Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-16/2025 27.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Rayon Məhkəməsinin 1(075)- 22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 inzibati binasında qeydiyyatda olmaqla, tutulan günə kimi ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə "Tap.az", "Lalafo" adlı sosial şəbəkələrdəki işə düzəlmə saytlarında yalandan özünü Cavid Ağayev kimi təqdim edərək dənizdə üzən gəmilərdən birində əmək haqqısı 2800 manat olan mühafizəçi işinə işçi qəbulu barədə elan və həmin elanın altında əlaqə vasitəsi kimi özünə məxsus 055 *** ** ** mobil nömrəsini yerləşdirdikdən sonra həmin elanı görüb 2024-cü ilin iyul ayının əvvəllərində ona müraciət etmiş Salyan rayonu, Parça Xalac kənd sakini Zərərçəkmiş şəxs elanda göstərilmiş mühafizəçi işinə düzəldəcəyi barədə yalandan vəd verib aldatmaqla ona bunun üçün onun qeydiyyatdan keçməklə bağlı müəyyən məbləğlərdə pul ödəməli olduğunu bildirib qeydiyyatdan keçməsi, işə düzəlməsi və sığorta xərclərinin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs özünə məxsus, "xxxx" Banka aid 5239 1517 2740 2805 nömrəli BirBank kartından onun 5522 0993 6024 2150 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartına Salyan rayonu ərazisindən 2024-cü ilin iyul ayının 13-də saat 13:22-də göndərdiyi 186,00 AZN, həmin gün saat 13:26-da eyni qayda ilə göndərdiyi 200 AZN. saat 13:30-da göndərdiyi 196,00 AZN, saat 13:43-də göndərdiyi 190,00 AZN, saat 19:28-də göndərdiyi 65 AZN, 2024-cü ilin iyul ayının 14-də saat 13:44-də eyni qayda ilə göndərdiyi 310,00 AZN, həmin gün saat 14:23-də göndərdiyi 188,00 AZN, saat 17:02-də özünə məxsus, "xxxx"Banka aid 4169 7388 8300 3869 nömrəli kredit kartından göndərdiyi 685,00 AZN, 2024-cü ilin iyul ayının 15-də saat 13:37-də eyni qayda ilə göndərdiyi 1.265.00 AZN, həmin gün saat 13:43-də göndərdiyi 1,000,00 AZN, saat 19:54-də göndərdiyi 600,00 AZN, 2024-cü il iyul ayının 17-də saat 22:54-də yaşadığı Salyan rayonu, Parça-Xalac kəndində yerləşən "Muğan" marketdə quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1240 AZN, 2024-cü il 18 iyul tarixdə saat 23:05-də özünə məxsus, "xxxx" Banka aid 5239 1517 2740 2805 nömrəli BirBank kartından onun 5522 0993 6024 2150 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartına göndərdiyi 745,00 AZN, 2024-cü il 21 iyul tarixdə saat 17:08-də eyni qayda ilə köçürdüyü 1,295,00 AZN, həmin gün saat 22:53də eyni qayda ilə köçürdüyü 448,00 AZN pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqarda, ümumilikdə cəmi 8613 manat məbləğində ziyan vurmaqla ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadədə verərək göstərmişdir ki, əvvəllər dələduzluqla məşğul olduğu üçün bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunsa da heç vaxt həbs olunmamış, yalnız sonuncu dəfə Şəki rayonunda yaşayan bir şəxsi aldadıb ona məxsus 6200 manat pulu ələ keçirdiyi üçün 2024-cü ilin iyul ayının 30-da yaşadığı ünvanda Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tutularaq Şəkiyə gətirilmiş və ondan sonra Şəki Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağdam Rayon Polis Şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış cinayət işi üzrə isə vurduğu ziyanı və dövlət nəfinə həmin ziyanının 25 96-ni tam şəkildə ödəyib zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün barəsində olan həmin cinayət işinin icraatına sonradan xitam verilmişdir. Barəsindəki Sabunçu Rayon Məhkəməsində baxılmış cinayət işi üzrə isə ona xx.xx.2023-cü il tarixdə 01 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Özü xəstə olduğundan ona müalicə olunmaq üçün pul lazım olmuş, ona görə də pul qazanmaq üçün internetdə, əsasən də "Lalafo",-"Tap.Az" kimi elanlar saytında yalandan işə qəbulla bağlı elanlar qoymuş və işə düzəlmək istəyən şəxslər də verdiyi elanla bağlı ona müraciət edəndə onları aldatmışdır. İnternetdəki işə düzəlmə saytında qoyduğu bir elanda guya gəmidə mühafizəçi işinə işçi tələb olunduğunu və həmin mühafizəçi işinə düzələn şəxslərə də 2800 manat əmək haqı veriləcəyini göstərmiş, elanda həm də öz adına olmaqla qeyd edilən dövrdə istifadəsində olan ***-***-**-** möbil nömrəsini də qoymuş və həmin mobil nömrənin altından da yazmışdır ki, işə düzəlmək istəyən şəxslər bu nömrə ilə əlaqə saxlaya bilərlər. Salyan rayonu, Parça-Xalac kənd sakini olan Zərərçəkmiş şəxs əvvəldən tanımamış, onunla heç vaxt hər hansı bir münasibəti də olmamışdır. Elanı verəndən bir neçə gün sonra yuxarıda qeyd edilən mobil nömrəsinə zəng vuran şəxs Salyan rayonundan olduğunu, adının Cəlil, soyadının isə Bünyadov olduğunu, hazırda "Salyan OYL" şirkətində fəhlə işlədiyini və orada əmək haqqı az olduğundan daha yüksək maaşlı işdə işləmək istədiyini bildirib ondan elanda göstərilən iş yeri ilə maraqlanmış, o da öz növbəsində özünü Cəlil adlı şəxsə Cavid Ağayev kimi təqdim edərək onun internetdə qoyduğu elana tam inandığını görüb ona həmin işi tərifləməyə başlamış, işə düzələrsə çox yüksək əmək haqqı alacağını, həmin iş yerində işçilərə çox böyük qayğı, diqqət və köməklik göstərildiyini bildirmişdir. Cəlil adlı şəxs də onun bu dediklərinə inandığından həmin işə düzəlmək istədiyini ona demiş, həmin şəxsi tam inandırmaq üçün ona tez öz "CV"-ni hazırlayıb göndərməsini tapşırmış, Cəlil adlı şəxs də öz "CV"-ni hazırlayıb ona göndərəndən sonra "CV"-yə baxıb yalandan ona göstərdiyi məlumatların işə düzəlməyinə əsas verdiyini, bunun üçün heç bir problem olmadığını, ancaq işə düzəlməkdən ötrü əvvəlcə qeydiyyatdan keçməli olduğunu, bunun üçün də ona göndərəcəyi Azərbaycan Beynəlxalq Bankına məxsus bank kartına 186,00 AZN pul ödəməli olduğunu bildirmişdir. Cəlil adlı şəxs də dərhal bununla razılaşdığı üçün onun mobil telefonuna öz adına olan Azərbaycan Beynəlxalq Bankına aid 5522 0993 6024 2150 nömrəli bank kartının şəklini atmış, ondan sonra Cəlil adlı şəxs həmin karta həqiqətən də ilk dəfə 186,00 AZN pul yükləmişdir. Onun bank kartına dərhal pul göndərməyini görüb başa düşmüşdür ki, həmin şəxs artıq tamamilə onun dediklərinə inanmışdır. Ona görə də ona təkrar zəng vurub qeydiyyatdan keçməklə bağlı bir qədər anlaşılmazlıq olduğunu, bunun üçün 186,000 AZN yox, 386,00 AZN ödəməli olduğunu ona demiş, Cəlil adlı şəxs də dərhal əlavə 200 AZN də onun öz adına olan bank kartına göndərmişdir. Bu minvalla Cəlil adlı şəxslə istifadəsində olan 055-275-7361, daha sonra isə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrlə əlaqə saxlayıb hər dəfə ona müxtəlif bəhanələr gətirməklə, gəmidə işə düzəldəcəyi adı ilə aldadaraq 2024-cü ilin iyul ayının müxtəlif günlərində ona məxsus 8600 manat pulu ələ keçirib onları özü üçün xərcləmişdir. Həmin pullardan hazırda onda qalmamış, ona görə də Cəlil adlı şəxsə heç bir məbləğdə pul ödəyə bilməmiş, nə vaxt həbsdən çıxarsa ondan sonra həmin pulu qaytarmağa çalışacaqdır. Cəlil adlı şəxsi tək aldatmış və bu işdə onunla başqa kimsə olmamış, səhvini başa düşməklə tutduğu bu əməlindən də səmimi peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından əlavə, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, Azərbaycan Beynəlxalq Bankından alınmış bir ədəd CD diski və "xxxx" Bankdan alınmış ödəniş kartları üzrə çıxarışlar, Bakcell və Azerfon MMC-dən alınmış CD disklərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonu, Parça-Xalac kəndində yaşayır və özü də "Salyan OYL" şirkətində çilingər işləməklə 600 manat aylıq əmək haqqı alır. Lakin aldığı həmin əmək haqqı onu qane etmədiyindən internetdə özünə münasib bir iş axtarmış, təxminən 2024-cü ilin iyul ayının əvvəllərində internetdə işə elanları saytında aylıq əmək haqqı məbləği 2800 manat olan mühafizəçi işinə işçi qəbulu barədə elanı görüb saytda qoyulmuş elana öz "CV"-ni göndərmiş, təxminən 2 mobil nömrədən zəng edib onun böyü, çəkisi, təhsili və sair məlumatları ilə maraqlanmış, sonra da ona qeyd qeydiyyatdan keçməsi üçün əvvəlcə 186 manat pul ödeməl olduğunu deyib bimun üçün ona Azərbaycan Bəynəlxalq Bankına məxsus 5522 0993 6024 2150 nömrəh bir bank kartının nömrəsini göndərmiş, o da Cavad adlı şəxsən göndərdiyi həmin bank kartına özünə məxsus Birbank vasitəsi ilə 13 iyul 2024-cü il tarixdə saat 13:22-də 186.00 AZN pul göndərmişdir. Pulu ödəyəndən sonra Cavada zəng vurub bu barədə bildirdikdə həmin şəxs ona bir qədər anlaşılmazlıq olduğunu, qeydiyyatdan keçməsi üçün 186 manat deyil, 386 manat ödəməli olduğunu bildiyindən həmin gün saat 13:26-da qeyd edilən karta əlavə 200 manat da pulu eyni qaydada köçürmüş, sonradan isə həmin gün Cavid adlı şəxsin kartına onun istəyinə əsasən daha 65.00 AZN, 190.00 AZN və 196.00 AZN də pul ödəmişdir. Bir neçə gündən sonra Cavid adlı şəxs zəng vurub ona adına çoxlu sorğular çıxdığını, bu sorğuların müsbət həll olunması üçün pul ödəməli olduğunu, ödədiyi pulların qəbzlərini də ona sonradan göstərəcəyini deyib buna inandırdığından eyni qaydada özünü ona Cavad adı ilə təqdim etmiş şəxsin göndərdiyi bank kartına xx.xx.2024-cü il tarixdə saat 13:44-də 310.00 AZN, saat 14:23-də 188.00 AZN, saat 17:02-də 685.00 AZN, xx.xx.2024-cü il tarixdə saat 13:37-də 1265,00 AZN, saat 13:43-də 1000.00 AZN, saat 19:54-də 600.00 AZN pul ödəmişdir. Bundan 3 gün sonra Cavid adlı şəxs yenidən ona zəng vurub işə qəbul olunmazdan əvvəl sığorta olunmalı olduğunu, bunun üçün də əlavə 745 manat pul ödəməli olduğunu bildirdiyindən xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd edilən kart nömrəsinə əlavə 745 AZN, xx.xx.2024-cü il tarixdə saat 17:08-də 1295.00 AZN, saat 22:53-də 448,00 AZN pul ödəmişdir. Pulları ödəyəndən sonra Cavid adlı həmin şəxs onunla ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə mütəmadi əlaqə saxlayıb yaxın günlərdə işə düzəlmə məsələsinin həll olunacağını bildirmiş və 28 iyul 2024-cü il tarixdə ona zəng vurub 2024-cü il 30 iyul tarixdə saat 9:00-da Bakı şəhərindəki 5 saylı Asan Xidmətin qarşısında olmasını tapşırıb oradan dənizə getmək üçün vəsiqə götürəcəklərini ona demişdir. Bu Cavid adlı şəxslə onun son telefon danışığı olmuş, ondan sonra həmin şəxs bütün telefon nömrələrini söndürdüyündən daha ona zəng çatmamışdır. Sonradan aldandığını başa düşdüyü üçün məcbur qalıb gəlib Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Özünü ona Cavid adı ilə təqdim etmiş şəxs onu aldadaraq ümumilikdə onun 8600 manatdan çox pulunu ələ keçirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Salyan RPŞ-yə müraciət edərək bildirmişdir ki, Cavid Ağayev onu Bakı şəhərində mühafizə idarəsinə işə düzəltməsi üçün 2024-cü ilin iyul ayında hissə-hissə olmaqla ümumilikdə 8600 manat pulunu alaraq onu işə düzəltməmişdir.Odur ki, ondan alınan pulu geri qaytarılmasını və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, 2024-cü ilin iyul ayının 13-də saat 13:22-də Zərərçəkmiş şəxs özünə məxsus, "xxxx" Banka aid 5239 1517 2740 2805 nömrəli BirBank kartından Təqsirləndirilən şəxs məxsus 5522 0993 6024 2150 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartına 186,00 AZN, həmin gün saat 13:26-da eyni qayda ilə 200 AZN, saat 13:30-da 196,00 AZN, saat 13:43-də 190,00 AZN, saat 19:28-də 85 AZN, 2024-cü ilin iyul ayının 14-də saat 13:44-də eyni qayda ilə 310,00 AZN, həmin gün saat 14:23-də 188,00 AZN, saat 17:02-də özünə məxsus, "xxxx"Banka aid 4169 7388 8300 3869 nömrəli kredit kartından 685,00 AZN, 2024-cü ilin iyul ayının 15-də saat 13:37-də eyni qayda ilə 1.265.00 AZN, həmin gün saat 13:43-də 1,000,00 AZN, saat 19:54-də 600,00 AZN, 2024-cü il iyul ayının 17-də saat 22:54-də yaşadığı Salyan rayonu, Parça-Xalac kəndində yerləşən "Muğan" marketdə quraşdırılmış eManat ödəmə terminalı vasitəsi ilə 1240 AZN, 2024-cü il 18 iyul tarixdə saat 23:05-də özünə məxsus, "xxxx" Banka aid 5239 1517 2740 2805 nömrəli BirBank kartından onun 5522 0993 6024 2150 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartına 745,00 AZN, 2024-cü il 21 iyul tarixdə saat 17:08-də eyni qayda ilə 1,295,00 AZN, həmin gün saat 22:53-də 448,00 AZN, ümumilikdə cəmi 8613 manat pul göndərmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, bank hesabları barədə məlumatların ələ keçirilməsi barədə "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Xəlil oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Parça-Xalac kəndində yaşayan X6 ərizə ilə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Cavid Ağayev adlı şəxsin mühafizə idarəsinə işə düzəldəcəyi barədə ona yalan vəd verib aldadaraq 2024-cü ilin iyul ayı ərzində ümumilikdə cəmi 8600 manat pulunu alması və onu işə düzəltməməklə aldığı pulları da geri qaytarmadığını bildirib həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Salyan RPŞ-nin baş müstəntiqi polis polkovnik-leytenantı Arzu Hacıyevin vəsatət və təqdimatı təmin edilərək ********* nömrəli cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs 20 gün müddətinə Bakı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 78.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 08 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Barəsində Şəki RPŞ-nin istintaq Bölməsində Azərbaycan Respublikası 78.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi isə baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmiş və hazırda həmin iş məhkəmənin icraatındadır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından növbəti etapla 10 (on) gün müddətinə Salyan RPŞ-nin MSY-nə keçirilməsi qərara alınmışdır. “Azərbaycan Beynəlxalq Bankından xx.xx.2024-cü il tarixli, 6-2-41/2-43764/2024 nömrəli məktubla alınmış bir ədəd CD diskinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 5522 0993 6024 2150 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs tərəfindən hissəhissə göndərilmiş ümumilikdə cəmi 8613 manat pul da məhz həmin bank kartına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla üzləşdirildiyi göstərilmişdir. "xxxx" Bankdan alınmış ödəniş kartı üzrə xx.xx.2024-cü il tarxili çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus, "xxxx" Banka aid 4169 7388 8300 3869 nömrəli kredit kartından 2024-cü ilin iyul ayının 15-də 685,00 AZN, eyni qayda ilə 1.265.00 AZN və daha sonra 1,000,00 AZN, 2024-cü ilin iyul ayının 16-da isə 600,00 AZN pul çıxarılmışdır. "xxxx" Bankdan alınmış ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus, "xxxx" Banka aid 5239 1517 2740 2805 nömrəli kredit kartından 2024-cü ilin iyul ayının 14-də 310,00 AZN və eyni qayda ilə 188,00, 2024-cü ilin iyul ayının 15-də 186,00 AZN, həmin gün eyni qayda ilə 200 AZN, sonra 196,00 AZN, daha sonra isə 190,00 AZN və 65 AZN, 2024-cü il 18 iyul tarixdə özünə məxsus, "xxxx" Banka aid 5239 1517 2740 2805 nömrəli Bir Bank kartından onun 5522 0993 6024 2150 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartına 745,00 AZN, 2024-cü il 21 iyul tarixdə eyni qayda ilə 1,295,00 AZN və 448,00 AZN pul çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməyərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şəki Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 4(075)-66/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 4(075)-66/2024 nömrəli qərarının qüvvədə olması nəzərə alınması qərara alınmışdır. Qərarın surəti icra olunması üçün Salyan rayon prokuroruna göndərilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, aparılan danışıqların anten dairəsinə dair məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Pirallahı rayon MKTB-nin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subay olduğu, ünvan 4 ünvanında anası ilə birlikdə yaşadığı və barəsində Mənzil-Kommunal İstismar idarəsinə heç bir şikayətin daxil olmadığı bildirilmişdir. Təqsirləndirilən şəxs anası X2 ibarətdir. "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli AZF/LGL-10874/24 nömrəli məktubla göndərilmiş CD diskində baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə olan məlumatlar "Azerfon” MMC-ə məxsus ***-***-**-** və ***-***-**-** nömrələri ilə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə edilən və qəbul edilən zənglərin, həmin zənglərin qeydə alındığı antenn dairəsi və həmin nömrədən göndərilmiş və qəbul olunmuş "SMS"-lərin siyahıları olan məlumatları özündə əks etdirir.Həmin CD diskindəki məlumatlarda yuxarıda qeyd edilən mobil nömrələrin kimin adına rəsmiləşdirilməsi öz əksini tapmamışdır və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Xəlil oğluna məxsus ***-***-**-** mobil nömrə arasında saat 09:20:26-da və saat 17:15:10-da əlaqə saxlanılmışdır. Qeyd edilən nömrələrlə aparılmış digər telefon danışıqlarında, SMS mətnlərində iş üzrə əhəmiyyət kəsb edəcək xüsusatlar müəyyən edilməmişdir. "xxxx" MMC-dən xx.xx.2024-tarixli BKC/LGL-18524/24 nömrəli məktubla göndərilmiş CD diskində baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdəki məlumatlar "xxxx" MMC-ə məxsus 55 *** ** ** və 55 *** ** ** nömrələri ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə edilən və qəbul edilən zənglərin, həmin zənglərin qeydə alındığı antenn dairəsi Ba həmin nömrədən göndərilmiş və qəbul olunmuş "SMS"lərin siyahıları olan məlumatları özündə əks etdirir.Həmin CD diskində olan məlumatlardan görünür ki, "xxxx" MMC-ə məxsus 55 *** ** ** və 55 *** ** ** nömrələr Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə onun istifadəsində olmuş 55 *** ** ** mobil nömrə ilə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Xəlil oğluna məxsus ***-***-**-** mobil nömrə arasında 14, 15, 17, 18, 20 və xx.xx.2024-cü il tarixlərdə, müxtəlif saatlarda çoxsaylı danışıqlar aparılmışdır. Qeyd edilən nömrələrlə aparılmış digər telefon danışıqlarında, SMS mətnlərində iş üzrə əhəmiyyət kəsb edəcək xüsusatlar müəyyən edilməmişdir. Azərbaycan Beynəlxalq Bankından xx.xx.2024-cü il tarixli 6-2-41/243764/2024 nömrəli məktubla göndərilmiş CD diskində olan məlumatlara baxış keçirilməsi haqqında protokodan görünür ki, həmin diskə Təqsirləndirilən şəxs məxsus 5522-0993-6024-2150 saylı plastik kart vasitəsilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddətdə aparılmış əməliyyatlar üzrə çıxarış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankına məxsus 1119 saylı və və 2204 saylı bankomatdan, xx.xx.2024-cü il tarixdə 1119 saylı bankomatdan və xx.xx.2024-cü il tarixdə 1832 saylı bankomatdan aparılan nağdlaşdırma əməliyyatlarının görüntülərini və kart sahibinin anket məlumatları daxil edilmişdir. Qeyd edilən CD diskində olan məlumatlara baxış keçirdikdə məlum olmuşdur ki, 5522-0993-6024-2150 saylı plastik kart AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Təqsirləndirilən şəxs məxsusdur və 2024-cü il 13 iyul tarixdən 2024-cü il 22 iyul tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş ümumilikdə cəmi 8613 manat pul 5522-0993-6024-2150 saylı plastik karta daxil olmuş və sonradan yuxarıda göstərilən bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankına məxsus 1119 saylı və 2204 saylı bankomatdan, xx.xx.2024-cü il tarixdə 1119 saylı bankomatdan və xx.xx.2024-cü il tarixdə 1832 saylı bankomatdan aparılan nağdlaşdırma əməliyyatlarının görüntülərinə baxdıqda həmin nağdlaşdırmaların zahiri görkəm və sifət quruluşuna əsasən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyi məlum oldu. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək xüsusatlar müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona həmin maddə ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs haqqında Şəki Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə 02 avqust 2024-cü il tarixli, 4(075)-66/2024 nömrəli qərarının qüvvədə olması nəzərə alınmış, onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu, Azərbaycan Beynəlxalq Bankından alınmış bir ədəd CD diski və "xxxx" Bankdan alınmış ödəniş kartı üzrə çıxarışlar, Bakcell və Azerfon MMC-dən alınmış CD diskləri cinayət işi üzrə sübut növü kimi tanınmış, bəzi sənədlərdə X3 yazılmış sözlər Zərərçəkmiş şəxs kimi oxunub qəbul edilmişdir. Qərarın surəti məlumat üçün Salyan rayon prokuroruna göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq dövründə 1 ay 19 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin yekun hökmünün icrasi barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(075)-22/2025 saylı hökmünün surəti azadlıqdan məhrum etmə cəzası hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsinə göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.4-cü maddəsinə əsasən bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 1(075)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə barəsində CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla, üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını, barəsində Şəki Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinin nəzərə alınmaqla, cəzaçəkmə müddətinin əvvəlinin Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-66/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 31 iyul 2024-cü il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)- 22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin BİT-də azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki Rayon Məhkəməsinin 1(075)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplansın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-66/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 31 iyul 2024-cü il tarixdən hesablansın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 165 manat məbləğində pul onun “"xxxx" Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-16/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-16/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver