Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-161/2024 26.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Salyan Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,340 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün 2024-cü il sentyabrın 02-da saat 09:44 dəqiqədə Salyan şəhəri T.Davudzadə küşəsində yaşadığı evin yaxınlağında saxlanılaraq üzərinə baxış keçirilmiş və baxış zamanı əynindəki qara rəngli cins şalvarının sol yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, hərdən bir psixotrop maddə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edir. 2024-cü ilin sentyabrın 1də yaşadığı evin yaxınlığında küçədən piyada keçən zaman yerdə olan 1 ədəd sellofan büküm diqqətini cəlb etmiş. O, həmin bükümü götürüb baxdığı vaxt içində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu aşkar etmişdir. Həmin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükümü sonradan özü istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. 2024-cü ilin sentyabrın 2-də saat 09:44 radələrində yaşadığı evin yaxınlığında siqaret çəkən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, saxlanılarkən polis əməkdaşları video çəkiliş aparmaqla ona təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra əlacsız qaldığından üzərimdə olan bir bükümdəki "patı" adlandırdığı maddəni əynindəki qara rəngli cins şalvarın sol yan cibindən çıxarıb onu polis əməkdaşlarına tədim etmişdir. Həmin bükümdəki maddəni bir gün əvvəl yaşadığı evin yaxınlığındakı küçədə yerdən tapıb və sonradan özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. O, həmin kütlədən heç kimə verməmiş, yaxud satmamış. Həmçinin, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Əməlindən peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəməkimyəvi, məhkəmə-tibbi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən raportla məruzə edilərək Salyan şəhəri T.Davudzadə küşəsi ev 113-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuş. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüş. 2024-cü il sentyabrın 2-də saat 09:44 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri T.Davudzadə küçəsində yaşadığı binanın yaxınlığında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özülərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Bundan sonra Elşən, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb onu təqdim etmişdir. Təqdim edilən büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar maddə olduğu məlum olmuş. Elşəndən həmin kütlə barədə soruşulduqda bildirmiş ki, həmin bükümdəki “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin bükümdəki maddəni bir gün əvvəl yaşadığı evin yaxınlığındakı küçədə yerdən tapdığını və sonradan istifadə etmək məqsədilə götürüb üzərində saxladığını, həmin kütlədən heç kimə vermədiyini, satmadığını və üzərində saxlayarkən satış məqsədinin olmadığını bildirmiş. Elşən Haxverdiyin üzərindən aşkar edilmiş içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,41 qram olması müəyyən olunmuşdur. Elşənin üzərindən aşkar edilmiş içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir predmet, əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Elşən Haxverdiyin iştirakı ilə tərəflərindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 məhkəmə istintaqı zamanı Şahid1 Fizuli oğlunun ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X8 Yerinə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında Salyan RPŞ-nin İB-nin müstəntiqi polis leytenantı X3 04 sentyabr 2024-cü il tarixli vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlandığı Salyan Rayon Polis X8 Yerindən azad edilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan rayon Polis X8 yerində saxlanılan Təqsirləndirilən şəxs MYSdən azad olunmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tətbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 02-də Salyan şəhəri T.Davudzadə küşəsində yaşadığı evin yaxınlağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 18/775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,340 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetamin təmiz çəkisi– 0,340 qram, tədqiqata sərf olundu - 0.05 qram, qalıq – 0,290 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/775 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 682 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (TOKSİKOMANİYA xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2021-ci ildən “OPİUM narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 455 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tibbi müayinə kitabına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilkin müayinə zamanı heç bir xəsarət aşkar olunmamış və onun heç bir şikayəti olmamışdır. İş materiallarında olan istintaq materiallarında olan Salyan Rayon Məhkəməsinin 21 aprel 2021-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan istintaq materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01(bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 sentyabr 2024-cü il tarixli, 5-71-6/2-612/2024 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs -arvadı 1973-cü il təvəllüdlü X5 və oğlu – 2010-cu il təvəllüdlü X6 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1-ci, 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Salyan RMX-nin 19 sentyabr 2024-cü il tarixli 18-1-68/2-1823/2024 saylı arayışından görünür ki, ünvan 3 ünvanda yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2002-ci ildən “Tiryəklə” narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxt, harada, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sakinlər arasında psixotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinin videogörüntüsünü əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin sentyabrın 2-də saat 09:44 dəqiqədə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında saxlayaraq ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildiriblər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş hər hansısa bir əşya vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir büküm çıxarıb onu polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdəki “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, onu bir gün əvvəl yaşadığı evin yaxınlığındakı küçədə yerdən tapmış və özünün istifadə etməsi məqsədilə götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar maddə olduğu məlum olur və həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdə onun çəkisinin 0,41 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş həmin psixotrop maddə metamfetaminə oxşar kütlə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı şöbənin “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən digər heç bir qadağan olunmuş predmet və ya əşya aşkar olunmamışdır. İstintaqı zamanı X1 xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Salyan Rayon Prokurorluğuna qardaşı Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yatdığı yerdə tutulduğu və döyüldüyü barədə şikayət etdiyini, qardaşı Elşənlə üzləşdikdən sonra polis əməkdaşlarının Elşənin üzərinə narkotik vasitə qoymadığı, onu döymədikləri və yatdığı yerdən tutmadıqları məlum olmuşdur və o, Elşənin narkotik vasitə alüdəçisi olduğunu bildiyini, bu səbəbdən evlərində münaqişə yaratdığını, ona görə müalicə müəssisəsinə yerləşdirilərək müalicə olunmasını xahiş etmişdir. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs İstintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuşdur; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 03-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş itiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/705 No-li, məhkəmətibbi ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 455 №-li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 732 №-li rəyləri, ifadələr və protokollar, əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinin videogörüntüsünü əks etdirən və təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında CD disklər iş üzrə sübut növü kimi qiymətləndirilməli və cinayət işinə əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cinayətin residivi isə cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1 (az ağır) maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Həmin vaxtdan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,290 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 04 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməldir. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,290 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 4 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-161/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-161/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver