Məhkəmə qərarları › İş №1(057)-176/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-176/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-176/2023 23.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X19 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X2 Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, təkrarən, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 17 aprel 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 3-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub evin həyətyanı sahəsindən dəyəri 20 manat olan 1 ədəd 20 litrlik qaz balonunu, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisindən isə dəyəri 40 manat olan 1 ədəd “Angel” markalı işıqtənzimləyicini, 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisindən dəyəri 60 manat olan 1 ədəd “BK-1500” markalı kondisioneri və dəyəri 40 manat olan 1 ədəd “Angel” markalı işıqtənzimləyicini, 19 aprel 2023-cü il tarixdə saat 23 radələrində yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisindən dəyəri 30 manat olan 1 ədəd samovarı və dəyəri 30 manat olan 1 ədəd “Pioner” markalı səsgücləndirici kalonkanı götürüb aparmaqla Zərərçəkmiş şəxs1 cəmi 220 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2023-cü ilin aprel ayının ortalarında Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 321A-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədən dəyəri 120 manat olan 1 ədəd dəmir qapını, həyətyanı sahədə yerləşən bina hesab olunan hamadan dəyəri 10 manat olan 1 ədəd ”GFM” markalı duşu və dəyəri 10 manat olan 1 ədəd “GFM” markalı su kranını, həmin günün sabahı yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin evdən dəyəri 40 manat olan 1 ədəd “Marcus” markalı su motoru, həyətyanı sahədə yerləşən su çəninin altında quraşdırılmış dəyəri 40 manat olan 1 ədəd “Marcus” markalı su motoru, həyətyanı sahədə yerləşən bina hesab olunan hamamın içərisindən hər birinin uzunluğu 1.5 metr, eni isə 32 mm olan cəmi dəyərləri 9 manat təşkil edən 3 ədəd turbanı götürüb aparmaqla Zərərçəkmiş şəxs2 cəmi 229 manat məbləğində maddi ziyan vuraraq təkrarən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 23 may 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 40-a pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin evdən dəyəri 30 manat olan 1 ədəd çinar markalı soyuducunun motorunu, hündürlüyü 1.20 metr, eni 1 metr, dəyəri 60 manat olan 1 ədəd dəmir şkafı, dəyəri 50 manat olan 1 ədəd Ceyran adlanan qaz sobasını, 24 may 2023-cü il tarixdə saat 15 radələrində yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin evdən çəkisi 15 kq, dəyəri 20 manat olan 1 ədəd dəmir stulu, dəyəri 20 manat olan 1 ədəd dəmir uşaq beşiyini, evin hamam otağından isə hündürlüyü 0.5 metr, eni 1 metr, dəyəri 40 manat olan 1 ədəd dəmir odun sobasını götürüb aparmaqla Zərərçəkmiş şəxs3 cəmi 220 manat məbləğində maddi ziyan vuraraq təkrarən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 18 iyun 2023-cü il tarixdə saat 13 radələrində Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 15-də yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinə evin taxtadan olan qapısını əli ilə açmaqla qanunsuz olaraq daxil olub həmin evin birinci mərtəbəsində yerləşən təmirsiz otaqdan dəyəri 50 manat olan 1 ədəd “Marcus” markalı su motoru, dəyəri 50 manat olan 1 ədəd dəmirdən olan 16 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 65 manat olan 1 ədəd dəmirdən olan 20 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 70 manat olan 1 ədəd dəmirdən olan 24 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 40 manat olan 1 ədəd dəmirdən olan 8.5 kq-lıq ağırlıq ləvazimatı, hər birinin dəyəri ayrı-ayrılıqda 45 manat olan 2 ədəd dəmirdən olan 10 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 3 manat olan 1 ədəd 3 kq-lıq dəmir qövsvari qapaq, dəyəri 40 manat olan 1 ədəd dəmirdən olan 45 kq-lıq qaz peçi və dəyəri 130 manat olan 1 ədəd 380 VT-luq elektrik mühərrikini həmin evin həyətindən götürdüyü 1 ədəd əl arabası ilə götürüb aparmaqla Zərərçəkmiş şəxs4 cəmi 538 manat məbləğində maddi ziyan vuraraq təkrarən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ailəsində maddi problemlər olduğu üçün məişət məsələlərini həll etmək məqsədilə oğurluq etməyə könüllü qərar vermişdir. Oğurluq etdiyi evlərin qapılarında qıfıl olmuş, bu səbəbdən orada yaşayış olmadığını bilmişdir. Əməlindən peşman olaraq, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ərizələri, şahidlərin dindirmə protokolları, baxış, ifadələrin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəylər, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X6 göstərmişdir ki, hadisələr baş verən zaman işdə olmuşdur. Ailəsi maddi cəhətdən əziyyət çəkir. İmkanı olmadığı üçün zərərçəkənlərə vurulmuş zərərləri ödəyə bilməmişdir. Səidin səhvini anlamasını və əməlindən peşman olmasını, başqa əməl törətməməsini bildirərək, məhkəmədən yüngül cəza verilməsini və hərbi xidmətə göndərilməsini xahiş etmişdir. Həmçinin, göstərmişdir ki, oğlunun etmiş olduğu oğurluq cinayətlərindən xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, metal qəbulu məntəqəsini işlədir. Səidin ona gətirdiyi əşyaları haradan tapmasını bilməmişdir. Səid ayrı-ayrı vaxtlarda qaz peçi, su krantı və digər belə lazımsız əşyaları metal qəbuluna gətirmişdir. Həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Buna görə də, malların oğurluq olduğunu bilməmişdir. Səid ora iki və ya üç gündən bir gəlmiş, verdiyi əşyaların qarşılığında müvafiq olaraq 8-50 manat aralığında pul almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Səid onun oğludur. Özü ağır xəstədir. Oğurluqdan xəbəri olmamış, Səidin pulları haradan tapdığını bilməmişdir. Səidi oğurluq etməyə məcbur etməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyanın ödənilmədiyi və ziyanı tələb etdiyini, şikayətçi olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini istəmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, ziyanı tələb etmədiklərini, şikayətçi olmadıqlarını və məhkəmə iclasının onların iştirakının olmadan keçirilməsini xahiş etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 06 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə DİN-in 102 Xidməti Zəng Mərkəzi Sisteminə şifahi və həmçinin, elə həmin tarixdə Salyan rayon Polis Şöbəsinə etdiyi yazılı müraciət, əsas isə naməlum şəxs(şəxslər) tərəfindən 2023-cü ilin aprel ayı ərzində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanından müxtəlif növ əşyaların oğurlanması faktı ilə bağlı toplanmış materialdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X7 tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Cəmil Cəfərovun, Salyan RPŞ-nin kriminalisti polis leytenantı Fuad Yüzbaşıyevin, hal şahidləri X4, X9 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 14:30-dan saat 15:00-dək Zərərçəkmiş şəxs1 məxsus oğurluq baş vermiş fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs1 məxsus oğurluq baş vermiş həyətyanı sahəsinin fotoşəkilləri çəkilmiş və işə əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli 3-13-11/2-5974/2023 saylı DİN-in kriminalistik tədqiqatlar idarəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.2005-ci il tarixdə Salyan rayonunda anadan olan Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağı ilə eynilik təşkil etmişdir. İş materiallarının 28-ci səhifəsində olan 01 ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə müxtəlif növ metaldan olan əşyaları Salyan şəhəri ərazisində, Ələt-Astara avtomagistralının yaxınlığında yerləşən metal alqı-satqı məntəqəsində Şahid2 pul müqabilində satmışdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X7 tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Cəmil Cəfərovun, Salyan RPŞ-nin CABnin əməliyyat müvəkkili polis baş leytenantı Mürsəl Haşımovun, hal şahidləri M.Sadıqovun və Rüfət Bağırovun iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:00-dan saat 16:30-dək Zərərçəkmiş şəxs2 məxsus oğurluq baş vermiş fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs2 məxsus oğurluq baş vermiş həyətyanı sahəsinin fotoşəkilləri çəkilmiş və işə əlavə olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4037 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 190.00 manat müəyyən edilir: 01 ədəd “BK-1500” markalı kondisioner-60.00 manat; 02 ədəd “Angel” markalı işıqtənzimləyici- 80.00 manat; 01 ədəd “Pioner” markalı səsgücləndirici kalonka-30 manat; 01 ədəd 20 litrlik qaz balonu-20 manat. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4039 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 229.0 manat müəyyən edilir: 02 ədəd Marcus markalı su motoru-80.00 manat; 03 ədəd hər biri 1.5 metr olan 32 mm-lik dəmir turbalar-9.0 manat; 01 ədəd “GFM” markalı su kranı-10 manat; 01 ədəd “GFM” markalı duş-10 manat; 01 ədəd 20 kq-lıq dəmirdən hazırlanmış qapı-120 manat. xx.xx.2023-cü il tarixli təhqiqat materialının cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, HK-1/961 nömrəli təhqiqat materialının Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və ibtidai istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli X2 ərizəsindən və həmin tarixli şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, o, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmağı xahiş etmiş və Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. xx.xx.2023-cü il tarixli təhqiqat materialının cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, HK-1/1092 nömrəli təhqiqat materialı Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X12 tərəfindən Salyan RPŞnin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Cəmil Cəfərovun, hal şahidləri X13 və X14 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:10-dan saat 00:30-dək Zərərçəkmiş şəxs3 məxsus oğurluq baş vermiş yerə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs3 məxsus oğurluq baş vermiş yerin fotoşəkilləri çəkilmiş və işə əlavə olunmuşdur. İş materiallarının 100-cü səhifəsində olan 01 ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs təkbaşına 24 may 2023-cü il tarixdə saat 15:32 radələrində Salyan şəhəri ərazisində, Ələt-Astara avtomagistralının yaxınlığında yerləşən metal alqı-satqı məntəqəsinə gəlmiş, müxtəlif növ metaldan olan oğurlanan əşyaları həmin məntəqəyə satmışdır. xx.xx.2023-cü il tarixli, 3-13-11/2-7615/2023 saylı DİN-in kriminalistik tədqiqatlar idarəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsusmfərdi yaşayış evinin həyətyanı sahəsindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin tədqiqatı nəticəsində eynilik aşkar edilməmişdir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X7 tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Cəmil Cəfərovun, Salyan RPŞ-nin İTBnin polis sahə rəisi Əli Əlizadənin, hal şahidləri X17, X10 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:00-dan saat 17:30-dək Zərərçəkmiş şəxs4 məxsus oğurluq baş vermiş fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs4 məxsus oğurluq baş vermiş həyətyanı sahəsinin fotoşəkilləri çəkilmiş və işə əlavə olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4663 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220.0 manat müəyyən edilir: 01 ədəd Çinar markalı soyuducunun motoru-30 manat; 01 ədəd Ceyran adlanan qaz sobası-50 manat; 01 ədəd hündürlüyü 0.5 metr, eni isə 1 metr olan dəmir odun sobası-40 manat; 01 ədəd hündürlüyü 1.20 metr, eni isə 1 metr olan dəmir şkaf-60 manat; 01 ədəd çəkisi 15 kq olan dəmir stul-20 manat; 01 ədəd dəmir uşaq beşiyi-20 manat. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/5490/2023 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 368.00 manat müəyyən edilir: 01 ədəd Marcus markalı su motoru-50 manat; 01 ədəd 16 kq-lıq ağırlıq ləvazimatı-50 manat; 01 ədəd 20 kq-lıq ağırlıq ləvazimatı-65 manat; 01 ədəd 24 kq-lıq ağırlıq ləvazimatı-70 manat; 01 ədəd çəkisi 8.5 kq-lıq ağırlıq ləvazimatı-40 manat; 01 ədəd 10 kq-lıq ağırlıq ləvazimatı-45 manat; 01 ədəd 3 kq-lıq dəmir qövsvari qapaq-3 manat; 01 ədəd 45 kq-lıq qaz peçi-aydın deyil; 01 ədəd 380 VT-luq elektrik mühərrik-aydın deyil. xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cüil tarixli Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində xasiyyətnamələrdən və ailə üzvləri barəsində arayışlardan görünür ki, yaşadıqları müddətlər ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onların barəsində şikayət daxil olmamışdır və onlar ailə üzvləri ilə birgə yaşayır. Salyan rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ- 668/2-1834/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya hər hansı digər xəstəliklər üzrə dispanser qeydiyyatında deyildir. xx.xx.2023-cü il tarixli Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində xasiyyətnamədən və ailə üzvləri barəsində arayışdan görünür ki, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır və o,ailə üzvləri– atası Şahid3, anası X6, bacısı X8 və qardaşı X11 ilə birgə yaşayır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Zərərçəkmiş şəxs4 18 iyun 2023cü il tarixdə Salyan rayon Polis Şöbəsinə etdiyi yazılı müraciət, əsas isə 18 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 məxsus Salyan şəhəri, 20 Yanvar küçəsi ev 15 ünvanından müxtəlif növ əşyaların oğurlanması faktı ilə bağlı toplanmış materialdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməsi qərarı verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərarına gəlinmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:20-dan 18:35-dək Təqsirləndirilən şəxs Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən zərərçəkən şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4məxsus evin həyətindən onlara məxsus əşyalarını oğurladığını bildirmiş və həmin yerləri əli ilə göstərmişdir. xx.xx.2023-cü il tarixli Salyan RİHB Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zərərçəkmiş şəxs4 məxsus xasiyyətnamə və arayışdan görünür ki, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır və o, ailə üzvləri ilə birgə yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərni müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində maddi ziyanın qiyməti 1007 manat olması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərər çəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanması protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 22 radələrində ünvan 3-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub evin həyətyanı sahəsindən dəyəri 20 manat olan 1 ədəd 20 litrlik qaz balonunu, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisindən isə dəyəri 40 manat olan 1 ədəd “Angel” markalı işıqtənzimləyicini, 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisindən dəyəri 60 manat olan 1 ədəd “BK-1500” markalı kondisioneri və dəyəri 40 manat olan 1 ədəd “Angel” markalı işıq tənzimləyicini, 19 aprel 2023-cü il tarixdə saat 23 radələrində yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisindən dəyəri 30 manat olan 1 ədəd samovarı və dəyəri 30 manat olan 1 ədəd “Pioner” markalı səsgücləndirici kalonkanı götürüb aparmaqla Zərərçəkmiş şəxs1 cəmi 220 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2023-cü ilin aprel ayının ortalarında Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 321A-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həyətyanı sahədən dəyəri 120 manat olan 1 ədəd dəmir qapını, həyətyanı sahədə yerləşən bina hesab olunan hamadan dəyəri 10 manat olan 1 ədəd ”GFM” markalı duşu və dəyəri 10 manat olan 1 ədəd “GFM” markalı su kranını, həmin günün sabahı yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin evdən dəyəri 40 manat olan 1 ədəd “Marcus” markalı su motoru, həyətyanı sahədə yerləşən su çəninin altında quraşdırılmış dəyəri 40 manat olan 1 ədəd “Marcus” markalı su motoru, həyətyanı sahədə yerləşən bina hesab olunan hamamın içərisindən hər birinin uzunluğu 1.5 metr, eni isə 32 mm olan cəmi dəyərləri 9 manat təşkil edən 3 ədəd turbanı götürüb aparmaqla Zərərçəkmiş şəxs2 cəmi 229 manat məbləğində maddi ziyan vuraraq təkrarən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 23 may 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 40-a pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin evdən dəyəri 30 manat olan 1 ədəd çinar markalı soyuducunun motorunu, hündürlüyü 1.20 metr, eni 1 metr, dəyəri 60 manat olan 1 ədəd dəmir şkafı, dəyəri 50 manat olan 1 ədəd Ceyran adlanan qaz sobasını, 24 may 2023-cü il tarixdə saat 15 radələrində yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin evdən çəkisi 15 kq, dəyəri 20 manat olan 1 ədəd dəmir stulu, dəyəri 20 manat olan 1 ədəd dəmir uşaq beşiyini, evin hamam otağından isə hündürlüyü 0.5 metr, eni 1 metr, dəyəri 40 manat olan 1 ədəd dəmir odun sobasını götürüb aparmaqla Zərərçəkmiş şəxs3 cəmi 220 manat məbləğində maddi ziyan vuraraq təkrarən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 18 iyun 2023-cü il tarixdə saat 13 radələrində Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 15-də yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinə evin taxtadan olan qapısını əli ilə açmaqla qanunsuz olaraq daxil olub həmin evin birinci mərtəbəsində yerləşən təmirsiz otaqdan dəyəri 50 manat olan 1 ədəd “Marcus” markalı su motoru, dəyəri 50 manat olan 1 ədəd dəmirdən olan 16 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 65 manat olan 1 ədəd dəmirdən olan 20 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 70 manat olan 1 ədəd dəmirdən olan 24 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 40 manat olan 1 ədəd dəmirdən olan 8.5 kq-lıq ağırlıq ləvazimatı, hər birinin dəyəri ayrı-ayrılıqda 45 manat olan 2 ədəd dəmirdən olan 10 kq-lıq ağırlıq ləvazimatı, dəyəri 3 manat olan 1 ədəd 3 kq-lıq dəmir qövsvari qapaq, dəyəri 40 manat olan 1 ədəd dəmirdən olan 45 kq-lıq qaz peçi və dəyəri 130 manat olan 1 ədəd 380 VT-luq elektrik mühərrikini həmin evin həyətindən götürdüyü 1 ədəd əl arabası ilə götürüb aparmaqla Zərərçəkmiş şəxs4 cəmi 538 manat məbləğində maddi ziyan vuraraq təkrarən özgə əmlakını gizli olaraq talayıb oğurluq etməklə ümumilikdə 1007 (bir min yeddi) manat maddi ziyan vurması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, Eyni əməllər təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, 3 nəfər zərər çəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 09 (doqquz) ay müddətə (nəzərə alınsa ki, yetkinlik yaşına çatmayan dövrdə törədilmiş cinayət əməlinə görə şəxsə 02 ildən artıq azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz) azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməli törədərkən yetkinlik yaşına çatmamış, əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 53 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan anası X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 18 yaşı olmamaqla yetkinlik yaşına çatmamış, müstəqil qazancı və iş yeri yoxdur. Qanuni nümayəndə qismində tanınmış anası Sitarə Qurbanova övladına lazımı nəzarəti həyata keçirmədiyindən yuxarıda qeyd edilən pul vəsaiti ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 200 (iki yüz) manat X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd CD və 01 ədəd DVD işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 53 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan anası X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd CD və 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar