Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-17/2024 01.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3 ədəd şəffaf polietilen bükümdə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0.095 qram, 0.120 qram və 0.118 qram olmaqla, ümumi təmiz çəkisi 0.333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.204 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd polietilen torbada təmiz çəkisi 430.0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə yaşadığı fərdi yaşayış evinə daşıyaraq saxlamış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 noyabr 2023-cü il tarixdə saat 09:15-də Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 09:30-də ünvan 2 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, ünvan 4 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin narkotik vasitələr və psixotrop maddə, həmçinin 1 ədəd elektron tərəzi həmin evin yataq otağında yerləşən çarpayının üzərindəki örtüyün altından aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edir, Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamışdır. Hazırda evdə tək yaşayır, heç bir yerdə işləmir, təxminən 2 ay öncə Salyan rayonu Qardaşbəyli kəndinə balıq tutmağa gedərkən Kür çayının sahilində olan meşəlikdə 1 ədəd çətənə bitkisinin olmasını görüb həmin bitkinin yarpaqlarını özü ilə götürdüyü 1 ədəd sellofan torbaya yığmış, məqsədi isə həmin yarpaqları qurudub istifadə etmək imiş, həmin yarpaqları yığdığı sellofan torbanı özü ilə həmin günü axşam yaşadığı evə gətirmiş, həmin yarpaqları qurutmuş və istifadə etməyə başlamış, eyni zamanda təxminən 10 gün əvvəl o, Bakı şəhərində tanımadığı şəxsdən narkotik tərkibli metadon həbi almış, o, həmin həbi əzərək toz halına gətirmiş və onu 3 ədəd sellofan bükümə yığmış, məqsədi həmin bükümlərdə toz halında olan maddələri qəbul etmək imiş, bundan əlavə isə o, təxminən 3 gün əvvəl Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında piyada halda gəzdiyi vaxt yerdən 1 ədəd siqaret kəsiyi bükümü tapmış, həmin bükümü açıb baxarkən içərisində “patı” kimi tanıdığı psizxotrop maddə metamfetamin olmasını görmüş, həmin bükümü də istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, daha sonra isə həmin bükümdə olan maddədən bir qədərini istifadə edib qalanını yaşadığı evdə saxlamış, qurutduğu narkotik vasitə qurudulmuş marixuananı yığdığı sellofan torbanı və 3 ədəd sellofan bükümü, həmçinin içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd siqaret kəsiyi bükümünü yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərində olan örtüyün altında gizlətmiş, ona lazım olduğu təqdirdə o, həmin maddələrdən istifadə edirmiş, 14 noyabr 2023-cü il tarixdə saat 09:15 radələrində yaşadığı evin yaxınlığında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmiş, o da polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində müstəntiq tərəfindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona yazılı bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o da həmin anda üzərində narkotik vasitə və eləcə də qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmiş, daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, yalnız şəxsiyyət vəsiqəsi və ona məxsus mobil telefon götürülmüş, şəxsi axtarış zamanı o, yaşadığı evdə narkotik vasitələr olmasını bildirmiş, bununla bağlı yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə istintaqa könüllü olaraq ərizə vermiş, daha sonra müstəntiq tərəfindən evimə baxış keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və o, həmin qərarla tanış edilərək qərarın surətini almış, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı müstəntiq şəxsi axtarış zamanı evində saxladığı narkotik vasitələri təqdim etməyi xahiş etmiş, yaşadığı evin yataq otağında çarpayının üzərində olan örtüyün altında gizlətdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı, metadon həbindən əzərək toz halına gətirdiyi 3 ədəd sellofan bükümdə olan kütlələri, 1 ədəd siqaret kəsiyi bükümündə olan kütləni və 1 ədəd elektron tərəzini təqdim etmiş, həmin maddələri tapdığı yer və vaxt barədə müstəntiqə və iştirakçılara şifahi məlumat vermiş, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı evdə saxladığını bildirmiş, həmin tərəzi təxminən 30 ildir ki, onun evində imiş, bundan başqa onun evindən qanunla qadağan olunan əlavə əşya, maddə və ya predmet aşkar edilməmiş, onun evindən aşkar edilmiş sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 475 qram olması müəyyənləşmiş, yaşadığı evdən aşkar edilmiş 3 ədəd sellofan bükümdə olan kütlələr elektron tərəzidə çəkilmiş, birinci bükümün çəkisinin 0.24 qram, ikinci bükümün çəkisinin 0.23 qram, üçüncü bükümün çəkisinin 0.22 qram, cəmi çəkisinin 0.71 qram olması müəyyənləşmiş, daha sonra siqaret kəsiyi bükümündə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün çəkisinin 0.27 qram olması müəyyənləşmiş, 3 ədəd sellofan bükümdə və 1 ədəd siqaret kəsiyi bükümündə olan kütlələr və 1 ədəd elektron tərəzi 1 ədəd boş zərfdə, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 1 ədəd sellofan torba isə ayrılıqda qablaşdırılaraq Salyan rayon Polis şöbəsinin 113 saylı möhürü ilə möhürlənmiş, zərf və bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasına təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülmüş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. İbtidai istintaq zamanı nakrotik vasitəni satmaq istəməsi barədə ifadəsini isə qorxduğuna görə vermişdir. Düzdür, istintaq zamanı onu döyməmişlər, lakin o, döyülə biləcəyindən qorxmuşdur. O, narkotik vasitəni evində və üzərində saxlamışdır. Bunu isə həmin narkotik vasitəni satmaq üçün deyil, özünün istifadə etməsi üçün etmişdir. O, ümumiyyətlə, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, yuxarıda göstərilən narkotik vasitələri yalnız özünün şəxsi istifadəsi üçün əldə edərək evində və üzərində saxlamışdır. Beləliklə, o, narkotik vasitənin satışına görə özünü təqsirli bilmir, yalnız həmin narkotik vasitəni özündə saxlamağa görə özünü təqsirli bilir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, materialların məhkəmə ekspertizazı və məhkəmə fiziki-kimyəvi ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 noyabr 2023-cü tarixdə Salyan şəhəri, X10 küçəsi ev 68-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, rəhbərlik tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və müvafiq əməliyyat qrupu təşkil edilmiş, həmin gün şöbənin X2 əməliyyat müvəkilləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdür. Həmin gün saat 09:15 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində, yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Azərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə Salyan rayon Polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilən zaman müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs da həmin vaxtı üzərində qanunla qadağan olunan heç bir əşya, maddə və ya predmet olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə “nəşə” kimi tandığı qurudulmuş marixuana və narkotik vasitə metadon həbinin əzilmiş toz halında olan kütləsinin olmasını bildirmiş, Təqsirləndirilən şəxs bununla bağlı yaşadığı ünvana baxış keçirilməsini könüllü olaraq istəmiş, baxış keçirilməsi ilə bağlı istintaqa ərizə verə biləcəyini, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş və həmin qərarla Təqsirləndirilən şəxs tanış edilmiş, daha sonra Təqsirləndirilən şəxs dəvəti əsasında yaşadığı evə baxış keçirilmiş, Azərin dəvəti əsasında iştirakçılar evə daxil olmuş, Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evin yataq otağında olan çarpayını əli ilə göstərərək narkotik vasitələrin məhz həmin yerdə olduğunu bildirmiş, daha sonra həmin çarpayının üzərindəki örtüyün altından içərisində qəhvəyi rəngli, toz halında kütlələr olan 3 ədəd şəffaf rəngli polietilen büküm, içərisində ağ rəngli, kristalşəkilli kütlə olan 1 ədəd kağız büküm, içərisində yaşıl rəngli, spesifik qoxuya malik kütlələr olan 1 ədəd polietilen torba və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs 3 ədəd şəffaf rəngli polietilen bükümlərdə olan kütlələrin ilk baxışdan narkotik vasitə heroinə bənzəməsinə baxmayaraq həmin kütlələrin narkotik tərkibli metadon həbindən əzilərək şəxsi istifadəsi üçün toz halına gətirilməsini bildirmiş, 1 ədəd kağız bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada olan kütlələrin isə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı Salyan rayonu, Qardaşbəyli kəndinə balıq tutmağa gedən zaman Kür çayı sahilində naməlum ərazidə olan çətənə bitkisinin yarpaqlarından yığdığını, aşkar edilmiş həmin kütlələri şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmiş, aşkar edilmiş elektron tərəzinin də özündə köhnə vaxtlardan qaldığını və həmin tərəzidən istifadə etmədiyini bildirmişdir. Daha sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, evdən aşkar edilmiş 1 ədəd polietilen torbada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş, eyni zamanda 3 ədəd şəffaf rəngli sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə içərilərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr və 1 ədəd elektron tərəzi 1 ədəd boş zərfə yığılaraq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün №113” möhürü ilə möhürləndikdən sonra məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı Şahid1 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 14 noyabr 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X5 Yerinə təhvil verilmişdir. 14 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, həmin tarixdə saat 09:58-dən 10:02-dək Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarışda müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, həmçinin, digər iştirakçılar, Salyan RPŞ-nin X2 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Salyan RPŞ-nin X2 əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Salyan RPŞ-nin X2 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Salyan RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlu iştirak etmişlər. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qanunla dövriyyəsi qadağan olunan heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. 14 noyabr 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, həmin tarixdə saat 10:39-dan 11:02-dək Salyan RPŞ-nə gətirilmiş Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs pasport qeydiyyatında olduğu və faktiki olaraq yaşadığı Salyan şəhəri, X10 küçəsi 68-də baxış aparılarkən həmin evin yataq otağındakı çarpayıdan 3 ədəd şəffaf rəngli polietilen bükümdə narkotik vasitə heroinə, 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və 1 ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. 14 noyabr 2023-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:23-dən 12:45-dək Təqsirləndirilən şəxs məxsus “kgtel” markalı mobil telefona polis əməkdaşları tərəfindən Müdafiəçi iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun yaddaş bazasında, eləcə də, mobil telefonda olan digər proqramlarda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin, mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəsinin aktiv olmadığı və nömrənin, ümumiyyətlə, işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonun üzərində olan nömrənin uzun müddətdir ki, işlək vəziyyətdə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli 18/1057- 1058 saylı rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evdən..03 ədəd narkotik vassitə heroinə oxşar..” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0.095 qram, 0.120 qram, 0.118 qram, ümumi çəkisi-0.333 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0.204 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 2)Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...marixuanaya oxşar...” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi- 430.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Marixuana(kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 18/1057-1058 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat (altmış üç manat doxsan qəpik) təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 1044 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu(polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının” 3.7-ci bəndinə əsasən 60 yaşdan yuxarı olan kişilərə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman 60 yaşı tamam olmadığından həmin ekspert rəyində barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsinin zəruriliyi göstərilsə də, hökm çıxarılan zaman onun 60 yaşı tamam olduğundan o, yalnız ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. 15 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Salyan rayon Məhkəməsinin 4(057)-113/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanının 20 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,243 qramı, təmiz çəkisi 0,204 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,154 qramı, təmiz çəkisi 430 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 429,90 qramı və 1 ədəd elektron əl tərəzisi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nə təhvil verilmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” X11 21 noyabr 2023-cü il tarixli, 18-1-68/2- 2856/2023 nömrəli məktubundan görünür ki, həkim-psixiatr Xatirə Ağayevanın və həkimnarkoloq Saraxanım Zərgərlinin məlumatlarına əsasən, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 68-də qeydiyyatda olan və yaşayan, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkolojidə və psixinevrolojidə qeydiyyatda yoxdur. Salyan RPŞ-dən daxil olmuş 27 noyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportunda göstərilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş əməliyyat məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr qurudulmuş marixuana və heroini, həmçinin psixotrop maddə metamfetamini satış məqsədi ilə qeyriaşkar mənbələrdən naməlum ünvan və tarixlərdə qanunsuz olaraq əldə etmiş və satış məqsədi ilə yaşadığı ünvana daşıyaraq qanunsuz olaraq saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş müxtəlif növ narkotik vasitələr və psixotrop maddədən konkret olaraq hər hansı bir şəxsə satması barədə tapşırığın icrası ilə bağlı əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs sakinlər arasında cinayət törətməyə və kriminal ünsürlərə, narkotik vasitə və psixotrop maddələrə meyilli şəxs olaraq tanınır. Təqsirləndirilən şəxs konkret olaraq cinayətkar əlaqələri, əvvəllər digər hər hansı bir cinayətin törədilməsində iştirakı və tapşırıqda göstərilən digər xüsusatların icrası ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də əməliyyat marağı doğuran məlumat və müsbət nəticə əldə edilməmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 3046 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: oğlu-1991-ci il təvəllüdlü X9 və qızı-1994-cü il təvəllüdlü X4. Həmin Nümayəndənin verdiyi 13 dekabr 2023-cü il tarixli xasiyyətnamədə göstərilir ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 68də qeydiyyatda olan və yaşayan, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 16 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib Rusiya Federasiyası Proebrajenski rayon Məhkəməsinin 19 fevral 2003-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq orqanının 14 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, naməlum şəxs barəsində Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə hazırlanması xüsusatları üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,243 qramı, təmiz çəkisi 0,204 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsinə qalıq qalmış 0,154 qramı, təmiz çəkisi 430 qram olan narkotik vasitə qudulmuş marixuananın eskpert tədqiqatı nəticəsində qalıq qalmış 429,90 qramı və 1 ədəd elektron əl tərəzisinin maddi sübut kimi tanınaraq saxlanılmalarından ötrü Salyan RPŞ-nın maddi sübutları saxlama otağına təhvil verildiyi iş üzrə nəzərə alınmış, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməkdə öz təqsirini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitələr heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamini istintaq hərəkəti keçirilən zaman istintaqa təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilən zaman 3 ədəd şəffaf rəngli politelin bükümdə olan kütlələrin narkotik vasitə metadon deyil, narkotik vasitə heroin olması iş üzrə nəzərə alınmış, cinayət işi üzrə şəxsi axtarış və götürmə barədə baxış aparılması və götürmə barədə protokollar, təqsirləndirilən şəxsin və şahidlərin dindirmə protokolları, digər istintaq hərəkətlərinin protokolları, kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 18/10xx-xx/1058 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 1044 nömrəli rəyləri, iş üzrə götürülmüş maddi sübutlar, həmçinin, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişini özündə əks etdirən 01 ədəd DVD disk və baxış və götürmə istintaq hərəkətinin gedişini özündə əks etdirən 01 ədəd DVD disk və cinayət işinə əlavə edilmiş digər sənədlər, həmçinin, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar iş üzrə sübut növü kimi qiymətləndirlmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3 ədəd şəffaf polietilen bükümdə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ayrı-ayrılıqda təmiz çəkiləri 0.095 qram, 0.120 qram və 0.118 qram olmaqla, ümumi təmiz çəkisi 0.333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.204 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd polietilen torbada təmiz çəkisi 430.0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə yaşadığı fərdi yaşayış evinə daşıyaraq saxlaması, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 noyabr 2023-cü il tarixdə saat 09:15-də Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 09:30-də ünvan 2 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilməsi, ünvan 4 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin narkotik vasitələrin və psixotrop maddənin, həmçinin 1 ədəd elektron tərəzinin həmin evin yataq otağında yerləşən çarpayının üzərindəki örtüyün altından aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasınanəsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yalnız narkotik vasitədən istifadə etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini deyil, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə verdiyi ifadəsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin ifadəsi həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Bu hal şahidlərin ifadələri və işdə olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zamanı o, yaşadığı evin yataq otağında olan çarpayını əli ilə göstərərək narkotik vasitələrin məhz həmin yerdə olduğunu bildirmiş, daha sonra həmin çarpayının üzərindəki örtüyün altından içərisində qəhvəyi rəngli, toz halında kütlələr olan 3 ədəd şəffaf rəngli polietilen büküm, içərisində ağ rəngli, kristalşəkilli kütlə olan 1 ədəd kağız büküm, içərisində yaşıl rəngli, spesifik qoxuya malik kütlələr olan 1 ədəd polietilen torba və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs 3 ədəd şəffaf rəngli polietilen bükümlərdə olan kütlələrin ilk baxışdan narkotik vasitə heroinə bənzəməsinə baxmayaraq, həmin kütlələrin narkotik tərkibli metadon həbindən əzilərək şəxsi istifadəsi üçün toz halına gətirilməsini bildirmiş, 1 ədəd kağız bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada olan kütlələrin isə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı Salyan rayonu, Qardaşbəyli kəndinə balıq tutmağa gedən zaman Kür çayı sahilində naməlum ərazidə olan çətənə bitkisinin yarpaqlarından yığdığını, aşkar edilmiş həmin kütlələri şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmiş, aşkar edilmiş elektron tərəzinin də özündə köhnə vaxtlardan qaldığını və həmin tərəzidən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin elektron tərəzidən istifadə etmədiyini bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli 18/1057-1058 saylı rəyindən görünür ki, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmasına edilən cəhd kimi qiymətləndirir və tənqidi yanaşaraq rədd edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir. Bununla əlaqədar məhkəmələrə izah olunsun ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Xaşxaş bitkisinin qozalarından südə bənzər şirənin alınması da narkotik vasitələri qanunsuz hazırlama hesab olunur. Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olubolmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş,əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəzalar arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş cinayətləri törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 429,90 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 0,243 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,154 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 63,90 manat (altmış üç manat doxsan qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 429,90 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 0,243 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,154 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 63,90 manat (altmış üç manat doxsan qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-17/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-17/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver