Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-16/2023 25.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1982-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 1960/2022 saylı qərarı ilə həmin cəza dəyişdirilmədən saxlanılmış, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)68/2022 saylı hökmü ilə ona təyin edilmiş iki il iyirmi doqquz gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnın 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş bir il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilmiş və üzərində qəti olaraq iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(105)218/2023 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsi, ev 36-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 21, mənzil 24-də yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərdab rayonu, Gödəkqobu kənd sakini Zərərçəkmiş şəxs1 2014-cü ildə yol-nəqliyyat hadisəsi törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Şəmistan Əzizovun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad etdirəcəyi barədə yalan vəd verib aldatmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs1 2021-ci il aprel ayının 13-də Zərdab rayonu, Dörd yol ayrıcı adlanan ərazidə yerləşən ərzaq mağazasındakı "eManat" ödəmə sistemi vasitəsi ilə onun “Kapital Bank”a aid kart hesabına göndərdiyi 500 manat, həmin il aprel ayının 15-də ona göndərdiyi 1000 manat və aprel ayının 20-də göndərdiyi 1500 manat, cəmi 3000 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs2 qardaşı Seyfəddin Həmidovla arvadı arasında olan mübahisə ilə bağlı mülki işə dair Xaçmaz Rayon Məhkəməsində çıxarılmış qətnamədən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs2 qardaşının xeyrinə qətnamə qəbul olunmasına nail olacağı barədə yalan vəd verərək sonuncunun etibarından suiistifadə edib aldatmaqla 2021-ci ilin avqust ayının ortalarında Sumqayıt Apelyasiya Məhkəməsinin həmin şəhərdəki köhnə inzibati binası ilə üzbəüz parkdakı çayxanada ondan bu məqsədlə əvvəlcə 1500 manat pul almış, daha sonra vahid niyyətlə Zərərçəkmiş şəxs2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki Təbriz marketdə quraşdırılmış və terminal nömrəsi 0065 olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə onun “Kapital Bank”a aid 416973****0665 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə göndərdiyi 100 manat, xx.xx.2021-ci il tarixdə həmin marketdə quraşdırılmış və terminal nömrəsi 01637 olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 220 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə 530 manat, cəmi 2550 (iki min bez yüz əlli) manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə müvəqqəti qeydiyyatla Bakı şəhərində yaşayan Ukrayna Respublikası vətəndaşı Pııala Nabııevaya (Zərərçəkmiş şəxs3 Bəhman qızı) özünü Sabunçu rayon hüquq məsləhətxanasının vəkili kimi təqdim edərək ona Azərbaycan Respublikası ərazisində 5 illik müvəqqəti yaşayış icazəsi alacağına dair yalan vəd verib etibarından sui-istifadə edib aldatmaqla 2021-ci ilin dekabr ayının əvvəllərində saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu Elmlər Akademiyasının qarşısındakı kafedə ondan əvvəlcə 500 manat, bundan 2 gün sonra həmin kafedə vahid niyyətlə Pııala Nabııevadan 200 manat almış, bir neçə gün sonra isə Xətai rayonunda yerləşən notariat kontorunun qarşısında guya ona aid notariat sənədlərinin hazırlanması üçün 50 manat aldıqdan sonra Pııala Nabııevaya əri Şahid2 Azərbaycan Respublikası vətəndaşı alacağına dair yalan vəd verib 2021-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, "Koroğlu" metrostansiyasının yaxınlığındakı "Bravo" adlanan supermarketdə ondan 650 manat almış, 2021-ci ilin dekabr ayının ortalarında saat 20 radələrində isə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında Pııala Nabııevadan eyni məqsədlə əlavə 300 manat almaqla sonuncunun cəmi 1700 (min yeddi yüz) manat məbləğində pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs Pııala Nabııevaya qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Salyan rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs4 qəsdən adam öldürmə cinayəti törətdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu Rabil Dadaşova köməklik edəcəyi barədə yalan vəd verib onu aldatmaqla ilkin olaraq müqavilə bağlamaq adı ilə Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən "Eleqant" marketindən ona göndərdiyi 500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirdikdən sonra vahid niyyətlə və eyni məqsədlə Zərərçəkmiş şəxs4 aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin inzibati binasının yaxınlığındakı parkda ondan 5000 manat almış, xx.xx.2022-ci il tarixdə isə Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən "Eleqant" marketindən sonuncunun ona göndərdiyi 2000 manat pulunu, ümumilikdə cəmi 7500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin aprel ayında sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 adlı bir şəxs ona zəng vuraraq oğlunun yolnəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunduğunu və onu cəzadan vaxtından əvvəl azad olunmasını istədiyini demişdir. Həmin məqsədlə ondan 3000 manat pul istəmişdir. Aydın əvvəlcə 500 manat, sonra 1000 manat və daha sonra isə 1500 manat məbləğlərində pulu bank vasitəsi ilə onun kartına köçürmüşdür. Aydının işi düzəlmədiyi üçün sonuncu pulunu geri istəmiş, imkan olmadığından pulunu geri qaytara bilməmişdir. 2021-ci ilin avqust ayında Sumqayıt şəhərində əslən Xaçmaz rayonundan olan Mərziyə və onun Habil adlı qohumu ilə tanış olmuş, daha doğrusu onlar özləri həmin vaxt Sumqayıt Apelyasiya Məhkəməsində olan mülki işin həllində onlara kömək etmək məqsədi ilə ona müraciət etmişlər.Mərziyəyə məhkəmədə onun xeyrinə qətanmə çıxarılmasını təmin edəcəyinə söz verib bunun üçün ona 3000 manat pul verməli olduğunu demiş, Mərziyə də razılaşıb hazırda üzərində yalnız 1500 manat pulu olduğunu, ona verib qalan 1500 manat pulu da sonra verəcəyini demişdir. Habilin yanında ondan 1500 manat pul almış, daha sonra 2021-ci ilin sentyabr ayının ortalarına kimi Mərziyə ona məxsus "KapitalBank" kartına əvvəlcə 100 manat, sonra 220 manat və 200 manat, daha sonra isə 530 manat pul göndərmişdir. Dəqiq tarix yadında qalmasada təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində ona əslən Salyan rayonundan olan Safaləddin adlı bir şəxs müraciət edib oğlunun qəsdən adam öldürməyə görə məhkum olunduğunu, ona köməklik göstərilməsini istədiyini bildirib ondan həqiqətəndə vəkil olub-olmadığını soruşmuşdur. O da Safaləddinə həqiqətəndə vəkil olduğunu bildirmiş və vəkil kimi ilkin müqavilə bağlamaq üçün ona 500 manat, oğlunun işinin həll olunması üçün isə 5000 manat pul verməli olduğunu demişdir. Safaləddin həmin vaxt üzərində pul olmadığını deyib rayona gedib gələndən sonra həmin məbləğdə pulu ona verəcəyini bildirmiş, Safaləddin yaşadığı Salyan rayonuna qayıdandan sonra ona zəng vurub öz kart hesabının nömrəsini ondan istəmiş, oda Safaləddinə kart hesabının nömrəsinin göndərdikdən sonra Safaləddin ilkin olaraq onun kartına 500 manat pul yükləmiş, bundan bir neçə gün sonra isə Bakı şəhərinə gəlib Səbail Rayon Məhkəməsinin yaxınlığındakı parkda onunla görüşmüş və ona oğlunun cəzadan azad olunması üçün 5000 manat pul vermişdir. Təxminən 3-4 ay keçdikdən sonra Safaləddin ona növbəti dəfə zəng vuranda o, Safaləddinə verdiyi pulun azlığına görə oğlunun məsələsinin düzəlmədiyini, buna görə əlavə 2000 manat da verməli olduğunu demiş, Safaləddin də 2022-ci ilin yanvar ayının ortalarına onun bank kartına əlavə 2000 manat pul köçürmüşdür. Elşən adlı qonşusu 2021-ci ilin dekabr ayında ona müraciət edib Ukrayna vətəndaşı olan Piyalə adlı bir şəxsə 5 illik müvəqqəti yaşayış icazəsi almaq lazım olduğunu demişdir. Həmin məqsədlə Piyalədən 1700 manat almış, lakin işini düzəldə bilmədiyi üçün sonuncunun tələbi ilə 500 manatı qaytarmış, 1200 manatı isə borclu qalmışdır. Zərərçəkmişlərə dəymiş ziyanı qismən ödəməsini nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2021-ci ilin avqust ayının ortalarında Sumqayıt Apelyasiya məhkəməsində mülki işə baxılarkən sonradan adını öyrəndiyi Nəsimi onlara yaxınlaşıb nə üçün məhkəməyə gəldikləri ilə maraqlanmışdır. Nəsimi onu dinlədikdən sonra məhkəmədə işə baxılarkən ona kömək edə biləcəyini və xeyrinə qətnamə çıxarılacağına onu əmin edib bunun üçün 3000 manat pul istəmişdir.Həmin vaxt üzərində yalnız 1500 manat pul olduğunu, onu verib qalan 1500 manat pulu sonra verəcəyini demişdir. Nəsimi razılıq verdikdən sonra Sumqayıt Apelyasiya məhkəməsinin köhnə inzibati binasının qarşısındakı parkda o, Nəsimiyə qohumu Şahid1 yanında 1500 manat pul vermişdir. 2021-ci ilin avqustsentyabr ayları ərzində o, Nəsiminin telefon vasitəsi ilə ona göndərdiyi pul kartına hissəhissə 100 manat, sonra 220 manat, 200 manat və 530 manat olmaqla ümumilikdə, cəmi 1050 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs onun pulunu verməmiş, həmin pulun ondan tutulması və ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2020-ci ilin may ayında oğlu X2 rayonu ərazisində qəsdən adam öldürdüyünə görə təqsirli bilinərək məhkəmənin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra o, oğlunun azad olunması və ona hüquqi yardım göstərilməsi üçün vəkil axtaran zaman həmkəndlisi Nəriman adlı şəxs ona Təqsirləndirilən şəxs adlı şəxsin telefon nömrəsini verib həmin şəxsin vəkil olduğunu və ona bu məsələdə köməklik göstərə biləcəyini demişdir. O da Nəsimi adlı şəxsin mobil telefon nömrəsinə zəng vurub tanışlıq verdikdən sonra 2021-ci ilin sentyabr ayının 2-də qardaşı Şahid4la birlikdə Bakı şəhərinə gedərək Səbail rayon məhkəməsinin yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxsla görüşmüş, həmin görüş zamanı o, Təqsirləndirilən şəxs oğlu barədə məlumat verib oğlu barəsində olan məhkəmə hökmünün surətini ona vermişdir. Nəsimi də həmin hökmü oxuduqdan sonra ona kömək edə biləcəyini deyərək ondan həmin məqsədlə 7500 manat pul almış, lakin işini düzəltməməsinə baxmayaraq pulunu geri ala bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ziyanı tələb etdiyini qeyd edərək ona ağır cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, 2014-cü ildə oğlu Şəmistan yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, oğlu həmin cəzanı çəkərkən həyat yoldaşı xəstələnmiş, ona görə də oğlunun cəzasının çəkilməmiş qalan 2 il 4 aylıq hisəsini çəkməkdən azad olunması üçün ona kömək edə biləcək bir şəxs axtarmış, Şiralı adlı bir həmyerlisi ona ***-***-**-** mobil nömrəsi verərək həmin nömrənin sahibinin ona ola bilər ki, kömək edə biləcəyini demişdir. Bundan sonra o, öz mobil telefonu ilə ***- ***-**-** nömrəsinə zəng vurduqda telefona cavab verən şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmiş, tanış olduqdan sonra Nəsimiyə oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl azad olunmasına köməklik göstərməsini xahiş etdikdə Nəsimi bu məsələdə ona köməklik edə biləcəyini, lakin bunun üçün 3000 manat pul verməli olduğunu demişdir. Razılıq verdikdən sonra Nəsimidən ona məxsus bank kartının nömrəsini almış və ilk dəfə 13 aprel 2021-ci il tarixdə "E-manat" elekton ödəmə sistemi vasitəsilə Nəsiminin verdiyi "KapitalBank"a məxsus bank kartına Zərdab şəhərindəki "4 Yol" adlanan ərazidəki mağazada qoyulmuş 500 manat pul göndərmişdir. Sonradan Nəsimi ilə əlaqə saxlayıb oğlunun işinin nə yerdə olduğunu ondan soruşduqda Nəsimi ona 3000 manat pulu yalnız tam şəkildə ödədikdən sonra onun oğluna kömək edə biləcəyini demişdir. Ona görə də, 15 aprel 2021-ci il tarixdə Nəsiminin bank kartına əvvəlcə 1000 manat, 20 aprel 2021-ci il tarixdə isə 1500 manat pulu Zərdab şəhərindəki "4 Yol" adlanan ərazidəki mağazada qoyulmuş "E-manat" elekton ödəmə sistemi vasitəsilə göndərmişdir. Beləliklə də o, 13 aprel 2021-ci il tarixdən həmin ilin 20 aprelinə qədər olan dövr ərzində oğluna köməklik göstərməsi üçün Nəsiminin bank kartına cəmi 3000 manat pul göndərmiş, lakin buna baxmayaraq Nəsimi onun oğluna heç bir köməklik göstərməmişdir. Sonradan dəfələrlə zəng vurub heç bir köməklik göstərmədiyi üçün Nəsimidən ona göndərdiyi 3000 manat pulu geri qaytarmasını tələb etsə də, Nəsimi hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ələ keçirdiyi 3000 manat pulunu ona qaytarmamışdır. Ona görə də məcbur qalıb Nəsimidən Zərdab RPŞ-nə ərizə ilə şikayət etmişdir. Zərərçəkmiş şəxs NABİİEVA PİİALA (Zərərçəkmiş şəxs3 Bəhman qızı) məhkəməyə ünvanladığı teleqramda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, o, milliyyətcə azərbaycanlı olmaqla 22 ildir ki, Bakı şəhərində yaşayır və Azərbaycan dilində də sərbəst yazıb oxuya bilir. Özü Ukrayna vətəndaşı, əri Şahid2 isə Gürcüstan vətəndaşı olduğu üçün onlar Bakı şəhərində yaşadıqları bu müddət ərzində Bakı şəhərinə qeydiyyatına düşə bilməmiş, bu səbəbdən hər il müvəqqəti qeydiyyata düşməyə məcbur olmuşlar. Ona görə də bir dəfəlik 5 illik qeydiyyata düşmək istəmiş, bu barədə hazırda Rusiya Federasiyasında yaşayan atası orada yaşayan Nizami adlı tanışlarına müraciət edərkən o, bu işlə maraqlanacağını bildirmiş, daha sonra Nizami adlı şəxs atasına Bakı şəhərində yaşayan qohumu Elşənin qonşuluğunda Nəsimi adlı bir şəxsin yaşadığını, Nəsiminin bu məsələnin həllində onlara köməklik edə biləcəyini deyib Nəsiminin telefon nömrəsini də atasına vermiş, atası da bu barədə onu məlumatlandırıb Nəsiminin telefon nömrəsini ona göndərmişdir. Ondan sonra o, Nəsimi adlı şəxsə zəng vuraraq onunla telefonda danışmış və ona Bakı şəhərinə 5 illik müvəqqəti qeydiyyata düşmək istədiyini bildirmişdir. Nəsimi də ona bu probleminin həllində kömək edəcəyinə söz vermiş və razılaşıb 2021-ci ilin dekabr ayının əvvəllərində saat 19 radələrində Yasamal rayonu ərazisində Elmlər Akademiyasının qarşısındakı bir kafedə əri Şahid2 ilə birlikdə Nəsimi ilə ilk dəfə görüşmüşlər. Tanış olduqdan sonra Nəsimi onlara özünün guya Sabunçu rayonunda hüquq məsləhətxanasında işlədiyini deyib sənədlərinə baxdıqdan sonra onun üçün Bakı şəhərinə 5 il müddətinə yaşayış icazəsi ala biləcəyini, bunun üçün 500 manat pul lazım olduğunu demiş, razılaşaraq o, bununla bağlı həmin vaxt ərinin yanında Nəsimiyə 500 manat pul vermişdir. Həmin gün aralarındakı söhbət əsnasında Nəsimi ona ərinin 21 ildir Bakı şəhərində yaşadığını, lakin onun vətəndaşlığının olmadığını, ərini məhkəmə yolu ilə Bakı şəhərinə daimi qeydiyyata saldıra biləcəyini demiş, o da cavabında bu məsələni də həll edərsə ona əlavə "hörmət" edəcəyini bildirmişdir. Bundan 2-3 gün sonra Nəsimi ona zəng edərək işinin həlli üçün 200 manat əlavə pul lazım olduğunu və həmin pulu təcili ona çatdırmasını demiş, ona görə də əri ilə gəlib ilk dəfə görüşdükləri kafedə Nəsimiyə əlavə 200 manat da pul vermişdir. Aradan təxminən 3-4 gün keçdikdən sonra Nəsimi ona zəng edib işlərinin düzəldiyini deyib istəyirsə ərini də Azərbaycan Respublikasına daimi qeydiyyata sala biləcəyini, bunun üçün məhkəmədə iddia qaldırmaq lazım olduğunu, iddia qaldırdıqdan sonra iki nəfər qonşunun həqiqətən də əri Vüqarın 1988-ci ildən Bakı şəhərində yaşadığını təsdiqləməli olduqlarını və bu məsələnin həlli üçün onun 650 manat pul verməli olduğunu demişdir. O, şahid tapmasada bir neçə gün sonra növbəti görüşləri zamanı Nəsimi Xətai rayonunda yerləşən notarial kontorunun qarşısında ondan 50 manat da almışdır ki, guya notarial sənədlərinin hazırlanmasına görə bu pul ona lazımdır. Həmin günü axşam saatlarında Nəsimi yenidən ona zəng edib ərinin işinin tez həll olunması üçün 650 manat yox 1000 manat verməli olduğunu bildirmiş, ona görə də səhəri gün saat 19 radələrində əri ilə birlikdə Nəsimi ilə Koroğlu metrosunun qarşısında görüşüb yaxınlıqda yerləşən “Bravo” marketə gedib bu barədə bir az söhbət etdikdən sonra ona 650 manat pul vermiş, qalan pulu isə sonra ona çatdıracağını demişdir. 650 manat pulu ondan alandan 1-2 gün keçdikdən sonra Nəsimi təkrarən zəng edərək məhkəmədə artıq prosesin başlandığını, ona görə də qalan 300 manatı çatdırmağın vacib olduğunu ona demiş, bu səbəbdən 2021-ci ilin dekabr ayının ortalarında saat 20 radələrində əri Vüqarla gedib metronun Q.Qarayev stansiyasının qarşısında Nəsimi ilə görüşmüş və ona əlavə 300 manat pul vermişdir. Sonradan o, Nəsimiyə zəng edib işlərinin nə yerdə olmasını soruşduqda Nəsimi ona telefonda kobud cavab vermiş və buna görə aralarında qısa mübahisə yaranmışdır. Həmin vaxt telefonda Nəsimi ona “mənimlə bu tonda danışma, sən bilirsən mən kiməm" deyə onu hədələmiş, o, isə Nəsiminin bu hədəsinə məhəl qoymamışdır. Aradan bir müddət keçsədə Nəsimidən bir xəbər çıxmamış, Nəsimi ümumiyyətlə onların telefon zənglərinə cavab verməmişdir. Nəsiminin onu aldatdığını başa düşəndən sonra Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan atası Nəsimin qonşusu olan Elşənə zəng edib nə üçün qızının aldadıldığını ondan soruşmuş, Elşən də atasına and-aman etmişdir ki, o, Nəsimini vəkil kimi tanıyır və Nəsimi bu hərəkəti ilə bu məsələdə onu da aldadıb onların yanında pis vəziyyətdə qoymuşdur. Bundan sonra Elşən onlara narahat olmamalarını, Nəsimi onlardan aldığı pulu qaytarmasa həmin pulu özünün qaytaracağını bildirmiş, Elşən bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında, yeni il ərəfəsində ona 500 manat pul versədə Nəsimidən qalan pulu ala bilmədiyi üçün bu günə qədər də onun pulunu qaytarmamışdır. Nəsimiyə verdiyi cəmi 1700 manat pulun hamısı onun öz şəxsi pulu olmaqla, onu öz işinin və ərinin işinin həll olunması üçün Nəsiminin özünə şəxsən özü vermişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Zərərçəkmiş şəxs2 qardaşının işi üzrə Xaçmaz rayon məhkəməsində işə baxılarkən məhkəmə Zərərçəkmiş şəxs2 xeyrinə olmayan qətnamə çıxardığından onlar həmin qətnamədən apelyasiya şikayəti vermişlər. 2021-ci ilin avqust ayının ortalarında Sumqayıt Apelyasiya məhkəməsində işə baxılarkən sonradan adını öyrəndiyi Nəsimi adlı şəxs onlara yaxınlaşıb nə üçün məhkəməyə gəldikləri ilə maraqlanmış, Zərərçəkmiş şəxs2 da Nəsimi adlı şəxsə məhkəməyə gəlmə səbəbini demişdir. Nəsimi adlı şəxs onu dinlədikdən sonra məhkəmədə işə baxılarkən ona kömək edə biləcəyini və xeyrinə qətnamə çıxarılacağına əmin edib bunun üçün 3000 manat pul verməli olduğunu demiş, Mərziyədə ayrı-ayrı vaxtlarda Nəsimiyə 2550 manat pul vermişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid4 göstərmişdir ki, 2020-ci ilin may ayında qardaşı oğlu X2 rayonu ərazisində qəsdən adam öldürdüyünə görə təqsirli bilinərək məhkəmənin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra qardaşı Safaləddin oğlunun azad olunması və ona hüquqi yardım göstərilməsi üçün vəkil axtaran zaman Təqsirləndirilən şəxs adlı şəxslə telefonda tanış olmuş, ondan sonra 2021-ci ilin sentyabr ayının 2-də qardaşı Safaləddin onunla birlikdə Bakı şəhərinə gedərək Səbail rayon məhkəməsinin yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxsla görüşmüş, həmin görüş zamanı Safaləddin Təqsirləndirilən şəxs oğlu barədə məlumat verib oğlu barəsində olan məhkəmə hökmünün surətini ona vermişdir. Nəsimi də həmin hökmü oxuduqdan sonra Safaləddinə kömək edə biləcəyini və bunun üçün Nəsimi Safaləddindən 7500 manat pul almışdır. Məhkəmədə elan olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 03 iyun 2022ci ildən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 1960/2022 saylı qərarı ilə həmin cəza dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmuş, CM-nın 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)68/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş iki il iyirmi doqquz gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş bir il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(105)218/2023 saylı Qərarı ilə Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki cinayətləri isə Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən əvvəl törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nın 66.2 və 66.5-ci maddələrinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hisi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və dəymiş ziyanın bir qismini ödəməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun zərərçəkmişlərə vurduğu ziyanının çox hissəsini ödəməməsi, sosial ədalətin bərpa olunmaması, məhkumluğu olmasa belə əvvəllər oxşar cinayət əməllərinə görə məhkum olunması, lakin islah olunmaması kimi halların olması bir daha onu göstərir ki, yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə onu islah etmək mümkündür. Həmçinin məhkəmə baxışı zamanı zərərçəkmişlər ziyanın ödənilmədiyini qeyd edərək şikayətçi olduqlarını bildirmişlər. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunacağı təqdirdə o, yenə cinayət əməllərini davam etdirəcəkdir. Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 03 iyun 2022-ci ildən hesablanmalıdır. İş üzrə zərərçəkmişlərə qanunla müəyyən olunmuş qaydada mülki iddia vermək hüquqları izah olunsa belə sonuncular dövlət rüsumunu ödəməyərək və həmçinin mülki iddia vermədikləri üçün iş üzrə mülki iddiaları təmin etmək mümkün olmamışdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nın 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplama yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 iyun 2022-ci ildən hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-16/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-16/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver