Məhkəmə qərarları › İş №1(057)-178/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-178/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-178/2023 21.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 207.3-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 95; 220.2; 38-ci maddələri ilə (köhnə redaksiyada) təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhakəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2 ay 13 gün vaxtından əvvəl cəzasından şərti azad olunmuş, xx.xx.2022-ci ildə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, Babazanlı qəsəbəsi, E.Hüseynov küçəsi ev 26-da pasport qeydiyyatında olan və hazırda Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə binaya qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 24 iyul 2023-cü il tarixdə saat 03 radələrində Salyan şəhəri Aslan Hüseynov küçəsi 131 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 idarəsinin Avtomatika və Metrologiya şöbəsinin 3 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun X6 üzrə metrologiya üzrə mühəndisi Şahid1 xidməti otağı hesab olunan binaya qapının qıfılını özü ilə gətirdiyi vinatçanla ovub açmaqla qanunsuz olaraq daxil olub həmin binadan 1 ədədi 1 kiloqram latum təşkil etməklə 1 kiloqramının dəyəri 3.5 manat olan "xxxx" ASC-yə məxsus “Abşeron” ÇSS-20 M (d 20mm) markalı, 287 ədəd istifadəyə yararsız su sayğacını götürüb aparmaqla özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 1004.5 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 23 iyul 2023cü il tarixdə Salyan şəhəri, Aslan Hüseynov küçəsində su idarəsinin işçilərinin su sayğaclarını sayıb otağa yığdığını görmüş və gecə həmin su sayğaclarını oğurlamaq fikrinə düşmüşdür. 24 iyul 2023-cü ildə gecə saat 03 radələrində Salyan şəhəri Aslan Hüseynov küçəsində yerləşən Su İdarəsinə məxsus həmin binanın yanına gəlmiş, özü ilə gətirdiyi vintaçanla su sayğaclarının saxlanıldığı otağın qapısının qıfılını açmış və oradan otağa daxil olmuşdur.Oradan su sayğaclarını kisəyə yığıb aparmış və daha sonra isə hissələrə ayırıb Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Valeh adlı şəxsə satmışdır. Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsini işlədən Valeh adlı şəxsə təhvil vermişdlir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə zərərçkəmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, "xxxx" ASC-nin Salyan rayonu ərazisində yerləşən X6nin binasının yerləşdiyi Salyan şəhəri Aslan Hüseynov küçəsi 131 ünvanından istifadəyə yararsız su sayğaclarının oğurlanması ilə bağlı yerli qurumdan məlumat daxil olmuş, həmin məlumatla bağlı rəhbərliyin göstərişi əsasında Salyan rayonuna ezam olunmuş, hadisə yerinə əyani olaraq digər əməkdaşlarla birlikdə baxmış və müvafiq akt tərtib edilmişdir. Məlum olmuşdur ki, "xxxx" ASC-nin X6nin yerləşdiyi Salyan şəhəri Aslan Hüseynov küçəsi 131 ünvanından “Abşeron” ÇSS-20 M (d 20mm) markalı 287 ədəd istifadəyə yararsız su sayğaclarının oğurlanmışdır.Təqsirləndrilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 İdarəsinin Avtomatika və Metrologiya şöbəsinin 3 nömrəli Regional Sukanal İdarəsi üzrə Suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun X6 üzrə metrologiya üzrə mühəndisi vəzifəsində işləyən Şahid1 göstərmişdir ki, 2022-2023-cü illər ərzində Salyan rayonu ərazisində su sayğaclarının yenilənməsi prosesi davam etdirilmiş, istismardan çıxmış sayğacları isə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin X6nə məxsus binada qablaşdırlaraq yığılır. 22 iyul 2023-cü il tarixdə qısamüddətli iş günü olduğu üçün o, saat 15:20-də işdən çıxıb otağın qapısını bağlayıb evinə getmişdir. 24 iyul 2023-cü il tarixdə saat 08:35-də o, işə gəlmiş, işə gələrkən yolda olduğu zaman həmin binada xadimə işləyən Mətanət ona zəng edərək sayğacların olduğu otağın qapısının açıq olduğunu demiş, gəlib baxdıqdan sonra oğurluq olduğunu bilmişdir. Həmin otaqdan ümumilikdə 287 ədəd istifadəyə yarasız su sayğacının oğurlandığını bilmiş və DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2023-cü ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək özü ilə gətirdiyi 1 ədəd sintetik kisədə olan metaldan olan əşyaları satmaq istədiyini ona demiş, o, əvvəlcə sintetik kisəni Kamrandan alıb içərisinə baxmış, sintetik kisənin içərisində xırda-xırda metaldan olan əşyalar olduğunu görmüşdür. Kamrandan həmin metallar barədə soruşduqda Kamran ona həmin əşyaları Salyan şəhəri ərazisində gəzərkən zibil qutusundan tapıb yığdığını və işləmədiyi üçün satıb pul əldə etmək istədiyini bildirmişdir. Kamran əmin metalları çəkib pulunu vermişdir. Məhkəmədə elan olunmuş 24 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan görünür ki, "xxxx" ASC-yə məxsus 287 ədəd istismar edilmiş su sayğaclarının oğurlanması faktı öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/6774 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, “"xxxx"” ASC X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd istismara yararsız mexanik tipli “Abşeron” ÇSS-20M (d 20mm) su sayğacının 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 3.50 manat, 287 ədədi 1004.50 (3.5 x 287) manat müəyyən edilir. Azərbaycan Respublikası “"xxxx"” ASC X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 13-16-10/2-02/01-02/59 nömrəli məktubda göstərilir ki, X5 idarəsinin Avtomatika və Metrologiya şöbəsinin 3 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun X6 üzrə metrologiya üzrə mühəndisi Şahid1 xidməti otağından oğurlanmış 287 ədəd istismara yararsız mexanik tipli “Abşeron” ÇSS-20 M (d 20mm) su sayğacının dəyəri 1004.50 (bir min dörd manat əlli qəpik) manat təşkil edir. “Salyan rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, 18-1-68/2- 2545/2023 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin məlumatına əsasən Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasında yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2019-cu ildən “Tiryəklə” narkoloji qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2669 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, E.Hüseynov küçəsi ev 26-da qeydiyyatdadır, lakin, hazırda Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı yataqxanada yaşayır. Həmin Nümayəndənin xx.xx.2023-cü il tarixli, 2669 nömrəli xasiyyətnaməsində göstərilir ki, xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, E.Hüseynov küçəsi ev 26-da qeydiyyatda olan və hazırda Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Məhkəmədə elan olunmuş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X3 rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 207.3-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 95; 220.2; 38-ci maddələri ilə (köhnə redaksiyada) təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhakəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2 ay 13 gün vaxtından əvvəl cəzasından şərti azad olunmuş, xx.xx.2022-ci ildə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı cinayətə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və yenidən qəsdən az ağır cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə residivə görə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclasına dərhal həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclasında dərhal həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar