Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-168/2023 30.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan Rayon Məhkəməsinin 1(057)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan şəhəri, T.Davudazadə küçəsi, ev 159-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, özü istehlak etmək məqsədi ilə 01 ədəd polietilen bükümdə təmiz çəkisi-0,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, özündə saxlayıb daşıyarkən 04 iyul 2023-cü il tarixdə saat 15 radələrində Salyan dəmir yolu stansiyasında İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında Xətt polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Salyan şəhərində yerləşən İmişli st. XPŞ-nin, Şirvan st. XPB-nin Salyan stansiyasında Xətt polis məntəqəsinə dəvət edilərək üzərinə şəxsi axtarış keçirildikdə qeyd edilən miqdarda yəni, 0,420 qram narkotik vasitə olan heroin onun əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 il olarki narkotik qəbul edir. 04 iyul 2023-cü il tarixdə polis əməkdaşlarının onun üzərində aşkar etdikləri bir ədəd polietilen kəsiyi bükümündəki narkotik vasitə olan heroini 04 iyul 2023-cü il tarixdə günorta vaxtları saat təxminən 14 radələrində evindən çıxıb Salyan dəmir yolu stansiyasının yaxınlığında yerləşən, tanışı Vaqifin anasının hüzür məclisinə getməyi qərara almışdır. Vaqifgilə getmək üçün avtomobil yolu ilə piyada olaraq Salyan dəmir yolu stansiyasındakı keçiddən keçmək üçün gedərkən, keçidə çatmağa təxminən 50-60 metr qalmış, yolun üstündə gözü təsadüfən kiçik sellofan bükümünə sataşmışdı. Həmin bükümü yerdən götürmüş və arasına açıb baxanda görmüşdür ki, bükümün arasındakı qəhvəyimtil rəngli toz halında maddə var. Narkotiklə məşğul olduğu üçün yəni, narkotik qəbul etdiyi üçün bilmişdir ki, bükümün arasındakı qəhvəyimtil rəngli toz halında olan maddə narkotik vasitə olan heroindir. Odur ki, həmin arasında narkotik olan bükümü həmin vaxt əynində olan şalvarının cibinə qoymuşdur ki, qəbul etsin. Sonra o, yolunu davam etdirib dəmir yolu keçidindən keçərkən həmin vaxt polislər ona yaxınlaşıb dəmir yolu polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu Salyan stansiyadakı dəmir yolu polis məntəqəsinə dəvət etmişlər. Polis məntəqəsində polislər onun üzərinə axtarış keçirtmişlər. Axtarış zamanı polislər onun təsadüfən tapdığı və gələcəkdə özü istifadə etmək məqsədi ilə tapdıqdan sonra cibinə qoyduğu bükümün arasındakı narkotik vasitə olan heroini aşkar edib bu barədə sənədləşmə aparmışlar. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında Xətt polis bölməsinin Masallı stansiyasında Xətt polis məntəqəsinin rəisi, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üstündə gəzdirməsi barədə polis bölməsində əməliyyat məlumatı olmuşdur. Bununla əlaqədar olaraq o, əməliyyat yolu ilə müşahidə altına götürülmüşdür. 04 iyul 2023-cü il tarixdə Abuşov X4 dəmir yol stansiyası ərazisinə gəlməklə həmin vaxt üstündə narkotik vasitə olması barədə polisə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvləri İmişli st. XPŞnin, Şirvan st. XPB-nin Salyan XPM-nin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə qeyd edilən tarixdə saat 15 radələrində Abuşov X4 dəmir yol stansiyası ərazisi ilə gedərkən ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Həmin vaxt stansiyada gediş-gəliş çox olduğuna görə Təqsirləndirilən şəxs üzərinə normal qaydada şəxsi axtarış və götürmə keçirilməsi mümkün olmadığından ona Salyan dəmir yolu stansiyasındakı polis məntəqəsinə getmək təklif olunmuş və o, təkliflə razılaşaraq onlarla birlikdə Salyan stansiyasında Xətt polis məntəqəsinə gəlmişdir. Qanuna müvafiq olaraq polis məntəqəsinə dəvət edilərək şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl onun müdafiə hüquqlarının təmin edilməsi üçün vəkil dəvət edilmişdir. Vəkil dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi video-çəkilişlə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümü aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd polietilen bükümü açılıb arasına baxış keçirildikdə həmin bükümün arasında qəhvəyimtil rəngli tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Bükümün arasındakı maddə barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üstündən aşkar edilmiş 1 ədəd polietilen bükümün arasındakı qəhvəyimtil rəngli tozşəkilli maddə narkotik vasitə olan heroindir. Aşkar edilmiş narkotik vasitəni nə vaxtı, haradan, kimdən və nə məqsəd ilə əldə etməsi barədə sorğu-sual edilərkən isə Təqsirləndirilən şəxs qeyd edilən bükümdəki narkotik vasitə heroini elə həmin günü yəni, 04 iyul 2023-cü il tarixdə Salyan dəmir yolu stansiyası istiqamətində getdiyi yoldan təsadüfən yerdən tapdığını, narkotik qəbulu ilə məşğul olduğundan tapmış olduğu narkotik vasitəni özü qəbul etmək məqsədilə üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümün arasındakı maddə çəkildikdən sonra paketə qoyularaq paketin ağzı bağlanıb möhrü ilə möhürlənmişdir. Protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş İmişli stansiyasında Xətt polis şöbəsinin, Şirvan stansiyasında Xətt polis bölməsinin Salyan stansiyasında Xətt polis məntəqəsinin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupunun baş müstəntiqi X3 05 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq edilməsi üçün icraata qəbul edilmişdir. Cinayət işinin 10-cu vərəqində olan “şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 18-19-cu vərəqlərində olan 04 iyul 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 04 iyul 2023-cü il tarixdə, saat 15:25-də tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, İmişli st. XPŞ-nin Şirvan st. XPBnin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 86.4.2, 207.4, 245-247 və 445.2-ci maddələrinin tələblərinə əsasən Şirvan st. XPB-nin Masallı XPM-nin rəisi polis mayoru, Şahid1, Şirvan st. XPB-nin Salyan st. XPM-nin polis nəfəri, polis baş serjantı Şahid2, Şirvan st. XPB-nin Salyan XPM-nin polis nəfəri, polis serjantı Şahid3, xx.xx.1974-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, Salyan şəhər, T.Davudzadə küçəsi, ev 159-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, Salyan Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, video çəkilişlə tərtib edirə həmin protokolu ondan ötrü ki, İmişli st. XPŞ-nin Şirvan st. XPB-nə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Salyan dəmir yolu stansiyasında saxlanılaraq Salyan şəhəri Salyan dəmir yolu stansiyasında yerləşən Şirvan st. XPB-nin Salyan st. XPM-nə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsində, saxlamasında, istifadəsində şübhəli bilindiyi üçün onun üzərində razılığı əsasında şəxsi axtarış keçirilmişdir. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə video axtarış keçiriləcəyi barədə onun etirazının olub-olmaması, hər hansı bir fiziki və ya psixi təzyiqə məruz qalıb-qalmaması soruşuldu. Təqsirləndirilən şəxs bildirdi ki, heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır və üzərinə video çəkilişlə qeydiyyata alınmaqla şəxsi axtarış keçirilməsi ilə bağlı heç bir etirazı yoxdur. Şəxsi axtarış İmişli st. XPŞ-nin Şirvan st.XPB-nin Salyan st. XPM-nin rəisinin xidməti otağında aparıldı. Təqsirləndirilən şəxs əynində ağ rəngli qısaqol köynək, boz rəngli şalvar və ayağında qara ayaqqabı vardır. Axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, eləcə də hər hansı bir qadağanedici əşya, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərindəki boz rəngli şalvarın sağ yuxarı cibindən şəffaf sellofanda narkotik maddəyə bənzər kütləni çıxartdı. Sellofana bükülmüş narkotik maddə ola heroinə bənzər olduğu müəyyən edildi. Şəffaf sellofanla bükülünü açdıqda içində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə olduğu göründü. Həmin kütlənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda o, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirdi. Həmin kütləni Salyan şəhərində Salyan dəmir yol staniyası yaxınlığında yerdən tapdığını bildirdi. Həmin kütlə elektron tərəzidə çəkildi, çəkisi 0.7 qram oldu. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, hər hansı bir qanunla qadağan olunan əşya aşkar edilmədi. İş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdəki narkotik vasitə heroinə bənzər kütlə müdafiəçi, iştirakçılar və onun özünün iştirakı ilə qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükülüdəki narkotik maddə heroinə bənzər kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyuldu, zərflər Azərbaycan Respublikası DİN-nin Şirvan st. XPB-nin “arayışlar üçün” möhürü ilə möhürləndi, iştirakçılar, müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalandı. Cinayət işinin 39-41-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/695 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,420 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,370 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil etmişdir. Cinayət işinin 45-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, MK1/13 saylı material istinaq aidiyyəti üzrə İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupuna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 82-83-cü vərəqlərində olan 06 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 98-100-cü vərəqlərində olan İmişli Rayon Məhkəməsinin 4(036)- 41/2023 saylı, xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-114-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2003-cü ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən 8 ay 13 gün müddət azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək azad olunmuş, 02 noyabr 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmaqla cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə Şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 120-121-ci il vərəqlərində olan İmişli Rayon Məhkəməsinin 5(036)- 81/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, İmişli st. XPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adına (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi-AZE ********, FİN: xxxxxxx) hansı mobil nömrələrin olması müəyyən edilməklə 04 iyul 2021-ci il tarixdən 04 iyul 2023-cü il tarixədək həmin nömrələrə daxil olmuş və çıxmış zənglərin tarixi, əlaqənin müddəti, əlaqə saxlanılan nömrələr və sahibləri haqqında məlumatlar, habelə həmin müddət ərzində göndərilən və daxil olan SMS mesajların mətnləri və tarixləri, eləcə də qeyd edilən dövrdə aparılan danışıqların antenalar üzrə ərazi dairəsi barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Cinayət işinin 124-125-ci vərəqlərində olan 26 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin keçirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzinə keçirilməsi qərara alınmışdır. Cinayət işinin 131-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X13 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 3 avqust 2023-cü il tarixli, PHŞ-6-68/2-1871/2023 saylı məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 132-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X13 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 3 avqust 2023-cü il tarixli, PHŞ-6-68/2-1870/2023 saylı məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 134-135-ci vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Abuşov X4 şəhəri, T.Davudzadə küçəsi, ev 159-da arvadı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 139-141-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 20/2021 saylı, 09 fevral 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulması nəzərə alınaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 142-146-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 118/2023 saylı, 08 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 150-151-ci vərəqlərində olan 13 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin keçirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 10 gün müddətinə İmişli RPŞ-nin MSY-nə keçirilməsi qərara alınmışdır. Cinayət işinin 154-155-ci vərəqlərində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 X8 X2 xx.xx.2023-cü il tarixli 5623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 180-181-ci vərəqlərində olan İmişli Rayon Məhkəməsinin 4(036)- 58/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, xx xxxxxxxx 1974-cü il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə, yəni 19 oktyabr 2023-cü il tarixədək uzadılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində ağ rəngli qısaqol köynək, boz rəngli şalvar və ayağında qara ayaqqabı vardır. Təqsirləndirilən şəxs üzərindəki boz rəngli şalvarın sağ yuxarı cibindən şəffaf sellofanda narkotik maddəyə bənzər kütləni çıxartdı. Sellofana bükülmüş narkotik maddə ola heroinə bənzər olduğu müəyyən edilir. Həmin kütləni Salyan şəhərində Salyan dəmir yol staniyası yaxınlığında yerdən tapdığını bildirdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,420 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 1(057)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləninin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla üzərində qəti olaraq, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1) və o, Ərazi Narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmin Məcəllənin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və İmişli st. XPŞ-də saxlanılan qalıq çəkisi 0,370 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin 1(057)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləninin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplansın və üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli st. XPŞ-də saxlanılan qalıq çəkisi 0,370 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-168/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-168/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver