Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-169/2024 26.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Rəşad Rahil oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. X6 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki DİN-nin əməkdaşı olaraq nümunəvi polis zabitidir. Fəaliyyətim dövründə heç bir pozuntusu olamamış, əksinə mükafatlandırılmışdır. Barəsində şikayət edilən şəxs X8 onun barəsində həqiqətə uyğun olmayan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları sosial şəbəkələrdə nümayiş etdirməklə cinayət əməli törətmişdir. Belə ki, sosial platformada Salyan RPŞ-nin əməkdaşı Alxan adlı şəxs dinc sakinləri incidir məlumatı yaymaqla cənab nazirin şəklini paylaşmaqla barəsində onu nüfuzdan salacaq və işgüzar nüfuzuna xələl gətirəcək qanunazidd əməli törətmiş, həmçinin kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir cinayət əməlini törətmişdir. Odur ki, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 şikayətindən imtina etdiyini və təqsirləndirilən şəxslə barışdığını bildirərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X5 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, şikayəti vermiş şəxs X6 şikayətindən imtina etmiş və təqsirləndirilən şəxslə barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayəti vermiş şəxs X6 şikayətindən imtina etdiyinə və təqsirləndirilən şəxslə barışdığına görə X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-169/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-169/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver