Məhkəmə qərarları › İş №1(057)-18/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-18/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-18/2024 15.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, X21, Zərərçəkmiş şəxs13 və onun nümayəndəsi X14, Zərərçəkmiş şəxs14, mülki iddiaçı Zərərçəkmiş şəxs6, Müdafiəçilər Salyan rayon Vəkil Bürosunun vəkillləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1983-cü ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində qeydiyyatçı işləmiş, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə, xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Salyan X9 polis serjantı rütbəsində polis nəfəri vəzifəsində işləmiş, Salyan rayonu, Cəngən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 04 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində qeydiyyatçı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2021-ci ilin dekabr ayının əvvəlində işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs10 həmin xəstəxananın yeni açılacaq inzibati binasında qeydiyyatçı kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Faidə Mustafevadan 2021-ci ilin dekabr ayının əvvəlində Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında əvvəlcə 3000 manat, daha sonra 2022-ci ilin yanvar ayının əvvəlində xəstəxananın inzibati binasında 1000 manat olmaqla ümumilikdə 4000 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2021-ci ilin dekabr ayında işə düzəlmək üçün ona müraciət etmiş X8 həmin xəstəxananın yeni açılacaq inzibati binasında yemək paylayıcı kimi işə düzəldəcəyini Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs12 onlara olan inam və etibarından istifadə etməklə sonuncudan 28 dekabr 2021-ci il tarixdə Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 2000 manat məbləğində pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs12 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2022-ci ilin mart ayının əvvəlində işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılacaq inzibati binasında yemək paylayıcı kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs5 2022-ci ilin mart ayının əvvəlində Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən yaşadığı evdə 3000 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin yanvar ayının əvvəlində övladını işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılacaq inzibati binasında sonuncunun qızı X15 qeydiyyatçı kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından istifadə etməklə sonuncudan 2023-cü ilin yanvar ayının əvvəlində Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 3500 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin fevral ayının əvvəlində həmin xəstəxananın Reanimasiya bölməsində xadimə işləməklə vəzifəsini dəyişmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 Salyan Rayon Mərkəzi Xəstəxanasının Acil bölməsinə xadimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs3 2023-cü ilin fevral ayında Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 1500 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 1500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının əvvəlində işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılacaq inzibati binasında yemək paylayıcı kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının ortalarında Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən yaşadığı evdə 3500 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının ortalarında bacısını işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs11 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılacaq inzibati binasında bacısı Şahid1 qeydiyyatçı kimi işə düzəldəcəyini Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs11 onlara olan inam və etibarından istifadə etməklə sonuncudan 2023-cü ilin mart ayının ortalarında Salyan şəhəri ərazisində yerləşən “Tomris” kafenin qarşısında 500 manat pul vəsaitini özü şəxsən, 3000 manat pul vəsaitini isə 2023-cü ilin mart ayının sonlarında Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında Təqsirləndirilən şəxs2 alaraq, Zərərçəkmiş şəxs11 alınmış 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs11 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının sonlarında işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs9 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılacaq inzibati binasında xadimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs9 26 mart 2023-cü il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsi 26-da yerləşən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında 3000 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının sonlarında işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs13 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılan inzibati binasında qeydiyyatçı kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs13 6 aprel 2023-cü il tarixdə Salyan şəhəri ərazisində yerləşən “Tomris” kafenin qarşısında 3500 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs13 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının sonlarında işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs6 Salyan Rayon Mərkəzi X6 və X31 Yardım Stansiyasına sürücü kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs6 10 may 2023-cü il tarixdə Salyan şəhəri ərazisində yerləşən yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının yanında 14000 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus xeyli miqdar təşkil edən 14000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin may ayının sonlarında işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs7 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılan inzibati binasında xadimə kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs7 1 iyun 2023-cü il tarixdə Salyan rayonunda yerləşən ASAN xidmət mərkəzində notarial qaydada 4200 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 4200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin iyun ayının ortalarında övladını işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs14 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılan inzibati binasında qızı X5 qeydiyyatçı kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs14 ona olan inam və etibarından istifadə etməklə sonuncudan 25 iyun 2023-cü il tarixdə Salyan rayonu Arbatan kəndində yerləşən evində 5000 manat pul vəsaitini alıb həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs14 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 15 iyul 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis serjantı rütbəsində polis nəfəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2021-ci ilin dekabr ayının əvvəlində işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs10 həmin xəstəxananın yeni açılacaq inzibati binasında qeydiyyatçı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 2021-ci ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs10 Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında aldığı 3000 manat məbləğində pul vəsaitini və 2022-ci ilin yanvar ayının əvvəlində aldığı 1000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2021-ci ilin dekabr ayında işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs12 həmin xəstəxananın yeni açılacaq inzibati binasında yemək paylayıcı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs12 qulluq mövqeyinə görə onlara olan inam və etibarından istifadə etməklə 28 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs12 Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında aldığı 2000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs12 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2022-ci ilin mart ayının əvvəlində işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs5 həmin xəstəxananın yeni açılacaq inzibati binasında yemək paylayıcı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 2022-ci ilin mart ayının əvvəlində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən evində aldığı 3000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 10 oktyabr 2022-ci il tarixdən 01 iyul 2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan X7 polis nəfəri vəzifəsində polis serjantı rütbəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin yanvar ayının əvvəlində övladını işə düzəltmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs2 qızı X15 həmin xəstəxananın yeni açılacaq inzibati binasında qeydiyyatçı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 2023-cü ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında aldığı 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə 2023-cü ilin yanvar ayının əvvəlində işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X10 Stansiyasında sürücü kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs8 2023-cü ilin yanvar ayının əvvəlində Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 7500 pul vəsaitini alıb həmin məbləği şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 məxsus xeyli miqdar təşkil edən 7500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin fevral ayının əvvəlində vəzifəsini dəyişmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində xadimə işləyən Zərərçəkmiş şəxs3 həmin xəstəxananın Acil bölməsində xadimə kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 2023-cü ilin fevral ayının əvvəlində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında aldığı 1500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 1500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının əvvəlində işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs1 həmin xəstəxananın yeni açılacaq inzibati binasında yemək paylayıcı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 2023-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən yaşadığı evdə aldığı 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının ortalarında bacısını işə düzəltmək üçün sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs11 Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni açılacaq inzibati binasında bacısı X11 qeydiyyatçı kimi işə düzəldəcəyini Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs11 onlara olan inam və etibarından istifadə etməklə sonuncudan 2023-cü ilin mart ayının ortalarında Salyan şəhəri ərazisində yerləşən “Tomris” kafenin qarşısında 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs1, 3000 manat pul vəsaitini isə 2023-cü ilin mart ayının sonlarında Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında özü şəxsən alaraq, Zərərçəkmiş şəxs11 alınmış 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs11 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının sonlarında işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs9 həmin xəstəxananın yeni açılacaq inzibati binasında xadimə kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 26 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs9 Salyan şəhəri ərazisində yerləşən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının yanında aldığı 3000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının sonlarında işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs13 həmin xəstəxananın yeni açılacaq inzibati binasında qeydiyyatçı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 6 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs13 Salyan şəhəri ərazisində yerləşən “Tomris” kafenin yanında aldığı 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs13 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə 2023-cü ilin aprel ayının əvvəlində işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınsöndürən kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, qulluq mövqeyinə görə sonuncunun ona olan inam və etibarından istifadə etməklə Zərərçəkmiş şəxs4 2023-cü ilin aprel ayının əvvəlində Salyan rayonu, Cəngən kəndində yerləşən evinin yaxınlığında 3000 pul vəsaitini alıb həmin məbləği şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının sonlarında işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs6 həmin xəstəxananın Təcili və X31 Yardım Stansiyasında sürücü kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 Salyan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının yanında aldığı 14000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus xeyli miqdar təşkil edən 14000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin may ayının sonlarında işə düzəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs7 həmin xəstəxananın yeni açılan inzibati binasında xadimə kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 1 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 Salyan şəhəri ərazisində yerləşən ASAN xidmət mərkəzində notarial qaydada aldığı 4200 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 4200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibarından sui-istifadə etməklə ələ keçirmək qərarına gələrək bu məqsədlə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 2023-cü ilin iyun ayının ortalarında övladını işə düzəltmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs14 qızı X5 həmin xəstəxananın yeni açılan inzibati binasında qeydiyyatçı kimi işə düzəldəcəyinə Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs1 olan inam və etibarından istifadə etməklə 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs14 Salyan rayonu, Arbatan kəndində yerləşən yaşadığı evdə aldığı 5000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs14 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, 2010-cu ildən Salyan RMX-da qeydiyyat şöbəsində qeydiyyatçı işləmişdir. Salyan X7 polis nəfəri, polis serjantı Təqsirləndirilən şəxs2 təxminən 2 ildən çoxdur ki, tanıyır. Onunla münasibəti normaldır. Aralarında heç bir düşmənçilikləri və şəxsi ədavətləri olmamışdır. O, 2021-ci ilin əvvəlindən işlədiyi Salyan RMX-na mühafizəçi kimi işə çıxmış, sonradan isə o işdən çıxarılmışdır. Onun Səbuhi ilə yaxın münasibəti olduğundan dəfələrlə onların evinə gedərək onun ailə üzvlərinə sistem köçürdüb tibbi yardımlar etmişlər. Aralarındakı münasibətə görə Salyan RMX-nin yeni binasının tikilişi getdiyi ərəfələrdə təxminən 2021-ci ilin dekabr ayında Səbuhi ona demişdir ki, “Pərvanə xəstəxananın yeni binası tikilir, mənim TƏBİB-də tanışlarım var, ora yeni kadrlar yığılır, əgər kimsə işə düzəlmək istəsə mənə de kömək edim işə düzəldək pul qazanaq”. Onun da ətrafında işə düzəlmək istəyən adamlar olduğu üçün onunla razılaşmış və belə bir adamların olacağı təqdirdə ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra 27 dekabr 2021-ci il tarixdə qonşusu X12 ona xəstəxanada boş ştatın olub-olmadığını, Zərərçəkmiş şəxs12 adlı tanışının xəstəxanada işə düzəlmək istədiyini bildirmişdir. O da Zərinəyə Lamiyəni işə düzəldə biləcəyini demiş, bundan sonra həmin gün Lamiyə ilə telefon vasitəsi ilə danışmış. Lamiyə ona yeməkxanada yemək paylayan işləmək istədiyini dediyi üçün Səbuhi ilə iş yerində görüşüb ona məsələ barədə xəbər vermişdir. Səbuhi də onun yanında telefonla kiminləsə danışmış və ona Lamiyənin 2000 manat pul verməli olduğunu və şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi-halını, 3x4 formatda şəkil və yaşayış yerindən arayış alıb verməli olduğunu demişdir. Lamiyəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Lamiyənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Səbuhinin bildirdiklərini ona xəbər vermişdir. Lamiyə ilə danışıb razılaşdıqdan sonra 28 dekabr 2021-ci il tarixdə Lamiyəni xəstəxanaya çağırmış və Lamiyə ona Qəbul şöbəsinin 1-ci mərtəbəsində olan özünün otağında həmin sənədləri və 2000 manat pulu tam şəkildə vermişdir. Həmin vaxt Zərinə İbrahimova da onların yanında olmuş və Zərinə onun pulu aldığı yerdə şəklini də çəkmişdir. O da pulu saydıqdan sonra sənədləri də götürmüş və onlar getdikdən sonra Səbuhi ilə xəstəxananın həyətində görüşüb pulu ona vermişdir. O, Səbuhiyə Lamiyədən aldığı pulu verərkən yanlarında heç kim olmamışdır. Bundan sonra Lamiyə dəfələrlə ona zəng edərək işinin nə yerdə qaldığını, niyə işə düzəlmədiyini soruşmuşdur. O da Lamiyəyə xəstəxananın açılışının gecikdiyini demişdir. Sonra onlar Lamiyə ilə 10-12 aprel 2022-ci il tarixləri aralığında Salyan RXM-nın yanında yerləşən OBA marketin yanında görüşmüşlər. Həmin vaxt Səbuhini də özü ilə aparmışdır. Lamiyə onların yanına gələrək işinin nə yerdə olduğunu soruşmuşdur. Səbuhi ilə ona işinin qısa müddətdə həll olacağını demişlər. Bundan sonra Lamiyə çıxıb getmişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayının əvvəlində evdə olarkən ona əvvəllər işə düzəlmək istədiyini deyən ərinin xalası qızı Zərərçəkmiş şəxs10 ilə söhbət zamanı tanışının onu işə düzəldə biləcəyini demiş, Faidə ondan kimin vasitəsi ilə onu işə düzəldəcəyini soruşanda ona konkret Səbuhinin adını verməsə də şəhid ailəsi olduğunu bildirmişdir. Faidə yeni açılacaq xəstəxanada qeydiyyatçı kimi işə düzəlmək istədiyini demiş, bundan 1-2 gün sonra Səbuhinin ***-***-**-** saylı nömrəsinə zəng edərək Faidənin işə qəbul olmaq istədiyini demişdir. O da Ona Faidənin qeydiyyatçı kimi işə düzəlməsi üçün müvafiq sənədləri və 4000 manat məbləğində pul verməli olduğunu xəbər vermişdir. 2021ci ilin dekabr ayının ortalarında Faidə ilə söhbət edərkən ona Səbuhinin dediyi məbləği bildirmiş, təxminən 2021-ci ilin dekabr ayının sonlarında Faidə onun işlədəyi yerə gəlib onunla öz otağında görüşmüş və Faidə ona 3000 manat düzəldə bildiyini demişdir. O, həmin pulu götürüb həmin gün Səbuhi ilə xəstəxananın həyətində görüşüb pulu və sənədləri ona vermişdir. Səbuhi 1000 manat da istədiyi üçün təkrar Faidə ilə əlaqə saxlayıb ona 1000 manat pul verməli olduğunu xəbər vermişdir. O da pulu tamamladıqdan sonra 2022-ci ilin yanvar ayının əvvəlində xəstəxananın yaxma götürülən otağında görüşmüşlər və ondan 1000 manat pulu alandan sonra təkrar həmin gün Səbuhi ilə görüşüb pulu ona vermişdir. Faidə ona pulu verərkən yanlarında heç kim olmamışdır. O da Səbuhiyə Faidədən aldığım pulu verərkən yanlarında heç kim olmamışdır. Bundan sonra Faidə dəfələrlə ona zəng edərək işinin nə yerdə qaldığını, niyə işə düzəlmədiyini soruşmuşdur. O da Faidəyə xəstəxananın açılışının gecikdiyini demişdir. Bundan başqa, qayınanasının dayısı qızı Zərərçəkmiş şəxs5 xəstəxanada işlədiyi üçün 2022-ci ilin mart ayında ona zəng edərək xəstəxananın yeməkxanasında iş olubolmadığını soruşub ona işə düzəlməkdə kömək etməsini xahiş etmişdir. O da Züleyxaya tanışının təzə açılacaq xəstəxananın yeməkxanasında yeməkpaylayıcı kimi işə düzəldə biləcəyini demişdir. O da razılaşdığı üçün Səbuhinin ***-***-**-** saylı nömrəsinə zəng edərək Züleyxanın bufetçi kimi işə qəbul olmaq istədiyini demiş, Səbuhi də ona həmişəki kimi Züleyxanın işə düzəlməsi üçün müvafiq sənədləri və 3000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O da Səbuhinin ona bildirdiklərini Züleyxaya demişdir. 2 gün sonra Züleyxa əri Nəzmi ilə birlikdə onların evlərinə gələrək sənədləri və 3000 manat pulu ona vermişdir. O da pulu saydıqdan sonra sənədləri də götürüb yeni xəstəxana açılandan sonra ora işə düzələcəyini demişdir. Züleyxanı yola saldıqdan sonra Səbuhiyə məlumat vermiş və Səbuhi həmin gün axşam saat 18 radələrində mavi rəngli, Vaz 2107 markalı, 77- **-518 dövlət qeydiyyat nişanlı, orta seriyasını xatırlamadığı taksi ilə evinə gələrək qapının qarşısından pulu və sənədləri götürmüşdür, sonra həmin puldan ona 20-30 manat pul vermişdir. Züleyxa ona evdə pulu verərkən yanlarında heç kim olmamış, yalnız Züleyxanın əri Nəzmi olmuşdur. O da Səbuhiyə Züleyxadan aldığı pulu verərkən yanlarında heç kim olmamışdır. Taksi sürücüsü avtomobildə olduğu üçün onun pulu Səbuhiyə verdiyini görübgörmədiyini bilməmişdir. O, sonradan həmin taksi sürücüsünün adının Şahid2 olduğunu, onun Salyan rayonu Cəngən kəndində yaşadığını və mütəmadi olaraq Səbuhi ilə birlikdə gəzdiyini öyrənmişdir. Sonradan Züleyxa ona dəfələrlə zəng edərək işinin nə yerdə qaldığını soruşmuş və ona yeni binanın açılışının gecikdiyini demişdir. Züleyxanın işi alınmadığı üçün ondan aldığı 3000 manat pulu özünə qaytarmışdır. Həmin gün Səbuhi ona Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs5 pullarından ümumilikdə 200 manat pul vermişdir. Bundan başqa, 2023-cü ilin yanvar ayında ərinin əmisi nəvəsi Zərərçəkmiş şəxs2 onun iş yerinə gələrək onun qızı Ləman Orucovanın işə qəbul olmasında ona köməklik etməsini xahiş etmiş, o da tanışı vasitəsi ilə kömək edə biləcəyini deyib Səbuhiyə zəng edərək bu barədə məlumat vermişdir. Səbuhi də ona Sevincin 3500 manat pul verməli olduğunu və qızının diplomunu, şəxsiyyət vəsiqəsinin əslini, yaşayış yerindən arayış almasını tapşırmışdır. O, Səbuhinin dediklərini Sevincə bildirdikdən 2-3 gün sonra 2023-cü ilin yanvarın əvvəlində Zərərçəkmiş şəxs2 Salyan RMX-da gecə növbəsində olduğu zaman xəstəxanaya gəlib pulu və sənədləri ona vermişdir. O da dərhal Səbuhiyə zəng etmiş və Səbuhi də gəlib ondan pulu ACİL bölməsinin qarşısında nəzarət kamerasının olmadığı yerdə götürmüşdür. Həmin vaxt onların yanında heç kim olmamışdır və Səbuhi də xəstəxanaya tək gəlmiş, Zərərçəkmiş şəxs2 ilə görüşən zaman, həmçinin Səbuhiyə pulu verəndə yanlarında heç kim olmamışdır. Bundan başqa, 2023-cü ilin fevralın əvvəlində Salyan RMX-da xadimə işləyən qohumu Zərərçəkmiş şəxs3 işlədiyi şöbəni dəyişmək üçün ona müraciət etmiş və o Səbuhi ilə əlaqə saxlayıb Lamiyənin Acil bölməsinə xadimə kimi keçmək istədiyini demişdir. Səbuhi də Lamiyədən 1500 manat pul almasını tapşırmışdır. O da Lamiyəyə işlədiyi şöbəni dəyişmək üçün 1500 manat pul lazım olduğunu demiş, Lamiyə 2023-cü ilin fevral ayında 1500 manatı düzəltdikdən sonra onunla işlədiyi xəstəxanada görüşmüşdür. O, pulu və sənədələri ondan götürüb evinə gəlmiş və Səbuhi ilə əlaqə saxlayıb pulun onda olduğunu xəbər vermişdir. Zərərçəkmiş şəxs3 ilə görüşən zaman, həmçinin pulu Səbuhiyə verəndə yanlarında heç kim olmamışdır. Sonradan Lamiyə onunla dəfələrlə əlaqə saxlayıb işi barədə maraqlanmış, o da Lamiyəyə vaxtın uzandığını, yaxınlarda məsələnin həllini tapacağını demişdir. Bundan başqa, 2023-cü ilin mart ayında həmkəndlim Zərərçəkmiş şəxs1 ona zəng edərək Salyan RMX-da qeydiyyatçı kimi işə düzəlmək istədiyini demiş, buna görə də bu barədə Səbuhiyə telefonla məlumat vermiş, Səbuhi də ona Şölədən 3500 manat almalı olduğunu bildirmişdir. O da Şölə ilə telefonla danışıb onun qeydiyyatçı kimi Salyan RMX-da işə düzəlməsi üçün 3500 manat pul və digər zəruri sənədləri verməli olduğunu xəbər vermişdir. Təxminən 2 gün sonra Şölə ona zəng edərək pulun və sənədlərin hazır olduğunu demişdir. O da onun evinə gedərək Şölədən pulu götürüb Səbuhi ilə əlaqə saxlamışdır. Bundan sonra Səbuhi həmin gün yenidən mavi rəngli, Vaz 2107 markalı, 77- **518 dövlət qeydiyyat nişanlı, orta seriyasını xatırlamadığı taksi ilə onun qapısının qarşısına gələrək pulu və sənədləri ondan götürmüşdür. Həmin vaxt taksi sürücüsü Şahid2 avtomobildə otursa da onun Səbuhiyə pul verdiyini görmüşdür, çünki qapının qarşısında pulu sayıb Səbuhiyə vermişdir. Sonra Səbuhi taksiyə minib oradan uzaqlaşmışdır. Şölədən pulu alarkən yanlarında heç kim olmamışdır. Sonradan onun işi alınmadığı üçün Şölənin pulunu tam şəkildə geri qaytarmışdır. Daha sonra Salyan RMX-da kiçik tibb bacısı işləyən Zərərçəkmiş şəxs11 2023-cü ilin mart ayının ortalarında xəstəxanada ona yaxınlaşaraq bacısı Şahid1 işə düzəltmək istədiyini bildirmiş, o da Gülnarəyə bacısının qeydiyyatçı kimi xəstəxanada işə düzəlməsi üçün 3500 manat pul verməli olduğunu demiş, onlar razılaşdıqları üçün Gülnarə 1-2 gün sonra ona 500 manat vermiş və pulun qalanını da iş düzələndən sonra verəcəyini demişdir. Həmin gün Salyan şəhərindəki “Tomris” kafenin yanında görüşmüşlər. Gülnarə görüşə bacısı Kübra ilə gəlmiş, o da 500 manatı və sənədləri Gülnarədən götürüb həmin gün Səbuhi ilə xəstəxanada görüşərək ona vermişdir. Sonradan Gülnarə ondan işin kimin vasitəsi ilə həll olunacağını soruşanda Gülnarəyə onun da tanıdığı Səbuhi ilə həll edəcəyini demiş, sonradan öyrənmişdir ki, Səbuhi Gülnarənin özündən 3000 manat pul alıb. Bundan başqa, əvvəllər xəstəxanada firma dərmanlarının reklamı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs13 2023-cü ilin mart ayında ona müraciət edərək xəstəxananın kadrlar şöbəsinə işə düzələ bilib-bilməyəcəyini soruşmuş, o da Saraya tanışı vasitəsi ilə onu işə düzəltdirə biləcəyini demiş, həmin vaxt Səbuhiyə zəng edərək Saranın ali təhsilli olduğunu və kadrlar şöbəsinə işə düzəlmək istədiyini bildirmiş, Səbuhi də ona Saranın işi üçün 3500 manat pul və digər zəruri sənədlərin lazım olduğunu söyləmişdir. O da Saraya Səbuhinin dediklərini çatdırdığı üçün Sara dərhal razılaşmış və 6 aprel 2023-cü il tarixdə saat 14 radələrində Salyan rayon mərkəzi poçtun yaxınlığındakı “Tomris” kafesində görüşüb içəridə oturmuşlar. Sara çantasından çıxartdığı 3500 manat pulu və sənədləri ona vermişdir. O, pulu saydıqdan sonra sənədlərlə birlikdə çantasına qoymuşdur. Sara ondan nə vaxt işə çıxacağını soruşanda ona aprelin sonuna qədər işə çıxacağını demiş, çünki Səbuhi də ona 1 aya Saranın işə çıxacağını bildirmişdir. Saranın yanından ayrılandan sonra Səbuhi ilə əlaqə saxlamış və onunla Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “Gəncə təndiri” adlanan çörək sexinin yaxınlığında görüşüb pulu və sənədləri ona vermişdir. Səbuhi də ona yenidən 1 aya işin hazır olacağını demişdir. Sarayla görüşən zaman, həmçinin Səbuhiyə pulu verəndə yanlarında heç kim olmamışdır. Bundan başqa, 2023-cü ilin aprel ayında Salyan şəhər sakini Zərərçəkmiş şəxs9 ona zəng edərək Salyan RMX-da xadimə kimi işə düzəlmək istədiyini demiş, o da Aytənə tanışı ilə danışıb xəbər verəcəyini demiş və Səbuhiyə zəng etmişdir. Səbuhi də ona Aytəndən 3500 manat pul almasını və sənədlərini götürməsini tapşırmışdır. O da Aytənlə təkrar əlaqə saxlayıb Səbuhinin ona dediklərini bildirmişdir. Aytən təxminən 2 gün sonra ona zəng edərək icra hakimiyyəti binasının arxa tərəfində görüşə biləcəklərini və pulu ona orada verə biləcəklərini demişdir. O, rəfiqəsi Şahid4 ilə birlikdə piyada Aytənin dediyi yerə getmiş və onunla Ə.Hüseynzadə küçəsində, yəni təzə İcra Hakimiyyəti binasının arxa tərəfində görüşmüşlər. Aytəndən pulu və sənədləri götürdükdən sonra Səbuhiyə məlumat vermiş, Səbuhi də polis formasında Aytəndən pulu aldığı yerdən təxminən 100-200 metr aralıda pulu ondan götürmüşdür. Həmin vaxt Şahid4 onlardan 2-3 addım kənarda dayanmış və pulu verdiyini görmüşdür. Bundan başqa, 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs6 özü onun mobil telefonuna zəng edərək xəstəxanada təcili yardım bölməsinə sürücü kimi işə düzəlmək istədiyini demiş, o da razılaşdığı üçün Səbuhi ilə əlaqə saxlamış, Səbuhi ona İsmayıldan 15000 manat almasını tapşırmışdır. O da Səbuhiyə məbləğin çox olduğunu dediyi üçün Səbuhi 14000 verməsini istəmişdir. O da İsmayılla əlaqə saxlayıb sürücü kimi işə düzəlməsi üçün 14000 manat pul verməli olduğunu bildirmiş, 10 may 2023-cü ildə İsmayıl onunla DSMF-nin 2 saylı regional Şirvan-Salyan filialının yaxınlığında görüşmüş, həmin vaxt İsmayıldan pulu götürüb çantasına qoymuşdur. Sonra Səbuhiyə zəng edib pulun onda olduğunu bildirmiş, Səbuhi ilə Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən “Terrasa” kafenin yanında görüşüb pulu və sənədləri ona vermişdir. Səbuhi həmin puldan 200 manat ona zəhmət haqqı kimi vermiş və yenidən 1 aya işin hazır olacağını demişdir. Həmin vaxt Səbuhi tək gəlmiş, lakin əvvəldən Vüsalə ilə danışıb görüşməli olduğu üçün Vüsalə kənardan onlara tərəf gəlmişdir. Səbuhi onu binanın arasına apardığı üçün Vüsalə Səbuhiyə pul verdiyini görməmiş, lakin pulu ona verəcəyini bilmişdir. Bundan başqa, əvvəl tanıdığı Zərərçəkmiş şəxs7 2023-cü ilin may ayının sonlarında ona zəng edərək Neftçala rayonunda yaşadığı üçün Neftçala RMX-da yeməkxanada yemək paylayan kimi işə düzəlmək istədiyini demiş, o da bu barədə Səbuhiyə dedikdən sonra Səbuhi onun 5000 pul verməli olduğunu bildirmişdir. Məlahətə Səbuhinin dediklərini dediyi zaman Məlahət 4200 manat pul verə biləcəyini demişdir. O, dəqiqləşdirmək məqsədilə Səbuhiyə zəng edib Məlahətin 4200 manat verə biləcəyini demiş, Səbuhi də razılaşdığı üçün Məlahətə “hə” cavabı vermişdir. Məlahətlə xx.xx.2023-cü il tarixdə Salyan şəhəri ərazisində görüşmüşlər, həmin vaxt Vüsalə də onun yanında olmuşdur. Məlahət ona sənədləri vermiş, sonra onlar ASAN Xidmət mərkəzinə gedib notariusda borc müqaviləsi bağlamışlar və ondan 4200 manat pulu və sənədləri götürmüşdür. Notariusa gedəndə isə Vüsalə artıq onların yanında olmamışdır. ASAN Xidmət mərkəzindən çıxandan sonra Səbuhi ilə əlaqə saxlayıb pulun onda olduğunu bildirmiş və onunla Salyan şəhərində xatırlamadığı yerdə görüşərək pulun hamısını ona vermişdir. Bundan başqa, 2023-cü ilin iyun ayının 25-26-da tanımadığı nömrədən ona zəng gəlmiş, həmin şəxs özünü Zərərçəkmiş şəxs14 kimi təqdim edərək qızı Leylanın qeydiyyatçı kimi işə qəbul olunmasını istəmişdir. O da onlara məlumat verəcəyini deyib dərhal Səbuhiyə zəng etmiş, Səbuhi də ona onların 5000 manat pul verməli olduqlarını bildirmişdir. O, təkrar Sədaqətlə əlaqə saxlayıb onların 5000 manat pul və şəxsiyyət vəsiqəsinin əslini, şəkil, yaşayış yerindən arayış verməli olduqlarını söyləmişdir. Səhəri gün Sədaqət ona zəng edərək pulun və sənədlərin hazır olduğunu, gedib onların evindən götürməsini bildirmişdir. O da ünvanı dəqiqləşdirəndən sonra hərbi komissarlıqla üzbəüz binadan Leylagilin yaşadığı evə gedib Sədaqətdən pulu və sənədləri götürmüş, həmin vaxt rəfiqəsi Vüsalə Sədaqətin yanında hazırlıq kursunda olmuş və o da pulu və sənədləri götürdüyünü görmüşdür. O, Sədaqətə 1 aya işin hazır olacağını demiş və Vüsalə ilə birlikdə çıxmışlar. O, dərhal Səbuhiyə pulu və sənədləri götürməsi barədə məlumat vermişdir. Səbuhi də Arbatan yolunun kənarında Sədaqətin binasından bir qədər aralıda dayanıb onu gözləmişdir. O, Səbuhiyə yaxınlaşıb sənədləri və pulları ona vermişdir. Vüsalə isə onlardan kənarda dayanmış və pulu ona verdiyini görmüşdür. Daha sonra Səbuhi xx.xx.2023-cü il tarixdə axşam saatlarında onun yaşadığı evin qarşısına gələrək Lamiyə, İsmayıl, Sara və Faidənin xx.xx.2023-cü il tarixdə Salyan RMXnin direktorunun yanında olmalarını və gecikməmələrini tapşırmış, o da bir-bir hamısına zəng edərək 7 iyul tarixində xəstəxananın direktorunun yanında olmalarını tapşırmışdır. xx.xx.2023-cü il tarixdə bütün gün Səbuhinin mobil nömrəsinə zəng etmiş, lakin ona zəng çatmamışdır. Həmin gün saat 09 radələrində Səbuhinin anası onların evinə gəlib Səbuhinin harada olmasını soruşmuşdur. O da Səbuhiyə zəng çatmadığını, harada olduğunu bilmədiyini demişdir. xx.xx.2023-cü il tarixdə ona ***-***-**-** saylı nömrədən zəng gəlmiş və Səbuhinin dediyi 4 nəfər şəxsin mütləq xx.xx.2023-cü il tarixdə xəstəxananın direktorunun yanında olmalarını tapşırmışdır. xx.xx.2023-cü il tarixdə saat 09:12-də ***-***- **-** saylı nömrədən zəng gəlmiş və həmin şəxs ona Səbuhinin dediyi 4 nəfər şəxsin Salyan RMX-nin direktorunun yanına getməmələrini, Rəşad adlı şəxsin Baş prokuror yanında KQMBİ-tərəfindən həbs olunduğunu bildirmişdir. O da sənədləri və pulları qaytarmasını tələb etmiş, həmin şəxs də saat 14-15 radələrində Salyanda olacağını, pulları və sənədləri toplayıb ona verəcəyini bildirmişdir. O, həmin gün axşama qədər həmin adamı gözləmiş, lakin o, gəlməmişdir, həmin nömrəyə də dəfələrlə zəng etmiş və bir nəfər telefonu açaraq telefonun hansısa metro stansiyasında olduğunu demişdir. Bundan sonra pul aldığı şəxslərin hamısı ondan pullarını tələb etməyə başlamışlar. O isə bütün pulları Səbuhiyə verdiyi üçün həmin adamların pullarını qaytara bilməmişdir. Təqsirləndirilən şəxs2 konkret olaraq ad bildirməsə də ona öz tanışı vasitəsi ilə adlarını sadaladığı şəxsləri işə qəbul etdirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 alınan 3000 manat puldan ona 20-30 manat, Zərərçəkmiş şəxs6 alınan 14000 manat puldan isə ona 200 manat pul vermişdir. Qalan şəxslərin pullarını aldığı kimi tam şəkildə Təqsirləndirilən şəxs2 vermiş, Səbuhiyə pulları verdiyi zaman polis olduğu üçün həmin şəxslərin onu görməməsini istəmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək Salyan RPŞ-nin PPXB-də və daha sonra Salyan X9 polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət etmiş, xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayından tanıyır. Onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti yoxdur. Belə ki, 2021-ci ilin fevral ayından Salyan RMX-nin mühafizəsinin təşkil edilməsi məqsədilə xidmətə çıxmış, 2022-ci ilin dekabrın 28-də Təqsirləndirilən şəxs1 işdə olarkən ona yaxınlaşaraq “sənin müdiriyyətlə aran yaxşıdır, mən Lamiyədən 1000 manat pul almışam, müdiriyyətlə danış mənə kömək et onu işə düzəldək” demişdir. Pərvanəyə ona kömək edəcəyini dediyi üçün həmin gün Pərvanə Salyan RMX-nin həyətində ona 1000 manat pul və Lamiyənin sənədlərini vermişdir. Zərərçəkmiş şəxs12 dəfələrlə Pərvanəyə zəng edib ondan işinin nə yerdə qaldığını soruşduğu üçün Pərvanə də tez-tez ona zəng edib işlə bağlı maraqlanmış, sonradan Pərvanə 10-12 aprel 2022-ci il tarixləri aralığında ona Lamiyənin onlarla görüşmək istədiyini demişdir. O da Pərvanə ilə razılaşmış və onlar Salyan RXM-nın yanında yerləşən OBA marketin yanında görüşmüşlər. Lamiyə onların yanına gələrək işinin nə yerdə olduğunu soruşmuş, o da Lamiyəyə narahat olmamasını, işinin qısa müddətdə həll olunacağını, heç kimə bu barədə heç nə deməməsini sənədlərinin və pulların onda olduğunu bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs12 arxayın olub çıxıb getmişdir. 2022-ci ilin dəqiq xatırlamadığı tarixində tanışı Şahid2 adına ***-***-**-** mobil nömrə almış, həmin mobil nömrəni özü istifadə etmişdir. Həmin vaxt Nahiddən xahiş etmişdir ki, “bir nəfərə zəng edib ona “sənədləriniz hazırdı, yaxın zamanda işə düzələcəksiniz” sözlərini desin. O da Zərərçəkmiş şəxs12 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünü Rəşad adında TƏBİB-in səlahiyyətli nümayəndəsi kimi təqdim edərək Zərərçəkmiş şəxs12 işinin yaxın vaxtlarda düzələcəyini demişdir. Bundan başqa həmin nömrədən xx.xx.2023-cü il tarixdə özü Zərərçəkmiş şəxs12 zəng edərək təkrar ona işinin həll olunduğunu, xx.xx.2023-cü il tarixdən sonra bayram tətilinin bitəcəyini və işə çağırılacağını demişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayının əvvəlində Pərvanə ona zəng edərək qohumu Zərərçəkmiş şəxs10 Salyan RMX-nin yeni açılacaq binasında qeydiyyatçı kimi işə düzəlmək istədiyini demiş, bundan 1-2 gün sonra Pərvanə ilə işlədikləri xəstəxananın həyətində görüşmüşlər və Pərvanə ona Faidədən 2000 manat pul aldığını deyib ona 1000 manat pul vermişdir. Sonradan isə öyrənmişdir ki, Pərvanə Faidədən 3000 manat pul alıb. Həmin vaxt onların yanında heç kim olmamışdır və ondan pulu tək almışdır. Pərvanə ona Faidənin ondan pullarını geri tələb etdiyini dediyi üçün Faidəni arxayın edib inandırmaq məqsədilə xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs10 xatırlamadığı nömrəsinə zəng edərək özünü Rəşad kimi təqdim etmiş və işinin hazır olduğunu, xəstəxana açılandan sonra ərizə yazacaqlarını bildirmişdir. Bundan başqa, 2022-ci ilin mart ayında Pərvanə ona zəng edərək Zərərçəkmiş şəxs5 xəstəxananın yeməkxanasında işləmək istədiyini demiş, o da ona köməklik edə biləcəyini deyib razılaşdığı üçün Pərvanə ilə 2 gün sonra onun evinin həyətində görüşmüşlər. Pərvanə ona Züleyxadan 3000 manat pul aldığını bildirib ona 1500 manat pul vermişdir. Pərvanə ona Züleyxanın da ondan pullarını geri tələb etdiyini dediyi üçün Züleyxanı arxayın edib inandırmaq məqsədilə xatırlamadığı tarixdə ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs5 xatırlamadığı nömrəsinə zəng edərək özünü Rəşad kimi təqdim edib işinin hazır olduğunu, xəstəxana açılandan sonra ərizə yazacağını bildirmişdir. Bundan başqa, 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 onun yanına gələrək qohumu Zərərçəkmiş şəxs2 övladı Ləman Orucovanın işə qəbul olmasında ona köməklik etməsini istəmiş və ona bununla əlaqədar Zərərçəkmiş şəxs2 3500 manat aldığını bildirib Salyan RMX-nin Acil bölməsinin qarşısında cəmi 1000 manat pul vermişdir. Bununla yanaşı Pərvanə ona Ləman Orucovanın diplomunu, şəxsiyyət vəsiqəsinin əslini, yaşayış yeri haqqında arayışı vermişdir. O da pulu və sənədləri götürüb özündə saxlamışdır. Daha sonra Pərvanə dəfələrlə ona Zərərçəkmiş şəxs2 qızının işinin nə yerdə qaldığını soruşmuşdur. O da Zərərçəkmiş şəxs2 aldatmaq və onu inandırmaq məqsədilə onun istifadəsində olan xatırlamadığı nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəylə ona zəng edib özünü Rəşad kimi təqdim edəndən sonra işinin qısa müddətdə həll olunacağını bildirmişdir. Bundan başqa, 2023-cü ilin fevralın əvvəlində Pərvanə onun yanına gələrək Salyan RMX-da xadimə işləyən qohumu Zərərçəkmiş şəxs3 işlədiyi şöbəni dəyişmək üçün ona müraciət etdiyini, buna görə ondan 1500 manat pul aldığını, Lamiyənin Acil bölməsinə xadimə kimi keçmək istədiyini demişdir. O da kömək edə biləcəyini dedikdən sonra Pərvanə 1-2 gün sonra onu özünün yaşadığı Salyan rayonu Kürqaraqaşlı kəndindəki evinə çağırmış, orada ona həmin puldan cəmi 500 manat pul və Zərərçəkmiş şəxs3 sənədlərini vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan başqa, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs1 Salyan RMX-da qeydiyyatçı kimi işə düzəlmək istədiyini demiş, o da Pərvanəyə orada heç bir məbləğ deməmiş və təxminən 2 gün sonra Təqsirləndirilən şəxs1 Şölədən 1000 manat pul alacağını demişdir. Bununla bağlı taksi sürücüsü işləyən tanışı Şahid2 avtomobili ilə Pərvanənin yaşadığı evə getmişdir və Kürqaraqaşlı kəndindəki evinin həyətində ondan 1000 manat pulu götürüb getmişdir, lakin sonrada eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 3500 manat pul alıb ancaq ona heç bir məbləğdə pul verməyib. Pərvanədən pulu alanda yanlarında heç kim olmamışdır. Şahid2 isə çöldə olduğu üçün pulu almasını görməmişdir. Bundan sonra eşitdiyinə görə Zərərçəkmiş şəxs1 pulu tam şəkildə Pərvanə tərəfindən qaytarıldığı üçün şikayətini geri götürmüş və onunla barışmışdır. Daha sonra 2023-cü ilin mart ayının ortalarında işdə olduğu zaman Pərvanə ona RMX-da kiçik tibb bacısı işləyən Zərərçəkmiş şəxs11 bacısı Şahid1 işə düzəltmək istədiyini bildirmiş, o da ona Gülnarənin bacısının qeydiyyatçı kimi xəstəxanada işə düzəlməsi üçün 3500 manat pul verməli olduğunu demişdir. Bundan bir neçə gün sonra Gülnarəni xəstəxanada görüb və ona yaxınlaşaraq bacısını işə düzəltmək üçün Pərvanə ilə söhbətindən xəbəri olduğunu demişdir. Gülnarənin ona inanması üçün özünün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ona zəng edib özünü Rəşad kimi təqdim edəndən sonra işinin qısa müddətdə həll olunacağını, haqq-hesabı, yəni pulu təcili çatdırmasını bildirmişdir. Gülnarə də ona inanmışdır və daha sonra özünə məxsus ***-***- **-** saylı nömrədən Gülnarəyə zəng edərək 3000 manat pulu gətirməsini istəmişdir. Gülnarə də razılaşdığı üçün onlar xx.xx.2023-cü il tarixdə Salyan şəhərindəki 9 nömrəli məktəbin qarşısında görüşmüşlər. Gülnarə orada ona 3000 manat pul vermiş, həmin vaxt qeyd etdiyi yerdə Gülnarənin bacısı Kübra da olmuşdur. O da taksi sürücüsü Şahid2lə getmiş Nahid maşında olduğu üçün onlardan pul almasını görməmiş, lakin Kübra şahid olmuşdur. Bundan başqa, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs13 xəstəxananın kadrlar şöbəsinə işə düzəlmək istədiyini demiş, o da razılaşdığı üçün onun işinə kömək edə biləcəyini demişdir. 6 aprel 2023-cü il tarixdə Pərvanə ona zəng edərək Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “Gəncə təndiri” adlanan çörək sexinin yaxınlığında görüşüb pulu və sənədləri ona verəcəyini demişdir. O da razılaşdığı üçün onlar qeyd etdiyi yerdə görüşmüşlər və Pərvanə ona Saradan 2500 manat pul aldığını deyib 500 manat özünə götürmüşdür və ona 2000 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Pərvanənin vətəndaşlardan daha çox pul aldığından şübhələndiyi üçün 2 may 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə Saranın xatırlamadığı nömrəsinə zəng edib özünü TƏBİB-in nümayəndəsi Rəşad kimi təqdim edərək işlə bağlı müraciət etdib-etmədiyini, müsbət halda nə qədər pul verdiyini soruşmuşdur, Sara da ona 3500 manat pul verdiyini demişdir. O həmin vaxt başa düşmüşdür ki, Pərvanə ona hər dəfə aldığı pulların məbləğini az deyir və əlavə olaraq həmin pulun üstündən də götürmüşdür. Bundan başqa, 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs1 Salyan şəhər sakini Zərərçəkmiş şəxs9 Salyan RMX-da xadimə kimi işə düzəlmək istədiyini, özlərinin çox imkansız ailə olduğunu bildirmişdir. O da Pərvanəyə 3500 manat verməli olduğunu desə də Pərvanə 2 gün sonra onunla Salyan Rayon İcra Hakimiyyətinin binasının arxasında görüşüb Aytəndən 2000 manat pul aldığını deyərək ona 1500 manat pul vermişdir. Sonradan dəqiq xatırlamadığı tarixdə ***-***-**-** saylı mobil nömrədən Aytənin xatırlamadığı nömrəsinə zəng edib özünü TƏBİB-in nümayəndəsi Rəşad kimi təqdim edərək işlə bağlı müraciət etdib-etmədiyini, müsbət halda nə qədər pul verdiyini soruşmuş, Zərərçəkmiş şəxs9 da ona 3500 manat pul verdiyini demişdir. Bundan sonra o, əsəbiləşib Pərvanə ilə dalaşmış və onu aldadacağı təqdirdə pulunu aldıqları adamları işə düzəltməkdə köməklik edə bilməyəcəyini demişdir. Bundan başqa, 2023-cü ilin aprel ayının sonlarında Pərvanə ona zəng edərək yaxşı iş olduğunu, bir nəfərin təcili yardıma sürücü kimi işə qəbul olunmaq istədiyini və ondan 15000 manat pul alacağını demişdir. O da razılaşmış və onlar 10 may 2023-cü il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən “Terrasa” kafenin yanında görüşmüşlər. Pərvanə orada ona Salyan rayonu Noxudlu kənd sakini İsmayıl adlı şəxsdən 10.000 manat pul aldığını bildirib ona 6000 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Sonradan dəqiq xatırlamadığı tarixdə alınan pulun məbləğini dəqiqləşdirmək və özünə vaxt qazanmaq məqsədilə ***-***-**-** saylı mobil nömrəsi ilə İsmayılın xatırlamadığı nömrəsinə zəng edib özünü TƏBİB-in nümayəndəsi Rəşad kimi təqdim edərək işlə bağlı müraciət etdib-etmədiyini, müsbət halda nə qədər pul verdiyini soruşmuş, Zərərçəkmiş şəxs6 da ona 14000 manat pul verdiyini demişdir. Bundan başqa, 2023-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək təkrar yaxşı iş olduğunu, Zərərçəkmiş şəxs7 xəstəxanada işə qəbul olunmaq istədiyini demiş, o da razılaşdığı üçün Pərvanə xx.xx.2023-cü il tarixdə onunla Salyan şəhərində xatırlamadığı yerdə görüşüb ona 2000 manat pul aldığını bildirib ona 1500 manat pul vermiş və 500 manatını özünə götürmüşdür. Həmin vaxt da yanlarında heç kim olmamışdır. Bundan başqa, 2023-cü ilin iyun ayının 25-26-da Pərvanə ona zəng edərək Sədaqət adlı müəllimədən 2500 manat pul aldığını, onun qızının qeydiyyatçı kimi xəstəxanada işləmək istədiyini demiş, o da onunla razılaşmış və onlar Salyan şəhərində xatırlamadığı yerdə görüşmüşlər. Pərvanə ona 2000 manat pul verib 500 manatını özünə götürmüşdür. O da Prvanəyə “sən 500 manat götürürsən bəs mənə nə qədər qalacaq burdan, mənə heç nə qalmayacaq axı” demişdir. O da iş alınandan sonra ona əlavə pul verəcəyini bildirmişdir. Bundan sonra öyrənmişdir ki, Pərvanə Sədaqət müəllimədən 5000 manat pul alıb, lakin Sədaqətə zəng edib ondan heç nə soruşmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə axşam saatlarında Pərvanənin yaşadığı evin qarşısına gələrək Lamiyə, İsmayıl, Sara və Faidənin xx.xx.2023-cü il tarixdə Salyan RMXnin direktorunun yanında olmalarını və gecikməmələrini tapşırmış, xx.xx.2023-cü il tarixdə isə artıq hamının pullarını tələb etdiyini görüb Bakı şəhərinə qaçmışdır. Orada olanda Pərvanənin mobil nömrəsinə Neftçilər metrostansiyasının yaxınlığında olan xatırlamadığı taksafon telefonla zəng edib özünü TƏBİB-in nümayəndəsi kimi təqdim etmiş və Rəşad adlı şəxsin həbs olunduğunu guya Səbuhinin dediyi, yəni özünün dediyi adamların direktorun qəbuluna getməmələrini tapşırmışdır. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs8 xəstəxanada işdə olduğu zaman 2023cü ilin yanvar ayının əvvəlində ona yaxınlaşaraq Təcili və X10 Stansiyasında sürücü kimi işə düzəlmək istədiyini demiş, ona təcili yardımda sürücü işləmək üçün 7500 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 bir neçə gün sonra 2023-cü ilin yanvar ayının əvvəlində Salyan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında onunla görüşüb ona 7500 manat pul vermişdir və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan başqa, 2023-cü ilin aprel ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınsöndürən kimi işə düzəlmək üçün ona müraciət etmiş, ona işə düzəlmək üçün 3000 manat pul verməli olduğunu bildirmiş, 2023-cü ilin aprel ayının əvvəlində Salyan rayonu, Cəngən kəndində yerləşən evinin yanında Zərərçəkmiş şəxs4la görüşüb 3000 pulu ondan almışdır və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir, lakin sonradan Hüseyn ondan pulunu tələb etdidiyi üçün onun pulunu qaytarmışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, Pərvanənin ifadəsində göstədiyi xüsusatlar yalandır və böhtan xarakterlidir. Pərvanədən heç bir məbləğdə Salyan RMX-da tibb bacısı işləməsi üçün pul almamışdır, o, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə ona şər atmışdır. ***-***-**-** saylı nömrə Neftçilər metrostansiyasının yaxınlığında olan taksafonlardan birinin nömrəsidir. Həmin nömrə ilə Pərvanəyə zəng edib özünü TƏBİB-in nümayəndəsi kimi təqdim etmiş, bunu etməkdə məqsədi həmin şəxsləri inandırmaq və özünə vaxt qazanmaq olmuşdur. O, əvvəlki izahatlarında yalan danışmış, X22 adlı şəxsi tanımamış, elə bir şəxs mövcud olmamışdır və o, aldığı pulların hamısını öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə aşağıda göstərilən qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər heç vaxt tanımamışdır. Xatırlamadığı qohumundan Pərvanənin işə düzəlməkdə müxtəlif şəxslərə köməklik etdiyini eşidib soraqlaşaraq 2023-cü ilin may ayının sonlarında onun nömrəsini tapıb Pərvanə ilə əlaqə yaratmış və ona işə düzəlmək istədiyini, lakin Neftçalada işləmək istədiyini demişdir. Pərvanə də ona əvvəlcə Neftçalada tanışının olmadığını, onu Salyan RMX-na işə düzəldə biləcəyini demişdir. O da Prəvanəyə Salyanın uzaq olduğunu demiş, həmin gün telefon danışıqları sonlansa da 1 gün sonra Pərvanə təkrar ona zəng edərək onu Neftçala RMXda işə qəbul etdirə biləcəyini və buna görə 5000 manat pul verməli olduğunu söyləmişdir. Ona həmin məbləğin çox olduğunu desə də Pərvanə ilə qiymətdə razılığa gələ bilməmişlər. Buna görə məcbur qalıb hazırda hərbi xidmətdə olan oğlundan öz adına bankdan kredit götürməsini xahiş etmişdir. Oğlu dəqiq xatırlamadığı bankdan 5000 manat kredit götürüb ona vermiş, o da xx.xx.2023-cü il tarixdə Pərvanəyə zəng edib 4000 manat düzəldə bildiyini demişdir. O, görüşmək istədiyini bildirdiyi üçün Salyan şəhərində onunla görüşmüş, Pərvanə ona 4000 manatın az olduğunu üzərinə 200 manat da əlavə etməsini bildirmişdir. Pərvanəyə pulu verəndə bunu rəsmiləşdirmək istdəyini demiş və o da onunla razılaşaraq notarial qaydada ondan pulu ala biləcəyini bildirmişdir. Onlar Salyan rayonundakı Asan Xidmətə gedərək orada ona notarial qaydada borc müqaviləsi əsasında 4200 manat pul vermişdir. Sonradan Pərvanəyə dəfələrlə zəng etmiş və işinin nə yerdə qaldığını, evdə xəstə ərinə baxdığını, oğlunun hərbi xidmətdə olduğunu, krediti ödəyə bilmədiyini desə də Pərvanə onun dediklərinə əhəmiyyət vermədən ona verdiyi vədə əməl etməmişdir. Hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Pərvanə bu günə qədər onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs1 pulu ondan alarkən pulu kimə verəcəyini və işini kimin vasitəsi ilə həll edəcəyini ona deməmişdir. O, xəstəxanada işlədiyi üçün ona inanmışdır. Təqsirləndirilən şəxs2 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs7, həmçinin, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ona dəymiş 4200 manat məbləğində olan ziyanın 2000 manatı Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir. 2200 manatı barəsində isə Təqsirləndirilən şəxs1 ilə razılığa gəlmişdirlər. Təqsirləndirilən şəxs ona hər ayın 19-da aylıq 250 manat ödəniş edəcəkdir. Təqsirləndirilən şəxslərin tutulmasını istəmir və onlara qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da onu evində kompüter dərsi keçdiyi tələbələrindən birinin vasitəsi ilə sonradan tanımışdır. Belə ki, kompüter müəllimi olduğu üçün evdə tələbə hazırlaşdırmış, onun qızı da kompüter biliklərinə yiyələndiyi üçün onun üçün iş axtarmış, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 adlı Salyan RMX-nin işçisi xəstəxanaya işçi qəbul olunmasında bir sıra vətəndaşlara kömək edib. Buna görə soraqlaşaraq onun telefon nömrəsini tapmış və onunla əlaqə saxlayıb onun da qızını xəstəxanada kompüterçi kimi işə düzəltməsini istəmişdir. O da razılaşmış qızının işə qəbul olunmasına 5000 manat pul lazım olduğunu bildirmişdir. O, əvvəlcə məbləğin çox olduğunu bildirsə də sonradan razılığa gəlmişlər və Pərvanə təxminən 25-26 iyun 2023-cü il tarixlərində onun yaşadığı evə gələrək 5000 manat pulu və qızının sənədlərini ondan götürmüşdür. Bundan sonra mütəmadi olaraq Pərvanəyə zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O da hər dəfə müxtəlif bəhanələr gətirərək xəstəxananın açılışı olandan sonra ora ştat gələcəyini, açılışın bilmədiyi səbəbə görə gecikdiyini və qızının işə çıxacağını demişdir. Pərvanədən polisə və prokurorluğa şikayət edəcəyini deyəndə isə Pərvanə ona yalvararaq şikayət etməməsini istəmişdir. Bundan sonra ondan pulunu tələb etməyə başlamışdır və Pərvanə tez-tez onun yaşadığı evə gələrək şikayətini geri götürməsini, pulunu hissə-hissə qaytaracağını demişdir. O isə razılaşmamış, Pərvanə bu günə qədər etdiyi vədə əməl etməmiş, nə onun qızının işə qəbul olunmasında kömək etməyib, nə də pulunu geri qaytarmayıb. Təqsirləndirilən şəxs1 pulu ondan alarkən pulu kimə verəcəyini və işini kimin vasitəsi ilə həll edəcəyini ona deməmişdir. O, xəstəxanada işlədiyi üçün ona inanmışdır. Təqsirləndirilən şəxs2 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs14 həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər 2023-cü ilin iyul ayında qızını işə düzəltmək adı ilə ondan 5000 manat pul alıblar, həmin pulun 2000 manatı Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Bundan sonra da olmayacaqdır. Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəza tədbirinin seçilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur. Onunla münasibəti normaldır. Qohumu Zərərçəkmiş şəxs3 Pərvanənin işə adam düzəltdiyini eşitmiş, o xəstəxanada qeydiyyatçı işlədiyi üçün Pərvanənin ona da kömək edə biləcəyini güman etmiş və maddi durumu aşağı olduğu üçün ailəsinə kömək etmək məqsədilə işə qəbul olmaq istəmişdir. 2023-cü ilin mart ayının sonlarında Pərvanəyə zəng edərək Salyan Rayon Mərkəzi Xəstəxanada xadimə işləmək istədiyini demiş, Pərvanə ona xəstəxananın yeni açılacaq binasında xadimə kimi 3.000 manat qarşılığında işə düzələ biləcəyini bildirmiş, onunla razılaşdığı üçün müxtəlif qohumlarından aldığı borcu toplayaraq 2023-cü ilin mart ayının 26-da saat 17 radələrində Salyan Rayon İcra Hakimiyyətinin binasının yanında Pərvanəyə vermişdir. Pulu verərkən anası Şahid3 onun yanında olmuşdur. Həmin vaxt Pərvanənin yanında kiminsə olub-olmadığını xatırlamamışdır. Pərvanə həmin yerə tanımadığı qara rəngli Vaz 21015 markalı avtomobillə (taksi ilə) gəlmişdir. Pərvanə avtomobildən düşüb avtomobilin arxasına keçmiş və ona anasının yanında 3.000 manat pulu və şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Pərvanəyə həmin pulu konvertə qoyub vermiş, Pərvanə həmin pulu saymadan çantasına qoymuşdur. Sonradan isə taksiyə minib oranı tərk etmişdir. Pulu verəndən sonra mütəmadi olaraq ondan işin nə yerdə olduğunu soruşmuşdur. Pərvanə də ona narahat olmamasını demişdir. Sonradan ondan sağlamlıq haqqında arayış, yaşayış yeri üzrə arayış və xasiyyətnamə, xəstəxananın direktorunun adına ərizə, anket və tərcümeyi-hal doldurub ona təqdim etməsini istəmişdir. O xəstəxanada 40 manat rüsum ödəyib sağlamlıq haqqında arayış almış, həmin arayışı alan zaman Pərvanə ona xəstəxanaya işə düzəlmək üçün həmin arayışı əldə etməsini gizlətməsini, başqa iş yeri üçün aldığını deməsini istəmişdir. O, həmin vaxt Pərvanənin Salyan Rayon Mərkəzi Xəstəxanasından onun oraya işə düzəlməsini gizlətdiyindən şübhələnmişdir. Ondan nə üçün xəstəxanaya işə düzəlmək üçün arayışı almasını gizlətməsini səbəbini soruşmuş, Pərvanə də işə düzəldənin ona dediyini bildirdiyini xəbər vermişdir. Buna görə ona inanıb həmin arayışı guya Veysəloğlu firmasına işə düzəlmək üçün aldığını xəstəxanaya bildirmişdir. Qeyd olunan sənədlərin hamısını Pərvanənin tapşırığına əsasən Pərvanəyə göndərmişdir. Sonradan xatırlamadığı tarixdə xatırlamadığı nömrədən ona zəng gəlmiş və həmin adam özünü ona işini həll edəcək şəxs kimi təqdim edərək Bakı şəhərindən zəng etdiyini, işinin düzələcəyini, narahat olmamasını ona bildirmişdir. Həmin şəxs Bakıdan zəng etdiyini desə də onun ləhcəsindən Salyanlı olduğunu güman etmişdir. Təzə xəstəxana açılandan sonra Pərvanədən işin niyə alınmadığını soruşmağa başlamış, Pərvanə də vaxt uzatdığı üçün aldadıldığını başa düşmüşdür. Pərvanə işə qəbul edilmək adı ilə ondan 3.000 manat pul almışdır. O, həmin pulu ondan tələb etmişdir. Təqsirləndirilən şəxs1 pulu ondan alarkən pulu kimə verəcəyini və işini kimin vasitəsi ilə həll edəcəyini ona deməmişdir. O, xəstəxanada işlədiyi üçün ona inanmışdır. Təqsirləndirilən şəxs1 pul verərkən yanında anası Şahid3 olmuşdur. O, Təqsirləndirilən şəxs2 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs9 həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirlənidirlən şəxslər dələduzluq edərək onun 3000 manatını ələ keçirmişdirlər. Həmin pulun 2000 manatı Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir. Geri qalan 1000 manatı barəsində isə Təqsirləndirilən şəxs1 ilə razılığa gəlmişdirlər. Təqsirləndirilən şəxs ona hər ayın 30-da aylıq 250 manat ödəniş edəcəkdir. Təqsirləndirilən şəxslərin tutulmasını istəmir və onlara qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır. Onunla münasibəti normaldır. 2023-cü ilin mart ayında tanışlarından Pərvanə adlı qadının Salyan RMX-da vətəndaşları işə düzəltdiyini eşitmiş, onun nömrəsini taparaq telefonla danışmışdır. Həmin ərəfələrdə onun bacısı Şəfiqə də xəstəxanada işə qəbul olmaq istəmiş, buna görə də martın əvvəlində Salyan şəhərində yerləşən «Tomris» kafenin qarşısında görüşmüşlər. Bacısı qeydiyyatçı kimi işə qəbul olmaq istədiyini dediyi üçün Pərvanə ona 3.500 manat pul verməli olduğunu bildirmiş, söhbət zamanı Pərvanə ona Salyan RMX-nın mühasibatlıq bölməsində mühasib işinin olduğunu xəbər vermiş, o da həmin işdə işləmək istədiyini demişdir. Pərvanə ona «TƏBİB» də adamının olduğunu və işə qəbul olunmaq üçün 4.000 manat pul verməli olduğunu bildirmişdir. O, pulun çox olduğunu bildirəndə 3.500 manata razılaşmışlar. Bundan 1 həftə sonra bacısı Pərvanə ilə görüşərək 3.500 manat pulu ona vermişdir, lakin sonradan bacısı fikrini dəyişdiyi üçün işləmək istəməmiş və pulu Pərvanədən geri almışdır. O isə işə düzəlmək istədiyi üçün Pərvanənin təklifi ilə razılaşmış və 3.500 manat pulu düzəldib 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində «Tomris» kafesində Pərvanə ilə görüşərək 3.500 manat pulu və Pərvanənin ona dediyi sağlamlıq haqqında arayışı, foto şəkilləri, diplomunun surətini və əmək kitabçasının əslini ona vermişdir. Söhbət zamanı Pərvanə ona aprel ayının sonuna işə başlayacağını demişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, pulu verəndən sonra onun yanından uzaqlaşıb getmişdir. Bundan sonra 02 may 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş və həmin şəxs özünü TƏBİB-in nümayəndəsi kimi təqdim edərək onun işə müraciət edib etmədiyini soruşmuş, o da ona işə qəbul üçün sənədlərini verdiyini demişdir. Bundan sonra həmin şəxs ona yaxın vaxtlarda işinin həll olunacağını demişdir. Sonradan həmin nömrədən 17 may 2023-cü il tarixdə təkrar ona zəng etmiş və sənədləri kompüterə işlədiyini və təsdiqləndiyini demişdir. Sonradan dəfələrlə Pərvanəyə zəng edib ona mesaj yazaraq işi barədə maraqlanmışdır. Pərvanə də ona hər dəfə müxtəlif bəhanələr gətirərək xəstəxananın açılışının gecikdiyini demişdir. Pərvanədən pulunu tələb edəndə isə narahat olmamasını, əmrinin hazır olduğunu bildirmişdir. 04 iyul 2023-cü il tarixdə Pərvanə ona zəng edərək 05 iyul 2023-cü il tarixdə Salyan RMX-nin direktoru Ramin Qasımovun qəbuluna gəlməli olduğunu bildirmiş, hətta qəbulda olarkən onun adını çəkməməsini, guya atasının TƏBİB-də tanışı olduğunu və onun kiməsə tapşırdığını deməsini xahiş etmişdir. O da evə gəlib atasından soruşanda onun adını çəkməməsini, özünün heç kimə xahiş etmədiyini bildirmişdir. 05 iyul 2023-cü il tarixdə saat 09:30-da Pərvanə ona zəng edərək işin ləngidiyini, direktorun qəbuluna getməməsini tapşırmışdır. O da həmin gün aldadıldığını düşündüyü üçün ondan pulunu tələb etməyə başlamışdır. Pərvanə bu günə qədər ona işə qəbul olunmaq üçün verdiyi 3.500 manat pulu ona qaytarmamışdır. Pərvanə onu işə düzəltmək üçün pulu kimə verəcəyini və onun işini kimin vasitəsi ilə həll edəcəyini deməmişdir, lakin onunla hər dəfə danışanda o, «gözlə indi sənə deyəcəm» demişdir. Təqsirləndirilən şəxs1 pul verərkən yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Pərvanəyə işə qəbul olunması ilə bağlı direktorun adına ərizə, 2 ədəd fotoşəkil, yaşayış yeri üzrə və ailə tərkibi haqqında arayış və xasiyyətnamə, sağlamlıq haqqında arayış, anket və tərcümeyi hal doldurub təqdim etmişdir. Xəstəxanadan sağlamlıq haqqında arayış aldığı zaman Pərvanə ona hansı işə düzələcəyi üçün həmin arayışı almasının səbəbini gizlətməsini tapşırmışdır. Zərərçəkmiş şəxs13 həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ona dəymiş ziyanın 2000 manatını Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir. Geri qalan 1500 manatını Təqsirləndirilən şəxs1 tələb edir. Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəza tədbirinin seçilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, maddi durumu aşağı olduğu üçün ailəsinə kömək etmək məqsədilə işə qəbul olmaq istəmiş, 2023-cü ilin may ayının əvvəlində Salyan RMX-na gedib qeydiyyat şöbəsinə yaxınlaşaraq işləmək istədiyini bildirmişdir. Adını xatırlamadığı mülki geyimli kişi cinsli şəxs ona işə qəbul məsələlərinə Pərvanə adlı qadının baxdığını demişdir. O, həmin vaxtadək Pərvanəni tanımamışdırm. Onunla heç bir ünsiyyəti olmamışdır. Həmin şəxs ona Pərvanənin nömrəsini vermişdir. O, həmin gün özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Pərvanənin istifadəsində olan ***-***- **-** saylı nömrəsinə zəng edib təcili yardım bölməsində sürücü kimi işləmək istədiyini demiş, bununla əlaqədar həmin gün Salyan şəhərində yerləşən “Mahirənin apteki” adlanan aptekin yanında görüşmüşlər. Pərvanə orada ondan şəxsiyyət, sürücülük vəsiqələrini, sağlamlıq haqqında arayış, məhkumluq haqqında arayışları istəmiş, daha sonra ona sürücü kimi işləmək üçün 14000 manat pul verməli olduğunu bildirmişdir. O da Pərvanədən bir neçə gün vaxt istəmişdir ki, bankdan kredit götürə bilsin. xx.xx.2023-cü il tarixdə “Unibank”ın Salyan filialından kredit götürmüş və həmin gün Pərvanə ilə “Mahirənin apteki” adlananan aptekin yanında görüşərək 14000 manat pulu və Pərvanənin istədiyi sənədləri ona vermişdir. Pərvanə də ona 1 aya işinin həll olunacağını və təcili yardımda sürücü kimi işə başlayacağını demişdir. Bundan başqa Pərvanə işə qəbul olunandan sonra onu yaddan çıxartmamağı və ona “şirinlik” verməyi istəmişdir. O da Pərvanə ilə razılaşandan sonra çıxıb getmişdir. Təxminən iyun ayının əvvəlində ona xatırlamadığı nömrədən zəng gəlmiş və müraciət etdiyi işlə bağlı zəng etdiyini, yaxın vaxtlarda işinin təsdiq olunacağını demişdir. Həmin şəxs Bakı şəhərindən zəng etdiyini bildirsə də onun ləhcəsindən Salyanlı olduğunu hiss etmişdir. 2 ay keçdikdən sonra onun işi alınmadığı üçün xx.xx.2023-cü il tarixdən bu günədək mütəmadi olaraq Pərvanəyə zəng edərək ondan işinin nə yerdə qaldığını, banka kredit ödədiyini, işini həll etməsini ya da pulunu qaytarmasını tələb etməyə başlamışdır. Bu günə qədər Pərvanə vədinə əməl etməmiş və onun işə qəbul olunmasına nail olmamışdır. Təqsirləndirilən şəxs1 pulu ondan alarkən pulu kimə verəcəyini və işini kimin vasitəsi ilə həll edəcəyini ona deməmişdir. O, xəstəxanada işlədiyi üçün ona inanmışdır. Təqsirləndirilən şəxs2 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs6, həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ona dəymiş ziyanın 3000 manatı Təqsirləndirilən şəxs2, 2000 manatı isə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Hal-hazırda ona dəymiş ziyanın 9000 manatını təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə prosesində iştirak etməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 məhkəməyə ərizə ünvanlayaraq onlara dəymiş ziyanların təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini onlara qarşı şikayətlərinin olmadığını bildirərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etdiklərini bildirmişdirlər. Cinayət işi üzrə 8 nəfərə, yəni Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs12 dəymiş ziyan tamamilə ödənilmişdir. Onlar bu barədə məhkəməyə ərizə ünvanlamışdırlar. Cinayət işi üzrə 5 nəfərə, yəni Zərərçəkmiş şəxs6 dəymiş ziyanın, yəni 14000 manatın 5000 manatı ödənilib, 9000 manatı qalmış, Zərərçəkmiş şəxs9 dəymiş ziyanın, yəni 3000 manatın 2000 manatı ödənilib, 1000 manatı qalmış, Zərərçəkmiş şəxs14 dəymiş ziyanın, yəni 5000 manatın 2000 manatı ödənilib, 3000 manatı qalmış, Zərərçəkmiş şəxs13 dəymiş ziyanın, yəni 3500 manatın 1500 manatı ödənilib, 2000 manatı qalmış, Zərərçəkmiş şəxs7 dəymiş ziyanın, yəni 4200 manatın 2000 manatı ödənilib, 2200 manatı qalmışdır. Yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs7 isə hər iki təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 qonşu kəndin sakini kimi tanıyır. Təqsirləndirilən şəxs2 isə onun həmkəndlisidir. Onların heç biri ilə düşmənçiliyi və şəxsi ədavəti yoxdur. O, əvvəllər özünə məxsus “Vaz 2107” markalı, göy rəngli, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomobili təxminən 2023-cü ilin avqust ayında satmışdır. 2023-cü ilin iyul ayının əvvəlində kənd sakinləri arasında bir neçə nəfərin danışıqlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq müxtəlif şəxslərə qarşı dələduzluq ediblər. Səbuhi ilə çox yaxın olduğu üçün onu getmək istədiyi yerlərə aparmış və o bunun qarşılığında ona yol pulu vermişdir. Səbuhini sonuncu dəfə 2023-cü ilin iyul ayının əvvəlində görmüşdür. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs2 ona zəng edərək Salyan avtovağzalının yanına getmək istəmiş, o da səhər saatlarında onu evlərindən götürərək avtovağzalın yanında düşürtmüşdür. Yol boyu söhbət edərkən ona heç nə deməmişdir. Həmin gün Səbuhinin qardaşı Rüfət Vəlizadə ona zəng edərək Səbuhinin yerini soruşmuşdur. O da avtovağzalın yanında düşürtdüyünü demişdir. Rüfət isə Səbuhinin evdən qaçdığını və məktub yazdığını, guya özünü öldürmək istədiyini demişdir. Təqsirləndirilən şəxs2 bir neçə dəfə onunla birlikdə maşında gedərək Salyan şəhəri ərazisində müxtəlif yerlərdə, həmçinin Təqsirləndirilən şəxs1 evinin qarşısında Pərvanə ilə görüşmüşdür. Onların bütün görüşlərində o maşında olduğu üçün nə danışdıqlarını bilməmişdir. Xatırlamadığı tarixdə Səbuhi onu Pərvanənin evinə göndərmiş və o Pərvanənin evinə gedərək ondan sellofanın içərisində bir sıra sənədlər götürmüşdür. Həmin sənədlərin kimə məxsus olduğunu bilməmişdir və Pərvanədən götürdüyü sənədləri Salyan RMX-nın yanında yerləşən OBA marketin qarşısında Səbuhiyə vermişdir. ***-***-**- ** saylı mobil nömrə ona məxsusdur. O, həmin nömrəni 2023-cü ilin may ayında almış, lakin heç vaxt işlətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ona zəng edərək xahiş öz adına onun üçün nömrə almasını xahiş etmişdir. O da Salyan şəhərindəki avtovağzalın içərisində olan mağazaların birindən həmin nömrəni alıb Səbuhi ilə görüşəndə həmin nömrəni ona vermişdir. O, heç vaxt həmin nömrəni işlətməsə də xatırlamadığı tarixdə Səbuhi onunla birlikdə olduğu zaman ondan xahiş etmişdir ki, bir nəfər şəxsə zəng edib özünü Rəşad adlı TƏBİB-in səlahiyyətli nümayəndəsi kim təqdim etmiş və onu işlərinin alınacağı ilə bağlı arxayın salsın. Buna görə də mən həmin adını hazırda xatırlamadığı bir nəfərə zəng edib özünü Rəşad kimi təqdim edəndən sonra ona Səbuhinin dediyi formada yaxın vaxtlarda işə düzələcəyini bildirmişdir. Digər şəxslərə isə Səbuhinin özünün zəng edərək özünü təqdim edib qeyd olunan adamları aldatdığını güman etmişdir. Səbuhini Pərvanə ilə görüşməyə aparanda Səbuhi həmişə onun həyətinə girdiyi üçün onların həyətdə nə danışdıqlarını bir-birlərinə pul və ya hər hansı sənəd verdiklərini heç vaxt da görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 Zərərçəkmiş şəxs9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4, X12 və Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdirlər. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaxın rəfiqəsidir. Pərvanə bir müddət əvvəl Salyan RMX-da polis postuna çıxan Təqsirləndirilən şəxs2 ilə birlikdə Salyan RMX-na bəzi şəxsləri işə düzəltməkdə kömək edəcəklərini vəd edib aldadaraq pul almışdılar. Belə ki, Təqsirləndirilən şəxs1 ilə 25 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs14 yanında hazırlıqda olmuş, həmin gün X19 şəhərində yerləşən evinə gəlmiş, onlar söhbət etmişlər və Pərvanə ona “mənim 2 uşağım var, narahat olma heç bir yerə qaçası deyiləm, yaşadığım ünvan da bəllidi” deyib Sədaqəti arxayın etmişdir. Sədaqət müəllimə də Pərvanəni onun vasitəçiliyi ilə tanıdığı üçün Pərvanəyə inanmış və həmin gün ona 5000 manat pul və qızı Leylanın sənədlərini vermişdir. Pərvanə də ona 1 aya işinin həll olunacağını demişdir. Sonra Pərvanə ilə oradan çıxıb getmişlər. O, Səbuhinin polis formasında kənarda dayandığını görmüş, Pərvanə Səbuhiyə yaxınlaşaraq onunla söhbət etməyə başlamış, onlardan təxminən 20-30 metr kənarda dayanmışdır. Pərvanə ona əlindəki sellofanı təqdim etmişdir. Sellofanın içərisində Zərərçəkmiş şəxs14 verdiyi sənədlər və pul olmuşdur. Səbuhinin yanında isə heç kim olmamışdır. Bundan başqa 2023-cü ilin aprel ayında Pərvanə ilə telefonla danışdığı zaman harada olduğunu soruşmuş, Pərvanə də ona Salyan şəhərində olduğunu İsmayıl adlı şəxsin sənədini götürdüyünü və onu Səbuhiyə verəcəyini bildirmişdir. Pərvanəyə yaxın olduğu üçün görüşmüşlər və birlikdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən “Terrasa” kafenin qarşısına getmişlər. Yolda olanda Pərvanə ona İsmayıldan Səbuhidən 14000 manat pul aldığını demiş, orada Pərvanə Səbuhiyə yaxınlaşıb əlindəki sənədləri və pulu Səbuhiyə vermişdir. Həmin vaxt Səbuhi tək olmuşdur. O, isə onlardan 10-15 metr kənarda dayanmışdır. Bundan başqa 2023-cü ilin aprel ayında Pərvanə ilə birlikdə olanda Aytən adlı qadından pul və sənəd götürəcəyini demiş, onlar birlikdə Salyan Rayon İcra Hakimiyyəti binasının arxa küçəsinə getmişlər. Orada adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs9 gəlib Pərvanəyə onun yanında xatırlamadığı məbləğdə pul vermişdir. Aytən çıxıb gedəndən sonra Səbuhi həmin yerə gəlmiş və Pərvanədən sənədləri və pulu götürüb getmişdir. Onlardan aralı dayandığı üçün nə danışdıqlarını eşitməmişdir. Səbuhi çıxıb gedəndən sonra onlar da oradan uzaqlaşmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs11 və X1 Ağabəyovanın ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinin başlanmasına səbəb 10 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində qeydiyyatçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Salyan rayon sakinləri olan ayrı-ayrı vətəndaşlardan işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X18 şöbəsinin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Təqsirləndirilən şəxs2 verməsi və sonuncunun vədinə əməl etməməsi barədə Təqsirləndirilən şəxs1 müraciəti, əsas isə həmin müraciət əsasında rayon prokurorluğunda aparılan araşdırma zamanı cinayət işinin başlanılması üçün cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. 19 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ibtidai istintaq orqanı tərəfindən ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və qeyd olunan tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Salyan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə 20 oktyabr 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən souncunun barəsində həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona ittihamı elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3 və 53.4-cü maddələrinə əsasən dayandırılmışdır. Axtarışda olan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhərində tutulduğundan cinayət işi üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün verilmiş təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə ittihamda adları göstərilən zərər çəkmiş şəxslərdən zərər çəkmişlər - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 istisna olmaqla digərləri ilə çoxsaylı telefon danışıqları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X18 İdarəsindən daxil olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 15 iyul 2021-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyündə, 10 oktyabr 2022-ci il tarixdən isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X18 İdarəsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində işləmişdir və müsbət xarakterizə olunur, xx.xx.2023-cü il tarixdə BMİ tərəfindən polis nəfəri vəzifəsindən xidmətdən azad olunmuşdur. Salyan RMX-dan daxil olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək Salyan RMX-nin poliklinika şöbəsində qeydiyyatçı, xx.xx.2021-ci ildən hazıradək mərkəzi xəstəxananın Qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə PHŞ-6-68/3-1-964/2023 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq xəbərdarlıq, xx.xx.2023-cü il tarixdə PHŞ-6-68/3-1-1166/2023 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4 rayon prokurorluğuna ərizə ilə müraciət edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 rayon prokurorluğuna ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ifadələrində ittihamda adları göstərilən zərər çəkmiş şəxslərdən onların işə düzəlməsi müqabilində aldığı pulları tam olaraq Təqsirləndirilən şəxs2 verməsi, sonuncunun pulları tam olaraq özünə götürməsi, ona çox az hallarda həmin pullardan xırda məbləğlər verməsi barədə göstərdiyi xüsusatların özünü müdafiə xarakteri daşıması müəyyən olunmaqla yuxarda sadalanan sübütlarla tam təkzib olunmuşdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ifadələrində ittihamda adları göstərilən zərər çəkmiş şəxslərdən onların işə düzəlməsi müqabilində aldığı pulları tam olaraq Təqsirləndirilən şəxs2 verməsi, sonuncunun pulları tam olaraq özünə götürməsi, ona çox az hallarda həmin pullardan xırda məbləğlər verməsi barədə göstərdiyi xüsusatların özünü müdafiə xarakteri daşıması müəyyən olunmaqla yuxarda sadalanan sübütlarla tam təkzib olunmuşdur. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü ildə saat 13:52:17-də 138 saniyə telefon danışığı olmuşdur. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs13nin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü ildə saat 13:25:14-də 125 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:21:31-də 388 saniyə telefon danışığı olmuşdur. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü ildə saat 11:07:08-də 373 saniyə, saat 12:02:32-də 53 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:17:03-də 299 saniyə telefon danışığı olmuşdur. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olan, lakin Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023cü ildə saat 11:03:56-də 25 saniyə, saat 12:20:45-də 77 saniyə, xx.xx.2023-cü il tarixdə saat 09:33:03-də 31 saniyə telefon danışığı olmuşdur. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023cü ildə saat 13:51:41-də 120 saniyə, saat 18:32:12-də 125 saniyə telefon danışığı olmuşdur. X13 tərəfindən təqdim edilən fotoşəkildən görünür ki, X20 Orucovaya 200 manatlıq əskinaslar olmaqla 2000 manat pul vermiş və həmin şəkil Zərinə İbrahimova tərəfindən çəkilmişdir. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olmaqla Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs12 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü ildə saat 13:30:07-də 161 saniyə, xx.xx.2023-cü ildə saat 11:17:22-də 389 saniyə, xx.xx.2023-cü il tarixdə saat 19:40:20-da 902 saniyə, saat 19:55:39-da 199 saniyə telefon danışığı olmuşdur. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 adına olmaqla Təqsirləndirilən şəxs2 istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs10 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü ildə saat 11:57:14-də 68 saniyə, xx.xx.2023-cü ildə saat 18:32:12-də 40 saniyə, saat 19:02:54-də 263 saniyə telefon danışığı olmuşdur. Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ İİ 122630 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2020-ci il tarixində Şuşa şəhərində hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr nəticəsində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 17-ci günündə 394 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Medalının İ-1758 saylı vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli sərəncamla X23 ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının İ-1446 saylı vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli sərəncamla X23 ölümündən sonra “Şuşanın azad olunması uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının İ-3130 saylı vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamla X23 ölümündən sonra “Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək xx.xx.2023-cü il tarixdə Salyan rayon prokurorluğu tərəfindən axtarışa elan edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 13:30da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Təbrik” şadlıq sarayının qarşısında saxlanılaraq saat 16:00-da Salyan RPŞ-yə gətirilərək barəsində müvafiq sənədləşdirmə aparıldıqdan sonra Salyan rayon X16 Saxlama Yerinə təhvil verilmişdir. 07 dekabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, dərhal Salyan RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs2 qətimkan tədbirinin seçilməsi haqqında qərarla 07 dekabr 2023-cü il tarixdə saat 15:00-da tanış olmuş və qərarın surətini almışdır. Salyan Rayon Məhkəməsinin 1(057)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 istintaq zamanı 2 gün, məhkəmə baxışı zamanı isə 01 ay 18 gün, cəmi 01 ay 20 gün həbsdə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər, bununla da, onlar Azərbaycan Respublikasının CMnin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə aşağıda göstərilən qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.2.1- ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2- ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; 178.2.3- ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4- ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, qardaşının müharibə veteranı olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, qardaşının Vətən Müharibəsində şəhid olmasını və Azərbaycan Respublikası Prezidenti tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif olunmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı vardır, qardaşı Vətən Müharibəsində şəhid olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif olunmuş, zərərçəkmiş şəxslərə dəymiş ziyanın çox hissəsini ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı vardır, qardaşı müharibə iştirakçısı olmuş, zərərçəkmiş şəxslərə dəymiş ziyanın çox hissəsini ödəmişdir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, əməlin dələduzluqla əlaqədar olduğunu, zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxslərə cərimə cəzasının tətbiq edilməsinin lüzumsuz olduğunu və bu cəzanın tətbiqi ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməlin sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni cərimə cəzası tətbiq edilməklə cəza səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslərin CM-nin 46.2-ci maddəsinə əsasən, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilmələrini məqsədəmüvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş seçilmiş «polisin nəzarəti altına vermə» və «vəzifədən kənarlaşdırma» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Salyan rayonu Cəngən kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, 9000 manat məbləğində pul və 123 manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs6 ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı gedişində Zərərçəkmiş şəxs8 ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» və «vəzifədən kənarlaşdırma» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 03 (üç) ay 10 (on) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Salyan rayonu, Cəngən kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. 9000 manat məbləğində pul və 123 manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar