Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-162/2023 07.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Yaqub oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Salyan rayonu Arbatan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 453,73 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək təmiz çəkisi 445 qram olan hissəsini Salyan rayonu Arbatan kəndində yerləşən yaşadığı evin yataq otağında yerləşən çarpayının altında qanunsuz olaraq saxlamış, təmiz çəkisi 8,73 qram olan hissəsini isə qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2023-cü il avqustun 14-də qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saat 17:00-da Salyan rayonu Arbatan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 17:20-də ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 8,73 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan başqa həmin gün saat 18:36-dan etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında yerləşən çarpayının altından 01 ədəd sellofan torbada təmiz çəkisi 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, “İ Qarabağ müharibəsi” iştirakçısı olmuş, 1993-cü ildən etibarən uzun müddətdir narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Tutulmazdan təxminən 2-3 gün əvvəl Salyan rayonu Arbatan kəndi ərazisinin çöl sahəsində şor su kollektorunun yaxınlığında keçi sürüsü otaran zaman keçinin ayaqları ilə yeri qazdığını görmüş, yaxınlaşıb baxdıqda orada 1 ədəd sellofan torba olduğunu, qaldırıb içərisinə baxdıqda isə orada narkotik vasitə qurudulmuş marixuana olmasını görüb, həmin maddədən bir qədərini götürüb orada istifadə etmiş, yaxşı olduğunu bilib, qalan hissəsini götürüb yaşadığı evə aparmış, evin yataq otağında olan çarpayısının altında gizlətmiş, həmin maddədən bir qədər istifadə etmişdir. 2023-cü il avqustun 14-də axşamüstü həmin maddədən bir qədərini istifadə etmək üçün siqaret qutusunda cibinə qoymuş və küçəyə çıxmış, küçədə dayandığı vaxt polis əməkdaşları onu saxlayaraq Salyan RPŞ-yə aparmışlar. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı üzərində saxladığı içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd siqaret qutusunu çıxarıb polisə təqdim etmişdir. Həmin siqaret qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 13,66 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içində “nəşə” kimi tanıdığı narkotik vasitə olan 1 ədəd siqaret qutusu qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, yaşadığı evdə də narkotik vasitə marixuana olmasını, həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmək üçün yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığı barədə yazılı ərizə vermiş və polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı evinə getmiş, o, çarpayısının altında gizlətdiyi 1 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitələri özü istifadə etməsi üçün saxlamış, həmin maddənin satışı ilə məşğul olmamışdır. Daha sonra evindən aşkar olunmuş 1 ədəd sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 495 qram olması müəyyən edilərək götürülmüşdür. Əməlindən peşmandır. Xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ifadəsi ilə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. 2023-cü il avqustun 14-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə Salyan RPŞ-yə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müşahidə edib saxlayaraq Salyan RPŞyə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan içində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə marixuanadır və özünə məxsusdur, həmin kütləni tutulmazdan 2-3 gün əvvəl Salyan rayonu Arbatan kəndi ərazisində kollektorun yaxınlığında yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan 1 ədəd siqaret qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 13,66 qram olduğu müəyyən edilmiş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə marixuana olmasını və bununla bağlı yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən evinə getmişlər. Əfqan yataq otağındakı çarpayısının altında gizlətdiyi içərisində marixuana olan 1 ədəd sellofan torbanı çıxarıb təqdim etmiş, bildirmişdir ki, üzərindən aşkar olunan siqaret qutusunda olan kütlə ilə evindən aşkar olunmuş sellofan torbanın içərisindəki narkotik eynidir. Həmin kütlələləri öz istifadəsi üçün əldə edib saxlamış, heç kimə satmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq 1 ədəd sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 495 qram olması müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X1 qrupunun əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahid Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 17:00-da Salyan rayonu Arbatan kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq saat 17:20-də rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki,xx.xx.2023-cü il tarixdə saat 17:58-dən saat 18:08-dək Salyan RPŞ-nin binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya, predmet, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır və özünə məxsusdur. O, siqaret qutusunda olan həmin kütləni 2-3 gün öncə Arbatan kəndi ərazisində heyvanları otaran zaman kollektorun yaxınlığında yerdən tapdığını və hazırda Arbatan kəndi ərazisində yerləşən fərdi yaşayış evində saxladığı nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmək məqsədilə həmin siqaret qutusuna yığaraq üzərində gəzdirdiyini, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsinin hazırda yaşadığı evdə olmasını, bununla bağlı yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını və istintaqa baxış keçirilməsi üçün könüllü olaraq ərizə verə biləcəyini bildirmişdir. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd siqaret qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 13.66 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd siqaret qutusu 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün No 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “iphone” markalı mobil telefonun videokamerası ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” qərardan və protokoldan görünür ki, həmin tarixdə saat 18:36-dan saat 18:45-dək Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyi və bu səbəbdən də həmin predmetə baxış keçirilməsinin zəruri olduğu bildirilərək, Təqsirləndirilən şəxs həmin predmeti təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs dəvəti ilə onun 1 mərtəbəli evinin əvvəlcə həyətinə, daha sonra isə evin içərisinə daxil olmuşlar. Təqsirləndirilən şəxs evin yataq otağına daxil olub orada olan çarpayının altından 1 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan torbada olan kütlələri göstərərək yaşadığı evdə olan şəxsi axtarış və götürmə zamanı bildirdiyi predmetin məhz həmin predmet olmasını bildirmişdir. Bundan sonra həmin predmetə baxış keçirilmiş, baxış zamanı həmin kütlələrin ilk baxışdan yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu barədə sual edildikdə o, həmin kütlələrin “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin kütlələri 2-3 gün öncə Salyan rayonu Arbatan kəndi ərazisində heyvanları otaran zaman kollektorun yaxınlığında yerdən tapmasını, şəxsi istifadəsi üçün evində həmin kütlələri saxlamasını, narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu, şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş siqaret qutusunda olan kütlələri məhz bu sellofan bükümün içərisindən şəxsi istifadəsi üçün yığıb üzərində gəzdirdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həmin kütlələri evində saxlayarkən satış məqsəd və niyyətinin olmadığını, həmin kütlələrdən heç kəsə satmadığını və pay vermədiyini bildirmişdir. Daha sonra 1 ədəd sellofan torbada olan həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin sellofan torba ilə birlikdə 495 qram olması müəyyən edilmiş, aşkar edilmiş içərisində narkotik vasitə olan 01 ədəd sellofan torba qablaşdırılmış, “Zərflər üçün No 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Baxış zamanı “İphone” markalı mobil telefonun videokamerası ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 avqust 2023-cü il tarixli 18/806 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd siqaret qutusunda təmiz çəkisi 8,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi 445,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən götürülmüş, ümumi çəkisi 453,73 qram olan marixuanalar eyni tərkiblidir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasnın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi – 453,73 qram, cəmi tədqiqata sərf olundu-0,1 qram (hər ob.-0,05 qr), qalıq – 453,63 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/806 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 826 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durmur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar sonuncuya həmin tarixdə saat 16:00-da elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Salyan RPŞ-nin MSY-dən tutulmadan azad edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 453,63 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu Arbatan kənd sakini Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağındakı çarpayının altından aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tutulmamışdan 2-3 gün əvvəl yaşadığı kənd ərazisində heyvan otaran zaman kollektorun kənarından yerdən tapması, öz istifadəsi üçün üzərində və yaşadığı evdə saxlaması məlum olsa da, hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 28 avqust 2023-cü il tarixli PHŞ-6-68/2-2111/2023 saylı arayışından görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixo-nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 avqust 2023-cü il tarixli, 665 saylı ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Arbatan kəndində yaşayır və onun heç bir ailə üzvü yoxdur. İş materiallarında olan Salyan RİHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda dəfələrlə (4 dəfə) məhkum olunmuş, məhkumluğunun üçü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə olmuşdur. Sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2023-cü il avqustun 16-da Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərində və yaşadığı evdə saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 453,63 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-bioloii ekspertizanın xx.xx.2023-cü il tarixli 18/806 No-li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2028-cü il tarixli 826 No-li rəyləri, ifadələr və protokollar, şəxsi axtarışı əks etdirən DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 453,73 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək təmiz çəkisi 445 qram olan hissəsini Salyan rayonu Arbatan kəndində yerləşən yaşadığı evin yataq otağında yerləşən çarpayının altında qanunsuz olaraq saxlamış, təmiz çəkisi 8,73 qram olan hissəsini isə qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2023-cü il avqustun 14-də qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:00-da Salyan rayonu Arbatan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 17:20-də ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 8,73 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan başqa həmin gün saat 18:36-dan etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında yerləşən çarpayının altından 01 ədəd sellofan torbada təmiz çəkisi 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsini, daşımasını, saxlamasını, onun narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Çünki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər dörd dəfə, eyni qəbildən olan cinayətlər törətdiyinə görə isə üç dəfə məhkum olunmuş və buna baxmayaraq islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayət əməlini törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən cinayət törətməsi Təqsirləndirilən şəxs sabit kriminal meyilli olmasına, ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilsə də, keçirilmiş narkoloji ekspertizanın rəyinə əsasən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli o, yalnız ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış cəmi 453,63 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış cəmi 453,63 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-162/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-162/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver