Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-17/2023 10.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 10 yanvar 2023-cü ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X4 Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,158 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il oktyabrın 31-də saat 18:00 dəqiqədə Salyan şəhəri X.R.Ulutürk küçəsində şübhəli bilinərək saxlanılıb saat 18:15 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci il oktyabrın 30-da günorta saatlarında Salyan şəhərindən keçən Kür çayının kənarında piyada gəzən zaman yerdə sellofan torbada içərisində metamfetamin tapmış və istifadə etmək məqsədi ilə götürmüşdür.2022-ci il oktyabrın 31-da saat 18:00 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsində polis əməkdaşları onu tutub polisə aparmışlar.Polis şöbəsində şəxsi axtarış zamanı üzərində olan həmin maddə aşkar olunmuş, müstəntiq tərəfindən çəkilmiş və çəkisinin 1,27 qram olduğu müəyyən edilmişdir.Daha sonra götürülmüş və qablaşdırılmışdır.Bu barədə protokol tərtib edilmiş,özü imza etmişdir.Törətdiyi əmələ görə peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcənini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2022-ci il oktyabrın 31-də Salyan şəhəri Ə.Quliyev küçəsi ev 2 mənzil 15-də qeydiyyatda olan və yaşayan X2 qanunsuz olaraq psixotrop maddələr üzərində gəzdirdiyi barədə məlumat daxil olmuşdur. Həmin gün saat 18:00 radələrində o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri X.R.Ulutürk küçəsində Təqsirləndirilən şəxs tutub polisə aparmışlar. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq psixotrop maddə əldə etmə, daşıma və saxlamada şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir.Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində 1.27 qram metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni 2022-ci il oktyabrın 30-da günorta saatlarında Salyan şəhərindən keçən Kür çayının kənarından keçən zaman yerdən tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində saxladığını demişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 31 oktyabr 2022-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nahid Abbaslı tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 18/1178 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 1,158 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 1132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2021-cii ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Salyan MİTTİB-nin 11 noyabr 2022-ci il tarixli, 1439 saylı məktuba əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nın 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə 25 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır.Onun əməlində cinayətlərin təhlükəli residivi vardır.Ona görə də ona təhlükəli residivə görə cəza təyin olunmalıdır. Salyan rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 1(057)-64/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 7(002)-913/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyy Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 1,108 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə tutulmuş, 02 noyabr 2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir.Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan 1,108 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş 02 noyabr 2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan 1,108 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-17/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-17/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver