Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-169/2023 28.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Cəlilabad rayonu Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi 2 nömrəli yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində tanış olduğu həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 arvadı Şahid1 ləğv olunmuş 2-ci qrup əlilliyini müəyyən sənədlər hazırlamaqla 4500 manat müqabilində guya bərpa etdirəcəyi barədə yalandan vəd verib inandırdıqdan sonra etibarından sui-istifadə edib aldatmaqla 10 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2la Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığında görüşərək vahid niyyətlə ondan bu məqsədlə əvvəlcə 2000 manat aldıqdan sonra 16 oktyabr 2022-ci il tarixdə saat 16:24:28-də Zərərçəkmiş şəxs2 Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən "Elvin market"də quraşdırılmış "e Manat" elektron ödəmə sistemi vasitəsi ilə Azərbaycan Beynəlxalq Banka aid 5522 0993 4555 6823 nömrəli özünə məxsus kart hesabına köçürdüyü 1000 manat, 23 oktyabr 2023-cü il tarixdə saat 10:20:13-də isə 1500 manat, ümumilikdə cəmi 4500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Zərərçəkmiş şəxs1 ilə görüşərək ona guya əlillik dərəcəsi təyin etdirməklə pensiya alacağı barədə yalandan vəd verib bu məqsədlə ondan əvvəlcə 5000 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 onun etdiyi bu təklifi qəbul edərək istədiyi 5000 manatdan 2000 manatını əvvəlcə verib qalanını sonra düzəldib verəcəyini bildirdikdən sonra razılaşaraq sonuncunun həmin ilin noyabr ayının 19-da saat 10:55:43də yaşadığı Salyan rayonu, Xalac kəndində yerləşən "Abad" marketdə quraşdırılmış "Milli Ön" elektron ödəmə sistemi vasitəsi ilə Azərbaycan Beynəlxalq Banka aid 5522 0993 4555 6823 nömrəli özünə məxsus kart hesabına köçürdüyü 2000 manat pulu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, mülki iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, 2-ci qrup əlildir. 2022-ci ilin noyabr ayında Qazax rayonundan olan tanışı Gülənbər onu Fizuli adlı şəxslə tanış etmiş, Gülənbər ona Fizulinin onun tanışı olduğunu, Qarabağda gedən döyüşlərdə iştirak edib yaralansa da, özünə pensiya təyin etdirə bilmədiyini deyib Fizuliyə bu məsələnin həllində köməklik göstərməsini xahiş etmişdir. O da Gülənbərin xahişinə görə Fizuliyə bu məsələnin həllində köməklik edəcəyinə söz vermiş, ancaq bunun üçün müəyyən məbləğdə pul lazım olacağını demiş, əvvəlcə Fizulidən ona pensiya təyin etdirməyə görə 6000 manat pul istəmiş, lakin Fizuli bu məbləğə gücü çatmayacağını bildirib 5000 manat düzəldə biləcəyini ona demiş, razılıq verəndən sonra Fizuli hazırda evində 2000 manat pulu olduğunu, əvvəlcə onu verib sonra qalan 3000 manat pulu düzəldib verəcəyini bildirmişdir. O, Fizulinin bu təklifi ilə razılaşmışdır. 2022-ci ilin noyabr ayının 19-da Fizuli onun adına olan kartına ödəmə terminalı vasitəsi ilə 2000 manat pul göndərmiş, o, da həmin pulu almışdır. Lakin, Fizulinin pensiya məsələsi düzəlməmiş, sonradan Fizuli ondan göndərdiyi 2000 manatı qaytarmasını tələb etsə də, həmin pulu imkanı olmadığından Fizuliyə qaytarmamışdır. Bundan başqa, o, Füzuli rayonundan olan Əvdil adlı şəxsdən də 4500 manat pul almışdır. Belə ki, o, tanışı olan Ədil vasitəsilə Əvdillə tanış olmuş, tanış olandan sonra oturub söhbət edən zaman Əvdil ona arvadı Tamellanın gözü ilə bağlı xəstəliyi olduğunu, buna görə arvadına 2-ci qrup əlillik sənədi lazım olduğunu dedikdə o, bu işi pulla həll edə biləcəyini deyib bunun üçün Əvdildən 4500 manat pul istəmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Əvdillə telefonla danışarkən ilkin olaraq 2000 manat pul istəmişdir. Aralarındakı həmin telefon danışığından sonra Əvdil adlı şəxs arvadı ilə Bakı şəhərinə gələrək onunla görüşüb ona cəmi 2000 manat pul vermişdir. Bir müddət sonra Əvdillə telefon əlaqəsi saxlayaraq işin tam həll olunması üçün qalan 2500 manat pulu da göndərməsini ona demiş, ona görə də 2022-ci ilin oktyabr ayının ayrı-ayrı günlərində Əvdil ona məxsus Azərbaycan Beynəlxalq Bankına aid pul kartına əvvəlcə 1000 manat, daha sonra isə 1500 manat, ümumilikdə cəmi 2500 manat pul göndərmiş, o, da həmin pulları almışdır. Ondan sonra Əvdil onunla bir neçə dəfə əlaqə saxlayaraq pulu geri istəsə də, aldığı 4500 manat pulu qaytara bilməmiş, həmin pulun əvəzində Əvdilə maşınını verməyi təklif etsə də, Əvdil bunu qəbul etməmiş, Əvdil onun barəsində Füzuli RPŞ-nə şikayət etmişdir. O, maşınını satıb Əvdilin pulunu ödəmək istəyir, pulu 6 ay ərzində ödəyə bilər. Əməlindən də səmimi peşimandır. Himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları var. Xəstəliyinə görə ikinci qrup əlillik dərəcəsi vardır. Odur ki, ona pulları ödəməsi üçün vaxt verilməsini və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Mansurla Ədil adlı şəxsin vasitəsilə tanış olmuş, Mansur ona arvadının ləğv olunmuş əlillik dərəcəsini bərpa etdirə biləcəyini, lakin bunun üçün 4500 manat pul lazım olmasını demişdir. Bundan bir neçə gün sonra Mansurla telefonla danışarkən Mansur ona 2000 manat pul gətirməsini demiş, ona görə də Mansurla Bakı şəhərində görüşərək 2000 manat pulu ona vermişdir. Ondan sonra Mansurla birlikdə Bakı şəhərindəki X4 getmiş, orda adını bilmədiyi orta yaşlı kişi həkim onları qəbul edib Şahid1 müayinə edəndən sonra yazacağı rəyi Mənsur Adiyevdən göndərəcəyini demişdir. Bir müddət sonra Mansur ona zəng vuraraq sənədinin hazır olduğunu bildirmiş, sənədi avtomobil vasitəsilə ona göndərmişdir. O, bundan sonra "e Manat" ödəmə sistemi vasitəsi ilə 2500 manat pulu Mansura məxsus hesab nömrəsinə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin sənəd saxtadır. Sonradan dəfələrlə Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb arvadının əlillik dərəcəsinin nə vaxt bərpa olunacağını soruşsa da, Mansur hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, verdiyi 4500 manat pulu geri qaytarmasını tələb etdikdə isə aldığı pulu qaytarmaqdan imtina etmişdir. Arvadının ləğv olunmuş əlillik dərəcəsinin bərpası üçün ümumilikdə o, Təqsirləndirilən şəxs cəmi 4500 manat məbləğində pul vermişdir. Özü hazırda xərçəng xəstəsidir, müalicəsi üçün ona pul lazımdır, lakin Mansur onu dəfələrlə müxtəlif bəhanələrlə aldadaraq pulunu vermir, ondan şikayətçidir. Odur ki, mülki iddianın təmin olunmasını və Təqsirləndirilən şəxs barəsində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək, şikayətçi olduğunu göstərmiş, mülki iddianın təmin edilməsini və xəstə olduğu üçün xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət etmişdir. O, Ağstafa rayonundan olan Gülənbər adlı xanımla tanış olandan sonra bir dəfə söhbət zamanı yaralansa da, əlilliyə görə pensiya ala bilmədiyini deyəndə Gülənbər onların rayonunda Mansur adlı bir şəxsin olduğunu və həmin şəxsin pul müqabilində pensiya təyin etdirə bildiyini ona demişdir. Bir müddət keçdikdən sonra ekspertizadan ona pensiya təyin olunmaması ilə bağlı mənfi cavab gəlmiş, ona görə də Gülənbərlə yenidən əlaqə saxlayıb ondan Mansurla onu tanış etməsini xahiş etmişdir. 2022-ci ilin noyabr ayının 10-da Gülənbərin vasitəsilə Mansur adlı şəxslə tanış olmuşdur. Mansur əvvəlcə onun pensiya işinin həlli üçün 6000 manat pul istəmiş, ona bu qədər məbləğdə pulu olmadığını deyəndən sonra 5000 manata verməyə, həmin puldan da əvvəlcə 2000 manat, daha sonra isə hissə-hissə 3000 manat da əlavə verməyə razılaşmışlar. Həmin ilin noyabr ayının 19-da yaşadığı kənddəki "Abad marketdəki terminaldan Mansurun ona göndərdiyi Beynəlxalq Banka məxsus plastik kart nömrəsinə 2000 manat pul göndərmiş, sonra Mansur ona zəng vuraraq göndərdiyi 2000 manat pulu aldığını, ayın axırına kimi komissiyadan keçib pensiya məsələsinin həll olunacağını ona demiş, 2022-ci ilin noyabr ayının 25-də o, komissiyadan keçmiş və 2023-cü ilin yanvar ayının 15-də komissiyadan ona pensiya təmin edilməsindən imtina cavabı gəlmişdir. Əgər pensiyası düzəlsə idi, Mansura 3000 manat da verəcəkdi. Bundan sonra o, Mansura verdiyi 2000 manat pulu ondan tələb etmiş, sonuncu pulunu qaytarmaq üçün ondan 10 gün vaxt istəmiş, lakin həmin müddətdən sonra da pulu qaytarmamışdır. Ona görə də məcbur qalıb bununla əlaqədar Salyan RPŞ-nə ərizə ilə müraciət etmiş, Mansurdan şikayətçidir, pulunu vermirsə həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, pensiya almış, pensiyası kəsilmişdir. Həyat yoldaşı Əvdil Mansurla tanış olmuş, Mansur onun pensiyasını pul müqabilində düzəltməkdə kömək edəcəyini Əvdilə vəd etmiş, Əvdil də Mansura bunun müqabilində Bakı şəhərində 2000 manat pul vermiş, sonradan isə 2500 manat pulu Mansura məxsus karta köçürməklə göndərmişdir. Ümumilikdə Mansura 4500 manat pul vermişlər. Lakin onun pensiya işi düzəlməmiş, Mansurdan verdikləri pulları tələb etsələr də, sonuncu pulu qaytarmamışdır. Buna görə də əri məcbur qalıb polisə şikayət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, İİ qrup əlildir, xəstəliyi ilə bağlı müayinə olunmaq üçün 2022-ci ilin iyun ayında Bakı şəhəri Travmatalogiya İnstituna gedib həkim qəbuluna düşmək üçün növbəyə yazıla bilməmiş, bu zaman Mansur adlı şəxs ona yaxınlaşıb onu həkim növbəsinə yazdırmış, onlar arasında tanışlıq yaranmış, onlar birbirinin telefon nömrələrini götürmüşlər. Sonralar Mansurla telefon əlaqəsi saxlayıb danışan zaman Təqsirləndirilən şəxs ona Bakı şəhərində tanış həkimlərinin olduğunu və tanış həkimlərin vasitəsi ilə istənilən xəstəyə köməklik etmək imkanının olduğunu demişdir. Bir müddət sonra həmyerlisi - Fizuli rayonu, Qayıdış qəsəbəsində yaşayan Əvdili arvadının pensiyasını bərpa etdirmək üçün Mansurla tanış etmişdir. Tanış olduqdan sonra Əvdil arvadının ləğv olunmuş əlillik dərəcəsini bərpa etdirməklə əlaqədar Mansurla danışmış, o, özü onların heç bir söhbətində iştirak etməmiş, 2-3 ay sonra bilmişdir ki, Əvdil arvadının əlillik dərəcəsini bərpa etdirmək üçün Mansura cəmi 4500 manat pul vermiş, lakin həmin miqdarda pulu almasına baxmayaraq Təqsirləndirilən şəxs Əvdilin arvadının ləğv olunmuş əlillik dərəcəsini bərpa etdirməmişdir. Bu barədə ona Əvdil demişdir. Mansur ona pul verməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə təqdim etdiyi xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, 2022-ci ilin noyabr ayında ona pensiya düzəltməsi üçün tanıdığı Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində olan “Abad” marketdən ona məxsus karta 2000 manat pul göndərmiş, lakin Təqsirləndirilən şəxs ona pensiya düzəltməmiş, pulunu isə geri qaytarmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin gün saat 10:55:43-də "xxxx" MMC-ə məxsus Milli Ön elektron ödəmə sisteminin Salyan rayonu, Xalac kəndində yerləşən 00648 nömrəli terminalı vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankına məxsus MA**** AD**** İS*** OĞ** nömrəli karta 2000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Orxan Bayramovun xx.xx.2023-cü il tarixli raportundan və eyni tarixli axtarışda olan şəxsin saxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:30 radələrində Bakı şəhəri Xətai rayonunda yerləşən “Neftçilər” xəstəxanasının qarşısında saxlanılaraq saat 22:40-da Salyan rayon Polis Şöbəsinə gətirilmiş və barəsində müvafiq sənədləşdirmə aparılaraq rayon PŞ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar ona həmin tarixdə saat 09:45-də elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Adiyev X9 RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs2 Fizuli RPŞ-yə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 4500 manat pulu ələ keçirilmiş, onun barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin gün saat 16:24:28-də "e Manat" elektron ödəmə sisteminin Füzuli rayonu, Qayıdış qəsəbəsində yerləşən "Elvin" marketdəki terminalı vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankına məxsus 5522 0993 4555 6823 nömrəli karta 1000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin gün saat 10:20:13-də "e Manat" elektron ödəmə sisteminin Füzuli rayonu, Qayıdış qəsəbəsində yerləşən "Elvin" marketdəki terminalı vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankına məxsus 5522 0993 4555 6823 nömrəli karta 1500 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Füzuli Rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 18 may 2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya arvadı Şahid1 2-ci qrup əlilliyini bərpa etdirmək barədə yalan vəd verməklə aldadaraq ümumilikdə onun 4500 manat pulunu dələduzluqla ələ keçirməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 xx.xx.2023-cü il tarixli qərarından və protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 21:30-da tərəfindən cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, həmin tarixdə saat 14:30-dan saat 15:10-dək aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs2 4500 manat pul aldığını, lakin ona pulu qaytara bilmədiyini etiraf etmişdir. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş 20 may 2023-cü il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş 20 may 2023-cü il tarixli şübhəli şəxsin müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Füzuli RPŞnin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Hüquq Departamentindən alınmış xx.xx.2023-cü il tarixli, 6-2-41/2-17194/2023 nömrəli məktubdan görünür ki, 5522- 0993-4555-6823 saylı plastik kart Təqsirləndirilən şəxs məxsusdur və həmin karta xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat və xx.xx.2023-cü il tarixdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli Füzuli RPŞ-yə verdiyi ərizəsindən görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 4500 manat məbləğində maddi ziyan dəydiyinə görə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “mülki iddiaçı qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məxsus Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V ******* saylı xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, o, müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 müharibə veteranı olduğu üçün qanunvericiliyə əsasən dövlət rüsumu ödəməkdən azad olunmuşdur. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CPM-nin 278-ci maddəsinə əsasən axtarış elan edilmiş, cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikasının CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. İş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi polis kapitanı X6 tərəfindən qəbul edilmiş 07 avqust 2023-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsindən ötrü Salyan RPŞnə göndərilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “cinayət işinin birləşdirilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnikleytenantı Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilmiş və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 05 iyul 2023-cü il tarixli, 5-41/2-29.143.2023 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Adiyev X5 rayonu Məmmədrzalı kəndində qeydiyyatdadır və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmamışdır. İş materiallarında olan "Cəlilabad rayon Mərkəzi Xəstəxanası" X12 alınmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-32/2-980-2023 nömrəli məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Adiyev X5 RMX PHŞ-in poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 12 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə elan olunmuş ittiham dəyişdirilərək o, həmin məcəllənin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmiş; onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; onun etirafedici ifadəsi, zərər çəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə protokolu, Azərbaycan Beynəlxalq Bankının Hüquq Departamentindən alınmış xx.xx.2023-cü il tarixli, 6-2-41/2-17194/2023 nömrəli məktub və disk, həmin bankdan alınmış çıxarış, qəbzlərin surəti cinayət işi üzrə sübut kimi tanınmış; Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi polis kapitanı X2 icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olmuş ********* nömrəli cinayət işi üzrə cinayət əməlinin həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan nəzərə alınmamış; əməlində cinayət tərkibi olması sübuta yetmədiyindən Şahid2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə, X8 isə xx.xx.2011-ci il tarixdə anadan olmuşlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində tanış olduğu həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 arvadı Şahid1 ləğv olunmuş 2-ci qrup əlilliyini müəyyən sənədlər hazırlamaqla 4500 manat müqabilində guya bərpa etdirəcəyi barədə yalandan vəd verib inandırdıqdan sonra etibarından sui-istifadə edib aldatmaqla 10 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2la Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığında görüşərək vahid niyyətlə ondan bu məqsədlə əvvəlcə 2000 manat aldıqdan sonra 16 oktyabr 2022-ci il tarixdə saat 16:24:28-də Zərərçəkmiş şəxs2 Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən "Elvin market"də quraşdırılmış "e Manat" elektron ödəmə sistemi vasitəsi ilə Azərbaycan Beynəlxalq Banka aid 5522 0993 4555 6823 nömrəli özünə məxsus kart hesabına köçürdüyü 1000 manat, 23 oktyabr 2023-cü il tarixdə saat 10:20:13-də isə 1500 manat, ümumilikdə cəmi 4500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Zərərçəkmiş şəxs1 ilə görüşərək ona guya əlillik dərəcəsi təyin etdirməklə pensiya alacağı barədə yalandan vəd verib bu məqsədlə ondan əvvəlcə 5000 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 onun etdiyi bu təklifi qəbul edərək istədiyi 5000 manatdan 2000 manatını əvvəlcə verib qalanını sonra düzəldib verəcəyini bildirdikdən sonra razılaşaraq sonuncunun həmin ilin noyabr ayının 19-da saat 10:55:43də yaşadığı Salyan rayonu, Xalac kəndində yerləşən "Abad" marketdə quraşdırılmış "Milli Ön" elektron ödəmə sistemi vasitəsi ilə Azərbaycan Beynəlxalq Banka aid 5522 0993 4555 6823 nömrəli özünə məxsus kart hesabına köçürdüyü 2000 manat pulu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə ələ keçirməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. X15 hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 35-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi müəyyən edir, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş ziyanı ödəməməsini, habelə ziyanı ödəməyə heç bir cəhd etməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, xəstəliyini, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurduğu ziyanın heç bir hissəsini ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərərçəkmiş şəxslərlə barışmağa heç bir cəhd göstərməmiş, zərərçəkmiş şəxslər ondan şikayətçidirlər. Məhkəmə Təqsirləndirilən şəxs bir neçə şəxsə qarşı oxşar əməlləri törətməsini onun islah olunmayaraq dələduzluq cinayətini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə həmin iddia təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 4500 manat məbləğində maddi ziyanın vurulması onun öz etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçının, şahidlərin ifadələri ilə və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-169/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-169/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver