Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-18/2025 16.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, 2-ci qrup əlil, məhkumluğu olmayan, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 61 A-da qeydiyyatda olmaqla Salyan şəhəri, A.Mirbağırağa küçəsi, ev 103-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 2024-cü il iyulun 15-də saat 08 radələrində idarə etdiyi Nazlifan LF7132/2-320 minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Salyan şəhəri, A.Hüseynov küçəsi ilə Salyan şəhəri, H.Z.Tağıyev küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda, eləcə də həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməyi başa çatdırmasına imkan verməli, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, həmin tələblərə riayət etməyib sürücülük vəsiqəsi olmadan idarə etdiyi həmin avtomobilin sürətini azaltmadan kəsişmədəki piyada keçidində hərəkət edən yol hərəkəti iştirakçısı olan piyada Neftçala rayonu Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yol vermədən sonuncunu vurmaqla, nəticədə Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq və əng sümüklərinin qapalı sınıqları, sağ diz oynağının içəri yan bağının zədələnməsi ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, 2024-cü il dekabrın 07-də ona Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri, A.Mirbağırağa küçəsi ev 103-də yaşayır. İfadəmin mənim sözlərimlə müstəntiq tərəfindən komputer vasitəsilə yazılmasına etiraz etmir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır, 2-ci qrup əlildir, əvvəllər bir neçə dəfə məhkumluğu olub, sonuncu məhkumluqdan sonra 2011ci ildə azadlığa çıxmışdır. Müharibə veteranı kimi əlilliyə görə dövlət tərəfindən verilmiş özünə məxsus “Naz Lifan” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, əvvəllər BC dərəcəli sürücülük vəsiqəsi olmuşdur, lakin 2021-ci ildə sürücülük vəsiqəsinin etibarlıq müddəti bitmişdir və həmin vaxtdan avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. 2024-cü il iyulun 15-də səhər saat 08 radələrində idarə etdiyi avtomobil ilə Salyan şəhərinin A.Hüseynov və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən piyada keçidinə yaxınlaşdıqda idarə etdiyi avtomobilin hərəkət surəti təxminən 50-60 km/saat olmuşdur. Ətrafda və yolda heç kim olmadığından o, həmin surətlə yol ayrıcını keçib piyada keçidinə daxil olmuş və qəfildən onun sol tərəfindən bir nəfər qadın piyadanın sol tərəfdən onun avtomobilinin qabaq hissəsinə və sonra alın şüşəsinə çırpıldığını görmüşdür. Avtomobil zərbəsindən qadın 1-2 metr qarşıya dorğu atılmış və yolun üzərinə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb avtomobildən enib yerdə uzanıqlı qalmış qadına yaxınlaşmış, qadının hərəkətsiz halda olduğunu görüb qorxmuş, əvvəlcə qadının öldüyünü düşünmüş, lakin qadın hərəkət etməyə və zarıldamağa başlamışdır. O, həmin vaxtda hadisə yerinə toplaşmış 4-5 nəfərə müraciət etmişdir ki, vurduğu qadını onun avtomobilinə mindirməyə kömək etsinlər ki, o, yaralını xəstəxanaya apara bilsin. Lakin hadisə yerində olanlardan kimsə demişdir ki, yaralıya əl vurmaq olmaz, X21 avtomobili gəlib qadını xəstəxanaya aparmalıdır. Sonra orada olanlardan kimsə 103 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bir azdan hadisə yerinə təcili tibbi yardim avtomobili gəlmiş və onun vurduğu piyada qadını götürüb xəstəxanaya aparmışlar. Hadisə yerində həkimlər piyadanın kim tərəfindən vurulduğunu soruşduqda o bildirmişdir ki, qadını o, idarə etdiyi avotomobil ilə vurmuşdur. Hadisə yerində olanlardan kimsə demişdir ki, o da xəstənin ardınca xəstəxanaya getməlidir, çünki xəstəyə qan və dava-dərman lazım ola bilər. O, öz avtomobilinə əyləşib rayon mərkəzi xəstəxanası istiqamətində yola düşmüş, lakin yolpatrul xidməti avtomobili onu saxlatdırıb avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirmişdir. Baş vermiş hadisə nəticəsində idarə etdiyi avtomobilin qabağ alın şüşəsinin sol hissəsi sınmış, avtomobilin sol qabaq qanadı isə əzilmişdir. İdarə etdiyi “Naz Lifan” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı texniki nasazlığı olmamışdır. Yol-nəqliyyat hadisəsini törətməkdə, nəticədə Zərərçəkmiş şəxs az ağır dərəcəli xəsarət almasında özünü təqsirli hesab edir, törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışdığını, Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, 2-ci qrup əlil olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, məhkəmə-tibbi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər istintaq materialları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Neftçala rayonu Ərəbqardaşbəyli kəndində yaşayır, təqaüdçüdür. 2024-cü il iyulun 15-də səhər saat 08 radələrində Salyan şəhərindəki kolxoz bazarından çıxıb H.Z.Tağıyev küçəsinin kənarındakı piyada səki ilə yaxınlıqda yerləşən 9 mərtəbəli bina istiqamətində piyada qaydada tək olaraq getmişdir. Salyan şəhəri, A.Hüseynov və H.Z.Tağıyev küçələrinin kəsişdiyi yerdə yerləşən piyada keçidinə yaxınlaşmış və yolda heç bir avtomobilin olmadığını görüb yolu keçmək üçün piyada keçidinə daxil olmuşdur. Bu vaxt onun sağ tərəfindən A.Hüseynov küçəsi ilə gələn avtomobil tərəfindən vurulmuşdur. Hadisə ani olaraq baş verdiyindən onu vurmuş avtomobilin markasını, qeydiyyat nömrəsini və avtomobilin hansı surətlə gəldiyini deyə bilməmişdir. Hadisədən 2 gün sonra ayılıb özünə gəldikdə xəstəxananın reanimasiya palatasında olduğunu görmüşdür. Sonradan bilmişdir ki, onu avtomobillə vuran şəxs Təqsirləndirilən şəxs olmuşdur. Sonrakı müalicəsi dövründə Təqsirləndirilən şəxs tərəfindən ona müəyyən qədər maddi köməkilk göstərilmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, xəstəlik dövründə az da olsa ona maddi yardım edilmiş, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X18 Polisi Bölməsinin YPX-nin inspektoru vəzifəsində xidmət edir. 2024-cü il iyulun 15-də saat 08:32 dəqiqədə BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xidmətdə olarkən rayon polis şöbəsinin növbətçi köməkçisi, polis serjantı İntiqam Axundov efir vasitəsilə məlumat verərək Salyan şəhəri, A.Hüseynov küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişməsindəki piyada keçidində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyini, dərhal hadisə yerinə getməyimi tapşırmışdır. O, saat 08:40 dəqiqədə hadisə yerinə çatdıqda məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində vurulmuş piyada artıq xəstəxanaya aparılıb, yol-nəqliyyat hadisəsini törətmiş sürücü isə xəstəxana istiqamətində getmişdir. Hadisə yerində olan bir nəfər tanımadığı şəxs bildirmişdir ki, “Nazlifan” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil piyada keçidində qadın piyadanı vurmuşdur. Bundan sonra xidməti avtomobildə olan bort komputer vasitəsilə avtomobilin sahibi haqqında məlumatı əldə edib xəstəxana istiqamətində hərəkət etmişdir. Saat 08:45 dəqiqədə Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ilə xəstəxana istiqamətində hərəkətdə olan “Nazlifan” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünə saxla işarəsi vermişdir. Sürücü avtomobili saxlamış, sürücüdən hara getdiyini soruşmuşdur. Sürücü idarə etdiyi avtomobil ilə piyada qadını vurduğunu, xəsarət alan qadını ambulansa yerləşdirdikdən sonra xəstəxanaya yola saldığını, hazırda isə xəstəxanaya onun yanına getdiyini bildirmişdir. O, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Nazlifan” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Salyan RMX-nin X21 şöbəsində sürücü işləyir. 2024-cü il iyulun 15-də təxminən saat 09 radələrində o, özünə məxsus olan avtomobili ilə Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ilə hərəkət etmişdir. Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ilə A.Hüseynov küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanmışdır. Bundan sonra yaşıl işıq yandıqdan sonra hərəkəti davam etdirən zaman Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ilə A.Hüseynov küçəsinin kəsişməsində insanların toplaşdığını görmüşdür. O, avtomobil ilə hərəkət edərək Salyan şəhəri, X.R.Ulutürk küçəsi tərəfdən hərəkət edərək Salyan şəhəri, H.Z.Tağıyev küçəsinə daxil olub orada yerləşən “Turan” inşaat mağazasının qarşısında avtomobilini saxlamışdır. O, avtomobildən yerə düşərək insanların toplaşdığı, yəni Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ilə A.Hüseynov küçəsinin kəsişməsinə getmişdir. O, nömrəsini xatırlamadığı “Nazlifan” markalı avtomobilin tanımadığı bir nəfər qadını vurduğunu və qadının yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, tanımadığı şəxslərdən X19 zəng olunub-olunmadığını soruşmuş, tanımadığı kimsə zəng olunduğunu bildirmişdir. Təxminən 40 saniyə sonra X21 şöbəsinin ambulansı hadisə yerinə gəlmişdir. Hadisəni törədən şəxs adının Əlifağa olduğunu bildirmiş, Əlifağa hadisə törətdiyi üçün ağlamışdır. O, orada olan şəxslər və Əlifağanın köməkliyi ilə birlikdə xəsarət alan qadını köməkləşib ambulansa yerləşdirmişlər. Ambulansın sürücüsü X9 olmuşdur. Sonra ambulans avtomobili xəstəxanaya getmiş, hadisəni törədən şəxs Əlifağa isə hadisənin təsirindən şokda olduğu üçün bir neçə dəqiqədən sonra xəstəxanaya gedib həmin qadınla maraqlanacağını deyərək avtomobilinə əyləşib xəstəxana istiqamətində sürüb çıxıb getmişdir. O da avtomobilinə əyləşərək çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:32 dəqiqədə BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xidmətdə olarkən rayon polis şöbəsinin növbətçi köməkçisi, polis serjantı İntiqam Axundov efir vasitəsilə məlumat verərək Salyan şəhəri, A.Hüseynov küçəsi ilə H.Z Tağıyev küçəsinin kəsişməsindəki piyada keçidində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyini, dərhal hadisə yerinə getməyi tapşırılmış, o, saat 08:40 dəqiqədə hadisə yerinə çatdıqda məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində vurulmuş piyada artıq xəstəxanaya aparılıb, yol-nəqliyyat hadisəsini törətmiş sürücü isə xəstəxana istiqamətində getmişdir. Hadisə yerində olan bir nəfər tanımadığı şəxs bildirmişdir ki, “Nazlifan” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil piyada keçidində qadın piyadanı vurmuşdur. Bundan sonra xidməti avtomobildə olan bort komputer vasitəsilə avtomobilin sahibi haqqında məlumatı əldə edib xəstəxana istiqamətində hərəkət etmişdir. Saat 08:45 dəqiqədə Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ilə xəstəxana istiqamətində hərəkətdə olan “Nazlifan” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünə saxla işarəsi vermiş, sürücü avtomobili saxlamış və sürücüdən hara getdiyini soruşmuşdur.Sürücü idarə etdiyi avtomobil ilə piyada qadını vurduğunu, xəsarət alan qadını ambulansa yerləşdirdikdən sonra xəstəxanaya yola saldığını, hazırda isə xəstəxanaya onun yanına getdiyini bildirmişdir. O, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Nazlifan” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:21-də Salyan MRX-dan tibb bacısı Əbilova RPŞ-nin NH-nə telefonla məlumat verərək, Neftçala rayonu Ərəbqardaşbəyli kəndində yaşayan xx.xx.1960-cı il təvəllüdlü X5 göz qapağı, göz yuvası, yan nahiyyəsinin açıq yarası, yanaq, gicgah və çənə nahiyyəsinin açıq yarası diaqnozu ilə xəstəxanadan tibbi yardım almasını bildirmişdir. Göstərilənlərə əsasən Salyan şəhər ərazisində avtomobil vurmuşdur.Odur ki, məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2024-cü il iyulun 15-də saat 08 radələrində Salyan şəhəri A.Hüseynov küçəsi ilə Salyan şəhəri H.Z.Tağıyev küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olduğu vaxt yol hərəkəti qaydalarını pozması nəticəsində piyada Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti alması faktı müəyyən edilmişdir. Həmçinin, əlavə edilmiş fotoşəkillərdən və sxemdən görünür ki, hadisəsinin baş vermə trayektoriyası və avtombilin son vəziyətti YPX-nin əməkdaşı tərəfindən tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 119 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktdan görünür ki, Əlifağa Abasov hadisə zamanı sərxoş olmamışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Salyan şəhəri, A.Mirbağırağa küçəsi ev 103-də yaşayan xx.xx.1955-ci ildə Salyan şəhərində anadan olmuş X12 idarə etdiyi “Naz Lifan” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri A.Hüseynov və H.Z.Tağıyev küçələrinin kəsişməsindəki piyada keçidində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.Odur ki, aparılan araşdırma zərurəti ilə bağlı X10 adına sürücülük vəsiqəsinin olub-olmadığı və “Naz Lifan” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin məxsusluğu barədə Salyan RPŞ-nin DYB-dən arayış verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin DYPB-nin raportundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzləşdirilmiş İnformasiya sisteminin məlumatlarına əsasən raportda qeyd olunmuş Nazlifan Lf7132/2-320 markalı, boz rəngli **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil AC260420 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Salyan şəhəri A.Hüseynov küçəsi ev 61-A-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeyd olunmuş, AB638107 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. xx.xx.2024-cü il tarixli 339 nömrəli Məkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, 1960-cı il təvəllüdlü X2 müayinə zamanı aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq və əng sümüklərinin qapalı sınıqları, sağ diz oynağının içəri yan bağının zədələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılovun əməliyyat tapşırığından görnür ki, 2024-cü il iyulun 15-də saat 08 radələrində Salyan şəhər sakini 1955-ci il təvəllüdlü X12 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus “Lifan” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən Salyan şəhəri A.Hüseynov və H.Z.Tağıyev küçələrinin kəsişməsindəki piyada keçidi üzərində 1960-cı il təvəllüdlü X4 vurmaqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyyatsızlıqdan Züleyxa Abbasovaya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq və əng sümüklərinin qapalı sınıqları, sağ diz oynağının içəri yan bağının zədələnməsi kimi dərəcələrinə görə sağlamlığın uzun müddətədə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir.Odur ki, X10 həyat tərzi, əlaqələri, digər cinayətlərdə iştirakının olub-olmadığı, baş vermiş hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilməli və görülmüş işlərin nəticəsi barədə istintaqa məlumat verilməli və göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 85.4.5-ci maddəsini rəhbər tutaraq, əməliyyat tapşırığının icra olunmasına və nəticəsi barədə istintaqa məlumat verilməsinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli 18-1-68/2-1947/2024 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X11 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 95, 220-2 və 38-ci maddələri ilə təqsirli bilinərək 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 95, 220-2 və 38-ci maddələri ilə təqsirli bilinərək 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”nın 10 oktyabr 2024-cü il tarixli, 264 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1955-ci il təvəllüdlü Abasov X11 Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunmur, onun digər cinayətlərdə iştirakının olmasını müəyyən etmək mümkün olmamışdır. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 oktyabr 2024-cü il tarixli, 5-71-6/2-629/2024 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2024-cü il tarixli, 339 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq və əng sümüklərinin qapalı sınıqları, sağ diz oynağının içəri yan bağının zədələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 8/2919 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara Naz Lifan markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmiş,qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2024-cü il dekbrın 07-də Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, X6 törətdiyi cinayət əməlini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXMin 332.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tənbeh tədbirlərinin görülməsi məsələsinə baxılmasından ötrü qəbul edimiş qərarın surəti RPŞ-nin DYPB-nə göndərilmiş,cinayət işi üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının 23 iyul 2022-ci il tarixli, 339 nömrəli və məhkəməyol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 8/2919 nömrəli rəyləri və digər istintaq materialları iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə olunmuş, cinayət işinin istintaq materiallarında olan müəyyən sənədlərdə təqsirləndirilən şəxs X1 “Əlifağa” kimi qeyd olunmuş adı “Alifağa” kimi tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e- Sosial sistemi vasitəsilə verilmiş sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs müharibə əlili olaraq İİ qrup təqaüd (400 manat məbləğində) xx.xx.2010 tarixindən etibarən təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e- Sosial sistemi vasitəsilə verilmiş pensiya haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə xx.xx.2010-cu il tarixindən aylıq 363,87 manat məbləğində pensiya təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2024-cü il iyulun 15-də saat 08 radələrində idarə etdiyi Nazlifan LF7132/2-320 minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Salyan şəhəri, A.Hüseynov küçəsi ilə Salyan şəhəri, H.Z.Tağıyev küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda, eləcə də həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməyi başa çatdırmasına imkan verməli, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, həmin tələblərə riayət etməyib sürücülük vəsiqəsi olmadan idarə etdiyi həmin avtomobilin sürətini azaltmadan kəsişmədəki piyada keçidində hərəkət edən yol hərəkəti iştirakçısı olan piyada Neftçala rayonu Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yol vermədən sonuncunu vurmaqla, nəticədə Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq və əng sümüklərinin qapalı sınıqları, sağ diz oynağının içəri yan bağının zədələnməsi ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tam ödəməsini, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlində cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X8 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X8 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-18/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-18/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver