Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-166/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2010-cu ilin may ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 00261092 registr nömrəli dövlət əmlakı kimi qeydiyyata alınmış, istifadəçisi X2 olan mağazanın 210 kv.m-lik torpaq sahəsindən kənarda, Əmlak Məsələləri Dövlət Xidmətinin registr bazasında sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Salyan OİL LTD Şirkətinə məxsus Salyan rayonu, Yolüstü kəndi ərazisində yerləşən 680 kv.m torpaq sahəsini özbaşına hasarlayıb tutmuş, 2021-ci ilin iyul ayının ortalarından 2023-cü ilin may ayının əvvələrinə kimi olan müddət ərzində həmin sahədə vahid niyyətlə özbaşına tikinti və quraşdırma işləri aparıb hazırda kafe kimi istifadə etdikləri qeyd edilən binanın arxasında 4 metr enində, 44,5 metr uzunluqda dəmir talvar, ətrafında isə mişar daşından 3,5x16,5 metr ölçüdə 5 ədəd yardımçı otaqlar, 1,5x1,5 metr ölçüdə sanitar qovşağı, 3,7x3,3 metr ölçülərdə 2 ədəd üstü açıq, lakin ətrafları qamış hasarla örtülmüş yemək otaqları tikərək, torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki,məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələrilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 5-6 il əvvəl Salyan OİL LTD Şirkətinin rəhbərliyi başqa şəxs olduğundan onunla danışmış və torpaq sahəsinin ona verilməsi barədə razılığa gəlmişlər.Həmin vaxt yeri hasara almış, ayaq yolu tikmiş və həmçinin obyekti 2-3 daş hündürlüyündə inşa etdirmişdir.Sonradan beton tökmək zərurəti yarandığından söküb, bu ilin əvvəlində beton tökərək yenidən tikmişdir. Obyektin üstünü bağladıqdan sonra Salyan OİL LTD Şirkətinin işçiləri gələrək tikintinin dayandırılmasını tələb etmişlər.Tərtib olunmuş akta imza etməmişdir.Daha sonra polisə müraciət olunmuş və polis şöbəsində araşdırma aparılmışdır.Qeyd olunan yerdə avtoyuma, kafe və talvar tikdirmişdir.Ətrafda olan oxşar tikililərin heç birinin sənədi yoxdur.Özünün iki uşağı və həmçinin 2 qardaşı uşağı onun himayəsindədir.Odur ki, qeyd olunanları nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə qanun əsasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən Salyan OİL LTD şirkətində Baş menecerin hüquq və ictimai işlər üzrə müavini vəzifəsində işləyir və Salyan rayonu, Kərimbəyli kənd sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla heç bir qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. 01 may 2023-cü il tarixdə SOCAR-ın işlədiyi şirkətə aid torpaq sahəsində Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz tikinti işləri apardığı barədə məlumat alan şirkət əməkdaşları həmin yerə getmiş, orada məlum olmuşdur ki, qeyd edilən ərazi Salyan rayonu, Yolüstü kəndində, Salyan-Şirvan avtomobil yolunun həmin kənddən keçən hissəsində, yol kənarında yerləşən Təqsirləndirilən şəxs məxsus obyektin arxa hissəsində yerləşir. Həmin obyektin arxa hissəsi Salyan OİL LTD şirkətinin mühafizə zolağına aid olmaqla oradan həm də şirkətə məxsus neft kəməri keçir. Əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs öz obyektinin arxa hissəsində, ona məxsus olmayan torpaq sahəsində, X-0325680, Y-4406099, X- 0325689 və Y-4406080 koordinatlarda kafe kimi istifadə etdiyi obyekt üçün mişar daşından əlavə otaqlar inşa etdirmiş, ərazidə betonlama işləri aparmışdır. Şirkətin əməkəkdaşları tərəfindən bu barədə 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz apardığı tikinti işlərini dayandırması barədə rəsmi xəbərdarlıq edilsədə Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqlara baxmayaraq öz işlərini yenə də davam etdirmiş, əlavə olaraq sonradan qanunsuz zəbt etdiyi ərazini də hasarlamışdır. Ona görə də onun bu qanunsuz hərəkətləri barədə müvafiq akt tərtib olunduqdan sonra şirkətin rəhbərliyi tərəfindən həmin şəxs barəsində qanuni tədbir görülməsi haqqında Salyan RPŞnə yazılı müraciət olunmuşdur.Təqsirləndirilən şəxs qanunsuz zəbt etdiyi həmin torpaq sahəsindən şirkətə məxsus neft kəməri keçir. Onun həmin ərazini qanunsuz zəbt etməsi neft kəmərinin mühafizəsini, zərurət yarandığı hallarda ona texnoloji qaydada qulluq göstərilməsini çətinləşdirir.Ona görə də zərər çəkmiş şəxsin nümayəndəsi kimi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və həmin şəxsin qanunsuz zəbt etdiyi ərazidə apardığı qanunsuz tikililərin, çəkilmiş hasarın sökülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmədə şahid kimi dindirilmiş Salyan OİL LTD Şirkətində şöbə rəisinin müavini vəzifəsində işləyən Şahid2 bildirmişdir ki, tarix yadında qalmamışdır,hadisə yerinə Şahid1 zəngi əsasında gəlmiş, orada mühafizəçi, kənd sovetinin sədri və bələdiyyə sədri olmuşlar.Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs neft boru xəttinin mühafizə zolağında yeməkxana üçün otaqlar tikərək tam hazır vəziyyətə gətirmişdir.Eyni zamanda orada başqa tikililər də olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid6 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmədə elan olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən alınmış 26 iyul 2023-cü il tarixli, 3-21-3-38/2-1857/2023 nömrəli məktubdan görünür ki, SOCAR tərəfindən müvafiq istifadə üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Salyan rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz zəbt olunaraq qanunsuz tikinti işlərinin aparılması ilə əlaqədar idarənin mütəxəssisi Şahid7 tərəfindən həmin ərazidə GPS aləti vasitəsi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmiş, çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin ölçüsünün 890 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırma zamanı 890 kv.m torpaq sahəsinin 210 kv.m hissəsi 00261092 registr nömrəli dövlət əmlakı kimi qeydiyyata alınmış mağazanın yerləşdiyi torpaq sahəsi (istifadəçi icarədar X2) ilə üst-üstə düşür. Qalan 680 kv.m hissə isə elektron kadastr məlumat bazasına əsasən sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Salyan OİL Neft Şirkətinin torpaq sahəsidir. 06 iyul 2023-cü il tarixli hadisə yerinə baxış protokolu və ona əlavə olunmuş foto cədvəllərdə Təqsirləndirilən şəxs Salyan rayonu, Yolüstü kəndində Salyan OİL LTD Şirkətinə məxsus torpaq sahəsini özbaşına hasarlayıb tutmaqla həmin sahədə tikinti, quraşdırma işləri aparıb hazırda kafe kimi istifadə etdiyi qeyd edilən binanın arxasında 4 metr enində, 44,5 metr uzunluqda dəmir talvar, ətrafında isə mişar daşından 3,5x16,5 metr ölçüdə 5 ədəd yardımçı otaqlar, 1,5x1,5 metr ölçüdə sanitar qovşağı, 3,7x3,3 metr ölçülərdə 2 ədəd üstü açıq, lakin ətrafları qamış hasarla örtülmüş yemək otaqları tikməsi faktı öz təsdiqini tapmışdır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 18 avqust 2023-cü il tarixli, 345 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin kənddə yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, himayəsində 2 nəfər azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələrinin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs hərəkətləri ilə ictimai təhlükəliliyinə görə iki az ağır cinayət əməlini törətmişdir.Təqsirləndirilən şəxsi törətdiyi cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu həmin yüngül cəzalarla islah etmək mümkün deyildir.Təqsirləndirilən şəxsin özünün dediyi kimi neft kəmərinin keçdiyi mühafizə zolağında digər şəxslərin də analoji obyektlərin olduğu müəyyən olunmuşdur. Ona görə də cəzanın məqsədinə nail olmaq üçün ona cəza təyin olunarkən cəmiyyətin cinayətə meylli, səbatsız üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkinməsinə yardım edir. Həmin təsirin səmərəliliyi xeyli dərəcədə ədalət mühakiməsinin həyata keçirilməsinin forma və üsullarından asılıdır.Yeni cinayətlərin qarşısının alınması ümumi xəbərdarlıq məqsədinə uyğun gəlir və cəzanın tətbiq edilmədiyi şəxslərə yönəlir.Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cinayətin neft boru kəmərinin mühafizə zolağında baş verməsi ilə bağlı məhkəmə qeyd edir ki, neft kəməri digər nəqliyyat növlərindən kifayət qədər fərqlənir. Boru kəmərlərinin inşa edilməsi mövcüd olan məkanın relyefi, infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi, regionun ekoloji vəziyyəti və digər amillər nəzərə alınmaqla inşa edilir.Həmin boru kəmərlərinin mühafizə zolağında ictimai iaşə və sair obyektlərin tikilməsi gələcəkdə ekoloji fəlakətlərin baş verməsinə gətirib çıxaracaqdır. Ona görə də həmin kəmərlərin təhlükəsiz şəraitdə mühafizə olunması vacib məsələlərdəndədir. Neft kəmərləri obyektlərinin istismarı “Texniki Təhlükəsizlik haqqında” AR Qanunun, Ekologiya haqqında Qanunun, “Yanğın təhlükəsizliyi haqqında” AR Qanunun, əməyin mühafizəsi üzrə normativ-texniki sənədlərin tələblərinə uyğun, ərazinin və əhalinin baş verə biləcək fövqəladə hallardan müdafiəsini təmin etməklə həyata keçirilməlidir. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələblərinə əsasən təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər bu qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir. «İstismar olunan ixrac neft boru kəmərlərinin «Mühafizə Zonası»nın müəyyənləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası NK-nın 2 noyabr 2004-cü il tarixli, 167 saylı Qərarın 6.1 -cı bəndində qeyd olunmuşdur «Mühafizə Zonası»nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. 6.2. «Mühafizə Zonası»nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilir. «Mühafizə Zonası»nda partlayış işləri Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. 6.3. «Mühafizə Zonası»nda boru kəmərlərinin istismarına xələl gətirəcək aşağıdakı işlərin həyata keçirilməsi qadağan olunur: tanınma və siqnal işarələrinin, nəzarət-ölçü cihazlarının yerini dəyişmək, sındırmaq və ya onların üstünü torpaqla örtmək; xidmət edilməyən gücləndirici kabel rabitəsi məntəqələrinin, xətti armatur avadanlıqları qovşaqlarının, katod və drenaj mühafizəsi stansiyalarının, xətti və baxış quyularının və başqa xətti qurğuların lyuklarını, qapılarını, çəpərlərini açmaq, rabitə və enerji təchizatı vasitələrini və boru kəmərlərinin telemexanika vasitələrini işə salmaq və ya söndürmək; zibilxanaların yaradılması, turşu, qələvi və duz maddələrinin tökülməsi; boru kəmərlərini zədələnmədən, neftin ətraf mühitə yayılmasından qoruyan sahilbərkitmə tikililərini sıradan çıxarmaq; lövbər atmaq, lövbər, zəncir, lot, tor və tral salaraq keçmək, dibdərinləşdirmə və yerqazma işləri görmək; od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri yerləşdirmək. Göründüyü kimi qanunvericilik qeyd olunan məsələyə həssas yanaşmaqla müvafiq məsələləri tənzimləmişdir. Məhz qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmaqla cəzanın məqsədinə nail olmaq olar, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməlidir. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, təqsirləndirilən şəxs əməli nəticəsində dəymiş ziyanın nəticələrini aradan qaldırmamış,yəni kafe kimi istifadə etdiyi qeyd edilən binanın arxasında 4 metr enində, 44,5 metr uzunluqda dəmir talvar, ətrafında isə mişar daşından 3,5x16,5 metr ölçüdə 5 ədəd yardımçı otaqlar, 1,5x1,5 metr ölçüdə sanitar qovşağı və 3,7x3,3 metr ölçülərdə 2 ədəd üstü açıq, lakin ətrafları qamış hasarla örtülmüş yemək otaqlarını sökməmiş,cinayətin nəticələrini aradan qaldırmamış, nəticədə sosial ədalət bərpa olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2023-cü ildən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 24 oktyabr 2023-cü ildən hesablanmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ariıf oğluna məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il, 188.2-cı maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2023-cü ildən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 24 oktyabr 2023-cü ildən hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-166/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-166/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver