tutulması üçün barəsində axtarış elan edilməsi və tutulduğu halda Salyan RPŞ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 46-cı vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 25 aprel 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 49-50-ci vərəqlərində olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Surra kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi E.K.Mehtiyev tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Aşağı Surra kəndində yaşayır, yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Ailəsi ilə birlikdə Aşağı Surra kəndində yaşayır, himayəsində xx.xx.2007ci il təvəllüdlü qızı X6 və xx.xx.2015-ci il təvəllüdlü azyaşlı oğlu X17 oğlu var. Cinayət işinin 68-69-cu vərəqlərində olan Salyan rayon prokurorunun müavini Rəcəb Hacıyevin 04 may 2023-cü il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında qərarın ləğv edilməsi barədə” qərarından görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 25 aprel 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. Cinayət işinin 79-cu vərəqində olan 06 may 2023-cü il tarixli “axtarışda olan şəxsin saxlanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:30 radələrində Salyan şəhəri ərazisindən keçən “Akkuşa” çayının yaxınlığındakı yolun kənarında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin 95-96-cı vərəqlərində olan 08 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 112-114-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-cü vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 131-132-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədovun № ********* saylı cinayət işi üzrə 23 may 2023-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi” barədə qərarından görünür ki, icraaatında istintaq edilən ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsindən ötrü aidiyyəti üzrə Salyan rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin 135-136-cı vərəqlərində olan 02 iyun 2023-cü il tarixli “ cinayət işinin icraata qəbul edilməsi” barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X7 icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 162-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 163-cü vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, X9 zərər çəkmiş şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin 178-179-cu vərəqlərində olan 12 iyun 2023-cü il tarixli “həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi” barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılmasından ötrü 5 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə keçirilmişdir. Cinayət işinin 229-cu vərəqində olan “cinayət işi üzrə əməlin tövsif olunması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 234-235-ci vərəqlərində olan 06 iyul 2023-cü il tarixli “həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi” barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılmasından ötrü 10 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə keçirilmişdir. Cinayət işinin 241-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, X5 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 263-268-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1137/2023/saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həbsdə saxlanılmas müddəti 02 ay olmaqla-06 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 269-cu vərəqində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X7 23 avqust 2023-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi” barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Salyan RPŞ-nə göndərilmişdir. Cinayət işinin 271-272-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 № ********* saylı cinayət işi üzrə 01 sentyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərarından görünür ki, ********* saylı cinayət işi icraatına götürülərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 311-312-ci vərəqlərində olan 11 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 321-322-ci vərəqlərində olan 11 sentyabr 2023-cü il tarixli “vəsatətə baxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs vəsatəti tam rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, “Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır”. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, “Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur”. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli istintaqda etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və onun məhkəmə istintaqında etiraf edici ifadəsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında, məhkəmə istintaqında verdiyi ifadəsində və son söz hüququndan istifadə edərkən bildirmişdir ki, istintaqda özünü təqsirli bilməməsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşımışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilməsi öz təsdiqini tapır, məhkəmə istintaqında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini,onlara dəymiş ziyanın tamamilə aradan qaldırılması, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, himayəsində azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 5 (beş) ay 19 (on doqquz) gün müddət azadlıqdan mərhum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən evini, axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyərək ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account:AZ03NABZ**********0000002944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-159/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-159/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver