Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-165/2023 31.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X10 Yaqub oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 106-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 05 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində Salyan şəhəri M.Rəsulzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əlində olan polietilen torbadan təmiz çəkisi 450,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir ilə yaxındır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə - marixuanadan istifadə edir. 04 avqust 2023-cü il tarixdə Salyan şəhəri ərazisində “Kür” çayının bəndinin yaxınlığından yerdən sellofan torba tapmış, içərisinə baxdıqda yaşıl rəngdə ot kütləsi - “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin sellofan torbanı götürüb yaşadığı evə aparmış, həmin torbanın içərisində olan narkotik vasitədən bir qədər istifadə etmişdir. 05 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində tapdığı içərisində narkotik vasitə olan torbanı götürərək Kür çayının kənarında gizlətmək məqsədi ilə apararkən Salyan şəhəri M.Rəsulzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında yolda polis əməkdaşları onu saxlayaraq Salyan RPŞ-yə aparmışlar. Salyan RPŞ-də o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, üzərində olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim edilməsindən ötrü çəkilərək qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş və o, üzərini imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə etməkdə məqsədi onu qəbul etmək olmuş, həmin maddədən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır.Törətdiyi əməldən peşmandır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ifadəsi ilə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 avqust 2023-cü il tarixdə Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 106-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında həmin gün saat 12:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri M.Rəsulzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşaraq ona Salyan rayon polis şöbəsinə getməyi təklif edilmiş, sonuncu ilə birlikdə Polis şöbəsinə gəlmişlər. Salyan RPŞ-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutularaq təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs torbanın içərisində nə olması barədə soruşulduqda, o, bildirmişdir ki, həmin torbada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisinə baxıldıqda orada spesifik qoxuya malik, yaşıl rəngdə ot kütləsi, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, həmin kütlələri bir gün əvvəl- yəni 04 avqust 2023-cü il tarixdə Salyan şəhəri ərazisində “Kür” çayının yaxınlığında yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik vasitəni özü qəbul etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr məhkəmə-bioloji ekspertizasına təqdim edilməsindən ötrü çəkilərək sellofan torbada qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 12:30-da Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq saat 12:45-də rayon PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:10-dan 13:25-dək Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində tutduğu sellofan torbanı çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs torbanın içərisində nə olması barədə soruşulduqda, o, bildirmişdir ki, orada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxıldıqda orada yaşıl rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, həmin maddələri bir gün əvvəl yəni 04 avqust 2023-cü il tarixdə Salyan şəhəri ərazisində “Kür” çayının yaxınlığında yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik maddəni özü qəbul etmək üçün götürərək yaşadığı evə aparmış, həmin narkotik vasitədən bir gün əvvəl və bu gün bir qədər istifadə etmiş və sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın qalanını isə daha sonra istifadə etmək üçün tapdığı yerdə gizlətmək istəmişdir. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 455 qram olması müəyyən edilmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmə-bioloji ekspertizasına təqdim edilməsindən ötrü sellofan torbada qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş, şübhəli şəxsin özü, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Redmi” markalı mobil telefon ilə videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd polietilen torbada təmiz çəkisi - 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi - 450 qram, cəmi tədqiqata sərf edildi-0,10 qram, qalıq – 449,90 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/779 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 825 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannobinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 12:00-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 449,90 qram narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi, həmçinin sonuncunun digər cinayətlərdə iştirakının olub-olmamasının, o cümlədən əməliyyat tapşırığında qeyd olunan digər xüsusatların müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınması və əldə edib üzərində saxladığı narkotik vasitədən satış məqsədinin olmadığı, həmçinin heç kimə satmaması müəyyən edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 20 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan başqa şəxslərə satması və ya satış məqsədi ilə saxlaması təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 449,90 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 106-da yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik və narkoloji qeydiyyatlarda yoxdur. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özü və anası 1969-cu il təvəllüdlü anası X1 ibarətdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 05 avqust 2023-cü il tarixdə saat 12:30 radələrində Salyan şəhəri M.Rəsulzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əlində olan polietilen torbadan təmiz çəkisi 450,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara, ətrafdakı şəxslərə də psixoloji problemlər yaradır, cəmiyyətdə cinayətkarlığın artması dinamikasına təsir edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə - 450 qram çəkidə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Həmçinin, opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 449,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 449,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-165/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-165/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver