Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-171/2023 07.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X19 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, "A+B" şirkətində çilingər işləyən, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin iyun ayının əvvəllərində, saat 22 radələrində yaşadığı Salyan rayonu, Qarabağlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşı tərəfindəki pəncərəni əli ilə itələyib açmaqla qanunsuz həmin evə daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 180 manat dəyərində istifadə olunmuş LG markalı 82 ölçülü, bir ədəd 160 manat dəyərində, istifadə olunmuş Eurolux Smart markalı 82 ölçülü televizorları və 20 manat dəyərində 01 ədəd Yaponiya istehsalı olan istifadə olunmuş metal qolbağı gizli olaraq talayıb oğurlamış və Zərərçəkmiş şəxs ümumilikdə cəmi 360,00 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs Salyan rayonu Qarabağlı kəndindəki evində yaşamadığından istifadə edərək, 2023-cü ilin iyun ayının əvvəllərində oğurluq məqsədilə axşam saat 22 radələrində Baloğlanın həyətinin hasarından həyətə, oradan isə evin plastik pəncərəsindən evə daxil olmuşdur. Evin zal otağında olan bir ədəd LG markalı televizor, evin 1-ci mərtəbəsində yerləşən mətbəxdən Eurolux Smart markalı televizor, evin 2-ci mərtəbəsindəki termonun gözündən bir ədəd gümüş qolbaq da götürərək çölə çıxmışdır. Oğurladığı televizorları və bir ədəd qolbağı yaşadığı evə gətirərək onları evin altında gizlətmişdir. Oğurladığı LG markalı televizoru Xalis adlı şəxsə 100 manata satmışdır. Bundan 1-2 gün sonra o, oğurladığı "Eurolux Smart" markalı televizoru uşaqlıq yoldaşı Yusifə satmış, sonuncu sonradan onun Azərbaycan Beynəlxalq Bankına məxsus əmək haqqı kartına 100 manat pul yükləmişdir. Oğurladığı televizorları satsa da, qolbaq evdə qalmış, onu kiməsə sata bilməmiş, oğurluq etdiyindən 5-10 gün sonra etdiyi bu oğurluğun üstü açılmış və onu Salyan RPŞ-nə dəvət edib bu barədə soruşduqda hər şeyi olduğu kimi etiraf etmişdir. Baloğlanın evindən oğurluq edərkən o, tək olmuş, istər Xalisə, istərsə də Yusifə televizorları satarkən televizorların oğurluq olmasını deməmişdir. Əməlindən səmimi peşimandır. O, torpaqlarımızın azadlığı uğrunda gedən “Vətən müharibəsi”ndə iştirak edərək “Füzulinin”, “Şuşanın” azad olunması, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Himayəsində iki azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin ifadəsi ilə məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Abşeron rayonunda yaşasa da, Salyan rayonu Qarabağlı kəndində də evi vardır. Abşeronda yaşadıqları dövrdə onun Qarabağlı kəndindəki evinə daimi nəzarət edən bir şəxs olmamış, sadəcə olaraq, evlərinə tez-tez gəlib getdiklərindən evə də özləri nəzarət etmişlər. Təqsirləndirilən şəxs onun uzaq qohumu və həmkəndlisidir. 07 iyun 2023-cü il tarixdə günorta saatlarında növbəti dəfə Qarabağlı kəndindəki evlərinə gələn zaman qapını açıb içəri girəndə evdə axtarış aparıldığını, evin 1-ci mərtəbəsindəki mətbəxdə qoyduğu EuroLux markalı və evin 2-ci mərtəbəsindəki zal otağa qoyduqları LG markalı 2 ədəd televizorların yerində olmadığını, evə diqqətlə baxanda həmçinin dolabın siyirməsinə qoyduqları bir ədəd gümüş qolbağın da orada olmadığını görmüş və başa düşmüşdür ki, həmin əşyaları evinə girmiş şəxs tərəfindən oğurlamışdır. Oğrunun haradan evinə girməsini müəyyənləşdirmək istərkən müəyyən etmişdir ki, oğru evin qarşı tərəfində, 2-ci mərtəbədəki plastik pəncərəni çöldən açmaqla oradan evə daxil olmuşdur. Çünki həmin vaxt qeyd edilən pəncərinin qarşısına tor setka keçirilsədə içəri tərəfdən pəncərə açıq vəziyyətdə qalmışdır. Ona görə də baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Salyan RPŞ-nə ərizə ilə müraciət etmiş, sonradan ona məlum olmuşdur ki, evinə girib oğurluq edən şəxs həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxsdur. Oğurlanmış əşyalarından 82 ölçülü LG markalı televizoru 5-6 il əvvəl 650 manata, Eurolux Smart markalı televiru isə 450 manata almış, oğurlanmış bir ədəd qolbağının dəyərini isə o, bilməmişdir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəyib, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ondan şikayətçi deyildir, ona ağır cəza verilməsini tələb etmir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2023-cü ilin iyun ayının əvvəllərində kənddəki istixanalardan birində ocaqçı işləyən İxtiyar adlı dostu ona zəng vurub həmkəndliləri Rəsulun evindəki televizorunu 150 manata satmaq istədiyini bildirib ondan həmin televizoru almaq istəyib istəmədiyini soruşmuş, əvvəlcə televizor almaq istəməsədə havalar istiləşdiyindən həmin televizoru alıb həyətindəki tikilidə ondan istifadə etmək qərarına gəlmiş, ona görə də İxtiyara hazırda televizor almağa ehtiyacının olmadığını, lakin Rəsul televizoru 100 manata satmağa razılaşarsa onu alıb həyətində istifadə edə biləcəyini demişdir. İxtiyar da Rəsulla təkrar danışandan sonra Rəsulun televizorunu 100 manata satmağa razılaşdığını ona demişdir. Ona görə də zəngləşib həmin gün saat 23 radələrində Rəsulla yaşadıqları Salyan rayonu, Qarabağlı kəndində görüşmüş, Rəsul satmaq istədiyi televizorunun yaşadığı evdə olduğunu bildirdikdən sonra birlikdə Rəsulun yaşadığı evə gəlmiş, özü həyətdə qalmış, Rəsul isə evə girib oradan bir ədəd LG markalı işlənmiş televizoru gətirib ona vermişdir. Həyətdə televizorun işlək vəziyyətdə olub-olmamasını yoxlayıb onun işləməsinə əmin olduqdan sonra televizora görə Rəsula 100 manat verib sonra aldığı həmin televizoru öz evinə gətirmişdir. Təxminən 5-10 gün sonra məlum olmuşdur ki, Rəsul ona satdığı televizoru həmkəndliləri Baloğlanın evindən oğurlamışdır. Televizoru Rəsuldan alarkən bunu o, bilməmiş, Rəsul televizoru satarkən onun oğurluq olmasını ona deməmişdir. Sonradan polis əməkdaşları ondan bu barədə soruşanda hər şeyi olduğu kimi onlara danışmış və sonra Rəsuldan aldğı televizoru da polis əməkdaşlarına təqdim etmişdir. Rəsuldan ifadəsində qeyd etdiyi bir ədəd televizordan başqa digər heç nə almamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, ailəsi ilə birlikdə Salyan rayonu, Qarabağlı kəndində yaşayır və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəldən həmkəndli kimi tanımış, onlarla münasibəti həmişə yaxşı olmaqla qohumluqları, ədavəti olmamışdır. 2023-cü ilin iyun ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng vurub tanışlarının ona satmaq üçün bir ədəd "Eurolux Smart" markalı işlənmiş televizor verdiyini və onu 100 manata satmaq istədiyini bildirib həmin televizoru almağı ona təklif etmiş, o da əvvəlcə razılıq verməsədə sonradan onunla razılaşmış və razılaşandan sonra Rəsul həmin televizoru gətirib kənddəki Elektronika mağazasına qoymuşdur. O da gedib oradan televizoru götürüb evinə gətirmiş, sonradan buna görə Rəsulun ona telefonda göndərdiyi bank kartına 100 manat pul göndərmişdir. Təxminən 5- 10 gün sonra məlum olmuşdur ki, Rəsul ona satdığı televizoru həmkəndliləri Baloğlanın evindən oğurlamışdır. Televizoru Rəsuldan alarkən oğurluq olmasını bilməmişdir. Sonradan polis əməkdaşları ondan bu barədə soruşanda hər şeyi olduğu kimi onlara danışmış və sonra Rəsuldan aldığı televizoru da polis əməkdaşlarına təqdim etmişdir. Rəsuldan ifadəsində qeyd etdiyi bir ədəd televizordan başqa digər heç nə almamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Tural Fərmanlı tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Vasif Sadıqovun, Salyan şəhəri sakini Zərərçəkmiş şəxs, hal şahidləri X7, X8 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:00-dan saat 11:30-dək Zərərçəkmiş şəxs Salyan rayonu Qarabağlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilən ev 4 otaqlı evdir, oğru evə qarşıda quraşdırılan pəncərədən daxil olmuş, oğurluq hadisəsi zalda və mətbəxdə baş vermişdir. Televizorun biri zaldan, digəri isə mətbəxdən oğurlanmışdır.Gümüş qolbaq isə yerdən götürülmüşdür. Evdən çıxarkən giriş qapısı açılaraq çıxılmışdır. Evə iki dəfə girilmiş və hər ikisində pəncərədən daxil olunmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkilləri çəkilmiş, toplanmış materiala əlavə olunmuşdur. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin gün Təqsirləndirilən şəxs bir ədəd üzərində “Made in Japan” sözləri yazılan gümüşü rəngli qolbağı Zərərçəkmiş şəxs evindən oğurladığını etiraf edərək onu polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi barədə” protokoldan görünür ki, həmin gün Şahid1 Təqsirləndirilən şəxs aldığı və sonuncunun Zərərçəkmiş şəxs evindən oğurladığı bir ədəd ekran ölçüsü 82 olan LG markalı televizoru polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi barədə” protokoldan görünür ki, həmin gün Şahid2 Təqsirləndirilən şəxs aldığı və sonuncunun Zərərçəkmiş şəxs evindən oğurladığı bir ədəd Eurolux Smart markalı, ekran ölçüsü 82 olan televizoru polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokol və həmin protokola əlavə edilmiş bir ədəd CD diskindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd ekran ölçüsü 82 olan LG markalı, bir ədəd Eurolux Smart markalı ekran ölçüsü 82 olan televizorları və 01 ədəd Yaponiya istehsalı olan metal qolbağı oğurlamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/4664 nömrəli rəyindən görünür ki, 5-6 il bundan əvvəl alınan, LG markalı ekran ölçüsü 82 olan bir ədəd televizorun qiyməti 180 manat, 2 il bundan əvvəl alınan, EuroLux Smart markalı ekran ölçüsü 82 olan bir ədəd televizorun qiyməti 160 manatdır. 40 il bundan əvvəl Yəməndən gətirilmiş təzyiqi normada saxlamaq üçün taxılan gümüş qolbaq ekspertizaya təqdim edilmədiyi üçün qiyməti aydın deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, 9/4664 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli, 9/5494 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd Yaponiya istehsalı olan metal qolbağın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 20,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 9/5494 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 30 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 477.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiam elan edilmiş; onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanması protokolları, onlara əlavə edilmiş fotocədvəllər, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmış; Zərərçəkmiş şəxs evindən oğurlanmış bir ədəd 180 manat dəyərində istifadə olunmuş LG markalı, 82 ölçülü, bir ədəd 160 manat dəyərində, istifadə olunmuş Eurolux Smart markalı, 82 ölçülü televizorlar və 20 manat dəyərində 01 ədəd Yaponiya istehsalı olan istifadə olunmuş metal qolbaq maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmiş; əməllərində Azərbaycan Respublikasının CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından Şahid1 və Şahid2 barəsində cinayət işinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişin görüntüləri olan DVD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza şərti hesab olunmaqla ona 01 il sınaq müddəti müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. O, hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon İHB-nın Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 740 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Qarabağlı kəndində yaşayır, ailə tərkibi həyat yoldaşı xx.xx.1995-ci il təvəllüdlü X1, oğlu xx.xx.2015-ci il təvəllüdlü X3, qızı xx.xx.2018-ci il təvəllüdlü X5 ibarətdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə, X11 xx.xx.2018-ci il tarixdə anadan olmuşlar. İş materiallarına əlavə edilmiş AO seriyalı ******* nömrəli Təqsirləndirilən şəxs məxsus hərbi biletdən görünür ki, o, Fizuli Şuşa istiqamətində döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş İ-25252 nömrəli, İ-79130 nömrəli, İ-10382 nömrəli “Azərbaycan Respublikasının medallarının vəsiqələri”ndən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin iyun ayının əvvəllərində, saat 22 radələrində yaşadığı Salyan rayonu, Qarabağlı kəndində həmkəndlisi, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşı tərəfindəki pəncərəni əli ilə itələyib açmaqla qanunsuz həmin evə daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 180 manat dəyərində istifadə olunmuş LG markalı, 82 ölçülü,bir ədəd 160 manat dəyərində, istifadə olunmuş Eurolux Smart markalı, 82 ölçülü televizorları və 20 manat dəyərində 01 ədəd Yaponiya istehsalı olan istifadə olunmuş metal qolbağı gizli olaraq talayıb oğurlamış və zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs ümumilikdə cəmi 360,00 manat məbləğində maddi ziyan vurması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş ziyanı zərərçəkmişə tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, “Vətən Müharibəsi” iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 03 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməklə vurduğu ziyanı aradan qaldırmış, əməlindən səmimi peşman olmuş, “Vətən Müharibəsi” iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Salyan RPŞnin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd “LG” və bir ədəd “Eurolux Smart” markalı, ekran ölçüləri 82 olan televizorlar və Yaponiya istehsalı olan metal qolbaq Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd “LG” və bir ədəd “Eurolux Smart” markalı, ekran ölçüləri 82 olan televizorlar və Yaponiya istehsalı olan metal qolbaq Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-171/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-171/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver